Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə5/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   2   3   4   5   6   7   8   9   ...   66

 
11 
məkanlarda  qüdrətin  (ölkə  və  dövlət)  əlaqələrinin  bütün 
çətinliklərini  əhatə  edib,  ondan  necə  istifadə  etməyi  və  hansı  səmtə 
istiqamətləndirilməli  olduğunu  göstərir"
1
.  Göründüyü  kimi  siyasət 
elminin  mövzusu,  verilən  ilk  tərifdə  "dövlət"
2
,  ikinci  tərifdə  isə 
"qüdrət"
3
 kimi mənalandırılmışdır.  
Әlbətdə,  bu  iki  məfhum  (qüdrət  və  dövlət)  arasında  sıx  bağlılıq 
vardır. Belə ki, qüdrət olmadığı bir yerdə hökumət və siyasət heç bir 
məna və məfhum kəsb etmir. Qüdrət, siyasətin təyin, icra, açıqlanma 
və  formalaşmasının  ən  başlıca  ünsürünü  təşkil  edir.  Buna  görə  də, 
Rassel,  Hans  Morkent,  Harvel  Lassel  və  Maks  Veber  kimi 
mütəfəkkirlər, qüdrəti, siyasətin ən başlıca məfhumu hesab etmişlər
4

Alimlərin  başqa  bir  qismi  isə,  siyasəti  belə  tərif  etmişlər:  "Siyasət, 
insan, partiya və qruplar, ictimai birliklər, ölkələrarası və ya ölkələr 
daxilində  əlaqələr  yaradan  sülhməramlı  və  ya  qeyri-sülhməramlı 
məsələlərə rəhbərlik edən bir qüdrətdir"
5

Ümumilikdə  götürsək,  verilən  təriflər  ya  dövlət  və  onun 
quruluşu  ətrafında  dövr  edir  ya  da  məsələyə  daha  dərindən  nəzər 
salıb,  millətin  siyasi  əks  əməlini,  ölkənin  daxilində  baş  verən  siyasi 
keşməkeşləri, 
siyasi 
fəaliyyətlər 
nəticəsində 
əldə 
olunan 
nəaliyyətləri,  habelə  beynəlmiləl  səviyyəni  diqqət  mərkəzində 
saxlayır. Bir sözlə dövlət və qüdrət, siyasət elminin əsas mövzusunu 
təşkil edir.  
Son  dövrlərdə  dövlət  və  siyasətin  məna  və  məfhumu  bir  qədər 
dəyişilmiş və başqa məna daşımağa başlamışdır. Məsələn, professor 
Katlin  belə  bir  fikirdədir  ki,  siyasi  qüdrət  dedikdə,  mümkün  qədər 
çox  qüdrət  əldə  etmək  üçün  qrup,  birləşmə  və  ictimai  təbəqələr 
arasında  gedən  ixtilaf  və  keşməkeşlər  nəzərdə  tutulur.  Belə  bir 
nəzəriyyəyə  əsasən,  dövlət  bir  qüdrət  stimulu  kimi  ictimai 
qüvvələrin  bir-birləri  ilə  toqquşması  nəticəsində  meydana  gəlir  və 
bunun  üçün  də  biz  onu  "qüdrət  və  qüvvə  birliyi"  də  adlandıra 
                                                 
1
 Həmin mənbə 
2
 State 
3
 Power 
4
 Alim Әbdürrəhman, "Siyasət elminin əsasları", 3-cü çap, Ney nəşriyyatı. Tehran, 
1376-cı səh, 28-ci səh 
5
 Həmin mənbə 


 
12 
bilərik.  Beləliklə  siyasət  elmini,  “cəmiyyətdə  formalaşmış  qüdrət 
elmi” kimi tərif etməli olacağıq.  
Bu,  olduqca  ümumi  bir  tərifdir.  Çünki,  bəzi  cəmiyyətlər  kifayət 
qədər  qüdrətə  malik  olmalarına  baxmayaraq,  dövlət  kimi 
tanınmırlar.  Qəbilə  və  sülalələri  buna  misal  çəkmək  olar.  Onlarla 
yanaşı, cəmiyyətdə  qüdrətli  ordu,  təsir və  nüfuz,  əqidə,  sərvət,  şan-
şöhrət, ictimai mövqe və sair formalarda da müşahidə etmək olar. 
Belə  ki,  onlardan  bir  qismi  siyasi  mahiyyətə  malik,  digərləri  isə 
ondan  məhrumdurlar.  Bəzən  siyasət  yalnız  qüdrətlə  əlaqəli  olmur. 
Belə ki, bəzən ictimai rifah kimi ümumi xarakter danışmalı olur. Bu 
səbəbdən, siyasət elminə daha geniş tərif vermək lazımdır. 
Siyasət  elmi  sosioloji  elmlərinin  bir  qolunu  təşkil  edir.  O,  vahid 
formada  dövlət  və  hökumətin  mahiyyət  və  mənşəyini,  təkamül  və 
inkişafını,  habelə  onun  müxtəlif  formalarını  dəqiqliklə  araşdırır, 
hədəf,  quruluş  və  iş  strukturunu  ortaya  çıxarır.  Bütün  bunlarla 
yanaşı  siyasət  elmi,  dövlətlərarası  və  cəmiyyət  üzvləri  arasında 
bərqərar  olunan  əlaqələrə  diqqət  yetirib,  onların  mahiyyətini  üzə 
çıxarır. 
*  *  *  * 
(1-2) SİYASӘT ELMİ İLӘ DİGӘR ELMLӘR ARASİNDA OLAN 
ӘLAQӘLӘR 
Müxtəlif  elmlər,  xüsusilə  də  humanitar  elmlər  müştərək 
mövzuya,  bir-birlərinə  oxşar  xüsusiyyətlərə  malik  olmaqla  yanaşı, 
bir-birlərinin  təkmilləşdirilməsində  də  böyük  rol  oynayırlar. 
Onlardan  hər  birinin  özünəməxsus  baxışı  olsa  da,  bəzən  aralarında 
ixtilaf və ziddiyyətlər də meydana gəlir. 
Elmin bəzi şaxələri digər sahələr arasında bir növ vasitəçi rolunu 
oynayır. Bunun üçün də bəzən elə bir məsələlərə toxunulur ki, digər 
sahələrdə də həmin mətləb barədə fikir irəli sürülmüş olsun. Demək, 
bütün elmi sahələr istər  sadə və ya  mürəkkəb, istərsə də  humanitar 
ya texniki, bir-birləri ilə sıx əlaqəli və həmahəng olurlar.  
Siyasət  elmi  sadə  olsa  da,  digər  elmi  sahələrlə  eyni  xüsusiyyətə 
malik  olub,  humanitar  elmlərə  daxil  olduğu  üçün  digər  humanitar 
elmlərlə  sıx  əlaqədə  olur.  Tarix,  iqtisadiyyat,  coğrafiya,  hüquq, 
sosiologiya,  əxlaq  və  statistika  elmlərini  buna  işarə  etmək  olar.  İndi 


 
13 
isə, siyasət elmi ilə onlardan bəziləri arasında olan əlaqələr haqqında 
söhbət açaq. 
(1-2-1) SİYASӘT ELMİ VӘ TARİX 
Siyasətlə  tarix  arasında  olduqca  sıx  əlaqə  mövcuddur.  Can  Seyli 
bu  haqda  deyir:  "Siyasət  elmi  olmadan  tarix,  tarixdə  olmadan  da 
siyasət  elmləri  heç  bir  məna  və  məfhum  kəsb  etmir."  Bunun  isə 
səbəbləri  artıq  məlumdur.  Çünki,  siyasət  elminin  bünövrəsi  tarixdə 
baş vermiş hadisə və yaranmış cərəyanlar nəticəsində qoyulmuşdur. 
Belə  ki,  tarix  keçmişdə  baş  vermiş  hadisələrin  mahiyyət  və 
səbəblərini  axtarıb  üzə  çıxarır  və  bizə  məlumat  dairəmizi  daha  da 
genişləndirməyə imkan verir. Tarix, müxtəlif dövlət və cərəyanların 
meydana  gəlib  göstərdiyi  fəaliyyətlər  haqqında  söz  açır  və  siyasət 
elminin meydana gəlməsinə lazımi şərait yaradır. 
Lazımi şəraitlər isə aşağıdakılardan ibarətdir:  
1-Keçmiş  zamanlarda  meydana  gəlmiş  dövlət  və  hökumətlərin 
keçdikləri  təkamül  mərhələləri,  fəaliyyət,  tətbiq  etdikləri  qanun  və 
nizamnamələr barədə kifayət qədər məlumatlara yiyələnməli
2-Siyasət  elminin  qanun  və  nizamnamələrini  tətbiq  və  tənzim 
etmək üçün lazımi təcrübələr əldə etməli; 
3-Siyasi  rəftar  və  tərzi-təfəkkürün  məhdudiyyətlərini,  habelə 
keçmiş  zamanlarda  siyasətin  əldə  etdiyi  müvəffəqiyyət  və  uğradığı 
məğlubiyyətləri biruzə verməli.  
Bütün bunları nəzərə alaraq deyə  bilərik ki, siyasət tarixə  böyük 
ehtiyac  duyur.  Lakin  bu  ehtiyac  qarşılıqlı  xarakter  daşıyır.  Siyasət 
elmi,  tarixi  hadisələrin  əsasında  baş  verən  təkamül  qanunlarının 
təməlini  qoymağa  qadirdir.  Bununla  yanaşı  o,  tarixi  cərəyanların 
mahiyyətini,  habelə  onların  hansı  istiqamətdə  aparıldığını  özündə 
əks  etdirir.  Məsələn,  götürək  iki  qonşu  ölkə  olan  Hindistan  və 
Pakistanın  son  yüz  illik  tarixini.  Bu  dövr  bizə  bir  çox  mühüm 
hadisələrdən  xəbər  verir.  Onlardan  biri  də  budur  ki,  həmin  dövrdə 
bu  iki  ölkədə  azadlıq  uğrunda  ingilis  istemarına  qarşı  mübarizə 
aparılmış  və  bütün  bu  hadisələr  siyasi  milliyyətçiliyin  təsiri  altında 
baş vermişdir. 
 Göründüyü  kimi,  tarixlə  siyasət  arasında  sıx  bağlılıq  vardır  və 
onlar  baş  verən  hadisə  və  cərəyanların  səbəb  və  mahiyyətlərini 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə