İdmanın təbliğində



Yüklə 400,69 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix21.06.2018
ölçüsü400,69 Kb.
#50821
1   2   3   4   5   6   7   8   9   10   ...   13

20 

 

qarşısını  alır.  Müntəzəm  idmanla  məşğul  olmaq  yüksək  qan 



təzyiqini  və  qanda  xolesterinin  miqdarını  nizamlayır,  çəkini 

qorumağa  kömək  edir,  ürəyin  və  ağciyərin  funksiyasını 

gücləndirir. Müntəzəm  idman  vücudu  oksigenlə  tam  təmin 

edir,  damarlarda  qan  dövranını  artırır,  yuxusuzluğu  və 

təngnəfəsliyi aradan qaldırır. 

 

İzahlı  mətndən  sonra  idmanda  qazandığımız  uğurları, 



qələbələri,  Prezidentin  regionlara  səfəri  zamanı  açılışı  olan 

idman  komplekslərindən,  idmançılarla  görüşlərindən  foto-

şəkilləri  əks  etdirmək  olar.  Eləcə  də  hər  bir  kitabxananın 

fondunda olan idmana aid kitablar, qəzet və jurnal materialları 

sərgidə müvafiq bölmələrdə öz əksini tapmalıdır. 

 

II. 

Bölmə: Bizə qələbə yaraşır 

 

İzahlı  mətn:  XXX  London  Yay  Olimpiya  Oyunlarına 

Azərbaycan  16  növ  üzrə  mübarizə  aparacaq  53  idmançı  ilə 

qatılmışdır. Bu Olimpiyadada respublikamız medal sayına görə 

25-


ci,  xal  hesabına  görə  27-ci,  qızıl  əyarına  görə  isə  medal 

qazanan 85 ölkə arasında 30-cu yeri tutmuşdur. İlk qızıl medalı 

bizə  sərbəst  güləşçimiz  Toğrul  Əsgərov  bəxş  etmiş,  Şərif 

Şərifov  isə  qazandığı  qızıl  medalla  bu  qələbənin  sevincini  və 

təntənəsini daha da artırmışdı. Olimpiyaçılarımızın əldə etdiyi 

10 medaldan 

( 2 qızıl, 2 gümüş, 6 bürünc) 7-si güləşçilərimizin 

payına  düşür.  Bunlardan  3-nü  isə  (2  qızıl,  1  bürünc)  sərbəst 

güləşçilərimiz qazanmışlar. 

Ədəbiyyat 

Abiyev,  A.  Azərbaycan  boksu  80  ildə  [Mətn]:  Sənədli 

publisistika /A.Abiyev, T. Babanlı, Q. Mehdiyev; Azərbaycan 

Boks  Federasiyası  ilə  “İdman”  qəzeti  redaksiyasının  birgə 

nəşri.- Bakı, 2004.- 204 s. 

Cəfərov,  E.  Azərbaycan  güləşinin  böyük  uğuru  [Mətn]  : 

London Olimpiadasında ölkəmizə ilk gümüş medalı qazandıran 



21 

 

Rövşən  Bayramovun  karyerası  qələbələrlə  zəngindir  /  Elçin 



Cəfərov // Azərbaycan.- 2012.- 8 avqust.- S. 1. 

Heydər  Əliyev  və  Azərbaycan  idmanı  [Mətn]:  Sənədli 

publisistika  /Azərbaycan  Respublikası  Gənclər  və  İdman 

Nazirliyinin nəşri.- Bakı, 2004.-160 s.  

10  il  öncə  başlanan  yol  [Mətn]:  Sənədli  publisistika 

/Azərbaycan  Respublikası  Gənclər  və  İdman  Nazirliyinin 

nəşri.- Bakı, 2007.- 256 s.  

Prezident  İlham  Əliyev  və  idmanımızın  5  ili  [Mətn] 

:

Sənədli  publisistika  /Azərbaycan  Respublikası  Gənclər  və 



İdman Nazirliyinin nəşri.- Bakı, 2008.- 124 s. 

Zirvəyə  aparan  yol  [Mətn]  /Azərbaycan  Respublikası 

Gənclər və İdman Nazirliyinin nəşri.- Bakı, 2009.- 576 s. 

III. 

Bölmə: Görkəmli idmançılarımız və uğurlarımız 

 

Sərgidə  Olimpiyada,  digər  beynəlxalq  və  milli  yarışların 

qaliblərinin fotoşəkillərini, idmanımızın inkişafında xidmətləri 

olan  şəxslərin  vətənin  ən  yüksək  orden  və  medalları,  fəxri 

adları ilə təltif edilməsi, onlara pul mükafatlarının, mənzillərin 

orderlərinin  təqdim  edilməsi  barədə  qısa  məlumatları 

yerləşdirmək olar. 

Ədəbiyyat 

Cəfərov,  E.  Londonda  daha  bir  qələbə  [Mətn]/Elçin 

Cəfərov //Azərbaycan.- 2012.- 10 avqust.- S.1. 

Hüseynzadə,  Ç.  İdmançılar  Prezident  İlham  Əliyevə, 

xalqımıza  böyük  bir  hədiyyə  etdilər  [Mətn]  /Çingiz 

Hüseyinzad

ə //Azərbaycan.- 2012.- 16 avqust.- S. 6. 

İsayev, X. Gələcəkdə bizi daha böyük nailiyyətlər gözləyir 

[M

ətn]:  Londondan  Bakıya  zəfərlə  /Xəzər  İsayev,  MOK-un 



vitse-prezidenti //Az

ərbaycan.- 2012.- 16 avqust.- S. 6. 

İsmayılov,  İ.  Londondakı  möhtəşəm zəfərlər gənc 

idmançılarımız  üçün  örnək  olmalıdır  [Mətn]: Londondan 




22 

 

Bakıya zəfərlə /İsmayıl İsmayılov, Gənclər və İdman nazirinin 



müavini //Az

ərbaycan.- 2012.- 16 avqust.- S. 6. 

Sadıqov,  B.  Zəhmət, etimad və  məsuliyyət [Mətn]: 

Az

ərbaycan  idmançıları  XXX  London  Yay  Olimpiya 



Oyunlarında  /Bəxtiyar  Sadıqov  //Azərbaycan.-  2012.-  14 

avqust.- S.1; 3. 

 

Məlum  olduğu  kimi,  şifahi  təbliğatın  əsas  üstünlüyü 



auditoriya ilə canlı ünsiyyətin yaradılmasındadır. Bu baxımdan, 

sağlamlıq  və  idman  mövzusunda  yeniyetmə  və  gənc  yaşlı 

oxucular arasında mühazirələrin, söhbətlərin keçirilməsi çox 

vacibdir.  Bu zaman oxucuların  yaş qrupu, onların intellektual 

səviyyəsi nəzərə alınmalıdır. Mühazirə üçün mövzunun adı elə 

seçilməlidir  ki,  oxucularda  maraq  oyatsın:  Məsələn:  “İdman 



dostluğun,  sülhün  təməlidir”,  “Biz  sizlərlə  fəxr  edirik”, 

“Sağlam  olmaq  istəyirsinizsə...”,  “Gələcəyimiz  sizin 

əlinizdədir!”  və  s. Bu zaman kitabxanaçı  mühazirənin  əsas 

planını, mövzu üzrə ədəbiyyat mənbələrini, mühazirədə iştirak 

edəcək qonaqları əvvəlcədən müəyyən etməli, proqram tutmalı, 

dəvətnamə və elan hazırlamalıdır. Tədbirin təşkilində hər hansı 

kinofilm,  videoçarx,  sərgilər,  plakatlar  və  başqa  əyani 

vasitələrin istifadəsi əvvəlcədən müəyyən edilməlidir. Tədbirdə 

icra  hakimiyyəti  nümayəndələri,  ictimai  birliklər,  rayon 

səhiyyə  təşkilatı,  idman  sektorundan  nümayəndələrin  iştirakı 

da  məqsədəuyğun  olardı.  Mühazirədə,  həmçinin  yuxarı  sinif 

şagirdlərinin,  məktəbin  idman  müəllimlərinin,  valideyn 

heyyətinin,  rayonun  qalib  idmançılarının  iştirakı  da  yerinə 

düşərdi. Tədbir aparıcının giriş sözü ilə başlamalı, mühazirənin 

mövzusu elan edilməli, tədbirə dəvət olunmuş qonaqlar təqdim 

edilməlidir.  Sonra  mühazirəçı  10-15  dəqiqəlik  mühazirə  ilə 

çıxış  etməli,  idmanın  ümummilli  dəyərindən, onun  insanın 

həyatındakı  əhəmiyyətindən,  gənclərin  sağlam  ruhda 

formalaşmasındakı rolundan, dövlətin mövcud idman ənənəsini 

qoruyub  inkişaf  etdirməsindən  danışmalıdır.  Əlaqədar 




Yüklə 400,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə