İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə14/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

 
36 
6.2 CRC zədə kontrolu 
 
Cyclic(Sayklik) Redundancy(Rıdandınsi) Check(çek) məlumat paketlərinin elektrik siqnalı kimi 
kabeldən  keçərkən  zədəli  olmaları  halında,  bu  zədələnmənin,  yəni  məlumat  paketinin  qarşıya 
ötürülərkən  yolda  dəyişmiş  halda  çatdığının  təsbiti  üçündür.  Göndərən  tərəf,  məlumat  paketinə 
qoyulacaq  məlumatı  riyazi  bir  hesablamadan  keçirir.  Hesablamanın  nəticəsi  CRC  kodudur. 
Məlumat  və  CRC kodu  qarşı tərəfə  yollanır. Alan tərəf  paketi  açır, məlumatı  oxuyur, eyni  riyazi 
hesablama  məlumata  tətbiq  olunur.  Nəticə  əgər  məlumat  yolda  zədələnmədən,  yəni  bir  bit-i  belə 
dəyişmədən gəlmiş isə, CRC kodu ilə eyni olmalıdır. Əks halda alan tərəf göndərən tərəfə həmin 
paketi  təkrar  yollamasını  bildirir.  Bu  nöqtəyə  qədər  ən  başda  qarşımıza  çıxan  iki  problemi,  yəni 
məlumatın  paketlər  halında  necə  göndəriləcəyini  və  şəbəkəyə  daxil  sistemlərin  bir-birindən  necə 
ayırd  ediləcəyini  (MAC  adresi  ilə)  öyrəndik.  Sıra  gəldi  kimin  məlumat  paketini  yollamaq  üçün 
kabeli necə istifadə edəcəyini təyin olunmasına. 
 
6.3  CSMA/CD haqqında. 
 
Ethernet  texnologiyası  məlumatların  ötürülməsi  mühitinə  daxil  olan  zaman  konfliktlərə  icazə 
verilməsi  metodudur.  Bu  metodu  əsasən  CSMA/CD(Carrier  Sense  Multiple  Access  with 
Collision Detection) adlandırırlar. Bu nə deməkdir: 
Ötürülənlərin  (daşınanların)  təyin  olunması  (anlama)  (Carrier  Sense)  bu  o  deməkdir  ki, 
Ethernet  şəbəkəsində  olan  bütün  cihazlar  həmişə  kabel  sistemində  bir  kompüterdən  digərinə 
ötürülən məlumat siqnallarının  mövcudluğunu yoxlayırlar. Bu siqnal daşıyıcı adlanır və Ethernet 
şəbəkəsində  hər  bir  kompüter  daşıyıcının  nə  vaxt  azad  olduğunu    və    nə  vaxt  məşğul  olduğunu 
təyin edə bilər. 
Çoxsahəli giriş(keçid) (Multiple Access) bunun mənası,  Ethernet şəbəkəsində bütün kompüterlər 
tamamilə eyni  hüquqa malikdirlər və kabel  sisteminə  siqnalın ötürülməsi  üçün xüsusi icazə  tələb 
olunmur. Bundan əlavə, çoxsahəli giriş o deməkdir ki, Ethernet şəbəkəsində xətt üzrə eyni vaxtda 
sadəcə 1 məlumat ötürülməsi baş verilə bilər. 
 
Toqquşmanın  (çarpışmanın)  aşkar  edilməsi  (üzə  çıxardılması,  hiss  olunması)  (Collision 
Detection)    texnologiyası  icazə  verir  ki,  Ethernet  şəbəkəsində  eyni  vaxtda  bir  neçə    aparata 
məlumatın  göndərilməsini  aradan  qaldırsın.  Ethernet  şəbəkələri  bu  şəkildə  işləyirlər:  şəbəkə 
kompüterləri  şəbəkə  kabelini  dinləyirlər,  əgər  daşıyıcı  boşdursa  o  zaman    kompüterlər  məlumat 
göndərilməsi ilə məşğul olurlar.  Əgər iki kompüter eyni zamanda məlumat göndərmək istəsə nə 
baş verər? Ethernet şəbəkələrinin ən böyük problemi budur, eyni zamanda iki kompüter məlumat 
göndərərsə  hökmən  şəbəkədə  konflikt(collision)  yaranacaqdır.  Bu  problemə  çarə  sayılan 
СSMA/CD    metodu  ilə  şəbəkə  kabeli  dinlənilir  və  qoşulmuş  cihazlardan  heç  bir  siqnal 
göndərilmirsə    göndərilmə  həyata  keçirilir.  Bu  yoxlama  siqnalı  göndərmə  prosesi  hər  paket 
göndərilən  zaman  həyata  keçirilir.  Əgər  iki  kompüter  də  kabeli  yoxlayan  zaman  və  ya  paket 
göndərməyə  hazırlaşan  zaman  başqa  kompüterində  kabeli  yoxladığını  hiss  edirsə  (Collision 
Detection)  o  random  (təsadüfi)  rəqəm  götürür,  məsələn  1-10  aralığında  və  o  qədər  millisaniyə 
gözləyir və  yenidən  yoxlamaya keçir.  Əgər şəbəkədə kompüterlərin sayı çoxdursa o zaman o 1-
100 arasından da bir rəqəm seçə bilər. Bu metod yüz faiz qarantiya vermir ki, səhv olmayacaq və 
ya paket yerinə tam dəqiqliyi ilə çatacaq. O sadəcə olaraq  СSMA/CD  siqnal (sorğu) yayma üsulu 
ilə  başqa  cihazlarla  toqquşmamaq  üçün  metoddur.  Ethernet  hər  paketi  16  dəfə  göndərməyə  cəhd 
etdikdən sonra göndərə bilmirsə o paketi məhv edir. Bu hal kabelin çox işlək və ya xarab olduğu 


 
37 
zaman baş verə bilər. Bu halda da OSİ modelinin üst layları bunu proqram təminatı ilə izləyərək 
həll  etməyə,  yəni  yenidən  göndərməyə  çalışacaqdır.  TCP/İP  vasitəsi  ilə  məlumatı  alan  tərəf 
göndərən tərəfə məlumatın tam olmamağı barədə xəbər verir. 
 
6.4 Ethernetin sürəti haqda 
 
10,  30,  50  fərqi  yoxdur  işçi  sayı  çox  olan  iş  yerində  Ethernet  şəbəkəsi  işlədilirsə  eyni  anda 
şəbəkəyə  qoşulmada  problem  yaşanacaqdır.  Əgər  hər  kəs  saat  9-da  kompüterini  açsa  şəbəkəyə 
qoşulmaqda çətinlik çəkəcəkdir. Bunun səbəb bütün kompüterlərin şəbəkədə Collision (toqquşma) 
halında  olmasıdır.  Lori  desək  şəbəkədə  qırğın  gedir.  Şəbəkənin  nə  qədər  güclü  olmasına 
baxmayaraq  o  ilk  dəqiqələrdə  performansının  ən  aşağı  səviyyəsində  olur.  Amma  gün  ərzində 
şəbəkə tam funksional olmasa da yaxşı işləyir. Nəyə görə tam olmasa da dediyimi izah edim. Ona 
görə ki, şəbəkə kartlarının sürətləri 10 Mbit\san və ya 100Mbit\san olmağına baxmayaraq əsas güc 
СSMA/CD yoxlama siqnalları sərf edilir. Bu da şəbəkəni hər zaman dolu olmasına səbəb olur. Nə 
etmək  olar  hələ  ki  ETHERNET  ən  yaxşısıdır.    Ethernet  rəsmi  olaraq  ilk  satışa  çıxarıldığında 
koaksial    kabel  istifadə  edərək  10Mbit/Saniyə  sürətində  çalışırdı.  İlk  model  olaraq  da  10Base5 
bazara  çıxarıldı.  Uzun  bir  vaxt  bu  şəkildə  istifadə  olunan  ilk  ethernet,  RG-8  kabelindən  istifadə 
etdi. RG-8-in quraşdırılmasından daha asan olan və ucuz başa gələn RG-58 onu əvəz etmək üçün 
yaradıldı  və  10Base2  modeli  yarandı.  Ancaq  bu  iki  Ethernet  tipi  də  günümüzdə  yerini  Twisted 
Pair(TP)  kabel  istifadə  edən  Ethernet-ə  təhvil  vermişdir.  Hələ  ki  RG-58  istifadə  edən  bir  şəbəkə 
tipinə  rast  gəlmək  mümkündür.  Aşağıda  Ethernetin  bütün  tipləri  və  ya  növləri  ilə  tanış  olduqdan 
sonra onların izahı ilə məşğul olarıq. 
 
6.5 Ethernet Tipləri. 
 
Base (əsas) sözü qarşısındakı 10, 100, 1000 şəbəkə sürətini bildirir. Məsələn: 10 (100,1000) Mega 
Bit/Saniyə  və  ya  10(100,1000)  Mbit/Sec.  Yəni  saniyədə  10,100,1000    meqabayt  məlumat  ötürə 
bilir. 
 
Ethernet Tipləri 
 
Əhatə dairəsi. 
Məsafə 
İstifadə etdiyi kabel 
10Base-2 
200 m 
Coaxial ------- RG-58 
10Base-5 
500 m 
Coaxial ------- RG-8 
10Base-T 
100 m 
Cat 3 və yuxarı UTP-lər 
10Base-FL 
2000 m = 2 km 
Multimode Fiber----(MM) 
 
Fast(sürətli)  Ethernet 
Tipləri 
Əhatə dairəsi. 
Məsafə 
İstifadə etdiyi kabel 
100Base-T2 
100 m  
Cat 3 və yuxarı UTP-lər 
100Base-T4 
100 m  
Cat 3 və yuxarı UTP-lər 
100Base-TX 
100 m və yuxarı 
UTP-------CAT5 
100Base-SX 
300m və yuxarı 
Multimode Fiber----(MM) 
100Base-FX 
2000 m = 2 km və yuxarı 
Multimode Fiber----(MM) 
100Base-BX 
 
Single mode Fiber----(SM) 
 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə