İbtidai təhsilin məzmununun nəzəri-pedaqoji problemləri



Yüklə 2,93 Kb.
Pdf görüntüsü
səhifə13/47
tarix07.12.2017
ölçüsü2,93 Kb.
#14580
1   ...   9   10   11   12   13   14   15   16   ...   47

Gülarə Balayeva 
 
 
38 
şagirdlərin inkişafı üçün o qədər də gərəkli olmayan tədris materialı 
ilə yüklənməsində özünü göstərir (110, s.116). 
Didaktik  formalizmin  tərəfdarları  “Çox  bilmək  ağıla  heç  də 
çox şey vermir” aforizminə istinad edərək şagirdlərin qabiliyyətləri-
nin və idrak maraqlarının inkişafına, hafizəsinə, təfəkkürünə diqqət 
yetirirdilər.  Onların  mövqelərinin  zəifliyi  onda  idi  ki,  bütün  bu 
keyfiyyətlərin inkişafı üçün instrumental fənləri seçmiş, humanitar 
fənlərin əhəmiyyətini qiymətləndirə bilməmişlər. 
Didaktik  utilitarizm  nəzəriyyəsinin  tərəfdarları  (C.Dyu, 
G.Kerşensteyner və b.) uşaqların fərdi və ictimai fəaliyyətinə üstün-
lük vermişlər. Onların fikrincə, şagird öz dövrünün sivilizasiyasına 
çatmağa  kömək  edən  fəaliyyət  növləri  ilə  məşğul  olmalıdır.  Bu 
utilitar biliklər və bacarıqlar ətrafında ümumi xarakterli informasiya 
cəmlənir. 
Didaktik problemi kompleks nəzəriyyə (Müəllifi polyak alimi 
Boqdan  Suxadolskidir)  ayrı-ayrı  tədris  fənlərinin  təklikdə  yox, 
kompleks  öyrənilməsini  təklif  edir.  Bu  nəzəriyyəyə  görə,  şagird-
lərin  idrak  fəaliyyəti  üçün  elə  biliklər  seçmək  lazımdır  ki,  onların 
həlli müxtəlif sahələrə aid biliklərdən istifadə etməyi tələb etsin. 
Didaktik  strukturalizm  nəzəriyyəsinə  (müəllifi  polyak  alimi 
Kazimir  Sosnitski)  görə  təhsilin  məzmunu  iri  strukturlar  şəklində 
təqdim olunmalıdır.  Onun fikrincə, iri strukturlar şəklində təqdim 
etməklə  təlimin  keyfiyyətinə  xələl  gətirmədən  tədris  materialının 
həcmini azaltmaq  mümkündür (110, s.117). 
Sonralar aparılan tədqiqatlar ənənəvi və mütərəqqi sistemlərin 
yaxşı  cəhətlərini  qoruyub  saxlamış,  nəticədə  yeni  didaktik  sistem 
yaradılmışdır. Ə.Paşayev və F.Rüstəmovun fikrincə, “Didaktikada 
yeni  sistemlər  içərisində  məşhur  Amerika  psixoloqu  və  pedaqoqu 
Ceron  Brunerin  “kəşflər  etmək  yolu”  ilə  öyrətmək  konsepsiyası 
diqqəti  cəlb  edir.  Bu  konsepsiyaya  görə,  “şagirdlər  öz  kəşfləri  ilə 
dünyanı  dərk  etməli,  biliklərə  yiyələnməlidir  ki,  bu  da  məhsuldar 
təfəkkürün inkişafına olduqca səmərəli təsir göstərir:” (110, s.118). 
“Hazırda  təhsilin  məzmununun  müəyyənləşdirilməsinə  başqa  cür 
yanaşılır. Bu gün diferensial tədris planları və proqramları, kurslar 


İbtidai  təhsilin  məzmununun  nəzəri-pedaqoji  problemləri 
 
 
39 
bütün dünyada yayılmışdır. Bununla bağlı müxtəlif modellər işlənib 
hazırlanmışdır.  Bu  modellərdə  Komenski,  Herbart  klassik  mode-
linin  Dyuinin  mütərəqqi  nəzəriyyəsi  və  təlimin  yeni  nəzəriyyələri 
ilə uzlaşması açıq-aydın görünür” (110, s. 119). 
İbtidai təhsilin məzmununu düzgün müəyyənləşdirmək üçün, 
ilk növbədə, didaktik tələbləri konkretləşdirmək vacibdir. Təcrübə 
də  onu  göstərir  ki,  ibtidai  təhsilin  məzmununu  hazırlamaq  üçün 
birinci  növbədə  mühüm  didaktik  tələblərin  olmasına  ehtiyac  du-
yulur.  Tədqiqatçılar  da  təlimin  məzmununun  nəzəri  problemlərini 
öyrənərkən belə zərurətlə qarşılaşmalı olurlar. Pedaqoji ədəbiyyatı 
öyrənərkən  bu  məsələyə  xüsusi  diqqət  yetirməyə  çalışdıq.  İbtidai 
təhsilin  məzmununun  müəyyənləşdirilməsi  prinsipləri  ilə  bağlı 
mövcud  yanaşmaları ümumiləşdirdik. Məlum oldu ki, məzmunun 
müəyyənləşdirilməsi prinsipləri ilə bağlı araşdırmaların əksəriyyəti 
ümumi  təhsillə  bağlı  olmuşdur.  Bu  yolla  ibtidai,  orta  və  tam  orta 
səviyyələri əhatə edilmişdir. 
Təhsilin məzmununun didaktik əsasları prinsip, tələb və me-
yar  sözlərindən  istifadə  olunmaqla  müxtəlif  cür  adlandırılmışdır. 
Tədqiqatçılar (Y.Ş.Kərimov, Ə.X.Paşayev, F.A.Rüstəmov, N.B.Sa-
vin,  A.N.Abbasov,  H.Ə.Əlizadə)  məzmunun  prinsiplərini  müəy-
yənləşdirmək  üçün  ümumtəhsil  məktəbinin  bütün  səviyyələrinin 
xüsusiyyətlərini nəzərə  almağa çalışmışlar. 
Y.Ş.Kərimov  ibtidai  təhsilin  məzmununun  yeni  mərhələsini 
zəruri tələblərə cavab verməsi ilə izah edir. Bildirir ki “təlimin məz-
munu  sosial-iqtisadi  inkişafın  perspektivliyinə  uyğun  gəlməlidir” 
(62).  Bu,  ümumi  halda  belədir.  Konkret  olaraq  ibtidai  təhsilin 
məzmununu  müəyyənləşdirmək  hər  hansı  bir  sənədi  hazırlamaq 
baxımından əlavə izahların,  kriteriyaların olmasını tələb edir. 
N.V.Savin  ibtidai  məktəbə  aid  tədqiqatında  təhsilin  məzmu-
nunun  müəyyənləşdirilməsi  üçün  aşağıdakı  kriteriyaları  təklif 
etmişdir : 
“1. Elmlərin nəzəriyyəsinə aid o cümlədən sinif şagirdlərinin 
şüurlu mənimsəməsi üçün zəruri fakt və anlayışlar. 


Gülarə Balayeva 
 
 
40 
2.  Tədris  fənninin  materialları  əsasında  formalaşan  elmi-
dünyagörüşü, ideyalar, etik və estetik normalar, ideallar. 
3.  Biliklərin  mənimsənilməsi  üçün  şagirdlərin  öyrənəcəkləri 
tədqiqat və elmi təfəkkür metodları. 
4.  Elmin  tarixi  haqqında  bəzi  məsələlər,  onun  görkəmli 
nümayəndələri haqqında məlumat. 
5.  Bacarıq  və  vərdişlər,  o  cümlədən  biliklərin  tətbiqinə  aid 
bacarıqlar. 
6.  Uşaqların  mənimsəyəcəkləri  idrak  fəaliyyəti    üsullarının, 
məntiqi əməliyyatların, təfəkkür priyomlarının siyahısı” (152, s.96). 
Bu təsnifat, müəllifin qeyd etdiyi kimi, kriteriyalardır. Onlar 
daha  çox ibtidai  təhsilin  məzmununda  hansı tip məsələlərin  əhatə 
olunmasını diqtə edir. Həmin kriteriyalar ibtidai təhsilin məzmunu-
nun müəyyən olunması üçün təqdim edilsə də, onlarda ümumi cə-
hətlər üstünlük təşkil edir. Belə ki, onların hər birini ümumi təhsilin 
bütün səviyyələrinə şamil etmək mümkündür. 
M.İsmixanovun ümumi təhsilin məzmununu müəyyənləşdir-
mək üçün hazırladığı aşağıdakı meyarlar da ümumi xarakterdədir: 
-
 
“təhsilin məzmununda şəxsiyyətin ahəngdar inkişafı vəzifə-
sinin bir tam halında öz əksini tapması; 
-
 
şagirdlərdə elmi dünyagörüşü formalaşdırmaq imkanı; 
-
 
təhsilin məzmununa daxil edilən bilik və bacarıqların yük-
sək elmi və praktik əhəmiyyət kəsb etməsi; 
-
 
təhsilin  məzmununun  şagirdlərin  real  təlim  imkanlarına 
müvafiqliyi; 
-
 
təhsilin məzmununun həcm etibarı ilə bu və ya digər fənnin 
öyrənilməsinə ayrılan vaxta müvafiqliyi” (53, s.109-110). 
Bu  meyarlara  I-IV  sinif  şagirdlərinin  idrak,  hissi–emosional 
və  fiziki  bacarıqlarının  inkişafı  üzrə  konkret  məqsəd  və  nəticələri 
müəyyənləşdirməyə  imkan  yaradan  meyarların  əlavə  edilməsinə 
ehtiyac vardır. 
A.N.Abbasov  və  H.Ə.Əlizadə  didaktikaya  dair  araşdırmala-
rında belə qənaətə gəlirlər ki, təhsilin məzmununu müəyyən edər-
kən aşağıdakı mərhələlərə diqqət yetirilməsi məqsədəmüvafiqdir: 


Yüklə 2,93 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə