İBTİDAİ İcma quruluşU



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə61/61
tarix05.02.2018
ölçüsü1,32 Mb.
#24605
1   ...   53   54   55   56   57   58   59   60   61

1996 

YUNESKO-nun xətti ilə M.Füzulinin 500 illik yubileyinin, Ə.Vahidin, M.Moqamayevin, Y.Məmmədəliyevin, 

S.Aşurbəylinin, B.Vahabzadənin, M.Rəhmanzadənin Qabilin yubileylərinin keçirilməsi. 

1996 

C.Məmmədquluzadənin,  Niyazinin,  H.Cavidin  ev-muzeylərinin  yaradılması,  N.Nərimanovun  ev-muzeyinin 

yenidən qurulması. 

1996 

Azərbaycan  idmançılarının  ilk  dəfə  müstəqil  dövlət  bayrağı  altında  Atlantada  (ABŞ-da)  XXVI  yay  Olimpiya 

oyunlarında iştirak etməsi. 

1997  20 aprel 

“Dədə Qorqud dastanı”nın 1300 illik yubileyinin keçirilməsi haqqında fərman verilməsi. 



1997  25 aprel 

Azərbaycanın Avropa Mədəniyyəti Konvensiyasına qoşulması. 



1997  31 iyul 

İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri seçilməsi. 



1997  10 oktyabr 

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın birlikdə Strasburqda GUAM adlı təşkilat yaratması. 



1997  30 oktyabr 

Azərbaycan yazıçılarının X qurultayının keçirilməsi. 



1997 17-19 noyabr 

Türk dövlət və cəmiyyətlərinin XI Bakı qurultayının keçirilməsi. 



1997 21 noyabr 

Bakı-Tibilisi-Qars dəmir yolunun təməlinin qoyulması. 



1997  18 dekabr 

Azərbaycan Respublikası prezidentinin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR  ərazisindəki 

tarixi etnik torpaqlarından kütləvi sürətdə deportasiyası haqqında” fərman imzalaması. 

1997 

“Mədəniyyət haqqında” qanunun qəbul olunması. 



1997 

Universitet və institutlarda “Heyüdər Əliyev məktəbləri”nin təşkil olunmağa başlanması. 



1997 

S.Vurğunun, Ə.Əliyevin, Ş.Məmmədovanın, Bülbülün, M.Rastrapoviçin yubileylərinin qeyd edilməsi. 



1998  8-10 fevral 

Prezidentin təşəbbüsü ilə Milli Məclisin Respublikada ölüm cəzasını ləğv etməsi. 



1998  22 fevral 

Prezidentin “İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını təmin edilməsi haqqında” fərman imzalaması. 



1998  26 mart 

Azərbaycan  Respublikası  prezidentinin  “Azərbaycanlıların  soyqırımı  haqqında”  fərman  imzalaması.  Bu 

fərmana əsasən martın 31-i azərbaycanlıların soyqırımı günü elan edildi. 

1998  12 aprel 

M.F.Axundzadə adına Respublika kitabxanasına Milli Kitabxana statusu verilməsi. 



1998  14 iyul 

Konstitusiya məhkəməsinin yaradılması. 



1998  6 avqust 

Prezidentin fərmanı ilə Azərbaycanda senzuranın  ləğv edilməsi. 



1998  8 sentyabr 

Bakıda    İpək  Yolunun  barpası  üzrə  beynəlxalq  konfrans  keçirilməsi.  Konfransda  “Avropa-Qafqaz-Asiya” 

dəhlizinin  inkişafı  üzrə  beynəlxalq  nəqliyyat  haqqında  əsas  çoxtərəfli  saziş  və  Bakı  bəyannaməsi  imzalandı, 

konfransda yaradılan beynəlxalq təşkilatın mənzil qərargahı Bakıda yerləşdirildi. 



1998  9 oktyabr 

Şəhidlər Xiyabanında 21 metr hündürlüyündə abidənin  və əbədi məşəlin açılışı. 



1998  11 oktyabr 

H.Əliyevin ikinci müddətə prezident seçilməsi. 



1998  29 dekabr 

Dövlət idarəetmə sistemində islahatlar həyata keçirmək üçün xüsusi komissiya yaradılması. 



1998 

Q.Qarayev, M.Şəhriyar, M.Müşfiq, A.Ələsgər və M.Cəlalın yubileylərinin qeyd edilməsi. 



1998-2002 

Bakı  İstilik  Elekrtik  Mərkəzinin  (İEM),  Mingəçevir  SES-in,  “Şimal”  DRES-in,  Bakı  ətrafında  yüksək 

gərginlikli şəbəkələrinin yenilən qurulması. Yenikənd SES-in üç blokunun istifadəyə verilməsi. 

1999  3 oktyabr 

Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində IX zirvə görüşünün keçirilməsi.  



1999  18-19 noyabr 

ATƏT-in  İstanbul  sammitinin  keçirilməsi.  Sammitdə  Bakı-Tibilisi-Ceyhan  əsas  ixrac  neft  kəməri  haqqında 

saziş imzalandı. 

1999  12 dekabr 

Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri keçirilməsi. 



2000  9 aprel 

“Dədə Qorqud dastanı”nın 1300 illik yubileyinin keçirilməsi. 



2000  13 iyun 

 “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” prezident fərmanı imzalanması. 

2000  sentyabr 

Hakimlərin xüsusi test imtahanından keçməsi təcrübəsinin tətbiq olunması. 



2000  12 oktyabr 

Şəmkir-Yenikənd SES-in tikilib istifadəyə verilməsi. 



2000  20 oktyabr 

Bakıda ilk Olimpiya İdman Kompleksinin tikilib istifadəyə verilməsi. 



2000  22 oktyabr 

H.Əliyevin BMT-nin 50-ci  yubiley sessiyasında iştirak etməsi. 



2000  5 noyabr 

Respublikada ikinci parlament seçkilətinin keçirilməsi. 



2000 

“Qurtuluş” müasir qazma qurğusunun işə salınması. “Çıraq” platformasından 120 metr dərinlikdə 176 km-lik 

neft  kəmərinin  çəkilməsi.  Sanqaçal  Terminalının  tikilməsi.  Bakı-Novorossiysk  və  Bakı-Supsa  neft 

kəmərlərinin  çəkilməsi. 



2000   

Azərbaycan idmançılarının Sidneydə (Avstraliyada) XXVII yay Olimpiya oyunlarında iştirak etməsi. 



 

 

AZƏRBAYCAN ÜÇÜNCÜ MİNİLLİYİN BAŞLANĞICINDA 

 

2001  9 yanvar 

Azərbaycanla Rusiya arasında Xəzər dənizinin Milli sektorlara bölüşdürüləsinə dair sazişlər bağlanması. 



2001  17 yanvar 

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi. 



2001  25 yanvar 

Avropa  Şurasının  iqamətgahı  qarşısında  Azərbaycanın  dövlət  bayrağının  qaldırılması.  Azərbaycanın  Avropa 

Şurasının tamhüquqlu üzvünə çevirilməsi. 

2001  12 mart 

Bakı-Tbilisi-Ərzurum  qaz  kəməri  vasitəsilə  Azərbaycan  qazının  tranziti, nəqli  və  satışı  haqqında Türkiyə  ilə 

saziş imzalanması. 

2001  20 mart 

“Azərbaycan Respublikası dövlət müstəqilliyinin onuncu ildönümü haqqında” fərman imzalanması. 



2001  23 may 

“Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında” sərəncam imzalanması. 



2001  18 iyul 

Prezident  fərmanı  ilə  avqustun  1-dən  etibarən  Azərbaycanda  latın  əlifbasına  keçilməsi,  mətbuatın,  təhsilin, 

rəsmi yazışmaların və çıxışların ana dilində olması barədə tədbirlərin həyata keçirilməsinə başlanılması. 



2001  9 avqust 

“Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”  prezident fərmanı ilə avqustun 1-

nin Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması. 

2001  24 avqust 

“Türk ulduzları”nın Bakı səmasında nümunəvi uçuşlar keçirməsi. 



2001  1 sentyabr 

Respublikada ilk özəl  orta ümuməhsil  məktəbi  olan və 2004-cü ildən Heydər Əliyevin adını  daşıyan Müasir 

Təhsil Kompleksinin fəaliyyətə başlaması. 

2001  24 sentyabr 

AŞ PA-nın payız sessiyasında Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən sənəd qəbul edilməsi. 



2001  29 sentyabr 

Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə Azərbaycan qazının tranziti, nəqli və satışı haqqında Gürcüstan ilə 

saziş imzalanması. 

2001  9-10 noyabr 

Bakı  şəhərində  Dünya  azərbaycanlılarının  I  qurultayının  keçirilməsi.  Dünya  azərbaycanlılarının  I  qrultayı 

müxtəlif  ölkələrdə  yaşayan  soydaşlarımızın  bir  bayraq  altında  birləşməsi  istiqamətində  irəliyə  doğru 

əhəmiyyətli  bir  addım atdı, xaricdə  yaşayan azərbaycanlıların problem  və qayğılarını, birliyi, təşkilatlanması 

sahəsindəki  mövcud  vəziyyəti  təhlil  etdi,  xaricdə  yaşayan  azərbaycanlıların  ölkə  ilə  əlaqələrinin  daha  da 

möhkəmləndirilməsinə, Azərbaycanla bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasına və diaspor quruculuğu 

işinin təkmilləşdirilməsinə dair qərar qəbul etdi. 

2001  29 noyabr 

Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizinin Milli sektorlara bölüşdürüləsinə dair sazişlər imzalanması. 



2001  28 dekabr 

Ombudsman haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbul edilməsi. 



2001  3 aprel 

Ki-Uest  danışıqları  nəticəsində  ABŞ  Dövlət  Departamentinin  ilk  dəfə  Ermənistanı  təcavüzkar  dövlət  kimi 

tanıması. 

2001  11 sentyabr 

ABŞ-da  törədilmiş  qanlı  terror  aktlarından  sonra  Azərbaycanın  terrorizmə  qarşı  mübarizədə  ABŞ-ın 

müttəfiqinə çevirilməsi. 

2001 

Yaponiyanın İqtisadi Əməkdaşlıq Bankından alınan kreditlər hesabına Sumqayıtda Etilen-propilen zavodunun 

əsaslı şəkildə yenidən qurulması. 

2001 

Azərbaycanın Dünya Turizm Təşkilatına tamhüquqlu üzvü qəbul olunması. 



2001-2002 

VI-XI siniflər üçün yeni “Ümumdünya tarixi”  dərsliklərinin çap edilməsi. 



2002  30 mart 

Corc  Buşun  “Azadlığı  müdafiə  Aktı”na  907-ci  düzəlişi  dayandırması  ilə  ABŞ-ın  Azərbaycana  silah  satışı 

üzərinə qoyduğu qadağanın ləğv olunması. 

2002  23 aprel 

Aşqabadda  Xəzəryanı  ölkələrin  dövlət  başçılarının  Xəzərin  hüquqi  statusunun  müəyyənləşdirilməsinə  dair 

zirvə toplantısının keçirilməsi. 

2002  30 aprel 

Trabzon  zirvə  görüşündə    “Terrorizmə  və  cinayətkarlığa  qarşı  mütəşəkkil  mübarizə  haqqında”  Azərbaycan, 

Gürcüstan və Tükiyə arasında saziş imzalanması. 

2002  11 iyun 

Prezident təqaüdünün verilməsinə başlanılması. 



2002  2 iyul 

Respublikada Ombudsman təsisatının yaradılması  ölkənin ilk Ombudsmanının seçilməsi. 



2002  15 iyul 

Xarici ölkələrdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması 



2002  7 avqust 

Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin yaradılması 



2002  24 avqust 

Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsinə dair ilk dəfə referendum keçirilməsi. 



2002  27 avqust 

Respublika Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması. 



2002  18 sentyabr 

Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin Azərbaycan hissəsinin təməlinin qoyulması. 



2002  21-22 noyabr 

Praqa sammitində Azərbaycanın NATO Parlament Assambleyasının assosiativ üzvlüyünə qəbul edilməsi. 



2002 

Azərbaycanın Abidələrin Bərpası Konservasiyası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunması. 



2002 

Birinci neft müqaviləsi üzrə “Günəşli” yatağından ilkin neftin  hasilatına başlanılması. 



2002 

Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac edilməsi barədə razılıq əldə olunması. 



2002-2005 

“Yoxsulluğun azaldılması və iqtisadi inkişaf sahəsində Dövlət Proqramı”nın qəbul olunması. 



2003  yanvar 

İlham Əliyevin AŞ PA-nın vitse-prezidenti və  qurumunun Büro üzvü seçilməsi. 



2003  23 may 

Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin təməlinin qoyulması. 



2003  16 iyun 

Prezidentinin sərəncamı ilə Şirvan və Ağgöl Milli Parklarının yaradılması. 



2003  7 iyul 

Bakı metropoliteninin Həzi Əslanov adına 20-ci stansiyasının fəaliyyətə başlaması. 



2003  24 iyul 

“Liler” yarımdalma dəniz qazma qurğusunun istifadəyə verilməsi. 



2003  4 avqust 

İlham Əliyevin Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi. 



2003  7 noyabr 

Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irisinə daxil edilməsi. 



2003  15 oktyabr 

Prezident seçkilərində İlham Əliyevin prezident seçilməsi. 



2003-2008 

İlham Əliyevin birinci prezidentliyi dövrü. 



2003  12 dekabr 

Ümummilli lider H.Əliyevin vəfat etməsi. 



2004 

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanılması və iki il sonra başa çatdırılması. 



2004   12 yanvar 

Prezidentin  “Azərbaycan  Respublikasının  Milli  Ensiklopadiyasının  nəşri  haqqında”  və  “Azərbaycan  dilində 

latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam imzalaması. 

2004  11 fevral 

“Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət proqramı”nın qəbul edilməsi. 



2004  10 may 

Heydər Əliyev Fondunun təsis edilməsi. 



2004  iyul-avqust 

Azərbaycan idmançılarının Afinada XXVIII yay Olimpiya oyunlarında iştirak etməsi və F.Mansurovun ölkəyə 

qızıl medal gətirməsi. 

2004   21 avqust 

Prezidentin  “Bilik  gününün  təsis  edilməsi  və  təhsil  müəssisələrində  iş  rejiminin  tənzimlənməsi  haqqında”, 

“Azərbaycan  Respublikasında  ümumtəhsil  məktəblərinin  informasiya  və  kommunikasiya  texnologiyaları  ilə 

təminatı proqramı”na dair sərəncamlar imzalaması. 



2004  20 oktyabr 

Təbrizdə Azərbaycan konsulluğunun açılması. 




2005  16 fevral 

Rusiya Federasiyasında “Azərbaycan ili”nin təntənəli açılışının keçirilməsi. 



2005  fevral 

“Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlanılması. 



2005  28 aprel 

“Heydər Əliyev” ordenini təsis edilməsi haqqında Qanun qəbul edilməsi. 



2005  10 may 

Respublika sarayının qarşısındakı xiyabanda  H.Əliyevin heykəlinin açılışı. 



2005  10 may 

Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin doldurulması mərasiminin keçirilməsi. 



2005  oktyabr 

Milli Məclisə üçüncü dəfə seçkilər keçirilməsi. 



2005 

Ümumtəhsil məktəblərinin I-XI sinif şagirdlərinin pulsuz dərsliklə təmin edilməsi işinin başa çatdırılması. 



2005 

Azərbaycan Respublikasının Boloniya təhsil sisteminə qoşulması. 



2005-2006 

Ümumtəhsil müəssisələrində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsinə başlanması. 



2006  16 mart 

Bakı şəhərində Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi. 



2006  23 mart 

İmişlidə Şəkər zavodunun inşa edilməsi. 



2006  13 iyul 

H.Əliyev adına Bakı-Tiflis-Geyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsi. 



2007  25 may 

Bakıda “İstiqlal” abidəsinin açılışı. 



2008 

“Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət proqramı”nın başa çatdırılması. 



2008  

Azərbaycan idmançılarının Pekində  XIX yay Olimpiya oyunlarında iştirak etməsi və E.Məmmədlinin ölkəyə 

qızıl medal gətirməsi. 

2008  sentiyabr 

Bakı metropoliteninin Nəsimi stansiyasının fəaliyyətə başlaması. 



2008  15 oktyabr 

İlham Əliyevin ikinci müddətə (2008-2013) prezident seçilməsi. 



2009 18 mart 

Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsinə dair ikinci dəfə referendum keçirilməsi. 



2009  4 may 

“Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və Dövlət Proqramının 

həyata keçirilməsi haqqında sərəncam imzalanması. 

2009  18-24 mart 

Bakıda  “Muğam  aləmi”  Beynəlxalq  Musiqi  festivalının  keçirilməsi.  Bakının  İslam  mədəniyyətinin  paytaxtı 

elan olunması. 

2009 iyun 

“Təhsil haqqında” qanunun qəbul olunması. 



2009 

Bakı Beynəlxalq avtovağzal kompleksinin istifadəyə verilməsi. 



2009-cu il dekabr 

Azərbaycan Respublikasında bələdiyyə seçkiləri keçirilməsi. 



2009  30 dekabr 

Bakı Metropoliteninin Azadlıq stansiyasının istifadəyə verilməsi. 



2010  18 iyun 

Milli Qəhrəman gizir Mübariz İbrahimovun təkbaşına qoşunların təmas xəttini keçərək ermənilərin xeyli əsgər 

və zabitini məhv etməsi. 

2010  1 sentyabr 

Bakıda Dövlət bayrağı meydanının açılışı. 



2010  oktyabr 

Milli Məclisə dördüncü dəfə seçkilər keçirilməsi. 



2010  4-6 dekabr 

ATƏT-in  VII  zirvə  toplantısı  olan  Astana  sammitinin  keçirilməsi.  Sammitdə  Dağlıq  Qarabağ  münaqişəsinin 

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin sürətləndirilməsi haqqında qərar qəbul edildi. 

2010  28 dekabr 

Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi. 



2010-cu il 

“Şahdəniz” qaz ixracı layihəsi üzrə tikilən TRB – 500 özüqaldıran platformanın inşasının başa çatdırılması. 



2011-ci il fevran 

Azərbaycan Televiziyasında “Mədəniyyət” kanalının fəaliyyətə başlaması 



2011-ci il iyul 

Bakı şəhərində Dünya azərbaycanlılarının III qurultayının keçirilməsi. 



2011  24 oktyabr 

Azərbaycan  Respublikasının  BMT-in  Təhlükəsizlik  Şurasının  Baş  Assambleyasına  iki  il  müddətinə  (2012-

2013-cü illərdə) qeyri daimi üzv seçilməsi. 

2011-ci il may 

Eurovision musiqi yarışmasında Azərbaycanın qalib gəlməsi. 



2011-ci il 10 may 

Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlaması. 



2012  may 

Bakıda 57-ci Eurovision musiqi yarışmasının keçirilməsi. 



2012-ci il 13 iyul 

Prezident İ.Əliyevin fərmanı ilə “Asan xidmət” mərkəzinin yaradılması. 



2012  avqust 

Azərbaycan idmançılarının Londonda XXX yay Olimpiya oyunlarında iştirak etməsi. 



2012 

Bakı metropoliteninin Dərnəgül stansiyasının fəaliyyətə başlaması. 



2013  8 fevral 

Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması. 



2013-cü il 24 iyun 

Bakıda 190 metrlik “Alov qüllələri”nin tikilib istifadəyə verilməsi. 



2013  10 may 

Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi. 



2013  9 oktyabr 

İlham Əliyevin üçüncü müddətə prezident seçilməsi. 



2013-cü il 24 oktyabr 

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”nın təsdiq edilməsi 



2013-cü il dekabr 

“Şahdəniz 2” müqaviləsinin (“XXI əsr müqaviləsinin”) imzalanması 



2014-cü il 

Azərbaycanda “Sənaye ili” elan edilmişdir. 



2014-cü il 

Bakı-Tiflis-Qars dəmiryol xəttinin başa çatdırılması 



2014-cu il dekabr 

Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin keçirilməsi. 



2015-ci il 

Bakıda ilk dəfə olaraq Avropa oyunlarının keçirilməsi. 



 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə