İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə30/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   ...   22   23   24   25   26   27   28   29   30

 
92 
bilə  bilmərəm  hansı  model  modem  alacaqsınız.  Ona  görə  ümumi  şəkildə  nə  etməlisiniz  onu  izah 
edəcəyəm.  
Modemi aldın xeyirli olsun. Onun kabellərini uyğun gələn şəkildə qoş, amma çalış pinləri (simləri) 
qırma.  Modemi  elektrikə  qoş  və  böyük  ehtimal  yanında  düyməsi  var  onu  da  sıx.    Yadındadırsa 
kompüter şəbəkə kartını yükləməyi öyrənən zaman dediyim kimi yeni çihaz qoşulanda kompüter 
onu  sağda  aşağıda  bildirir.  Sən  kompüterin  diskini  sal  və  onun  driver-ini  yüklə.  Sonra  My 
Computer-in  Properities-indən  Device  manager-ə  bax.  Əgər  modem  qarşısında  sual  yoxdursa 
modem  istifadəyə  hazırdır.  Əgər  varsa  sualın  üzərinə  sıx  və  oradan  Driver  hissəsinə  gəl  və 
yenidən yükləməyə çalış. Sonra Control Panel-dən Phone and Modem ikonasını tap və daxil ol.  
 
 
XP və Vista 
 
Açılan  pəncərədə  Modems  düyməsini 
sıx. Əgər şəkildə olduğu kimi modemin 
adı  yoxdursa  onda  aşağıda  Add 
düyməsini  sıx  və  əlavə  et.  Orada  heç 
nəyi  dəyişmədən  Next  düyməsini  sıx. 
Sonra  Have  disk  düyməsini  sıx  və 
modemin  diskindəki  görünən  fayllardan 
birini  seç.  (Əsasən  yazı  faylı  olur.) 
Sonra  yenə  Next  düyməsini  sıx  və 
modemin  kabelini  hansı  COM  porta 
qoşmuşsansa o COM-u seç. 
 
XP və Vista 
 
 
 
Start, sonra  Settings  düyməsini sıxın 
və daxilindəki Network Connections 
düyməsini sıxın. 


 
93 
 
XP  
 
 
Əgər  kompüterinizə  şəbəkə  kartı 
yüklənibsə onda sağ tərəfdə Local Area 
Connection  ikonası  görünəcəkdir.  Bizə 
lazım  olan  düymə  sol  tərəfdə  yerləşən 
Network Tasks menyusundan Create a 
new connection düyməsidir. 
 
XP  
 
 
 
 
Next düyməsini sıxın və quraşdırmağa 
başlayaq. 
 
 
XP  
 
 
 
 
Connect to the Internet – seçib davam 
eləyin.  


 
94 
 
XP  
 
 
 
 
 
Bu 
pəncərədə 
bizə 
lazım 
olan 
variantlardan  ikincisini  Set  up  my 
connection 
manually 
variantını 
seçirsiniz. 
 
XP  
 
 
 
 
 
Bu pəncərədə Connect using a dial-up 
modem  variantını seçirsən. 
 
 
 
XP 
 
 
 
Bu  pəncərədə  isə    qoşulmaya  ad 
verirsən.  Bu  ad  qoşulma  ikonasının 
üzərində  çıxacaqdır.  Əksər  hallarda 
internet  kartınızın  istehsalçısı  olan 
firmanı yazırlar. Yazıb Next yaz. 
 


 
95 
 
 
XP 
 
 
 
 
Burada  isə  internet  kartının  üzərində 
yazılan  dial  up  nömrələrindən  və  ya 
ikinci  adı  qoşulma  nömrələrindən  birini 
bura yazın. 
 
 
XP 
 
Bəzi  firmalar  onlarda  üzv  olmaq  üçün, 
yəni  istifadəçilərdən  birinə  çevrilmək 
üçün  sizə  User  name  (İstifadəçi  adı) 
yerinə  müvəqqəti  Guest  (qonaq)  və 
Password  (şifrə)  yerinə    müvəqqəti 
Guest  şifrə  yazaraq  internetə  qoşularaq 
onların  saytına  girib  qeydiyyatdan 
keçməyi  təklif  edir.  Bu  vaxt  siz    User 
name və   Password əldə edirsiniz. Bəzi 
firmalar  isə  onlara  zəng  edərək  sizə 
üzvlük adı və şifrə verirlər. 
Confirm 
təsdiqlə 
deməkdir. 
Yəni 
Password-ü təkrar yaz. 
 
XP  
Bu  pəncərədə  Add  a  shortcut  to  this 
conection  to  my  desktop-  qarşısına 
seçilmiş  hala  gətirin  və  Finish 
düyməsini basın. 
 
Onu da deyim ki Guest kimi daxil olub 
və  üzv  adı  aldıqdan  sonra  növbəti  dəfə 
internetə girəndə üzv adınız və şifrənizlə 
daxil  olun.  Əks  halda  ancaq  həmin 
firmanın  saytına  girə  biləcəkdiniz. 
Çünki Guest adı ilə giriş internetə daxil 
olmaq  üçün  deyil.  O  sadəcə  üzvlük 
saytına daxil olmaq üçündür. 


 
96 
 
 
 
XP və Vista 
 
 
Artıq, şəbəkə qoşulması ekranında Dial-
up qoşulması ikonasını görə bilirik. 
 
  
Gəlin internetə qoşulmadan əvvəl qoşulma tənzimləmələrini kontrol edək. 
 
 
 
XP və Vista 
Sağ  tərəfdə  Dial-Up  ikonasını  seçirik, 
solda  Network  Tasks  menyusunda 
Change  settings  of  this  connection 
düyməsini seçirsiniz. 
 
Ya da ki şəkildə olan UUNET(yada hər 
nə  cür  adlandırmısınızsa)    adlı  Dialup 
qoşulmasının üzərinə sağ düyməni sıxıb 
Properties-dən eyni yerə çıxa bilərsiniz. 
 
XP və Vista 
Açılan  pəncərədəki  menyu  General 
düyməsi  üzərində  olacaqdır.  Şəkildə 
gördüyünüz  kimi  sizdə  də  Connect 
using  yerində  Modem  görünməlidir. 
Əgər  yoxdursa  onda  modem  qoşulmağa 
hazır 
deyil 
deməkdir. 
Configure(konfiguər)-dən 
girib 
modem-i  düzəldə  bilərsiniz.  Phone 
number(foun 
nambə)-də 
Area 
code(Ərazi  kodu)-  (Bakı  yaşayanlar 
üçün) 12  yazırsınız. Alternative- kartda 
olan  digər  nömrələri  əlavə  etmək 
üçündür. 
Country 
code 
üçün 
Azerbaijan 
seçirsiniz. 
Dialing  Rules-a  girin  və  növbəti  şəkilə 
baxın. 


 
97 
 
XP və Vista 
 
 
 
 
 
Pəncərənin  yuxarısında  oxuya  bilərsiniz 
Phone  and  Modem  Options.  Aşağıda 
New  Location  sözünü  işarə  et  və  Edit 
(redaktə et) düyməsini sıx. 
 
XP və Vista 
 
Location  Name  (Yerləşdiyi  yer)-  Bakı, 
Lənkəran,  Qax  yaz,  fərqi  yoxdu. 
Country - Azerbaijan seç Area code- 12 
(Bakı  üçün).  Dialing  rules  (Daylinq 
rulz)-da birinci xanaya 4 yaza bilərsiniz. 
Burada  Yerli  (Local)  xəttə  (line) 
bağlanmaq  üçün  istifadə  olunan  rəqəmi 
istəyir.  Ya  burada  yazmalısınız  ya  da 
nömrəni  yazanda  əlavə  etməlisiniz.  Hər 
ikisində  yazsanız  düzgün  olmaz.  44  ilə 
başlayan  uzun  nömrə  alınacaqdır.  Bu 
şəkildə seçilmiş olsa da  quşu seçməyin, 
götürün. 
Dial  using-  Elektron  ATS-lər  üçün 
Tone  olmalıdır.  Digərləri  üçün  Pulse. 
Bakıda  demək  olar  hamısı  Tone-dur 
elektrondur.  
 
Artıq hər şey hazırdır. Start, SettingsNetwork Connections və düzəltdiyimiz qoşulma ikonasını 
sıxırıq. Əlbəttə bu Desktop-da da olmalıdır. 
 
 
 


 
98 
 
 
XP  
 
 
 
 
 
 
Dial düyməsini sıxın. 
 
 
 
 
XP və Vista 
 
Modemin yığma səsini eşitmək olur. Əgər 
səs  xoşunuza  gəlməsə  onu  kəsmək  olur. 
Bu haqda bir az sonra. 
 
 
 
XP və Vista 
 
Müəyyən  bir  müddətdən  sonra  modem 
serverə  qoşulanda  sən  bir  az  dəyişir  və 
sizin qoşulmaq üçün istifadəçi adınızın və 
kodunuzun  doğru  olub  olmamağını 
yoxlayır. Əgər düz deyilsə əlaqə qırılır. 
  
 
XP və Vista 
Əgər  doğrudursa  sağ  tərəfdə  aşağıda 
Əlaqə sürəti yazılır. Siz Dial up modemlə 
maksimum  56  kilobit/saniyə  sürətində 
qoşula bilərsiniz. 
 
 
XP və Vista 
Əlaqəni 
qırmaq 
üçün 
Disconnect 
düyməsini,  qoşulma  vəziyyəti  haqda 
məlumat  almaq  üçün  Status  düyməsini 
sıxmalısınız. 


 
99 
 
XP və Vista 
 
Connection  bölməsində  siz  qoşulmanın 
Status-unu 
Connected 
qoşulubdur, 
Duration(dyureyşn)  nə  qədər  vaxtdır  ki 
qoşulubdur  və  Speed  qoşulma  hansı 
sürətdədir.  Maraqlı  olan  məlumatlar 
Activity  bölməsindədir.  Sent  göndərilən 
paketlərin, Received qəbul olan paketlərin 
sayını  göstərir.  Hər  tərəf  aktiv  hala 
gələndə  o tərəfdə  ki  kompüter  yaşıl işıqla 
yanır.  Bunun  eynisini  modemdə  də  görə 
bilərsiniz. İnternet yaxşı işləməsə buradan 
təyin 
edə 
bilərsiniz 
ki, 
paketin 
göndərilməsində, 
yoxsa 
alınmasında 
probleminiz  var. 
 
XP və Vista 
 
 
 
 
Details- düyməsi adından göründüyü kimi 
digər  məlumatları  verir.  Server  ip-si  və 
Client ip-si, yəni sizə verilən ip.
 
 
Artıq  internetə  qoşula  bilirik.  İndi  onu  şəbəkədəki  digər  kompüterlə  bölüşməyə  çalışaq.  İnterneti 
şəbəkədə bölüşə bilməmək ikonası aşağıdakı quraşdırmalardan sonra yox olacaqdır. 
 
 
 
VİSTA və XP 
Əgər  şəkildə  göründüyü  kimi  ikona 
yaranarsa 
bu 
limited 
connection 
deməkdir.  Yəni  kompüter  şəbəkəyə 
qoşulub,  amma  internet  bölüşdürülməsi 
yoxdur. 
 


 
100 
 
XP və Vista 
 
Local  Area  Connection  sağ  düymə  
Properities-nə  daxil  olun  və  açılan 
pəncərədə 
menyudan 
Advanced 
(qabaqcıl)  üçüncü  düyməni  seçirsiniz  və 
İnternet 
Connection 
Sharing 
bölməsində  olan  iki  xananı  da  doldurun.  
Birinci  quş  qoyulan  yerin  izahı  Allow 
other 
network 
users 
to 
connect 
through  this  computer’s  Intenet 
connection- Digər şəbəkə istifadəçilərinə 
bu  kompüterin  internet  bağlantısından 
qoşulmağa icazə ver. 
 
Allow  other  network  users  to  control 
or  disable  the  shared  İnternet 
connection- Digər şəbəkə istifadəçilərinə 
bölüşdürülən interneti idarə və ləğv etmə 
icazəsi  ver.  Yəni  tam  istifadə  haqqı 
vermək. 
 
Sonra OK düyməsini sıxın. 
 
 
XP və Vista 
 
Siz interneti şəbəkə istifadəçiləri arasında 
bölüşdürmək  üçün  Dial  up  qoşulmanın 
Properities-nə 
daxil 
olun 
açılan 
pəncərədəki 
menyudan 
Advanced 
düyməsini sıxın və orada da eyni şəkildə 
Allow  other  network  users  to  connect 
through  this  computer’s  Intenet 
connection- Digər şəbəkə istifadəçilərinə 
bu  kompüterin  internet  bağlantısından 
qoşulmağa  icazə  ver  düyməsini  sıx. 
Qarşısına  quş  qoy  və  OK  düyməsini 
sıxaraq qərarını təsdiqlə.  
 
  


 
101 
Vista-da Dial up  qoşulma daha asandır.  
 
Vista 
 
Control  Panel,  sonra  Network  and 
Sharing Center  və açılan pəncərədə ki 
sol tərəfdə menyuda Set up a connection 
or network düyməsini sıxın.  
 
Vista 
 
Açılan  pəncərədə  Set  up  dial-up 
connection-  işarə  edin.  Sonra  Next 
düyməsini sıxın. 
 
 
Vista
 
 
  
 
Xanaları  uyğun  formada  doldurun.  XP  üçün  izah  olunmuş  Dialing  Rules  düyməsi  də  burada 
yerləşir.  Allow  other  people  to  use  this  connection-  bu  kompüterə  qoşulanlara  internetdən 
istifadə etməyə icazə vermək düyməsi işarə olunub. Sonra connect düyməsini sıxın və qoşulun.
 


 
102 
11. Ev daxili ADSL modem vasitəsi ilə internet bölüşmə 
 
Bu  hissədə  mənim  hər  gün  istifadə  etdiyim  D-Link  məhsullarından  olan  DSL-2640T  modelinin 
qabiliyyətlərinə ayırıram. Bu modelin təxmini qiyməti 80 AZN-dur.  Üzərində Wireless ADSL2+ 
Router yazılıbdır. O həm də switch-dir. İndi isə gəlin bütün bunları birləşdirərək ev daxilində 256 
kb  –lıq  internet  sürətli  wireless(simsiz)  şəbəkə  yaradaq.  Əgər  nəyə  görə  məhs  bu  modeli  və  bu 
sürəti seçdiyim sualını versəniz. Imkanım buna çatdı deyəcəm. Daha yaxşı modemlər və sürətlər 
də əldə edə bilərsiniz. Puluna baxır. 
 
11.1 ADSL modemi statik ip-yə görə quraşdırma 
 
İlk  növbədə  hər  hansı  bir  firmadan  DSL  qoşulma  sifariş  edin.  Onlar  sizdən  modemi  alıb  onlara 
gətirməyinizi  xahiş  edəcəklər  və  ya  sizə  uyğun  modem  təklif  edəcəklər.  Siz  gedib  mən  deyən 
parametrlərdə olan bir modem alırsınız. 3 gün ərzində onlar DSL parametrlərini qurmaq üçün evə 
təşrif buyuracaqlar. Sonra ip məlumatlarını kompüterə yazıb, tənzimləyib gedəcəklər. Bu arada sən 
o  ip  məlumatlarını  bir  vərəqə  yazırsan.  Gələcəkdə  100%  lazım  olur.  Artıq  internetin  işlədiyini 
görürsən.  Bu  arada  həmin  adamdan  xahiş  elə  sən  modemi  quraşdıranda  orda  olsun.  Çaydan, 
mürəbbədən  ver başını qat və mən deyən cürə başla modemi qurdalamağa.  
 
 Qələmin  ucunu  sağ  tərəfdə 
yerləşən  modemin  Reset 
düyməsi  olan  yerə  sal  və 
düymənin  sıxıldığını  hiss 
edəndən sonra onu 10 saniyə 
sıxılı  saxla.  Möhkəm  sıxıb 
xarab 
eləmə. 
Sonra 
modemin  işıqlarının  qismən 
söndüyünü görəcəksən.  


 
103 
 
 
 
 
 
İnternet Exploreri aç və 
192.168.1.1 yaz və enter 
düyməsini sıx. Qarşına çıxan 
pəncərədə  
Username-------admin  
Password--------admin 
yaz.  
 
 
 
 
 
 
 
 
 
 
Ortada yerləşən Run Wizard 
düyməsini sıx və mən 
göstərdiyim ardıcıllıqla 
irəlilə. 
 


 
104 
 
 
 
 
 
 


 
105 
 
Artıq  İnternet  hazırdı.  Bura  kimi  sizin  üçün  DSL  quraşdırmağa  gələn  firma  işçisinin  eyni 
hərəkətləri  etdiyini  görəcəksiniz.  Əlbəttə  ki,  ip  məlumatları  və  onların  server-ə  qoşulma 
məlumatları  fərqli  olacaqdır.  Birdə  təkrar  edim  bu  addımları  ondan  öyrənib  vərqə  qeyd  edib 
saxlayın. 
 
11.2 DHCP-server vasitəsi ilə bölüşdürmə 
 
 
 
DHCP düyməsini sıx və açılan pəncərədə DHCP server düyməsini seç.  
 
 
 


 
106 
 
 
Starting İP   192.168.1.2 
Ending  İP    192.168.1......------------Neçə  ədəd  kompüter  olacaqsa  o  qədər  +  1  sayda  yaz.  Başa 
düşmədinsə 254 yaz 
 
AUTO düyməsini seç və APPLY  düyməsini sıx. Artıq şəbəkəyə qoşulmuş bütün kompüterlər ip-
yə  sahib  olacaqlar.  Bununla  Router  fəaliyyətə  başlayır.  Sonra  WAN-a  daxil  olun  və  oradan 
PPPoEPassThrough ---Enable edin. Apply düyməsini sıxın. 
 
Növbəti  şəkil  DHCP-nin  müəyyən  mac  kodlara  sahib  olan  kompüterlərə  şəbəkə  daxili  statik  İP 
verilməsi  üçün  istifadə  olunur.  Yəni  istəmirsənsə  kimsə  şəbəkə  daxilində  xoşladığın  İP-ni 
götürsün, onda cəld davran MAC kodunu və xoşladığın İP-ni yaz. Sonra Apply elə.  
 
 
 


 
107 
 
 
Bu addımlar birlikdə İnterneti şəbəkəyə buraxır. DHCP-ip verir. WAN –interneti bölüşdürür. Artıq 
wi-fi –dan istifadə edə bilərsən. 
Saytlar: 
 
www.ibayev.co.cc
 
www.networkaz.co.cc
 
 
 
Mail:  
 
ibayev@gmail.com 

Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə