|
İdarə Heyətinin aşağıdakı səlahiyyətləri vardır
|
tarix | 20.09.2018 | ölçüsü | 7,07 Kb. | | #69741 |
|
İdarə Heyətinin aşağıdakı səlahiyyətləri vardır:
-
Bankın mənfəətli və sabit fəaliyyətinin təmin edilməsi məqsədilə onun cari fəaliyyətinin təşkili və rəhbərliyin həyata keçirilməsi;
-
Bankın əsas biznes növlərinə, şəbəkəsinə, idarəetmə və nəzarət sisteminə, informasiya texnologiyalarına və infrastrukturuna münasibətdə Bankın inkişaf strategiyasının həyata keçirilməsinin təşkil edilməsi; onların həyata keçirilməsinə nəzarət;
-
Bankın Səhmdarların Ümumi Yığıncağının və Müşahidə Şurasının qərarlarının icra edilməsinin təmin edilməsi;
-
Bankın Səhmdarların Ümumi Yığıncağının və Müşahidə Şurasının işi üçün lazımi şəraitin yaradılması;
-
İdarə Heyətinin tərkibi və onun üzvlərinin əməyinin ödənilməsi ilə bağlı olan məsələlərdən başqa, Bankın Səhmdarların Ümumi Yığıncağının və Müşahidə Şurasının müzakirəsinə çıxarılan məsələlərin ilkin baxılması;
-
Bankın strateji planı üzrə təkliflərin hazırlanması və təsdiq üçün Müşahidə Şurasına verilməsi;
-
Mühasibat uçotunun beynəlxalq standartlarına uyğun olaraq hazırlanmış maliyyə hesabatlığı da daxil olmaqla, Bankın maliyyə hesabatlığına baxılması, onun Bankın Səhmdarlarının Ümumi Yığıncağının və Müşahidə Şurasının baxışına çıxarılması;
-
Bankın struktur bölmələrinin işi haqqında hesabatlara baxılıması;
-
Hesabat dövrü üçün Bankın fəaliyyətinin nəticələrinə baxılması;
-
Kommersiya sirrini təşkil edən məlumatların siyahısının müəyyən edilməsi və Bankda kommersiya sirrini təşkil edən məlumatlarla iş qaydasının müəyyən edilməsi;
-
Bankın ayrıca bölmələrinin işi üzərində nəzarət, onların öz vəzifələrinin vaxtında və müvafiq qaydada icra edilməsinin təmin edilməsi;
-
Baş ofisin birbaşa bank xidməti göstərməyən daxili struktur bölmələrinin onun əsas binasının yerləşdiyi yerdən kənarda yerləşdirilməsi;
-
Bankın Səhmdarlarının Ümumi Yığıncağının və Müşahidə Şurasının səlahiyyətinə aid olan məsələlər istisna olmaqla, Bankın bütün cari fəaliyyətinə rəhbərlik məsələləri üzrə qərarların qəbul edilməsi;
-
Azərbaycan Respublikasının qanunvericiliyi, Bankın Nizamnaməsi və İdarə Heyəti haqqında Əsasnamə ilə nəzərdə tutulmuş digər səlahiyyətlər.
Dostları ilə paylaş: |
|
|