İdarəetmə UÇotu müNDƏRİcat



Yüklə 7,41 Mb.
Pdf görüntüsü
səhifə60/1418
tarix31.01.2022
ölçüsü7,41 Mb.
#83321
1   ...   56   57   58   59   60   61   62   63   ...   1418
İdarəetmə-uçotu-ACCA-F2-Azərbaycanca

c) Dəyərləndirmə

Siz  məqsədinizin  nə  olduğunu  aydınlaşdırdıqdan  sonra  ona  nail  olmağın  yollarını  da 

müəyyənləşdirməlisiniz.  Qarşınızda  bir  sıra  mümkün  seçimlər  ola  bilər.  Bu  alternativ  vari-

antlardan sizə 



mümkün minimum risklə

 

maksimum fayda 

gətirəcək variantı seçməlisiniz.  

Hansı resursların tələb olunduğunu və onların miqdarı, onlara çəkilən məsrəflərin nə qədər 

olmalı olduğunu qiymətləndirmək üçün alternativ variantların dəyərləndirilməsinə ehtiyac var.

Nümunə

Yuxarıda göstərilən nümundə,səyahətlər təşkil edən şirkətin yaradılması üçün, çox az kapital 

qoyuluşuna ehtiyac var və heç bir tikinti işləri tələb edilmir. Eyni zamanda, bu şirkət yaradıldığı 

təqdirdə ondan gələn gəlirlər elə həmin il əldə ediləcəkdir.

Genişləndirilmiş  tədqiqatlar  nəticəsində  aydın  olur  ki,  enerji  istehsal  edən  şirkət    yüksək 

məbləğdə sərmayə yatırımları və 2 illik inşaat planı əsasında yaradılmalıdır, həmçinin, yaradıl-

dığı təqdirdə ondan gələn gəlirlər yalnız 4 il müddətində əldə ediləcəkdir. Əlavə olaraq enerji-

nin satışı üzrə qoyulan qiymətlərə dövlət tərəfindən nəzarət ediləcəkdir. Bu isə əldə olunacaq 

mənfəətə birbaşa təsir göstərəcəkdir.

Bütün bu amillər nəzərə alındıqdan sonra səyahətlər təşkil edən şirkətin yaradılmasının daha 

məqsədə uyğun olduğu aydın şəkildə görünür.


Yüklə 7,41 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   1418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə