İdarəetmə UÇotu müNDƏRİcat



Yüklə 7,41 Mb.
Pdf görüntüsü
səhifə34/1418
tarix31.01.2022
ölçüsü7,41 Mb.
#83321
1   ...   30   31   32   33   34   35   36   37   ...   1418
İdarəetmə-uçotu-ACCA-F2-Azərbaycanca

:  15 

FƏSİL – A1: 

İDARƏETMƏ UÇOTU

MƏLUMATLAR

VERİLƏNLƏR

EMAL

 OLUNUR

Diaqram 1: Verilənlər və məlumatlar

Nümunə

Su filtrlərinin satışı ilə məşğul olan şirkət su filtrlərindən istifadənin nə qədər olduğunu araşdı-

raraq müəyyən qədər verilənlər əldə edir. Bu tədqiqatlar onlara bu bölgədə satışın nə qədər 

ola biləcəyini proqnozlaşdırmağa kömək edəcək. Bu tədqiqat əsasında əldə edilən verilənlər 

və məlumat aşağıdakılardan ibarətdir:

Verilənlər

 

Su filtrlərindən istifadə edən şəxslərin sayı.

 

Hər brend üzrə modellərin sayı. 

 

Hər brend üzrə daxil olan şikayətlərin sayı.

Məlumat

 

Su filtrlərindən istifadə edənlər və etməyənlər barədə, buna əlavə olaraq da əhaliyə 

verilən içməli suyun keyfiyyəti barədə hesabat.

 

Ən çox hansı brendin istifadə olunduğunu göstərən müqayisəli hesabat.

 

Hər bir brendin fəaliyyətinin göstərildiyi təhlil.

_________________________________________________________________________

Məlumat müəyyən məna daşıdığı halda, verilənlər bu xarakterə malik deyil. Verilənlərin qəbul 

edən tərəf üçün münasib olub-olmadığından asılı olaraq məlumatlar müəyyən bir şəxs üçün 

verilən kimi də sayıla bilər.



Nümunə

Menecer satış qiyməti və əldə edilən mənfəətin miqdarı barədə məlumata sahib olsa da, rüb 

ərzində  şirkət  tərəfindən  xidmət  göstərilən  müştərilərin  sayı  barədə  məlumat  ona  nəzərən 

verilən olaraq hesab edildiyi üçün gələcək gəlirlərin planlaşdırılmasında heç bir faydası olmur. 

Bununla belə, bu verilənləri müntəzəm olaraq rəhbərliyə hesabat şəklində verən şəxs üçün 

məlumat hesab edilir.

_________________________________________________________________________

Verilənlər 




Yüklə 7,41 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   1418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə