İÇİNDƏKİLƏR



Yüklə 0,53 Mb.
səhifə6/26
tarix14.04.2018
ölçüsü0,53 Mb.
#38161
1   2   3   4   5   6   7   8   9   ...   26

OSİ Modeli

OSİ modeli yuxarıda oxuduğunuz texnologiyaların standartlaşdırılıb bütün şəbəkə sistemləri üçün qəbul olunmuş ümumi formasıdır. Heç kəs sizə OSİ modelinə bax, ya da get OSİ modeli al deməyəcək. OSİ modeli kompüter şəbəkələri sisteminin fiziki təchizatından tutmuş ta proqram təminatına kimi işləmə prinsipini izah edir. Bir kompüterdən digərinə məlumat göndəriləndə baş verən proseslər standartlaşdırılmış formada bütün kompüterlərdə eyni ardıcıllıqla aparılır. OSİ modeli şəbəkəni öyrənmək üçün ən mühüm bölmələrdəndir. Buna səbəb şəbəkələrin yaranması tarixi ilə bağlıdır. Kompüter şəbəkələrinin ilk yarandığı vaxtlardan, fərqli firmalar özlərinə məxsus texnologiyalarla şəbəkə sistemləri yaradır və satırdılar. Bu firmaların istehsal etdiyi şəbəkə kartları və texnologiyası öz kartlarından başqa şəbəkə kartlarını və texnologiyalarını tanımırdılar. Çünki hər bir firmanın özünə məxsus proqram təminatı və quruluşu var idi. Hər firma fərdi eyni zamanda fərqli sistemlər və sürücülər istifadə etdiyi üçün digər firmaların şəbəkələri ilə əlaqə yarada

bilmirdilər. Bu problem ümumi proqram təminatının yazılmasında da çətinliklər yaradırdı. Əgər hər hansı bir şirkət şəbəkə qursaydı o ancaq tək bir firmanın texnologiyasını istifadə etmək məcburiyyətində qalırdı. Çünki digər firmaların texnologiyası artıq qurulmuş şəbəkələrini dəstəkləmirdi. Əgər gələcəkdə şəbəkəyə əlavə etmək istəsələr o firmadan başqası bunu edə bilməzdi. Həmin firmadan alınan mallar isə baha başa gəlirdi. Bu cür problemlərin artması ümumi bir sistemin yaranmasına tələb yaratdı.

Standartlaşdırmada yaranan problemlərin başında proqramlaşdırma terminologiyası gəlirdi. Buna səbəb hər firmanın özünəməxsus terminologiyasının olması idi. 1984-cü ildə International Organization of Standardization (ISO) adında bir qurum Open System Interconnection modelini “ISO”-nu yaratdı. ISO qurumun adının qısaltması deyil, latınca bərabər "isos" sözündən götürülüb. Qurum bütün şəbəkələrin eyni texnologiya əsasında işləməsi üçün çalışır. OSI Modeli dəyişilməz qanun deyil. İstəyən özü üçün şəbəkə sistemi yarada bilər. Amma OSI modelinin standartlarında olmazsa böyük ehtimal digər şəbəkələr tərəfindən anlaşılmayacaqdır və işləməyəcəkdir.



      1. Protokollar

Protokol sözünün mənası hadisənin gedişatını təsvir edən qaydalar toplusudur. Protokollar kompüter şəbəkələrinin müəyyən qaydalar daxilində idarə olunması üçün tənzimləyici rol oynayırlar. Bəs protokollar nəyi tənzimləyir? Kompüter şəbəkəsi üçün protokol iki kompüter və ya aparat arasında müəyyən qaydalar daxilində informasiya mübadiləsinin aparılmasını tənzim edir. Sadə File Transfer Protocol (FTP) proqramı ilə məlumat göndərilən zaman arxa planda bir çox protokol işləyir. FTP protokolu iki kompüterin iki proqramı arasında necə məlumat mübadiləsi aparılmasını müəyyənləşdirir. Transmit Control Protocol (TCP) göndərən sistem üzərindən yollanacaq məlumatı parçalara bölünməsi və qəbul edən sistemin üzərində təkrar birləşdirilməsi funksiyalarını yerinə yetirir. Internet Protocol (IP) isə məlumatın fərqli yönləşdiricilər üzərində doğru yolu izləyərək qarşı tərəfə çatdırılması ilə vəzifələndirilmişdir. Məsələn: hub-da beş kompüter var və hansı kompüterə (MAC adresi ilə təyin edir) bu məlumat çatmalıdır məsələlərini həll edir. Şəbəkə kartı və kabel protokolları məlumatın necə elektrik siqnalları halında göndərilməsi məsələsini yerinə yetirir. Bütün protokollar və baş verən proseslər bütünlükdə 7 əməliyyat layı formasında həyata keçirilir və OSİ modelində cəmlənir.



      1. 7 LAY

OSI modeli vasitəsi ilə bir cihazın və ya protokolun şəbəkə daxilində hansı vəzifəni yerinə yetirdiyini daha rahat izah etmək olar. OSI modeli, kompüter üzərindəki proqram məlumatının, şəbəkə mühitindən keçərək digər bir kompüter üzərindəki proqrama necə çatacağını təsvir edir. Model bu prosesi 7 lay formasında izah edir:



Layer 7 - Application

7. Lay - Tətbiqetmə

Application Set(tətbiqetmə komplekti)

Layer 6 - Presentation

6. Lay – Təqdim etmə

Layer 5 - Session

5. Lay - Sessiya

Layer 4 - Transport

4. Lay - Daşıma(Ötürmə)

Transport Set(ötürmə komplekti)



Layer 3 - Network

3. Lay – Şəbəkə

Layer 2 - Data Link

2. Lay – Məlumat Bağlantısı

Layer 1 - Physical

1. Lay - Fiziki

Tətbiqetmə layı məlumatı təqdim etmə layına, təqdim etmə isə sessiya layına ötürür. Bu şəkildə məlumat fiziki laya kimi çatdırılır. Məlumat qəbulunda isə bu proses əks formada ardıcıllıqla təkrar olunur. Məlumat fiziki laydan tətbiqetmə layına kimi ötürülür. OSI modelinin lay adları ilə birlikdə rəqəmlərini də öyrənmək vacibdir.



OSI modelində hər lay həll olunmalı problemləri təsvir edir. Bu laylarda işləyən cihazlar və protokollar həmin problemlərə həll yolu tapırlar. Yeddi laylı OSI modeli iki bölmədə tədqiq edilə bilər: Application Set Transport Set.

Application Set (tətbiqetmə komplekti) tətbiqetmə layı və proqramlarla bağlı bölmədir. Əsasən proqram şəklində olur. Modelin ən üstündəki tətbiqetmə layı istifadəçiyə ən yaxın olan laydır.

Transport Set (ötürmə komplekti) məlumat mübadiləsi ilə vəzifələndirilib. Fiziki və digər məlumat ötürmə layları həm proqram, həm də şəbəkə kartı ilə işləyirlər. Fiziki lay fiziki şəbəkə mühitinə (məsələn: şəbəkə kabelinə) ən yaxın laydır. Əsas vəzifəsi məlumatı kabeldən ötürmək və qəbul etməkdir.


Lay 1: Fiziki lay ( İngiliscə: Physical layer)
Fiziki lay kompüterlər arasında məlumatın kabel üzərindən fiziki şəkildə ötürülməsi üçün yaradılmışdır. Məlumatı ötürən tərəfdəki fiziki lay məlumatı rəqəmsal (1 və 0) formadan elektrik siqnallarına çevirib kabelə yerləşdirir və qəbul edən tərəf də fiziki lay vasitəsi ilə kabeldən oxuduğu siqnalları təkrar rəqəmsal formaya çevirir. Yəni məlumat kompüterdə olarkən ikili say sistemi üzrə kodlaşdırılmış olur. Bu lay məlumatın ikili say sistemindən siqnal formasına çevirilərək ötürülməsində əsas rol oynayır. Əgər hər iki tərəf eyni forma ötürmə sürətindən və ya tezliyindən istifadə etməzsə, məlumatı ötürmək mümkün olmayacaqdır. Məsələn, bir tərəf +5 volt və 2 millisaniyə tezliyində elektrik siqnalı göndərirsə, qəbul edən tərəf eyni parametrlərdə olmalıdır. Əgər qəbul edən +7 volt və 5 millisaniyə tezliyində siqnalı qəbul etmək üçün qurulubdursa o zaman tezlik fərqi yaranacaqdır. Belə halda göndərilən məlumat qarşı tərəfdə anlaşılmayacaqdır və ötürülmə başa çatmayacaqdır. Fiziki lay bu növ vacib problemləri həll edir. Şəbəkə kartı istehsalçıları bu problemləri nəzərə alaraq eyni tezlikləri istifadə edən şəbəkə kartları istehsal etməyə qərar vermişdirlər. Ona görə də şəbəkə kartları bir-birləri ilə problemsiz işləyirlər. Fiziki layda istifadə olunan və ən çox adı çəkilən texnologiyalardan hələlik bir neçəsi ilə sizi tanış etmək istəyirəm.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə