İdmanın təbliğində



Yüklə 400,69 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix21.06.2018
ölçüsü400,69 Kb.
#50821
1   ...   5   6   7   8   9   10   11   12   13

23 

 

təşkilatlardan  dəvət  olunmuş  qonaqların, rayonun qalib 



idmançılarının  mövzu  ətrafında  çıxışları  tədbirin  təsir  gücünü 

daha  da  artıra  bilər.  Yaxşı  olardı  ki,  idmana  həsr  olunmuş 

bütün  tədbirlərdə  oxucuların,  gənc  və  yeniyetmələrin  diqqəti 

idmanın  sülhün,  dostluğun  möhkəmlənməsindəki  mahiyyətinə 

yönəldilsin,  idmanın  insanı  həyata  hazırlamasından, çətinliyə 

sin


ə  gərməsindən söhbət  açılsın.  Tədbir  zamanı  qısametrajlı 

filmlərin, videoçarxların, elektron məlumat bazasının, elektron 

sərgilərin  təqdim  edilməsi  keçirilən  mühazirəni  daha  da 

rəngarəng  edir.  Məsələn,  tədbir  zamanı  Bakı  Bədən  tərbiyəsi 

Cəmiyyətinin  sifarişi  ilə  rejissor  Niyazi  Bədəlovun  çəkdiyi 

“Sovet  gimnastları”  (1938)  filmini  və  ya  rejissor  Şahin 

Zəkizadənin  “Dünənə  ehtiramla,  sabaha  ümidlə”  (2003)  adlı 

sənədli  qısametrajlı  filminin  nümayişini  təşkil  etmək  olar. 

Filmdə  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham 

Əliyevin  idman  sahəsində  gördüyü  işlər,  respublikanın  əldə 

etdiyi uğurlar, idmançıların çıxışları əks etdirilmişdir.  

İdmanın insan həyatındakı rolu mövzusunda yeniyetmə və 

gəncyaşlı  oxucular  arasında  dəyirmi  masanın,  oxucu 

konfranslarının 

keçirilməsi 

də 

vacibdir. 



“İdman 

sağlamlığımızın  əsasıdır”,  “Sağlam  həyat  tərzi”,  “İdman  və 

t

ərəqqi”, “İdman və humanizm” və s. adlarda dəyirmi masalar 



təşkil  etmək  olar.  Tədbir  keçirilərkən  onun  əhatə  etdiyi 

auditoriya  nəzərə  alınmalıdır.

 

K

itabxanaçı,  həmçinin, 



dəvətnamələr  yazmağı,  elan,  afişa,  buklet  hazırlamağı  da 

unutmamalıdır.  Bu  zaman  reklamdan  da  istifadə  etmək  olar. 

Bütün bunlar reklam vasitəsi ilə daha ətraflı işıqlandırılmalı və 

əhalinin  nəzərinə  çatdırılmalıdır.  Dəyirmi  masada  idman 

ustalarının,  mütəxəssislərin  çıxışlarına  xüsusi  yer  vermək 

lazımdır.  Tədbir  zamanı  idman  haqda,  idmançılarımızın 

qələbəsini,  Prezidentimizin  idmançıları  mükafatlandırma, 

təbrik  etmə  mərasimini  əks  etdirən  sənədli  filmlərin,  rayonun 

qabaqcıl idmançıları ilə təşkil olunmuş söhbətlərin nümayişini 

də  təşkil  etmək  olar.  Dəyirmi  masada  idmanla  bağlı  qarşıya 




24 

 

çıxan  aktual  problemlər,  gənclərin  idmana  cəlb  edilməsi 



məsələləri  müzakirə  edilməli,  tədbir  iştirakçılarının  rəy  və 

təklifləri  dinlənəlidir.  Sonda  idmanla  bağlı  sənədli  film  və  ya 

kitabxanaçının  hazırladığı  müstəqillik  illərində  Azərbaycanın 

əldə  etdiyi  idman  uğurlarından  bəhs  edən  slayd  şou  təqdim 

edilə  bilər.  Məsələn,  gənc  rejissor  Arzu  Urşanın  Azərbaycan 

futbolunun yaranmasının 100 illiyinə həsr olunmuş “Top həm 

düşər,  həm  də  qalxar”  adlı  sənədli  filminin  nümayişi  ilə  də 

bitirmək  olar.  Keçirilən  tədbirlərin  geniş  işıqlandırılması 

məqsədilə  KİV  nümayəndələrinin  dəvət  edilməsi  də 

məqsədəuyğun olardı. 

Belə  tədbirlərin  təşkilində  rayonda  fəaliyyət  göstərən 

vlət  orqanları,  ictimai  birliklər  və  müxtəlif  qurumlar, 



idmanla  bağlı  idarə  və  təşkilatlarla  kitabxanalar  sıx  əlaqə 

saxlamalı, öz köməklərini əsirgəməməlidirlər.  

İdman  mövzusunda  kitab  icmalı  keçirərkən  ilk  növbədə 

mövzu ilə bağlı son dövrdə nəşr olunmuş müxtəlif tipli kitablar 

seçilməli,  onların  sərgisi  təşkil  olunmalıdır.  Kitab  icmalı 

keçirərkən  hər  kitaba  geniş  xarakteristika  verilməlidir.  Ona 

görə də icmala yalnız mövzu ilə bağlı bir və ya bir neçə kitab 

daxil  edilir.  Məsələn,  “İdman  -  təhsil,  səhiyyə,  inkişaf  və 

sülhün  təşviqində  bir  vasitə  kimi”  mövzusunda  kitab  icmalı 

keçirmək  olar.  İcmalın  əvvəlində  mövzunun  adı,  məqsədi 

bildirilir. Bu zaman 

biblioqrafik  təsvir,  icmalı  keçiriləcək 

kitab

ların  müəllif  heyyəti  haqqında  məlumat,  kitabların 



məzmunu, keyfiyyəti və nöqsanlarından danışılır, 10-15 dəqiqə 

ərzində  kitabların  kimlər  üçün  nəzərdə  tutulduğu  və  tərbiyəvi 

əhəmiyyəti  qeyd  olunur.  Proyektorun  köməyi  ilə  ekranda 

kitablar


ın  elektron  sərgisi  də  nümayiş  etdirilə  bilər.  Kitab 

icmalının planı işçilər və kitabxana işinə cəlb edilmiş fəallarla 

əvvəlcədən  müzakirə  edilməlidir.  Kitab  icmalı  keçirərkən 

imkan daxilində müəlliflərin iştirakı da yerinə düşərdi. Ancaq 

bu  səpkili  kitabların  icmalında  icra  hakimiyyətindən,  Gənclər 

və  İdman  Nazirliyinin  yerli  şöbələrindən  nümayəndələrin 




25 

 

iştirakı  məqsədəuyğun  olardı.  Sonda kitabları  necə  əldə 



etməyin  mümkünlüyü,  yerləşdiyi  internet  ünvanları,  haqqında 

məlumat  verilmiş  mənbələr  də  oxucuların  diqqətinə 

çatdırılmalıdır.  

Kitabxanaların  idmanın  təbliği  ilə  bağlı  həyata  keçirdiyi 

tədbirlərdə  başlıca  məqsəd  sağlam  nəsil  yetişdirməkdir.  Bu 

zaman  işin  fiziki  tərəfi  ilə  yanaşı  mənəvi  tərəfi  də  ön  planda 

olmalıdır.  Məlumdur  ki,  idmanla  məşğul  olanların  böyük 

əksəriyyəti  gənclərdir  və  bu  sahədə  böyük  gənclik  ordusu 

cəmləşmişdir. Deməli, idman cəmiyyətin ən aktiv təbəqəsi olan 

gəncləri  öz  ətrafına  cəmləməklə  pis  vərdişlərə  meyllənməyin 

qarşısını  alır.  İnternetin  həyatımıza  bu  qədər  sürətlə  daxil 

olduğu,  qloballaşmanın  mənfi  təsirlərindən  qorunmağın  bu 

qədər çətin olduğu bir zamanda idmanın inkişaf etdirilməsi çox 

aktualdır.  Belə  ki,  idmanı  kütləviləşdirməklə,  bu  sahəyə  daha 

çox  yeniyetmə  və  gənci  toplamaqla  həm  dünyada  ölkəmizi 

təmsil  edən  idmançılar  ərsəyə  gətirmək,  həm  də  mənfi 

vərdişlərdən uzaq, sağlam gənc nəsil yetişdirmək mümkündür. 

Buna görə də kitabxanalar idmanla, gənc nəslin sağlamlığı ilə 

bağlı  öz  tədbirlərini  böyük  auditoriyalarda:  məktəblərdə, 

Gənclər  mərkəzlərində,  Peşə  məktəblərində,  litseylərdə,  ali 

məktəblərdə,  mədəniyyət  evlərində,  idman  komplekslərində 

təşkil  etsələr  əhəmiyyəti  daha  böyük  olar.  Məsələn:  “Vətənin 

sağlam  ruhlu  övladları”  və  ya  “Yüksək  mənəviyyatlı  gənclik 

uğrunda!”,  “Dünyada  ölkəmizi  təmsil  edən  idmançılarımız” 

mövzusunda 

mövzu  gecəsi  keçirmək  olar.  Mövzu  müəyyən 

olunduqdan sonra kitabxanaçı mövzu ilə yaxından tanış olmalı, 

sənədli  materiallar,  dəqiq  faktlar  əsasında  tədbirin  planını, 

ssenarisini  tərtib  etməlidir.  Bu  səpkidə  tədbirin  hazırlanması 

yaradıcılıq qabiliyyəti tələb edir. Təşkilatçı tədbirin əvvəlindən 

axırına kimi bütün elementləri (çıxış, rəy, qonaqlara söz vermə, 

səhnəciklər)  ssenaridə  əks  etdirir.  Tədbirin  keçiriləcəyi  yer, 

iştirakçıların  yerləşdirilməsi,  aparıcıların  yeri,  qonaqların 

qarşılanması,  tədbir  keçiriləcək  yerin  mövzuya  uyğun 



Yüklə 400,69 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə