İÇİNDƏKİLƏR


Switch------------------------------------------------------------------------------------------



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə2/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   2   3   4   5   6   7   8   9   ...   30

 

 
9.Switch------------------------------------------------------------------------------------------58 
 
9.1. Full-Duplex işləmə-------------------------------------------------------------------------60 
9.2. 5-4-3 qaydası-------------------------------------------------------------------------------61 
9.2.1. Switch ilə 5-4-3 həddinin aşılması-------------------------------------------63 
10. Şəbəkə düzəltməyə başlayaq------------------------------------------------------------63 
10.1.  UTP kabellə başla------------------------------------------------------------------------63 
10.1.1.  Düz kabel------------------------------------------------------------------------64 
10.1.2. Çarpaz kabel---------------------------------------------------------------------65 
10.1.3. Hub-ların bir-birinə bağlanması-----------------------------------------------65 
10.1.4. Kabel bağlantı standartları-----------------------------------------------------66 
10.1.5. Gigabit Ethernet üçün kabel yarat--------------------------------------------67 
10.1.6. Jak-ı kabelə taxma--------------------------------------------------------------68 
10.2. Şəbəkə qurmaq üçün hazırlıq-----------------------------------------------------------72 
 
10.2.1.  Şəbəkə kartının yerləşdirilməsi və proqram təminatı-------------------72 
10.2.3. İki kompüteri şəbəkə kartları vasitəsi ilə birbaşa qoşma----------------74 
10.2.4.  İP nəyə görə lazımdır?------------------------------------------------------79 
10.2.5.  İP təyin etmək----------------------------------------------------------------81 
10.3. Fayllarınızı şəbəkə vasitəsi ilə bölüşün-----------------------------------------------82 
10.3.1. XP əməliyyat sistemində File Sharing (Dosye bölüşdürülməsi)-------82 
10.3.2. Vista  əməliyyat sistemində File Sharing (Dosye bölüşdürülməsi)----84 
10.4.  İki və daha çox  kompüteri hub və ya switch vasitəsi ilə birləşdirmək----------88 
10.5. Şəbəkə problemlərinin həlli üçün lazımlı məlumatlar (XP və Vista)--------------89 
 
 
10.5.1. PİNG---------------------------------------------------------------------------89 
10.5.2. Hostname---------------------------------------------------------------------90 
10.5.3. NET----------------------------------------------------------------------------90 
10.6. Dial up modem vasitəsi ilə internetə qoşulma və interneti bölüşmə--------------91  
11. Ev daxili ADSL modem vasitəsi ilə internet bölüşmə----------------------------103 
 
11.1. ADSL modemi statik ip-yə görə quraşdırma-------------------------------103 
 
11.2. DHCP-server vasitəsi ilə bölüşdürmə----------------------------------------105 
Saytlar------------------------------------------------------------------------------------------108
 
 
 
 


 

 
 
 
 
ÖN SÖZ  
 
 
 
 
  Kitab  İbayev  Zabil  Vəfaddin  oğlu  tərəfindən  hazırlanmışdır.  Bu  kitab  kompüter 
şəbəkəsinin  yarandığı  dövrdən  indiyə  qədər  ki  şəbəkə  texnologiyalarını  əhatə  edir. 
İnternetdən  yığılan  məlumatlar  əsasında  hazırlanmış  kitabın  yaranma  səbəbi 
Azərbaycan  dilində  şəbəkə  texnologiyalarını  öyrənmək  üçün  materialların  ya  az 
olması ya da heç olmamasıdır.  
  Kitabı  çap  edərək,  sataraq  qazanc  əldə  edilməsinə  Zabil  İbayev  Vəfaddin  oğlu 
tərəfindən  icazə  verilmişdir.  Tək  bir  şərtim  var.  Əgər  hər  hansı  bir  yerdə  kitabdan 
sitat gətirilərsə Zİ-N şəklində kitabın adı göstərilsin və heç bir dəyişiklik edilməsin. 
Sizə uğurlar diləyirəm və kitaba uyğun bir atalar sözünü nəzərinizə çatdırıram. 
 
  
 
 
------------Bu darı o aclığa çatmaz-------- 
 
 
 
 
 
 
 
İbayev Zabil 
 
 
 
 
 
 
 
 
 
 
 


 

1. Kompüter şəbəkələrinin keçmişi və bu günü 
 
Kompüter şəbəkəsinin yaranması üçün ən azı iki kompüterin bir-birinə qoşulması lazımdır. Şəbəkə 
harada  və  nə  üçün  istifadə  olunur?  sualını  versəniz,  bu  suala  indi  çox  rahat  cavab  tapmaq  olar. 
Məsələn,  bu  gün  ofislərdə,  nəşriyyatlarda,  kompüter  klublarında  və  ya  beynəlxalq  informasiya 
mübadilələrində kompüter şəbəkələri vacib rol oynayır. Əgər bir firmanın müdiri ümumi sənədin 
bütün  işçilər  üçün  əl  çatan  olmasını  istəyirsə,  o,  kompüter  şəbəkəsindən  istifadə  edərək  bu  işi 
rahatca  həyata  keçirir.  Nəşriyyatda  işləyən  dizayner  öz  kompüterində  hazırladığı  jurnalın  üz 
qabığını  çap  etmədən  şef  redaktora  göstərmək  və  rəyini  bilmək  istəyirsə,  sadəcə  olaraq  şefin 
kompüterinə jurnalın üz qabığını  göndərir və danışıq proqramı vasitəsi ilə onun rəyini alır. Oyun 
klublarında  tək  oynamaqdan  bezən  uşaqlar  bir-biriləri  ilə  şəbəkə  vasitəsi  ilə  oynaya  bilirlər. 
Beynəlxalq  kompüter  şəbəkələri  ilə  xüsusi  proqram  təminatı  ilə  xaricdə  yaşayan  qohumlarının 
üzlərini  kompüterdə  görə  və  səslərini  rahatca  eşidə  bilərlər.  İstəyirəm  bir  az  əvvələ  qayıdıb  ilk 
şəbəkələrin yaranmasından indiyədək görülmüş işlərdən bir az məlumat verim. 
60-cı  illərdə  kompüter  deyiləndə  ağıla  böyük  mainframe(meynfreym)-lər  gəlirdi.  Əlbəttə  ki 
mainframe-lər  indiki  kompüterlərlə  müqayisə  oluna  bilməzlər.  Onların  nə  monitoru,  nə  də 
klaviaturası vardı. Mainframe-lər böyük dəmir şkaflara bənzəyirdilər.  
 
 
  
 
Mainframe-lər  iş  dünyasında  istifadə  edilən  ilk  kompüterlərdəndirlər.  Çox  az  sayda  istehsal 
olunmuş bu aparatlar böyük bir sığorta şirkəti tərəfindən istifadə edilmişdir və sonra 1984-cü ildə 
muzeyə  verilmişdir.  1950-ci  ildə  bu  kompüterlərin  40  dənəsi  çox  çətin  riyazi  hesablamalarda 
istifadə  olunmuşdur.  Aralarında  Sidney  Opera  binasının  da  olduğu  bir  çox  bina  və  körpünün 
düzəldilməsində bu kompüterlər faydalı olmuşdur. 1955-ci ildə, kompüterlərin istehsalçısı Ferranti 
şirkəti, kompüterlərdən birini elm adamları və riyaziyyatçılara təqdim etdi. Beləcə illər tələb edən 
hesablamalar bu firmaya gətirilirdi və hesablamalar kompüterdə aparıldıqdan sonra nəticə yiyəsinə 
təslim  edilirdi.  Başlanğıcda  klaviatura  və  monitoru  olmayan  bu  cihazlar  bir  və  ya  daha  çox 
operator  tərəfindən  proqramlaşdırılır,  işləməsi  təmin  edilirdi.  Sonra  ekran  və  klaviaturalardan 
istifadə  olunmağa  başlanıldı.  Bir  mainframe-ə  birdən  çox  klaviatura  və  monitor  birləşdirmək 
olurdu.  Eyni  anda  birdən  çox  adam  bu  cihaza  proqram  yaza  bilərdi.  Diqqət  etdinizsə  proqram 
yazmaqdan  bəhs  etdim.  O  vaxtlar  hazır  proqramları  alıb  istifadə  etmək  yox  idi,  bir  proqrama 
ehtiyacın  var  idisə  onu  oturub  yazırdın.  Haqqında  bəhs  etdiyimiz  sistemlərə  "şəbəkə"  deyə 
bilmərik,  çünki  bu  klaviaturalarla  və  monitorlarla  sadəcə  informasiya  daxil  edilir  və  çıxarılırdı. 
Bəlkə  ağılsız  terminal  termini  eşitmişiniz.  Üzərilərində  CPU(Si  Pİ  Yu)-su  olmayan  bu  cihazlar 
Dumb(damb) terminal-ağılsız terminal adlandırılırdı. Vaxt keçdikcə mainframe-lər inkişaf etdirildi 
və hard disklərdən istifadə olunmağa başlanıldı. Çox keçmədən mainframe-lər arasında məlumatın 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə