Identification



Yüklə 55,93 Kb.
tarix04.11.2017
ölçüsü55,93 Kb.
#8301
növüMühazirə


Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

AZLL 416 Ədəbi Tənqidin əsasları

Departament

Azərbaycan dili və ədəbiyyatı

Proqram

bakalavr

Tədris semestri

Payız 2012/13-cü tədris ili

Fənni tədris edən müəllim

Dosent Dilbər Zeynalova

E-mail:

d.azeri@box.az

Telefon:

-

Mühazirə otağı/Cədvəl

Bazar ertəsi, 16:40-18:00,202N, Cümə axşamı 09:00-10:30 201N




Konsultasiya vaxtı

Bazar ertəsi , saat 16:00 və yaxud əvvəlcədən təyin olunmalıdır.

Prerekvizitlər




Tədris dili

Azərbaycan

Fənnin növü

(məcburi, seçmə)



Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

1.Talıbzadə K.Azərbaycan ədəbi tənqidinin tarixi.B.,Maarif,1984.

2.Talıbzadə K.Tənqid və tənqidçilər.B.,Yazıçı,1989.

3.Elçin.Tənqid və ədəbiyyatımızın problemləri. B.,1981.

4.Ədəbi tənqid(problemlər,vəzifələr) B.,1984.

5.Qarayev Y. Tənqid:problemlər,portretlər.B.,1976.

6.Nəbiyev B.Tənqid və ədəbi proses. B.,1976.

7.www.anl.az.-Milli kitabxana

8.www.kultaz.com.-azəridilli mədəniyyət və ədəbiyyat saytı.

9. www.kitabxana.org- elektron kitabxana.

10. www.lit.az.-azəridilli ədəbiyyat saytı.



11. www.azyb.net.- Azərbaycan Yazıçılar Birliyinin saytı.

Kursun vebsaytı




Tədris metodları

Mühazirə




Qrup müzakirəsi




İnteraktiv




İnnovativ










Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

30













Fəallıq

10






















Prezentasiya/Qrup müzakirə

10




Final imtahanı

40




Digər(davamiyyət)

10




Yekun

100

100

Kursun təsviri

Ədəbi tənqid bütövlükdə ədəbi prosesi apaşdırır,müasir ədəbiyyatın inkişafına təkan verir,onu təhriflərdən,əyintilərdən təmizləyərək,düzgün,sağlam istiqamətə yönəldir.Cəmiyyətin ədəbi zövqünün formalaşmasında,mənəvi təkamülündə ədəbi tənqidin rolu danılmazdır.

Kursun məqsədləri

1.Ədəbi tənqid yeni yaranmış sənət əsərlərini dövrünün elmi-nəzəri bədii-estetik tələbləri əsasında təhlil edir,onların ictimai məzmun və mündəricəsini,ideyasını,sənətkarlıq məziyyətlərini üzə çıxarır;

2.Ədəbi tənqid oxucuda bədii əsərlərin ictimai məzmun və mahiyyətini,idraki-tərbiyəvi əhəmiyyətini daha yaxşı dərk etmək,mənfi və müsbət cəhətlərini bir-birindən ayırmaq bacarığı formalaşdırır.

3.Ədəbi tənqid müasir yaradıcılıq nümunələrini başqa sənət və ictimai fikir formaları arasındakı yerini,əlaqə və vəhdətini,bəşəri keyfiyyətlərini müəyyənləşdirir.


Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələr aşağıdakıları edə biləcəklər:

1.Hər yeni əsəri müasir və qabaqcıl elm səviyyəsində qiymətləndirmək;

2.Yüksək bədii-estetik zövqə malik intellekt nümayiş etdirmək;

3.Xalqın milli-mədəni irsini,yaratdığı mənəvi-estetik dəyərləri inkişaf etdirmək

4.Sənət nümunələrini dünya ədəbiyyatının mütərəqqi ənənələri kontekstində izah etmək;

5.Bədii yaradıcılığı elmi təfəkkürün irəli sürdüyü müddəlarla əsaslandırmaq.



Qaydalar (Tədris siyasəti və davranış)




Cədvəl (dəyişdirilə bilər)

Həftə

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1

1.Azərbaycan ədəbi tənqidinin təşəkkülü və formalaşması.

1.Xətib Təbrizi-klassik Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndəsi kimi.Şərhçilik və onun əsas xüsusiyyətləri. X.Təbrizinin şərhləri (“On qəsidənin şərhi”,Əbu Təmmam divanının şərhi”, “Həmasənin şərhi” və s.) 2.Klassik Azərbaycan şairlərinin(N.Gəncəvi,İ.Nəsimi, M.Füzuli) əsərlərində söz sənəti və ədəbi tənqidə dair fikir və mülahizələr.



2,s.12-53

2

2.XIX əsr Azərbaycan ədəbi tənqidinin inkişafında yeni mərhələ kimi. M.F.Axundzadə - yeni dövr Azərbaycan ədəbi tənqidinin yaradıcısı kimi. M.F.Axundzadənin ədəbi-tənqidi görüşlərində realizm konsepsiyası,sənətin mənşəyi və predmeti barədə,poeziyaya dair mülahizələri,məzmun və forma haqqında,dram nəzəriyyəsi və s.Məqalələri: “ Tənqid risaləsi”, “Nəzm və nəsr haqqında”, “Mollayi Ruminin “Məsnəvi””si və onun təsnifi babında”, “Mirzə Ağanın pyesləri haqqında kritika”, və s.

1,s.12-36

3

3. XX əsr Azərbaycan ədəbi tənqidinin əsas isiqamətləri. F.Köçərli-M.F.Axundzadənin realist ədəbi tənqidi konsepsiyasının davamçısı kimi.Tənqidçinin sənətin ideyalılığı, forma və məzmun gözəlliyi, ədəbi dilin təmizliyi barədə fikirləri; M.F.Axundzadə, N.Vəzirov,Y.V.Çəmənzəminli,Ə.Haqverdiyev,C.Məmmədquluzadə, M.Ə.Sabir haqq.ədəbi-tənqidi mülahizələri.2.A. Surun ədəbi-tənqidi fikrin inkişafında rolu.Məqaələləri: “Füzuliyə bir nəzər”,”Nəfiyə bir nəzər”, “Qafqaziyada qonşularımızdan gürcülərin maarif və ədəbiyyatına bir nəzər” adlı tədqiqatlarında ideyalılıq, novatorluq,satira,həcv, təqlidçilik,ədəbi dil və s.məsələlərə münasibəti.

2,s.75-138

1,s.401-457



4

4.1. Seyid Hüseynin ədəbi-tənqidi görüşlərinin başlıca xüsusiyyətləri.Tənqidçinin Y.V.Çəmənzəminli,Ə.Haqverdiyev, M.S.Ordubadi, M.Ə.Sabir, M.Hadi, C.Cabbarlı və b.sənətkaralar haqqında fikir və qənaətləri. 2. Y.V.Çəmənzəminlinin Azərbaycan folkloru və klassik ədəbiyyatı haqqında tədqiqiatları. Məqalələri: “Molla Pənah Vaqif haqqında”, “Zakirin inqilab əndişəsi”, “Abbasqulu ağa Qudsinin əsərləri”, “Mirzə Fətəlinin əsərləri başqa dillərdə”, “Ədəbi dövrün başçısı”, “Teatr pərəstişkarı”, “Şəxslərin və hadisələrin tipləşməsi”, “Turgenevin yazı uslubu”, “Çexov,Qorki və Tolstoy”, “Gənc Puşkin və oxucuları”,”Qulluq və əsirlik”, “İqtibas,təqlid və təsir”. Y.V.Çəmənzəminlinin “Azərbaycan ədəbiyyatına bir nəzər” adlı tədqiqatının ədəbiyyat taiximizin oyrənilməsində rolu.

2,267-296

2,423-427



5

5. C.Cabbarlının ədəbi-tənqidi görüşləri. “ M.F.Axundov haqqında”, “Haruna cavab”, “Yeni məzmun yeni forma tələb edir”,”Sosializm realizmi ilə yoğrulmuş dramaturgiya uğrunda”,”Dramanın əsasları” məqalələrində klassik irs və yeni dövr ədəbiyyatının problemləri haqqında,mövzu seçimi, sənətin ideyalılığı,romantika və həyat həqiqətinə sədaqət və s.məsələlər bərədə fikir və mülahizələri.H.Zeynallının ədəbi-tənqidi görüşləri. Bədii metod,sənət və ədəbiyyatin ictimai həyatla əlaqəsi,” sənət sənət üçündür”nəzəriyyəsi haqqında mülahizələri, M.F.Axundzadə və H.Cavid haqqında tədqiqatları.




6

6.Ə.Nazimin ədəbi-tənqidi görüşləri. Tənqidçinin C.Cabbarlı və C.Məmmədquluzadə haqqında tədqiqatları. M.Rəfilinin ədəbi tənqidin problemləri barədə əsərləri.Tənqidçinin Azərbaycan ədəbiyyatının klassikləri və Azərbaycan intibahı haqqında mülahizələri, “M.F.Axundov” monoqrafiyası.

2,s.356-370

7

Aralıq imtahan




8

8. Azərbaycan mühacirət ədəbi tənqidi.1.Ə.Hüseynzadənin ədəbi-tənqidi goruşlərində Şərq və Qərb mədəniyyəti məsələləri.2. M.Ə.Rəsulzadə. Ədəbi-tənqidi və elmi-publisistik yaradıcılığı: “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Azərbaycan kültür gələnəkləri, Azərbaycan şairi Nizami, əsərləri

2,s.101-113

9

9. 1.Ə.Ağaoğlunun “Üç mədəniyyət”, “Hindistan və İngiltərə”, “Sərbəst insanlar ölkəsində, ”Dövlət və fərd”, “İslamda qadın” və s. elmi-publisistik əsərlərində ədəbi-tənqidi məsələlər. 2.Ə.Cəfəroğlunun Azərbaycan ədəbiyyatına dair tədqiqləri: “Azərbaycan”, Modern Azərbaycan ədəbiyyatına toplu bir baxış, Azəri ədəbiyyatının istiqlal mücadiləsi, Azərbaycan dil və ədəbiyyatının dönüm nöqtələri, Azərbaycan ədəbiyyatı, “Türk qövmləri

2,s.201-230

10

10. Ə.Yurdsevərin Azərbaycan ədəbiyyatına dair tədqiqləri: Mirzə Fətəli Axundzadənin həyatı və əsərləri(950), Azərbaycan dram ədəbiyyatı(1951),Sabirin Azərbaycan ədəbiyyatındaki yeri(1951), Azərbaycan ədəbiyyatında Vidadi və Vaqifin yaradıcılığı(1952) Mustafa Türkəqulun ədəbi-tənqidi görüşləri. Tənqidçinin klassik və müasir Azərbaycan ədəbiyyatı ilə bağlıaraşdırmaları. “Azərbaycan türk şairi Hüseyn Cavid monoqrafiyası.




11

11. Mehdi Hüseyn(1909-1965) və müasir ədəbi prosesin aktual problemləri.Tənqidcinin şeir,nəsr,dramaturgiya və ədəbi tənqidin vəzifələri haqqında mulahizələri. “Yazıçı və həyat”, “Azərbaycan sovet ədəbiyyatının yaradıcılıq problemləri”, “Azərbaycan romanı haqqında”, “Əsrimizə layiq dram əsərləri yaradaq” və s. məqalələri; “Ədəbi döyüşlər”, “Ədəbi qeydlər”, “ Ədəbiyyat və sənət məsələləri”, “Bir ay və bir gün” kitabları.Məmməd Arif (1904-1975) ədəbiyyatın nəzəri-estetik problemləri: şeir,nəsr və dramaturgiya haqqında. C.Cabbarlı və S.Vurğun haqqında monoqrafik tədqiqatları.

2,s.306-327

12

1.Məmməd Cəfər Azərbaycan ədəbiyyatının klassikləri və müasir ədəbiyyatın problemləri haqqında.Tənqidçinin Azərbaycan romantizminin tədqiqinə həsr olunmuş əsərləri. “Füzuli düşünür”, “Hüseyn Cavid”, “Nizaminin fikir dünyası” və s. əsərləri. 2.C.Xəndan,C.Cəfərov,Mir Cəlal,Ə.Sultanlı, Ə.Mirəhmədovun ədəbi tənqid fəaliyyəti.

2,s.344-356

13

Kamal Talibzadənin ədəbi tənqidi yaradıcılığının əsas istiqamətləri. Müəllifin “XX əsr Azərbaycan tənqidi”, “Azərbaycan ədəbi tənqidinin tarixi” əsərləri. 1.P.Xəlilovun,A. Hüseynovun ədəbi-tənqidi araşdırmaları.




14

B.Nəbiyevin ədəbi-tənqidi irsi. M.Əlioğlunun,Q.Xəlilovun,Ə.Agayevin ədəbi-tənqidi fəaliyyəti.




15

Yaşar Qarayevin ədəbi-tənqidi irsi. Tənqidçinin ədəbiyyatın nəzəri-metodolpji problemlərinə dair tədqiqatları. “Faciə və qəhrəman”, Realizm: sənət və həqiqət, “Tarix: yaxından və uzaqdan”, Azərbaycan ədəbiyyatı tarixi(XIX-XX yüzillər) və s. əsərləri.




16

Çağdaş dövr Azərbaycan ədəbi tənqidinin ümumi mənzərəsi.

1.Elçin, V.Yusifli,C.Yusiflinin ədəbi-tənqidi görüşləri.




2,s.379-387




Final imtahan






Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.
Yüklə 55,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə