Suriyadan Aran, Şirvan və Dərbəndə çoxlu ərəb tayfaları köçürmüş, ilk dəfə Arranda paytaxtı Bərdə olan
yarımmüstəqil feodal dövləti - əmirlik yaratmışdı
801-860
Məhəmməd ibn Yezidin hakimiyyəti. Müəyyən müddət Cənubi Qafqaz valisi olmuş Məhəmməd ibn Yezidin
dövründə Məzyədilər Azərbaycanda daha da möhkəmləndilər və Məzyədilər sülaləsinin müstəqilliyi bir qədər
artdı
859
Məhəmməd ibn Yezidin Gəncəni bərpa etdirərək iqamətgahını buraya köçürməsi
861
Heysam ibn Xalidin Şirvanı müstəqil elan edərək Şirvanşah titulunu qəbul etməsi
861-1538
Şirvanşahlar dövlətinin mövcud olması. Şirvanşahlar dövləti Xilafətin dağılması gedişində Azərbaycanda
yaranmış ilk müstəqil və nisbətən güclü feodal dövlət idi. Şirvanşahlar dövlətini Məzyədilər sülaləsi idarə
edirdi. Dövlətin əsasını Heysam ibn Xalid qoymuşdu
861-917
Heysam ibn Xalidin hakimiyyəti. Heysam ibn Xalid müəyyən müddət Cənubi Qafqaz valisi - əmiri olmuşdur,
Şirvanı müstəqil elan etmiş və müstəqil Şirvanşahlar dövlətinin əsasını qoymuşdu. O, ilk dəfə Şirvanşah
titulunu qəbul etmiş və Lahicanşahlığı Şirvanşahlar dövlətinə birləşdirmişdi
917
Heysam ibn Xalidin Lahicanşahlığı Şirvanşahlar dövlətinə birləşdirməsi
917-948
Şirvanşah Əbu Tahirin hakimiyyəti. Onun dövründə Şirvanşahlar dövlətinin müstəqilliyi daha da artdı və
ərazisi genişləndi, Azərbaycanın şimalındakı xırda feodal mülklərinin Şirvan ətrafında birləşdirilməsi davam
etdirildi, dövlətin paytaxtı Şamaxı şəhərinə köçürüldü
918
Şirvanşah Əbu Tahirin Şamaxını bərpa etdirərək Şirvanşahlar dövlətinin paytaxtını Gəncədən buraya
köçürməsi. Şirvanşahlar dövlətinin paytaxtının Yezidiyyə adlanmağa başlanması
920
Şamaxının Sündü kəndində günbəzli məscid inşa olunması
981-982
Qəbələnin Şirvanşahlar dövlətinə birləşdirilməsi
982
Bərdənin Şirvanşahlar dövlətinə birləşdirilməsi
983
Şabranın Şirvanşahlar dövlətinə birləşdirilməsi
988
Dərbənd əmirliyinin Şirvanşahlar dövlətinə birləşdirilməsi
X əsrin II yarısı
Xursan və Tabasaranın Şirvanşahlar dövlətinə birləşdirilməsi. Şəki və Sanariyə hakimlərinin Şirvanşahlardan
asılı vəziyyətə salınması
IX-X əsrlər
Ağoğlan çayı sahilində Amaras monastrının, Gədəbəydə qalaça, Lerikdə Oğlanqala, Naxçıvanda Əlincə
qalasının inşa olunması
SACİLƏR VƏ SALARİLƏR DÖVLƏTİ
879-941
Sacilər dövlətinin mövcud olması. Əbu Sac Divdad tərəfindən əsasını qoyulmuş dövlətin paytaxtı Marağa və
Ərdəbil şəhərləri olmuşdur. Sacilərin hakimiyyəti dövründə bütün Azərbaycan torpaqları ilk dəfə vahid
dövlətdə birləşdirildi
879-898
Əbu Sac Divdadın hakimiyyəti. Xilafət qoşunlarında xidmət edən məşhur türk sərkərdələrdən olan Əbu Sac
Divdad xilafətdə bir sıra mühüm vəzifələr tutmuş, dəfələrlə ərəb qoşunlarının ən mürəkkəb hərbi
əməliyyatlarına başçılıq etmişdi
898-900
Sacilər dövlətində Məhəmməd ibn Əbu Sacın adına pul kəsilməsi
IX əsrin sonları
Arranın, o cümlədən Bərdənin Sacilərin əlinə keçməsi və məzyədilərin buradakı nümayəndələrinin Şirvana
köçməsi
901-927
Yusif ibn Əbu Sacın hakimiyyəti. Yusif ibn Əbu Sacın hakimiyyəti dövründə Sacilər dövləti daha da
qüvvətləndi, Xilafət xəzinəsinə xərac göndərilməsi tamamilə dayandırıldı, gürcü qoşunları dəfələrlə
məğlubiyyətə uğradıldı, Kaxetiya ələ keçirildi və gürcü hakimləri Sacilər dövlətindən asılı vəziyyətə düşdü,
Şirvanşahlar dövləti Sacilərdən asılılığı qəbul etdi, Dərbənd səddi təmir etdirildi, Azərbaycan torpaqlar ilk
dəfə vahid dövlətdə birləşdirildi
912
Yusif ibn Əbu Sacın Xilafət xəzinəsinə xərac göndərməyi dayandırması
941
Sacilər dövlətinin sonuncu hökmdarı Deysəmin Salarilər tərəfindən taxtdan salınması və Sacilər dövlətinin
süqut etməsi
941-981
Salarilər dövlətinin mövcud olması. Paytaxtı Ərdəbil şəhəri olan Salarilər dövlətinin banisi Mərzban ibn
Məhəmməd olmuşdur
941-957
Mərzban ibn Məhəmmədin hakimiyyəti. Onun dövründə Azərbaycanın şimal- qərb torpaqları Salarilər
dövlətindən asılı hala salındı, Dərbənd ələ keçirildi, Şirvanşahlar dövləti və Şərqi Gürcüstan Salarilər
dövlətinə tabe edildi, Xəzər dənizində ilk dəfə Azərbaycanın ticarət gəmiləri üzməyə başladı, yenidən bütün
Azərbaycan torpaqları vahid dövlətdə birləşdirildi
957
Mərzban ibn Məhəmmədin ölümü. Onun oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət uğrunda ara
müharibələri və feodal hərc-mərciliyin başlanması
962-981
Sonuncu Salari hökmdarı İbrahim ibn Mərzbanın hakimiyyəti
RƏVVADİLƏR DÖVLƏTİ
VIII əsrin sonları
Azərbaycanın cənubunda yarım-müstəqil Rəvvadi əmirliyinin yaranması
981
Əbülhica Rəvvadinin sonuncu Salari hökmdarı İbrahim ibn Mərzbanı taxtdan salaraq Salarilər dövlətini
süquta uğratması və Rəvvadilər dövlətinin əsasının qoyulması
981-1054
Rəvvadilər dövlətinin mövcud olması. Rəvvadilər dövlətinin ərazisinə Cənubi Azərbaycan torpaqları və
Muğan hakimliyi daxil idi. Dövlətin paytaxtı Ərdəbil sonra isə Təbriz şəhəri olmuşdur
981-988
Əbulhica Rəvvadinin hakimiyyəti
1020-1059
Rəvvadi hökmdarı Vəhsudanın hakimiyyəti
X əsrin 20-ci illəri
Oğuz tayfalarının Azərbaycana yeni axınlarının baş verməsi. Oğuz tayfalarının Azərbaycana yeni axınları
nəticəsində Bizans imperiyası və onun dəstəklədiyi erməni və gürcü feodallarına qarşı mübarizə aparan
Azərbaycan türklərinin mövqeyi daha da qüvvətləndi
1028
Mahmud Qəznəvinin Xorasan oğuzlarına ağır zərbə vurması nəticəsində çoxlu oğuz ailəsinin Azərbaycana
köçməsi
1054
Sultan I Toğrulun başçılığı ilə səlcuqların Rəvvadilər dövlətinin varlığına son qoyması
1108-1227
Rəvvadilər nəslindən olan Ağsunqurilər sülaləsinin Marağada hakimiyyəti
ŞƏDDADİLƏR DÖVLƏTİ
951
Məhəmməd ibn Şəddadın (951-979) Dəbil əmirliyini yaratması
971
Məhəmməd ibn Şəddadın Gəncəni ələ keçirərək Şəddadilər dövlətinin əsasını qoyması
971-1054
Şəddadilər dövlətinin mövcud olması
985-1030
Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin hakimiyyəti. Onun hakimiyyəti dövründə Şədaddilər dövləti daha da
qüvvətləndi, Gəncə ətrafındakı bütün xırda feodal mülkləri ləğv edildi, mərkəzi hakimiyyət gücləndi, Dəbil
Şəddadilər dövlətinə birləşdirildi, gürcü feodallarına və xəzərlərə qarşı uğurlu mübarizə aparıldı,
Şədaddilərlə Şirvanşahlar arasında sıx əlaqə və qohumluq münasibətləri yarandı, Araz çayı üzərində
Xudafərin körpüsü inşa edildi
1027
Fəzl ibn Məhəmmədin Araz çayı üzərində Xudafərin körpüsünü inşa etdirməsi
XI əsrin 30-cu illəri
Arazdan şimaldakı Azərbaycan torpaqlarında yeni oğuz tayfalarının məskən salması nəticəsində Şədaddilərin
hərbi qüdrətinin daha da artması
1030
Şəddadi hökmdarı Fəzl ibn Məhəmmədin oğlu Musanın Beyləqanda qiyam qaldırmış qardaşı Əskuyəyə qarşı
slavyanları köməyə çağırması
1037
Şəddadilərin Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına ağır zərbə vurması
1038
Bizans və gürcü feodallarının birləşmiş qüvvəllərinin Tiflis müsəlman əmirliyini aradan qaldırmaq cəhdinin
baş tutmaması
1049-1067
Şəddadi hökmdarı Əbüləsvar Şavurun hakimiyyəti. Onun dövründə Şədaddilər dövləti daha da qüvvətləndi,
Gürcüstan və Şirvanşahlar dövləti ilə müharibə, Dəbili və Ani əmirliyini müdafiə etmək üçün erməni
feodallarına və Bizans imperiyasına qarşı mübarizə aparıldı, Gəncənin ətrafına hasar, xəndəklər çəkildi və
Gəncənin məşhur qala qapıları düzəldildi
1054
Əbuləsrav Şavurun Səlcuq sultanı I Toğrulun hakimiyyətini qəbul etməsi
1063
İbrahim Osman oğlu tərəfindən Gəncənin qala qapılarının düzəldilməsi
SLAVYANLARIN AZƏRBAYCANA YÜRÜŞLƏRİ
IX əsrin sonları
Slavyanların Azərbaycana ilk hücumlarının başlanması
X əsrin əvvəlləri
Slavyanların Xəzəryanı Azərbaycan torpaqlarına basqınlarının genişlənməsi və aramsız xarakter alması
909
Slavyanların 16 gəmi ilə Azərbaycana hücum etməsi. Hücum nəticəsində Xəzər dənizinin cənubundakı
Abaskun adası və sahil məntəqələri qarət edildi. Lakin slavyanlar yerli əhali tərəfindən ağır məğlubiyyətə
uğradıldı
910
Slavyanların Azərbaycana yürüşü nəticəsində Sarı adasında və sahil məntəqələrində yanğınlar törədilməsi.
Lakin slavyanlar Gilan şahının hərbi qüvvələri ilə toqquşmada məğlub olaraq geri çəkildilər. Geri çəkilən
slavyanlar bu dəfə Şirvanşahların qoşunları tərəfindən darmadağan edildilər
914
Slavyanların Xəzərin Azərbaycan sahillərinə və Bakı ətrafına basqınlar etməsi. Lakin slavyanlar geri
qayıdarkən Xəzərin şimal sahillərində müsəlman-türk qoşunları arasında şiddətli döyüşdə darmadağın
edildilər. Bu vuruşmadan təxminən 30 ilə qədər ruslar Xəzər sahillərində bir daha görünmədilər
944
Slavyanların Azərbaycana növbəti yürüşü. Bərdə faciəsinin baş verməsi
987
Dərbənd hakimi əmir Maymun ibn Əhmədin yerli əyanlara qarş mübarizədə slavyanları köməyə çağırması
1030
Xəzər sahillərinə hücum edən slavyan drujinalarının Bakı yaxınlığında və Kürdə, Arazın qovuşduğu yerdə
Şirvanşahların qoşunlarını məğlub etməsi