2
Tərtibçi:
M.Talıbova
İxtisas redaktoru və
buraxılışa məsul: K.M.Tahirov,
tarix üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi
Redaktor:
G.
Səfərəliyeva
İdmanın təbliğində kitbxanaların iştirakı: metodik vəsait
/
tərt. ed. M.Talıbova; ixtis. red. və bur. məs. K.Tahirov; red.
G.Səfərəliyeva; M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanası.- Bakı, 2013.- 42 s.
© M.F. Axundov
adına Milli Kitabxana, 2013
3
Giriş
Müasir dövrd
ə idman cəmiyyətin bütün sahələrinə nüfuz
ed
ərək əmək və həyat fəaliyyətinə, yaşayış tərzinə, etik-əxlaqi
d
əyərlərə, millətlərarası və dövlətlərarası münasibətlərə güclü
t
əsir göstərir. İdman mərdlik, iradəlilik, dözümlülük,
q
əhrəmanlıq məktəbi olmaqla insanı həyata hazırlayır, çətinliyə
sin
ə gərməyi öyrədir.
Bu gün r
espublikamız hər sahədə ildən-ilə inkişaf edir,
maddi-
texniki bazası möhkəmlənir,
ilbəil ölkədə keçirilən
b
eynəlxalq tədbirlərin, yarışların sayı artır. Təbii ki, əldə edilən
uğurlar idmanın inkişafına müsbət təsir edir, Azərbaycanın
dünyada bir idman ölkəsi kimi tanınmasında böyük rol oynaır.
Ölkəmizdə müntəzəm olaraq beynəlxalq səviyyəli yarışlar
təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə
keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr
göstərirlər. Uğurlu idman siyasətinin nəticəsi olaraq
Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi
tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.
Sizə təqdim edilən vəsaitdə Azərbaycanda idmanın tarixi,
bu sahədə qazanılan nailiyyətlərdən qısaca söhbət açılmış,
dövlət səviyyəsində idman və bədən tərbiyəsi sahəsində həyata
keçirilən işlər, qəbul edilmiş dövlət sənədləri, Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya
Komitəsinin (MOK) fəaliyyəti işıqlandırılmış, idmanın
t
əbliğində kitabxanaların qarşısında duran vəzifələrdən, təbliğat
vasitələrindən, kitabxanaların həyata keçirəcəyi işlərdən bəhs
edilmişdir. Sonda idmanla maraqlanan bütün oxuculara zəngin
ədəbiyyat siyahısı təqdim edilmişdir.
Nəşrlə bağlı rəy və təkliflərini Milli Kitabxanaya göndərən
mütəxəssislərə və oxuculara əvvəlcədən minnətdarlığımızı
bildiririk.
Ünvan: Az-
1000 Bakı şəh., Xaqani küç. 29;
E-mail: metodik@anl.az
4
Azərbaycanda idmanın tarixinə qısa baxış
Azərbaycan xalqının tarixi qədim olduğu kimi, bədən
tərbiyəsi və idmanın inkişafı da uzaq keçmişdən başlanır.
Güləş, qaçış, tullanma, ağırlıqqaldırma, üzmə, avar çəkmə, ox
atma, qılınc oynatma, nizə tullama və başqalarını ilk idman
növləri kimi qeyd etmək olar.
Güləş Azərbaycanda qədim dövrlərdən mövcud olan
ənənəvi idman növü olmuşdur. Azərbaycan xalqının dastan və
nağıllarında, yazılı abidələrində güləş yarışlarından çox bəhs
olunmuşdur. Bu diyarda igidlər aslan, buğa, dəvə ilə güclərini
sınamışlar. Oğlanlara döyüşdə, təkbətək mübarizədə qalib
gəlməyincə, igidlik göstərməyincə ad verməzmişlər. Oğuz
elinin qızları da at çapmaqda, qılınc oynatmaqda, ox atmaqda
mahir olmuşlar.
Qədim Şərqin yazılı və şifahi xalq yaradıcılığı ilə bağlı
olan mədəniyyət abidələrində, eləcə də Qobustan qədim
qayaüstü yazılarında həkk olunmuş çoxlu rəsmlər, cizgilər, ov
səhnələri, heyvan fiqurları, insanların rəqs və digər fiziki
hərəkətləri təsvir edilmişdir. XI əsr Azərbaycan şairi Xaqani
Şirvaninin əsərlərində də çövqan, at çapmaq, şahmat,
qılıncoynatma və s. oyunlardan danışılmışdır. XII əsrdə
yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi hələ 800 il
bundan əvvəl yazdığı məşhur poemalarında Azərbaycan
xalqının qəhrəman oğullarının şücaətini, xüsusən pəhləvanların
məharətini təsvir etmişdir.
Orta əsrlərdə Azərbaycan şahlarının saraylarında şahmat
sevimli məşğuliyyətə çevrilmiş, XII əsrdə yaşamış görkəmli
şairə Məhsəti Gəncəvi həm də yaxşı şahmat oynamış, onun
şahmat partiyalarının yazıları bizim dövrə qədər gəlib
çatmışdır. Azərbaycanda qadınların şahmat oynaması bir ənənə
kimi davam etmiş, XIX əsrdə Fransa yazıçısı Aleksandr Düma
Azərbaycanda olarkən Qarabağ xanının qızı, məşhur