İÇİNDƏKİLƏR



Yüklə 181,78 Kb.
Pdf görüntüsü
səhifə5/30
tarix14.01.2018
ölçüsü181,78 Kb.
#20763
1   2   3   4   5   6   7   8   9   ...   30

 
12 
Mesh (Tor) topoloji 
 
 
Bu  topolojidə  bütün  kompüterlər  digər  kompüterlərə  tək  bir  kabel  vasitəsi  ilə  bağlanırlar.  Nəzəri 
olaraq  ideal  bağlantı  tipidir.  Ancaq  aradakı  kabel  sayı  kompüter  sayı  artdıqca  əlavə  olunaraq 
artdığı  üçün  həqiqi  həyatda  sadəcə  çox  xüsusi  hallarda  və  az  sayda  kompüter  arasında  istifadə 
olunur.  Əlbəttə  ki,  bu  forma  kabelləmə  rahat  ola  bilməz.  Amma  bəlkə  də  gələcəkdə  bu  forma 
simsiz  şəbəkələrdə  öz  yerini  tapacaqdır.  Hal-hazırda  da  belə  formanı  simsiz  şəbəkə  ilə  qurmaq 
olur. Buna bir növ məntiqi topoloji də demək olar. 
 
TREE (Ağac) topoloji 
 
 
Əsasən mərkəzi, əsas kompüterlər və ya hub-lar bus topolojisi ilə birləşdirilir və digər kompüterlər 
isə əsas kompüterlərə və ya hub-lara star topolojisi ilə qoşulurlar və budaqlanan çoxalma yaranır. 
 Hybrid (Mələz) topolojilər 
 
Əsasən  bus  və  star  topolojisinin  qarışığıdır.  Bu  topolojiləri  inkişaf  etdirən  fərqli  şəbəkə 
texnologiyaları  vardır.  Token  Ring  və  Ethernet  bu  texnologiyalardan  sözünü  etməyə  dəyən 
ikisidir.  Token  Ring  adlanan  şəbəkədən  görmə  ehtimalınızın  çox-çox  az  olduğu  üçün  onu  bir 
kənara  qoysaq,  onda  sadəcə  Ethernet  qalır.  Bu  gün  "şəbəkə  qururam"  ya  da  "şəbəkə  qurduq 
bombadır  "  deyənlər  101%  Ethernet-dən  bəhs  edir.   Ona  görə  mən  də  Ethernet-in  istifadə  etdiyi 
topolojiləri açıqlamaq məcburiyyətindəyəm. :) 


 
13 
Ethernet  başlanğıcda  bus  topoloji  kimi  yaradıldı.  Koaksial  kabel  sıra  ilə  bütün  kompüterləri 
dolaşırdı. Ethernet şəbəkəsindəki kompüterlər də elə bilirdilər ki təkcə bu kabelə bağlıdırlar. Digər 
kompüterə məlumat yolladıqda, məlumat əslində eyni kabelə bağlı bütün sistemlərə çatırdı. Bütün 
kompüterlərdən  sadəcə  "doğru"  olanı  bu  məlumatı  qəbul  edirdi.  Bəs  doğru  kompüter  necə  təyin 
olunurdu?  Ethernet  şəbəkəsində  hər  kompüter,  daha  doğrusu  hər  şəbəkə  kartı  (ethernet  kartı  da 
deyə  bilərik)  fərqli  bir  ünvana  sahibdir,  MAC  adresinə.  Məlumat  kabel  üzərinə  yerləşdirilən 
zaman  məlumat  üzərinə  qəbul  edənin  və  göndərənin  MAC  adresləri  yazılır.  Beləcə  bütün 
kompüterlərdən sadəcə doğru olanı məlumatı alır və oxuyur, digərləri  özlərinə gəlməyən,  ya da 
gələn, amma aid olmayan məlumatı gözdən keçirmədən rədd edirlər. Buradan ilk ethernet-in həm 
məntiqi, həm də fiziki olaraq bus quruluşda çalışdığı anlaşılır.  
 
Qeyd:  İnformasiyanın  çox  olduğunu  və  qarışdırmaqdan  narahat  olmayın.  Bütün  bu  oxuduqlarınız  böyük 
tapmacanın tapılması üçün verilən məlumatlardır. Getdikcə bütün bunlar  daha aydın olacaq və Ethernet 
haqda daha ətraflı öyrənəcəksiniz. 
 
Zaman  içində  fiziki  bus  tipi  ehtiyaclara  cavab  verməyən  hala  gəldi.  Fiziki  bus  quruluşda,  yəni 
bütün kompüterlərin eyni kabelə bağlandıqları sistemdə kabelin bir nöqtəsində yaranan qopuqluq 
və ya qısa qapanma bütün şəbəkəni çökdürürdü. 
 
 
 
Şəbəkəyə yeni bir kompüter əlavə etmək, kabelin bir bölümünə əlavə etmək demək idi. Bu proses 
sırasında şəbəkə çalışmaz vəziyyətə gəlirdi. Şəbəkədə zədə olduğu zaman bütün sistemləri dolaşan 
tək bir kabelin hər hansı bir yerindəki zədəni tapmaq çox çətin olurdu. Tam kabelləmədə, yəni çox 
sayda  kompüterin  istifadə  olunduğu  binalarda  və  ya  binalar  arası  kabelləmə  həyata  keçirilərkən 
fiziki  bus  istifadə  etmək  mümkün  deyil.  Çünki  bus  quruluş  ağacın  budaqları  kimi  mərkəzdən 
binanın mərtəbələrinə və otaqlara bölünmə üçün yaradılmamışdır. 
Nəticə etibarı ilə fiziki bus topolojinin ehtiyacları qarşılamaqdan uzaq olduğu anlaşılanda yeni bir 
sistem  axtarışına  başlanıldı.  Həll  yolu  ethernetin  məntiqi  topolojisini  mühafizə  edib,  fiziki 
topolojini,  yəni  kabelləmə  quruluşunu  ulduz  topoloji  ilə  dəyişdirməyi  uyğun  bildilər.  Ulduz 
topolojidə hər kompüterdən ayrı bir kabel mərkəzi bir qutuya(hub) bağlanırdı. Kabellərdən birində 
yaranan zədə sadəcə o kompüterə təsir edirdi.  
 
 


 
14 
Ethernet  üçün  yeni  fiziki  topoloji  ulduz  topolojidir.  İstifadə  olunan  kabel  də  koaksial  kabeldən 
UTP-yə çevrildi. Ancaq məntiqi olaraq ethernet hələ də bus topolojidən istifadə edir. Fiziki ulduz 
topolojidə  istifadə  olunan  hub  içində  məntiqi  bir  bus  topoloji  vardır.  Kompüterlərdən  birisinin 
yolladığı məlumat paketi hub-a çatana qədər, hub bu paketin sürətlərini yaradır və bütün portlara 
yollayır. Yəni bus quruluşda olduğu kimi məlumat paketi digər bütün kompüterlərə çatır və sadəcə 
qəbul  etməli  olan  kompüter  paketi  oxuyur  və  məşğul  olur.  Amma  digərləri  isə  paket  onlara 
ünvanlanmadığı üçün onu silirlər. 
 
   
    
 
 
Bunu daha yaxşı anlamaq üçün yuxarıda bir ethernet hub-ın işləmə şəkillərini göstərmişəm. Hub-a 
bağlı kompüterlər ulduz topoloji istifadə etməyinə baxmayaraq, hub içində eyni bus kimi tək bir 
xətt olduğunu görə bilərik.  
Bus  topoloji  istifadə  edən  əvvəlki  şəbəkə  növləri  yeni  şəbəkələrə  qoşula  bilərlər.  Çünki  işləmə 
məntiqləri,  yəni  məntiqi  topolojiləri  eynidir.  Demək  olar  ki,  bütün  ethernet  hub-larda  bir  dənə 
əlavə koaksial kabel girişi vardır. Koaksial kabel ilk bus topoloji ilə işləyən sistemlərdə işlədilirdi. 
Ethernetin istifadə etdiyi bu mələz topoloji bəzən star-bus topoloji kimi tanınır. Tək mələz topoloji 
star-bus  deyildir.  IBM-in  yaratdığı  və  günümüzdə  populyarlığını  itirən,  ancaq  zamanında  geniş 
istifadə  olunmuş  Token  Ring  şəbəkə  texnologiyası  da  star-ring  mələz  topolojisini  istifadə  edirdi. 
Bu  sistemdə  də  çöldən  baxıldığında  eyni  ethernetin  star-bus-ı  kimi  kabelləmə  ulduz  şəklində 
olduğunu  görürük.  Hər  kompüterdən ayrı bir kabel  ethernet-dəki  hub-ın  bənzəri bir qutuya  girir. 
Ancaq bu qutunun içində Token Ring şəbəkələrinin istifadə etdiyi məntiqi bir həlqə(ring) quruluşu 
mövcud olurdu. 
 
 
2.3 Birbaşa qoşulma üçün istifadə olunan ilkin kabel texnologiyaları və inkişafı 
 
İş yerlərində ilk kompüterlərin peyda olmasından sonra istifadəçilər məlumat ötürmək, çap etmək 
üçün ilk olaraq birbaşa qoşulma kabellərindən istifadə etməyə başladılar. İki kompüterin bir-birinə 
qoşulması, kompüterin arxa hissəsində yerləşən COM və LPT portlarından mümkün olurdu.  Bu 
portlara  və  ya  girişlərə  qoşulmaq  üçün  nul-modem  kabellərdən  istifadə  olunurdu.  Düzdür  bu 
qoşulma üsulu çox da güclü deyildi, amma böyük həcmdə məlumatların ötürülməsi üçün əlverişli 
idi.    LPT  portuna  sinonim  kimi  paralel  port  da  deyilir  və  əgər  printer  port  və  ya  Centronics 
port eşitsəniz bilin ki söhbət LPT-dən gedir. İstəyirəm LPT haqqında daha ətraflı məlumat verim 
ki  siz  onu  gözü  yumulu  tanıya  biləsiniz.  LPT  (Line  Print  Terminal)    sözlərinin  birləşməsindən 
yaranıb  və  ilk  printerlərin  kompüterə  qoşulması  üçün  istifadə  olunan  texnologiyadır.  Bu 
texnologiya  Centronics  parallel  interface  (Centronics  paralel  portu)  Dr.  An  Wang,  Robert 
Howard və Prentice Robinson tərəfindən  Wang  Laboratories-də  yaradılmışdır.  1990-cı  ildə  LPT 
standartlaşdırılıb  və  bu  standart  ilk  olaraq  IEEE  1284  modeli  ilə  buraxılmağa  başlanılıb.  Sizə 
şəkillərlə LPT-lər haqqında təsəvvür yaratmağa çalışacağam. 


Yüklə 181,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə