b) Qeyri-maliyyə məlumatlari –
Qeyri-maliyyə məlumatları müəssisənin fəaliyyət
göstərdiyi ümumi mühiti haqqında bizə məlumat verir. Bura pul amillərindən başqa
insan resursları, müştəri seçimi, bazar tendesiyaları kimi digər bütün amillər daxildir.
Nümunə
Yükdaşıyan avtomobilin getdiyi yolun uzunluğu qeyri-maliyyə məlumatı hesab edilir. Bu
məlumatı avtomobilin sərf etdiyi yanacaq məsrəfləri barədə məlumat ilə birgə dəyərləndirərək
hər kilometrə sərf olunan orta yanacaq məsrəfini müəyyənləşdirə bilərik.
_________________________________________________________________________
c) Qeyri-maliyyə və maliyyə məlumatlarinin hər ikisinin mövcud olduğu məlumatlar
–
Bu yuxarıdakı hər iki növün bir yerdə olduğu, qeyri-maliyyə amillərinin pul dəyəri ilə
ifadə edildiyi məlumatlardır.
Nümunə
Müştərilərin adları göstərilən siyahıda onların ödəməli olduğu məbləği göstərən məlumat, eyni
zamanda hər bir müştərinin nə qədər borcunun olduğunu göstərən məlumatdır. Fərz edək ki,
müştərilər tərəfindən ödənilməli olan debitor borcların ümumi məbləği 100.000$-dır və hər bir
müştərinin adının qarşısındakı məbləğə baxaraq daha çox hansı müştərinin yüklü miqdarda
borcu olduğunu görə bilərik. Məsələn, hər hansı bir müştərinin 25.000$ borcu varsa, onda
bu ümumi debitor borclarının 25%-i təşkil edir. Bu isə nəticə etibarı ilə, bizim həmin müştəri
barədə əlavə tədbirlər görməli olduğumuz anlamına gəlir.
______________________________________________________________________
|