Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,05 Mb.
səhifə6/17
tarix18.06.2018
ölçüsü1,05 Mb.
#49449
1   2   3   4   5   6   7   8   9   ...   17

XİLAFӘT DÖVRÜNÜN NӘTİCӘLӘRİ


Məhəmməd (s)-dan sonra ilk üç xəlifənin hakimiyyət dövründə saysız-hesabsız ölkə və şəhərlər fəth olunub İslam ölkələrinin ərazisi birə on artsa da, daxili keşməkeşlər və aparılan siyasət əsaslı ideologiya əsasında olmadığı, habelə ətraf məntəqələrin hakimləri ilə mərkəzi xilafət arasında daimi əlaqə olmadığı üçün ölkə və şəhərlərin fəthi əks nəticə verərək, İslam mədəniyyətinə ağır zərbə vurmuşdur.

Bir çox məntəqələr İslam ölkələrinin sırasına daxil olsalar da, maddiyyata olan meyl, şan-şöhrət hissi, dini bidət və ideloji pozğuntular, İslamın öz həqiqi simasını itirməyə səbəb olmuşdu. İslam ölkələrində yaradılan əlaqələr İslam qanunları əsasında qurulmadığı üçün müsəlmanlar bu müqəddəs dini öz qonşu ölkələrinə lazımi qaydada çatdırmağa nail ola bilməmişdilər.

Xəlifələrin ölkə və şəhərlərin fəthinə dair həyata keçirdikləri siyasətlərin verdiyi zahiri nəticələr aşağıdakılardan ibarət olmuşdur:

a) İqtisadi çətinliklərin həlli;

Minlərlə ərəb Mədinəyə mühacirət etdikdən sonra şəhər mühiti onların məşğuliyyətini təmin etməyə qadir olmasa da, ölkə və şəhərlərdə aparılan fəthlər, xüsusilə də əldə olunan qənimətlər, onların döyüş meydanına üz tutmalarına səbəb olurdu.

b) İqtisadi çətinliklərin həlli;

Әtraf məntəqələrin fəthi genişlənməklə, İslama həqiqi can yandıran sadiq şəxslər Allah yolunda cihad etmək üçün Mədinəni tərk edib döyüş məntəqələrinə yola düşürdülər. Kafirlərlə müharibə, daxildə aparılan səhv siyasətin üzərini örtmək üçün ən yaxşı vasitə idi. Bu siyasətə etiraz edən şəxslər isə dərhal döyüş məntəqələrinə sürgün olunurdu və təssüflər olsun ki, daxili məsələlərə diqqətsizlik sonralar aradan qaldırılması mümkün olmayan bir neçə ağır faciəyə səbəb olur. O cümlədən:

1-Müaviyə və Xalid ibn Vəlidin hakimiyyət üçün hazırlanması;

2-İsrailiyyat (yəhudilik) tərzi-təfəkkürünə aludə olmuş kitab əhlinin İslam cəmiyyətinə nüfuz etməsi;

3-Xəlifələrin (şəxsi rəy əsasında) hökm çıxarmalarının qanuniləşdirilməsi və onların rəftar və davranışlarının "şəri sünnət" (şəriətə uyğun adət-ənənə) hesab olunması;

4-İctihad məsələsinin ortaya atılması ilə Peyğəmbər (s)-ın sünnətinə qarşı yaranan etinasızlıq və hədislərin yazılmasına dair qoyulan qadağalar.

Әli (ə) o dövrün ictimai vəziyyətini bu ibarətlərlə bəyan edir: "Bilin ki, Həzrət Məhəmməd (s) peyğəmbərliyə təyin olunduğu zaman hansı çətinliklərlə qarşılaşmışdısa, sizdə indi həmən çətinliklərə düçar olmusunuz"1.

Başqa bir yerdə Peyğəmbər (s)-ın dilindən o dövrün camaatının gələcəyi haqqında buyurur: “Bu camaat öz var-dövlətlərinin fitnə-fəsadına düçar olub Allahın mərhəmətini arzu etməklə yanaşı, İslamı qəbul etdikləri üçün Ona minnət qoyarlar. Allahın haram etdiyi şeyləri öz yalan şübhələri ilə halal edər, şəraba nəbiz (şərbət), sələmə isə müamilə adı verməklə, onları özlərinə rəva bilərlər"2.

Məlum olur ki, Peyğəmbər (s)-ın risaləti (gətirdiyi din) ümumbəşər və əbədilik kimi iki ən başlıca xüsusiyyətə malik olmuş və onun xarici siyasəti, müxtəlif dövlət və qəbilələr ilə yaratdığı əlaqələr Allaha təvəkkül etməklə, "Allahdan başqa Allah yoxdur deyin və nicat tapın" kəlməsini yaymaq, kafirlərlə dostluq etməyib onların İslam cəmiyyətinə hakim olmalarına imkan verməmək, haqq-ədalətə riayət etmək, ətraf məntəqələrlə səmimi münasibətdə olmaq, onlara yardım və əhdə vəfa etmək, İlahi qanunlardan boyun qaçırmamaq əsasında qurulmuşdur. Mühüm ictimai məsələlərdə əshabla məsləhətləşmək və aparılan danışıqlarla sülh və səmimiyyətin hər şeydən üstün tutulması, qəbilələrin müştərək xüsusiyyətlərindən istifadə edərək şəriət qanunlarını yaymaq və əmrə tabe olmadıqda, Allahın izni ilə mübarizəyə əl atmaq3 və nəhayət, sülh və barışığa razı olanlarla sülh şəraitində olmaqda4 Peyğəmbər (s)-ın qurduğu yeni cəmiyyətdə tətbiq etdiyi siyasətin ən mühüm hissəsini təşkil etmişdir. Bir sözlə dövlət rəhbərlərinə xarici siyasət, beynəlmiləl hüquq və qanunlar üçün hər nə lazımdırsa, Peyğəmbər (s)-ın tətbiq etdiyi siyasətdə öz əksini tapmışdır.

Lakin təssüflər olsun ki, sonrakı xəlifələrin hakimiyyət dövründə xarici siyasət və beynəlmiləl əlaqələr get-gedə öz əhəmiyyətini itirmiş və öz axarından çıxaraq, uçuruma doğru yönəlmişdir. Bu bir həqiqətdir ki, əgər İslami cəmiyyət öz vüqar və şan-şöhrətini qoruyub mömin və əməlisalehlər cəmiyyət qurmaq istərsə, hökmən öz daxili və xarici əlaqələrini Quran və Peyğəmbər (s)-ın sünnəti üzərində qurmalıdır. Həşr surəsinin 7-ci ayəsində deyildiyi kimi: “Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi qadağan edirsə. ondan əl çəkin”.


(2-1-5) MÜSӘLMANLARİN BEYNӘLMİLӘL SİYASӘTDӘN UZAQ DÜŞMӘLӘRİ


Müsəlmanlar İslami hakim və hakimiyyət məsələsində ciddi çətinliklə qarşılaşdıqdan sonra bunun beynəlmiləl siyasətdə də təkrar olacağı təbii bir hal idi. Yaranmış gərgin vəziyyət Bəni Üməyyə xəlifəsi Müaviyyənin hakimiyyət dövründə özünün ən son həddinə çatır. O, daxili böhranı aradan qaldırmaq üçün Rum imperatorluğunun hakimiyyətini qəbul edir. Abbasi xəlifələrindən olan Harun Әrrəşidin dövründə isə, İslam hakimiyyəti özünün çiçəklənmə dövrünü keçirdiyi bir dövrdə, xarici siyasət zorakılıq və bac-xərac əsasında aparılır və bütün bunlarla yanaşı, din və İslam mədəniyyəti sahələrində heç bir təbliğat aparılmamışdır.

Müaviyyənin hakimiyyəti dövründə Peyğəmbər (s)-ın xarici siyasəti özünəməxsus diplomatiya ilə əvəz olunur. Peyğəmbər (s)-ın tətbiq etdiyi beynəlmiləl siyasət iman, Allaha təvəkkül, qətiyyətlik, özünə arxayınlıq və mənəvi dəyərlər əsasında qoyulduğu bir halda, Müaviyyənin zəiflik göstərərək daxili çətinliklərin öhdəsindən gələ bilməməsi, xüsusilədə Әli (ə)-ın sadiq tərəfdarlarının rəhbərlik etdikləri hərəkatlardan yaranmış qorxu hissi, hakimiyyəti qorumaq və xarici siyasət onu bac-xərac üsulundan istifadə etməyə vadar edirdi. Belə ki, qərb sərhədlərinin qorunması və Rum imperatorluğu tərəfindən təcavüzə məruz qalması üçün hər il onlara külli miqdarda bac-xərac vermiş və beləliklə, Peyğəmbərin (s)-ın tətbiq etdiyi siyasət və idarə etdiyi dölətçilik üsulundan uzaq düşmüş olur.

Buraxılan böyük səhvlərdən birini də, hicrətin İİ yüzilliyinə Harun Әr-rəşidin xilafət dövründə müşahidə etmək olar. İslam ölkələrinin sərhədləri Avropada Fransadakı Luvr çayından başlayaraq, Asiyada Hindistan və mərkəzi Afrika dövlətlərini əhatə etdiyi bir halda, Peyğəmbər (s)-ın meyarları ilə beynəlmiləl siyasətin icra olunması üçün bütün lazımi şəraitin olmasına baxmayaraq, madiyyat və şan-şöhrət arzusu, Abbasi xəlifələrinə ixtiyarlarında olan qüdrətdən İslamın genişlənməsi yolunda istifadə etməyə mane olurdu.


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə