4
2
2
2
7
7
.
.
0
0
6
6
.
.
2
2
0
0
1
1
4
4
İgid ölər, adı qalar,
müxənnətin nəyi
qalar?
Azərbaycan
atalar sözü
Sali Süleyman... XIX əsrin
sonlarından başlayaraq bu ad o
qədər məşhurlaşmışdı ki, bəzən
onun əfsanəvi qəhrəman olduğunu
zənn edirdilər. Lakin onu tanıyanlar,
hünərinin şahidi olanlar üçün Sali
Süleyman qəhrəmanlıq rəmzi idi.
Sali Süleymanın əsl adı Mamma
Koçap, familiyası Maxtulayevdir.
1879-cu ildə Dağıstanın Buynaksk ra-
yonunun Teletl kəndində Maxtulayın
kasıb ailəsində dünyaya gələn Mamma
uşaqlıqdan qeyri-adi gücü ilə seçilirdi.
Həmkəndlilərinə tez-tez ağır işlərdə
kömək edən Mamma bir qayda olaraq
təəccüb və heyrət obyektinə
çevrilərdi. 5-6 adamın güclə
qaldırdığı ağır yükləri o, bir əli
ilə yerdən üzər, öküzü asanlıqla
çiyninə alar, 10-15 uşağı
kürəyində gəzdirərdi. Onun
çaxır dolu çəlləkləri top kimi
oynatması isə əsl tamaşa idi.
Yaraşıqlı, üzügülər, mehriban
Mamma hamının sevimlisi idi.
“Dağıstanın məğlubedilməz
şiri” titulunu qazananda onun 15
yaşı yenicə tamam olmuşdu.
Temir-Xan-Şurada (indiki
Buynaksk) keçirilən yarışlarda
o, həmin dövrün ən güclü
pəhləvanı sayılan Gimrəli
Məhəmmədə qalib gəlmiş, o
vaxtdan şöhrəti bütün Dağıstana
yayılmışdı.
İdmançı kimi isə onun karyerası
1896-ci ildən başlanmışdır. Həmin il
Temir-Xan-Şuraya məşhur Maks sirki
qastrola gəlmişdi. Truppada fransız
güləşi üzrə beynəlxalq turnirdə iştirak
etmiş pəhləvanlar da var idi. Sirkin
tamaşalarından birində 16 yaşlı
Mamma Maxtulayev də iştirak edirdi.
Səid Kaxuta adlı hindu pəhləvanının
rəqibinin kürəklərini yerə vurub
özündən razı halda gəzişdiyini görəndə
birdən sirkə yığışmış tamaşıçılardan
uğultu qalxdı:
- Mamma, meydana çıx! Mamma,
meydana çıx!
Özünü itirmiş yeniyetmə nə
edəcəyini bilmirdi. Bir tərəfdə nəhəng
gövdəli, qorxunc görkəmli hindu, o biri
tərəfdə ümid və inam qarışmış israrla
onu səsləyən həmyerliləri idi. Nəhayət,
o, qətiyyətini toplayıb irəli çıxdı. 16
yaşlı yeniyetmənin təcrübəli pəhləvanı
yerə sərməsi həmin gün ümumxalq
sevincinə çevrildi.
1897-ci ildə Qafqaza qastrol
səfərinə gələn Peterburq sirki Temir-
Xan-Şurada da tamaşa verirdi. İkinci
bölmədə, pəhləvanların
ənənəvi
nümayişi başlananda zalda oturanlar
bir səslə Mamma Koçapın da yarışlara
qatılmasını tələb etməyə başladılar.
Bunu görən təşkilatçılar ertəsi gün əllə
yazıb divarlara yapışdırdıqları
afişalarda Matyuşenko adlı pəhləvanla
gənc dağıstanlı pəhləvanın gülə-
şəcəyini göstərdilər. Hamının intizarla
gözlədiyi həmin yarış cəmi bir dəqiqə
çəkdi, Mamma rəqibinin kürəyini
asanlıqla yerə vurdu. Gastroldan sonra
sirk Port-Petrovska yola düşdü, lakin
bir gün sonra sirkin rəhbərlərindən biri
olan İ.Poddubnı gənc pəhləvanın
arxasınca geri qayıtdı. Həmin gündən
Mamma taleyini həmişəlik olaraq
sirklə bağladı.
Pəhləvanın iş rejimi onu tanıyanları
və pərəstişkarlarını heyrətə gətirirdi. O,
hər il onlarla şəhərlərdə tamaşalar
verir, müxtəlif çempionatlarda iştirak
edirdi. Qazandığı qələbələrin nəticəsi
olan qızıl medallar, qiymətli prizlər
onu dünyanın əfsanəvi pəhləvanı
zirvəsinə qaldırmışdı. 50-yə yaxın
ölkənin başçısından, o cümlədən İran
şahından və Belçıka kralından xatirə
medalları alan Mammanın parlaq
qələbələrini saymaqla qurtarmaq
olmur. O, dünya çempionları Pankin,
Başkirov, Vaxturov və Svyatogorovu
məğlub etmişdi. Dünyanın bütün
qitələrində olmuş və hər yerdən vətənə
üzüağ qayıtmış Mamma 1901-1903-ci
illərdə bütün rəqiblərini məğlub edərək
güləş üzrə mütləq dünya çempionu ti-
tulunun sahibi olur.
Adı dillər əzbəri olan Mamma
Koçap Maxtulayev birdən-birə Sali
Süleyman olur. Bu, necə baş verir?
1904-cu ildə Türkiyə sultanının sevim-
lisi, bütün Yaxın və Orta Şərqdə
tanınan Sali Süleyman adlı pəhləvan
Mamma Maxtulayev onu məğlub
edəndən sonra sarsılıb hamının
qarşısında bəyan edir: “Məğlub Sali
Suleyman ola bilməz. Bu gündən mən
öz adımı bu pəhləvana verirəm.
İnanıram ki, o, məğlubedilməz
olacaq”.
Dağıstan pəhləvanı həmin ada
ömürlük sadıq qaldı. O, parlaq
qələbələrinə görə “Dağıstan şiri”,
“Şərqin sevimlisi” adlarını qazandı. Nə
öz ölkəsində, nə də xaricdə heç kəsə
onun kürəklərini yerə vurmaq nəsib
olmadı. Yalnız İvan Poddubnı ilə görü-
şü heç-heçə nəticələndi və bununla da
onların arasında böyük dostluq
başlandı. İ.Poddubnı ona Sankt-
Peterburq atletika cəmiyyətində fransız
güləşi sahəsində təkmilləşməkdə
kömək etdi. O, dağıstanlı pəhləvana
böyük səxavətlə güləşin sirlərini
öyrədir, əməli məsləhətlər verirdi.
Sali Süleyman haqqında hələ onun
sağlığında əfsanələr dolaşırdı. Lakin
çoxlarının əfsanə kimi qəbul etdiyi
pəhləvanın pələnglə güləşməsi hadisəsi
əslində həqiqət idi. Sankt-Peterburqda
sirkin arenasına çıxmağa hazırlaşan
Sali Süleyman içərisində vəhşi heyvan-
lar saxlanan qəfəslərin yanından
keçərkən birdən qəfəslərdən birindən
bayıra çıxan benqal pələngi pəhləvanın
üstünə atılır. Sən demə, bir gün əvvəl
ispan pəhləvanı Alberto Qonsales Sali
Süleymana böyük məbləğdə pul
alaraq, ona yarışda məğlub olmağı
təklif edibmiş. Rədd cavabı alan və
döyüşdə məğlub olan rəqib pəh-
ləvandan qisas almaq niyyətilə qəfəsin
qapısını açır. Pələng qəfil zərbə ilə Sali
Suleymanı yerə sərir. Qana qəltan olan
pəhləvan tez özünü ələ alıb pələngin
boğazından yapışır və onu yerə çırpır.
Ağır yaralanmış pəhləvanı xəstəxanaya
çatdırırlar və o, üç aydan sonra çoxlu
çapıqlarla oradan çıxır. Xəstəxanada
ona Peterburqun demək olar ki, bütün
məşhur insanları, o cümlədən Fyodr
Şalyapin, Maksim Qorki baş çəkir.
İvan Poddubnı isə onu demək olar ki,
hər gün yoluxurdu.
Sali Süleymanın məğlub etdiyi
dünya çempionlarının siyahısında
polyak Stanislav Zbışko-
Sıqaneviçin, iranlı Bilalın,
bolqar Nikolay Petrovun,
osetin Bola Konukovun,
türklərdən Toqu Əhmədin və
Xəlil Adalinin, ameikalı Tom
Kannonun, alman Yakob
Koxun, fransızlar Raul de
Buşenin və Loren de
Bokeryanın, həmçinin beşqat
dünya çempionu, daniyalı İess
Pedersenin və onlarca
başqalarının adı var.
O, sirki 70 yaşında tərk etsə də,
idman məşqələlərini atmır, bir
neçə SSRİ çempionu, onlarca
idman ustası yetişdirir.
Övladlarından iki oğlu – Kamal
və Ağarəhim də onun sayəsində
SSRİ idman ustası olur. Dünya
şöhrətli pəhləvan ömrünün son illərini
Bakıda keçirir.
Şən və zarafatcıl adam olan Sali
Süleyman həm də həmişə haqqın və
düzlüyün tərəfində olması ilə hörmət
qazanmışdı. Onu başqalarından
fərqləndirən bir cəhət də var idi:
taleyin sınaqlarına mətanətlə sinə
gərirdi. Belə sınaqlar isə az olmurdu.
Onlardan biri, üçüncü oğlu İbrahimlə
əlaqədar idi. Çoxları elə zənn edirdi ki,
Sali Süleymanı məhz İbrahim əvəz
edəcək. Ucaboy, pəhləvan cüssəli,
yaraşıqlı oğlan olan İbrahimin bütün
idman göstəriciləri bunu deməyə əsas
verirdi. Lakin içkiyə meyllilik onu
nəinki idmandan, hətta cəmiyyətdən
uzaqlaşdırdı və nəhayət, o, məhbəsə
düşdü. Sali Süleyman oğul dərdi ilə
uzun illər yaşadı. Dünyada heç kəsin
əyə bilmədiyi bu pəhləvanı həmin dərd
əysə də, sındıra bilmədi. Öz əzəmətini
və əyilməzliyini sona qədər saxlayan
Sali Süleyman 90 yaşında vəfat etdi.
Sədaqət KƏRİMOVA
Ukraynada Azərbaycan
telekanalı acıldı
U k r a y n a d a k ı
Azərbaycan diaspo-
runun internet üzə-
rindən yayımlana-
caq televiziya
kanalı - «Diaspora
TV» fəaliyyətə
b a ş l a y ı b .
Telekanalın məqsədi Azərbaycan mədəniyyəti,
siyasəti, tarixi və dövlətçiliyini dünya
ictimaiyyətinə təqdim etmək, ölkəmiz haqqında
yayılan qeyri-obyektiv informasiyaların qarşısını
alaraq, Azərbaycan dövlətinin siyasətini dünya
miqyasında təbliğ etməkdir. Kanalın
məqsədlərindən biri də müxtəlif ölkələrdə
fəaliyyət göstərən Azərbaycan diasporlarının
gördüyü işləri işıqlandırmaq və onlara
informasiya dəstəyi göstərməkdir.
Sutkada 18 saat efirdə olacaq TV-nin xəbərlər
buraxılışı hər 3 saatdan bir canlı yayımlanacaq.
Kanalın xəbərlər xidməti CNN, Reuters və BBC
şirkətləri ilə sıx əməkdaşlıq etməyi nəzərdə
tutub.Verilişlərin Azərbaycan, rus, ukrayna,
ingilis və digər dillərdə yayımlanması qərara
alınıb. «Diaspora TV» Ukrayna, Rusiya, eləcə də
xarici aparıcı distribütor şirkətlərlə əməkdaşlıq
etməyi planlaşdırır.
Vatikanda ölkəmizlə bağlı
əlyazmalar aşkarlanıb
Azərbaycan Milli
Elmiər Akademiyası
Əiyazmalar İnstitutu
Vatikanda Azərbaycanla
bağlı 153 yeni tarixi
sənəd və
əlyazma
aşkarlayıb. Alim Fərid
Ələkbərlinin Vatikanın
Məxfi Arxivinə və Apostol Kitabxanasına
uzunmüddətli ezamiyyətləri bu il başa çatıb.
Vatikan Məxfi Arxivində 700-dən çox sənəd
araşdırılıb və Azərbaycan tarixinə aid 85 sənəd
aşkar olunub. Bu sənədlər italyan, latın, yunan,
fransız, ərəb, fars, türk, monqol, erməni və sair
dillərdədir. Tədqiqatlar nəticəsində aşkar edilmiş
sənədlər X-XX əsrləri əhatə edir. Onların arasında
orta əsr Azərbaycan hökmdarlarının (Elxani,
Səfəvi, Əfşar, Qacar və s.) Roma papaları ilə
məxfi yazışmalarını əks etdirən məktublar da var.
Burada orta əsr Azərbaycan müəlliflərinə
məxsus 68 qədim əsər və çoxlu sayda xəritə də
aşkar edilib. Bunlar Azərbaycan (türk), fars, ərəb
dillərində olan orta əsr əlyazma kitablarıdır.
Onların arasında məşhur Azərbaycan
müəlliflərinin (Nizami, Füzuli, Nəsimi, Şəbüstəri,
Sührəvərdi və b.), eyni zamanda, indiyə qədər adı
bizə məlum olmayan orta əsr müəlliflərinin 11
əsəri var.
Yeni orfoqrafiya lüğəti
“Azərbaycan dilinin
orfoqrafiya lüğəti” uzun
fasilədən sonra 6-cı dəfə nəşr
olunub. 2004-cü ildə nəşr
olunmuş Orfoqrafiya lüğə-
tində 80 minə yaxın söz var
idisə, genişləndirilmiş və
yenidən işlənmiş lüğət
110543 sözdən ibarətdir. İlk
dəfə olaraq coğrafi adlar,
şəxs adları, təşkilat adları, habelə pul
vahidlərinin adları və şərti işarələr də lüğətə
daxil edilmişdir.
Yeniliklər
www.samurpress.net
DAĞISTAN ŞİRİ