İCTİMAİ elmləR 2009



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə1/32
tarix17.10.2017
ölçüsü0,74 Mb.
#5492
  1   2   3   4   5   6   7   8   9   ...   32


İCTİMAİ ELMLƏR



İctimai elmlər

2009

Gir. İ.E. - 1



Məktəbdə Gürcüstan tarixi, Gürcüstan coğrafiyası və digər ictimai elmlər 

Məqsəd və məsələlər 

İctimai elmlərin fənn qrupuna oxşar məqsəd, məzmun və tədris metodları olan intizamlar – 

tarix, coğrafiya və mülki təhsil daxil edilir. Ümumi təhsilin hər üç pilləsində (ibtidai, baza və orta 

pillələrdə)  həmin fənlər şagirdin yaş xüsusiyyətləri və imkanlarını nəzərə almaqla uyğunlaşdırılmış 

şəkildə tədris edilir. Tədris prosesi irs və ardıcıllıq prinsipi əsasında qurulub. 

İctimai elmərin tədris məqsədi şagirdin vətənpərvər və məsuliyyətli vətəndaş 

kimi formalaşmasından ibarətdir. Həmin məqsədə çatmaq üçün tədris prosesi 

elə aparılmalıdır ki, şagirdin: 

Keçmişdə və hal-hazırda ictimai həyat və inkişafa qarşı marağı oyansın ki, suallar versin, 

informasiya toplasın, ideyaları qorusun, cari məsələləri təhlil etsin;  



Cəmiyyətin fəal və məsuliyyətli üzvü kimi formalaşması və özünəməxsusluğunun təsdiq 

edilməsi üçün şagirdlərlə, müəllimlərlə, ictimaiyyət üzvləri ilə ünsiyyət qabiliyyəti inkişaf 



etdirilsin;

Tarix  və  coğrafiyanı  mənimsəmək  üçün  lazımi  bacarıqları  və  yüksək  əxlaqi  dəyərləri 

təkmilləşdirilsin;



Ətraf mühit və bütövlükdə aləmi dərk etməyi asanlaşdırılsın, dünya tarixinin kontekstində 

Gürcüstan tarixini dərk etsin, cəmiyyət və ətrafla ünsiyyət haqqında təsəvvürü yaransın;



Liberal dəyərlər üzərində qurulan dünyagörüşü və etik əxlaqı formalaşdırılsın. 

Doğma ölkəsi və dünyanın əhəmiyyətli tarixi hadisələri və coğrafiyanın tədrisi prosesində şagirdin 



növbəti bacarıqları inkişaf etdirilməlidir:

Spesifik bacarıqlar: 

Məkan və zamanda istiqamətləndirmə

tarixi və coğrafi şərh; 



tarix-coğrafiya vəsaitlərinin istifadəsi və yaradılması; 

zaman-məkan modelinin hazırlnması; 



mövqeyin hazırlanması, tənqidi və qorunması.  



Ümumi bacarıqlar: 

problemin dərk edilməsi və əlaqələrin təyin edilməsi;

informasiyanın toplanılması və təşkil edilməsi;



yaradıcılıq bacarığı;

kommunikasiya;



tədqiqat;

problemin həlli;



modelləşdirmə;

oxumaq bacarığı;



əməkdaşlıq.




İctimai elmlər

2009

Gir. İ.E. - 2



Şagird yüksək əxlaqi dəyərlərlə tərbiyə olunmalıdır: 

İnsani dəyərlər və hüquqlara hörmət etmək;

Mərhəmət və qayğı; 



Vətənə sevgi; 

prinsipiallıq və vətəndaşlıq şücaəti; 



vicdanlılıq və əməksevərlik;

bərabərlik; 



tolerantlıq; 

ədalətlilik və qanuna hörmət. 





İbtidai pillə 

İbtidai pilləni başa vurduqdan sonra şagird Gürcüstan və dünyanın əhəmiyyətli tarixi və coğrafi 

hadisələrimi ayırd etməyi bacarmalıdır; öz yaşadığı mühiti, Gürcüstanın diqqətəlayiq yerlərini, 

onun  rəngarəng  mədəniyyətini,  təbii  ehtiyatlarını  və  iqtisadi  fəaliyyətinin  tanınmış  sahələrini 

tanımalıdır.  

 Bu pillədə şagirdə sadə tarixi və coğrafi tədqiqat öyrətməliyik: müxtəlif tarixi-coğrafi vəsaitlərdən 

(xəritə, qlobus, cədvəl, diaqrama, qrafik, fotoşəkil, sxematik rəsm və sairə) istifadə etmək və onlardan 

bəzilərinin sadə analoqunu tərtib etmək; sadələşdirilmiş yazı mənbələrinin üzərində iş (mətnin 

məzmunun çıxarılması; tarixi faktların müqayisəsi-qarşılaşdırmaq).

Şagird  anlamalıdır  ki,  tarixi  keçmişi    təsvir  etmək  və  onu  şərh  etmək  müxtəlif  vasitələrlə 

mümkündür, məs: narativ mənbələr, bədii ədəbiyyat, şifahi ədəbiyyat, fotoşəkillər, kinofilmlər, 

muzey eksponatları və s. Şagirdin kommunikasiya qabiliyyəti inkişaf etdirilməlidir. O, müzakirə 

zamanı dəlillər gətirməyi, öz fikrini yığcam şəkildə ötürməyi, sinif diskusiyasında iştirak etməyi, 

tarixi və coğrafi məsələlərdə təsviri mövzunu yazmağı bacarmalıdır.    

Uşaq  onun üçün yaxın olan sosial qruplar (məktəb, qonşular, dostlar və s.) qarşısında öz hüquq 

və borclarını bilməlidir.  O, sadə istifadədə olan və sağlamlıq təhlükəsizliyi üçün lazım olan  vərdiş-

bacarıqları bilməlidir: müxtəlif sosial mühitdə əxlaqın etik normalarını bilməlidir. Vacibdir ki, onun 

başqalarını dinləmək və fərqli fikirlərə hörmətlə yanaşmaq bacarığı inkişaf olunsun.   

* * *

İctimai  elmlər  ümumi  təhsilin  hər  üç  pilləsində  icbari  fənlərdir  (tam  ümumi  təhsilin  hər 



üç pilləsində Gürcüstan tarixi və siyasi, sosial və iqtisadi coğrafiya kursunda dünya tarixi və 

coğrafiyasının əhəmiyyətli sualları inteqrallaşdırılmış verilir). 

V-VI siniflərdə ictimai elmlər inteqral şəkildə “Mənim vətənim” kursu hüdudlarında keçilir. 

I – VI siniflərdə ictimai elmlərin elementləri digər tədris fənlərinə daxil edilir (gürcü dili və 

ədəbiyyatı, təbiətşünaslıq və əmək təlimi, riyaziyyat).



İctimai elmlər

2009

Gir. İ.E. - 3



Baza pilləsi  

  Baza pilləsində tarixin, coğrafiyanın, mülki təhsilin, dinin və ictimaiyyətin tədrisi şagirdə 

insan  təcrübəsinin  keçmiş  zamandan  bu  günə  qədər  rəngarəngliyini  və  eləcə  də  bəşəriyyətin 

tapıntılarının fonunda öz ölkəsinin nailiyyətlərini göstərməlidir.   Şagirdə həm Gürcüstanın, eləcə də 

dünyanın siyasi, sosial, mədəni, dini və etnik rəngarəngliyi haqqında informasiya verilməlidir. Bu 

informasiyaya əsaslanaraq o, keçmişin və müasir dövrün ən əhəmiyyətli tarixi və coğrafi hadisələrin 

və digər dövrlərin və ictimaiyyətin inkişafının oxşarlığı-fərqliliyini təhlil etməyi bacarmalıdır.   

Bu pillədə şagirdin tarixi düşüncə bacarığı formalaşdırılmalıdır – tarixi hadisələrin səbəblərini 

müstəqil şəkildə izah etmək və onun nəticələrini təhlıil etmək; tarixi prosesi müxtəlif  tərəfdən 

(siyasi, sosial, iqtisadi, mədəni, dini) göstərmək; tarixi hadisələr və ya şəxslərin fəaliyyətlərinin 

fərqli şərhlərinin mövcud məqsədlərinin izahı, fərqli şərhlərin müqayisəsi və qiymətləndirilməsi. 

Tarixi mənbələrin (tarixi yazılı mənbələr, arxeoloji və ya etnoqrafik material, tarixi mövzu üzərində 

yaradılan bədii parçalar, fotoşəkillər və s.) axtarılması və onların tənqidi qiymətləndirilməsi (yaxşı 

olardı ki, tarixi və ya coğrafi materialın axtarılması və hazırlanması zamanı şagird informasiya 

texnologiyalarından istifadə etsin (internet və CD-rom vasitəsilə informasiyasının axtarılması, 

kompüter proqramlarının vasitəsilə materialı hazırlamaq və elektron poçtla informasiya mübadiləsi)); 

tarixi mövzunun yazılması; tarixi mövzu üzərində aparılan diskussiyalar və debatlarda iştirak 

etmək. 


 Baza pilləsini başa vurmaq üçün şagird ümumi coğrafi anlayışları bilməlidir: yerli, regional və 

qlobal səviyyələrdə baş verən təbii, sosial-iqtisadi və ya siyasi proseslərin məkan aspektləri; ərazilərin 

bölgü prinsipləri; əhalinin, müəssisə və qeyri-müəssisə sahələrinin bölgüsü. O, eləcə də Gürcüstanın 

coğrafi göstəricilərini (təbii şərtlərin, ehtiyatların, yaşayış məntəqələrinin, təsərrüfat sahələrinin) 

digər ölkənin göstəriciləri ilə müqayisə etməyi və bunun əsasında oxşarlıq-uyğunluluq və əlaqələri 

təyin etmək; xəritələrdən və digər coğrafi imkanlardan əldə edilən informasiyanın yoxlanılması və 

təhlili; sadə tematik xəritələrin tərtib edilməsi; coğrafi düşüncələrin faktlardan fərqləndirilməsi; 

coğrafi mövzunun yazılması; coğrafi problemlərlə əlaqədar diskussiyalar və debatlarda iştirak 

etmək;  coğrafi fərziyyələri faktlardan ayırmaq. Yuxarıda adı çəkilənlərin öyrənilməsi şagirdə coğrafi 

biliyi toplamaqda və vərdiş-bacarıqların inkişafında, eləcə də ətrafın mühafizəsi mədəniyyətinin 

formalaşmasında yardım etməlidir.

Liberal-demokrat dəyərlər üzərində əsaslanan vətəndaş tərbiyəsi şagirdə ictimaiyyətin və dövlətin 

önündə öz hüquq-məsələlərini dərk etməkdə və insan hüquqlarının, idarəçiliyin və iqtisadi inkişaf 

haqqında əldə edilən nəzəri biliyin gündəlik həyatla uyğnlaşdırmaqda yardım etdirməli; vacib vərdiş-

bacarıqları inkişaf etdirməli; öz mövqeyini formalaşdırmaq və müdafiə etməli, öz hərəkətlərini 

tənqidi qiymətləndirməli, fərqli fikri, milliyyəti, etiqad və mədəniyyəti olan insanlara hörmət 

etməlidir. 

* * *


VII – VIII sinifdə ictimai elmlərin tədrisi yenə də - “Gürcüstan və dünya tarixi və coğrafiya” 

– kursu hüdudlarında davam edir. Bu kursun tədrisi üçün ayrılan həftəlik 5 saat tarix və coğrafiya 

müəllimləri arasında bölünə bilər. Bu halda saat toru seçilən dərsliyin maksimal şəkildə effektiv 

prinsipinə əsaslanmalıdır.  IX sinifdə Gürcüstan tarixi, Gürcüstan coğrafiyası və mülki təhsil ayrı-

ayrı fənlər kimi tədris olunmalıdır. 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə