Idarəetmə SİstemləRİNİN İdentiFİkasiyasi



Yüklə 1,1 Mb.
səhifə1/12
tarix01.06.2023
ölçüsü1,1 Mb.
#114873
  1   2   3   4   5   6   7   8   9   ...   12
referat 2168


IDARƏETMƏ SİSTEMLƏRİNİN İDENTİFİKASİYASI”
fənni üzrə
MÜHAZİRƏ №1
GİRİŞ

İstehsalın uğurlu inkişafının daha çox payı müxtəlif növ nəqliyyat vasitələrinin həmçinin də dəmiryolu nəqliyyatının payına düşür. Buna görə də nəqliyyat daşınmalarının işinin mütəmadi təkmilləşdirilməsi və istifadə olunan texniki vasitələrin effektiv istifadə olunması lazım gəlir.


Dəmiryolu nəqliyyatında əmək məhsuldarlığının artımını, energetik-yanacaq resurslarına qənaəti, mövcud və perspektivli avtomatika və avtomatizasiya vasitələrinin təkmilliləşdirilməsi və tətbiq edilməsi nəticəsində əldə etmək mymkyndür. Hal-hazırda dəmiryolu nəqliyyatında tətbiq olunan ayrı-ayrı proseslərin avtomatlaşdırılmasından mərkəzləşdirilmiş inforiativ-idarəetmə komplekslərinə keçid imkan verir ki, bütün daşınma əməliyyatları avtomvtlaşdırılsın. Belə komplekslərin effektivliyi bir çox hallarda onun ayrı-ayrı sistemlərinin və əsasən də dəmiryolu avtomatikası sistemlərinin (DAS, SCA) etibarlı işləməsinə əsaslanır. Bu sistemlər qatarların stansiyalarda və yollarda təhlükəsiz idarə olunması üçün təyin olunmuşdur. Hazırda istismar olunan sistemlərin ayrı-ayrı elementləri dəmiryolu boyunca səpələndiyindən, onların sıradan çıxması ilk növbədə qatarların gecikməsinə, idarəolunma təhlükəsizliyinin azalmasına səbəb olur və ikinci növbədə onların təmir olunması uzun müddətə başa gəlir. Yüksək səviyyədə təhlükəsizliyin və DAS – ın dayanıqlı işinin təmin olunması mürəkkəb elmi – texniki problemdir. Bu problemin həll olunmasının çgtinliyi aşağıdakı istismar xüsusiyyətləri ilə əlaqədardır.

  • Uzun zaman müddətində fasiləsiz iş rejimi;

  • Mürəkkəb elektromaqnit şəraitində elektromaqnit uzlaşmasının təmin;

  • Klimatik və mexaniki destabilləşdirici faktorların təsirinə dayanıqlılıq;

  • Təyinatına və yerinə yetirilmə diapazonunun genişliyinə, stasionar avadanlığın yerləşdirilməsinə,mobil (xüsusi rels texnikası, hərəkətli qatarların, diaqnostik və ölçmə texnikası), daşınan variantların hazırlanması;

  • Etibrlılığın və funksional təhlükəsizliyin verilmiş səviyyədə təlabatlarının yerinə yetirilməsi.

Sıradançıxmalar haqqında informasiyanın əldə olunması və həmin informasiyanın kompüter analizi imkan verir ki:

  • Hərəkət xidməti işçiləri – dəmiryolu hissəsinin buraxma qabiliyyətinin təmin olunması və qatarların təhlükəsiz hərəkətinin təmin olunması haqqında operativ qərar qəbul edə bilsinlər;

  • Rabitə və siqnalizasiya xidməti işçiləri – qısa zaman müddəti ərzində DAS – ın normal funksiyasının təmin olunmasını, stansiyalarda qatarların yerləşdirilməsi və ötürülməsini və qatarların hərəkətinin interval tənzimlənməsini yerinə yetirə bilsinlər.

Sırıdançıxmaların aradan qaldırılması zamanı xidmətedici personal tərəfindən alınan operativ informasiyanın böyük əhəmiyyəti vardır. Sıradançıxmalar və nasazlıqlar haqqındakı DAS – informasiyaları adətən stansiya növbətçisi tərəfindən verilir. Adətən növbətçi idarəetmə pultundakı işıq siqnalizasiyasını aldıqdan sonra analiz edir və doğru informasiyanı ötürür. İşıq siqnalizasiyaları isə lolur. Sistemin sıradaçıxmış və nasaz elementi haqqındakı, daxil olan informasiyaların həcmi və sayı həmişə kifayət qədər olmur, bu da öz növbəsində nasazlığın axtarışının və aradan qaldırılmasının müddətini artırır. Bu zaman müddətinin qısaldılması üçün xidməti personalın kvalifikasiyasının artırılması və avtomatik proqnozlaşdırma və diaqnostik sistemlərin tətbiq olunması lazımdır.
Texniki diaqnostika dedikdə elə elm sahəsi nəzərdə tutulur ki, onun köməyi ilə obyektin halını ələdə olunmuş nəzəri biliklər, metodlar və vasitələrin köməyi ilə təyin etmək mümkün olsun. Diaqnostikanın məqsədi yalnız dəmiryolu avtomatikası sistemlərinin işləmə prosesinə nəzarət etməkdən ibarət deyil həm də sistemin elə elementlərini aşkar etməkdən ibarətdir ki, onun parametrləri normativ qiymətlərdən kənara çıxır. Alınan informasiyanın analizindən, ölçü vasitələrinin texniki səviyyəsindən və həmin informasiyanın texniki personala çatdırılmasından asılı olaraq diaqnozlaşdırma prosedurları iki cür: qeyri – avtomatik və avtomatik recimdə yerinə yetirilə bilər. Hal – hazırda MDB – ölkələrinin əksəriyyətində diaqnozlaşdırma prosedurları qeyri – avtomatik recimdə, daha doğrusu xidmətedici personal tərəfindən ardıcıl olaraq elementlərin parametrlərinin ölçü texnikası vasitəsilə yoxlanılması ilə yerinə yetirilir. Dünya praktikasında xidməti personalın sayının azaldılması və nasazlıqların qısa zaman müddətində aradan qaldırılması üçün texniki diaqnozlaşdırma sistemləri (TDS) geniş tətbiq olunur. Bu sistemlər avtomatik olaraq sistemin elementlərinin parametrlərini nəzarətdə saxlayır, onları analiz edir və nasazlığın aradan qaldırılması üçün göstərişlər verir. İş prinsipinə görə belə sistemlər iki qrupa bölünürlər: test diaqnozlaşdırması və funksional diaqnozlaşdırma. Adətən test diaqnozlaşdırması vasitəsi ilə nəzarət obyektlərinin işləmə qabiliyyəti və ya iş qabiliyyətini pozan nasazlıqlar yoxlanılır. Bu zaman əksər hallarda obyektin işinin müvəqqəti olaraq tam dayandırılması lazım gəlir. Funksional diaqnozlaşdırma sistemləri isə nəzarət obyektlərinin işinin düzgün yerinə yetirilməsinə və obyektin istismarının davam etdirilməsi şəraitində nasazlıqların axtarışına nəzarət edir.
Nəzərə alsaq ki, dəmiryolu avtomatikası sistemləri fasiləsiz işləmə rejiminə aid olduğu, onun halına nəzarət etmək üçün yalnız funksional diaqnozlaşdırma sisteminin tətbiq olunması məqsədəuyğundur.
Bütün avtomatik diaqnozlaşdırma sistemləri informasiya – ölçü sistemlərinə aid olur və aşağıdakı əsas qurğulara malik olur:

  • Parametrlərin ölçülməsi ( diaqnostik datçiklər);

  • Verilmiş alqoritmlə informasiyanın kodlanması;

  • Verici və qəbuledici qurğular, rabitə kanalları;

  • Dekodlama və informasiyanın saxlanması;

  • Məntiqi işləmə, əks etdirmə və idarəetmə.

Texniki diaqnozlaşdırma vasitələri xarici və quraşdırılmış, aparatlı və proqramlı, avtomatik və avtomatlaşdırılmış ola bilərlər.
Dəmiryolu avtomatikasının elementlərinə, qurğularına və sistemlərinə texniki xidmət edən zaman müxtəlif ölçü vasitələrindən: ampermetrlərdən, voltmetrlərdən, indiqatorlardan, ommetrlərdən, mürəkkəb ölçmə komplekslərindən və s. istifadə olunur. Bu cür ölçü cihazlarından istifadə edərək ölçmələr aparan zaman xətaların olması da qaçılmazdır. Ölçü xətaları iki qrupa bölünür: mütləq və nisbi xətalar. Yaranma mənbəyinə görə xətalar iki qrupa: instrumental və metodik xətalara, xarakterinə görə isə üç qrupa: sistematik, təsadüfi və kobud xətalara bölünürlər.
Ölçü vasitələrinin xətaları istifadəolunma yerindən asılı olaraq əsas və əlavə xətalara bölünür. Xətalar ölçülən kəmiyyətin qiymətindən asılı olmadıqda daha doğrusu bütün ölçü diapazonunda sabit qaldıqda xətalar additiv xəta adlanır. Xətalar ölçülən kəmiyyətin qiymətlərinə proporsional olaraq dəyişərsə onda xətalar multiplikativ xəta adlanır. Dəmiryolu avtomatikası qurğularında aparılan ölçmələr zamanı bu xətalar eyni zamanda mövcud olurlar.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə