Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə66/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   58   59   60   61   62   63   64   65   66

 
199 
2.
 
Təklif və mükafat;  
Bu yolla tərəf müqabili onu maraqlandıran mövzuya cəzb olunur.  
3.
 
Mali  (maliyyə),  siyasi,  diplomatik,  hərbi  və  s.  köməkliklər 
etməklə, tərəf müqabilinin mükafatlandırılması. 
Düşmənçilik: 
1.
 
Cəzalandırma ilə hədə-qorxu gəlmək; 
2.
 
 İqtisadi enbarqo, təbliğatın qarşısını almaq və bu kimi üsullardan 
istifadə edərək, qeyri-hərbi təzyiqlərin göstərilməsi; 
3.
 
 Hərbi xəbərdarlıq; 
4.
 
Hərbi üsulardan istifadə.  
2-MİLLİ QÜDRӘTDӘN İSTİFADӘ OLUNMASİNİN 
İRADLARİ 
Beynəlmiləl  əlaqələrdə  milli  qüdrətdən  aşağıdakı  yerlərdə 
istifadə olunur:  
1.
 
Diplomatik müqavilələr; 
2.
 
İqtisadi yardıma dair verilən vədələr; 
3.
 
Təbliğat; 
4.
 
Gömrük tariflərin dəyişilməsi; 
5.
 
İqtisadi enbarqo; 
6.
 
Hərbi təhdid; 
7.
 
Siyasi iqtisadi, mədəni təzyiqlər;  
8.
 
Hərbi müdaxilə (ordudan istifadə); 
9.
 
Üsyan, terror, casusluq, təhlükəsizlik və partizan müharibələrinə 
şərait yaratmaqla, ölkənin daxili işlərinə müdaxilə; 
10.
 
Hiylə; 
11.
 
Siyasi stabilsizliyi yratmaq; 
12.
 
Siyasi, əqidəvi, iqtisadi və mədəni nüfuzun göstərilməsi. 
3-MİLİ QÜDRӘTİN DӘRӘCӘLӘRİ 
Ölkənin milli qüdrəti qoyduğu təsir və şamil olduğu əhatə dairəsi 
baxımından bir neçə hissəyə bölünür: 
1.
 
Ümumdünya milli qüdrət; 
 Dünyada  baş  verən  cərəyanlara  təsir  göstərə  bilən  qüdrətə 
ümumdünya  və  ya  qlobal  milli  qüdrət  deyilir.  Әlbətdə,  bəzi 
qüdrətlər  müxtəlif,  bəziləri  isə  müəyyən  sahələrdə  bu  imkanlara 


 
200 
malik  olurlar.  Məsələn,  Yaponiya  iqtisadi  sahədə  öz  təsirini  qoya 
bilir.  
2.
 
Ümumdünya potensial qüdrət; 
Hal-hazırda 
inkişaf 
ümumdünya 
qüdrət 
səviyyəsinə 
çatmaqdadır. Çini buna misal çəkmək olar.  
3.
 
Regional milli qüdrət; 
Hindistan, Nigeriya və Cənubi Afrika kimi belə bir qüdrətə malik 
olan ölkələr müəyyən nüfuz və əhatə dairəsinə malik olub, yerləşdiyi 
məntəqə və ya qitəyə öz təsirini qoya bilir.  
4.
 
Kiçik və ya məhəlli qüdrət
Belə  bir  qüdrətə  malik  olan  ölkə,  milli  səviyyədə  müəyyən 
məntəqə  və  nüfuza  yiyələndiyi  əhatə  dairəsinə  malik  olur.  Səudiyə 
Әrəbistanın  Fars  körfəzinin  həmkarlıq  şurasındakı  malik  nüfuzu 
buna misal çəkmək olar. 
5.
 
Ölkədaxili qüdrət 
 Yanlız  ölkə  daxilində  iqtidarda  olan  qüdrətə  ölkədaxili  qüdrət 
deyilir. Bir çox hallarda belə bir qüdrətə kiçik dövlətlər malik olurlar. 
 
 
 
4-MİLLİ QÜDRӘTİN MӘNBӘLӘRİ VӘ YA QÜDRӘTӘ 
SӘBӘB OLAN AMİLLӘR 
Siyasi  coğrafiya,  geopolitologiya,  beynəlmiləl  əlaqələr  və  siyasət 
elimlərinin  mütəxəssisləri  milli  qüdrətin  meydana  gəlməsinə  dair 
müxtəlif  nümunələrə  işarə  etmişlər.  Morkent,  Arkansiki,  Kohen, 
Kloiter  və  Mahan  kimi  nəzər  sahiblərini  buna  işarə  etmək  olar.  Bu 
numunələr  bir  çox  hallarda  bir-birləri  ilə  oxşar  olsalar  da,  milli 
qüdrəti  dəqiq  ölçü  və  çərçivədə  müəyyən  edə  bilməmişlər.  Çünki 
milli  qüdrətin  (Tərcümə  olunmayıb  diqqət  et  kitab  səh  248,  vərəq 
səh.668)  bir  hissəsi  müəyyən  kəmiyyət  və  keyfiyyətə  malikdir. 
Bunun  üçün  də  milli  qüdrətə  qiymət  vermək,  bir  o  qədər  də  asan 
deyildir. Ümumi milli qüdrəti səkkiz hissəyə bölmək olar.  
1.
 
İqtisadi amillər;  
2.
 
Әrazi amilləri; 
3.
 
Hökumət amilləri (siyasi və idari amilər);  


 
201 
4.
 
Elmi və texnoloji amillər; 
5.
 
İctimai amillər; 
6.
 
Mədəni amillər;  
7.
 
Hərbi amillər; 
8.
 
Ölkə xarici amillər. 
 
İqtisadi amillər: 
 
1.
 
İstehsalın  əsasını  təşkil  edən  milli  sərmayə,  milli  büdcə,  əhalinin 
sərmayə  qoymağa  təhrik  olunmaları,  enerji,  yer  altı  təbii 
sərvətlər,  ərazi  və  məkan,  nəqliyyat,  idarəetmə,  istehsal 
texnologiyasının  səviyyəsi,  iqtisadi  qurum  təşkilatı,  insan 
qüvvəsi, mühəndis, müdir və mütəxəssislərə şamil olur; 
2.
 
İstehsal miqdarı; 
Sənət, əkinçilik, Heyvandarlıq və sair xidmətlərə şamil olur. 
3.
 
İstehsal səviyyəsi; 
Milli  istehsalın  miqdarı
1
,  başlıq  istehsal,  özünütəmin  etmə 
səviyyəsi, milli istehsaldan atıq qalan məhsullar, beynəlmiləl istehsal 
mövqe  və  istehsal  tərkibinə  (xammala,  sənət,  əkinçilik  və  xidmət) 
şamil olur. 
4.
 
İstehsal mübadiləsi
İdxalat, ixracat və ticari bərabərliyə şamil olur. 
5.
 
Sərvət və mali mənbələr 
Xarici  ölkələrə  verilən  borclara  (xarici  ölkələrdən  tələb  olunan 
borclar)  beynəlmiləl  ehtiyatlar,  qoyulan  beynəlmiləl  sərmayə, 
maliyyə xidmətləri (bank və sığorta) və xarici vətəndaşların sərvətinə 
şamil olur. 
Әrazi amilləri: 
1.
 
Geopolitik strateji iqlim əlaqə mövqiyyəti və s; 
2.
 
Təbii  şərait,  ərazi  quruluşu,  tipoqrafiya,  təbii  təhlükəsizlik  və 
sərhədlərin təyin olunması; 
3.
 
Vüsət; 
Abadlaşdırılmış,  qeyri-münbit  və  istifadəyə  hazır  ərazilər  və 
mühüm strateji məntəqələrə şamil olur. 
                                                 
1
 G.N.P. 


 
202 
4.
 
Su,  torpaq,  hava,  bitgi  örtüyü,  heyvanat  aləmi  kimi  həyat  üçün 
zəruri olan ünsürlər. 
 
Hökumət  amilləri  (siyasi  və  idari  amillər)  aşağıdakılara  şamil 
olur:  
1.
 
Siyasi stabillik;  
2.
 
Dövlət təşkilatının fəaliyyəti; 
3.
 
Siyasi rəhbərlik və idarəetmə;  
4.
 
Dövlət quruluşu;  
5.
 
Daxili təhlükəsizlik 
 
Elmi və texnoloji amillər aşağıdakılara şamil olur: 
1.
 
Elmi-təhqiqat  mərkəzləri,  universitet,  universitet  müəllimləri  və 
müəllimlərin  sayı,  alim  və  təhqiqatçılar,  iyirmi  yaşdan  yuxarı 
olan əhali ilə tələbələr, şagirdlərin iyirmi yaşdan aşağı olan əhali 
və orta təhsil almış şəxslərin ölkə əhalisi ilə müqaisəsi; 
2.
 
Elmi artım;  
Universitet  məzunlarının  miqdarı,  orta  məktəb  şagirdlərin  sayı, 
çap  olunmuş  kitabların  çapı,  elmi  jurnal,  məqalə,  təhqiqat,  seminar, 
kəşf və ixtiraların sayı. 
3.
 
Elmi idxalat; 
Çap  olunmuş  və  ya  xaricdə  keçirilən  seminarlara  təqdim 
olunmuş  məqalələr,  ölkə  vətəndaşlarının  ölkədən  xaricdə  əldə 
olunmuş elmi ixtira və nailiyyətləri və ölkədaxilində təhsil alan xarici 
tələbələrin sayı. 
 
İctimai amillər: 
1.
 
Әhalinin  sayının  alınması  (statistika),  yaş  tərkibi,  ömrün 
müddəti,  ümumi  ölüm,  uşaqların  ölüm  sayı,  işlə  təmin  olunmuş 
fəal cəmiyyət
2.
 
Milli, dini, irqi birlik və həmrəylik dərəcəsi, vahid dilə yiylənmək; 
3.
 
İctimai rifah 
Adam  başına  düşən  gəlir,  tibb  və  səhiyyənin  vəziyyəti,  əhlinin 
evlə  təmin  olunma  səviyyəsi,  saflaşdırılmış  su,  hamam,  elektrik, 
şəhər əhalisinin tərkib hissəsi və s. 
 


 
203 
Mədəni amillər: 
1.
 
Mədəni səviyyə; 
Savad dərəcəsi, adam başı istifadə olunan kitablar, mətbuat, radio 
və televiziya. 
2.
 
Milli ruhiyyə və xüsusiyyətlər; 
İftixar  doğuran  milli  hisslər,  milli  xislətlər  (ictimai  inzibat, 
dözümlülük, çalışqanlıq və s.). 
3.
 
Әqidəvi xüsusiyyətlər;  
Fədakarlıq, mənəvi saflıq dərəcəsi, birliyə can atmaq və s. 
4.
 
Mədəni və tarixi irs; 
Tarixi köklər, qədim tapıntılar. 
5.
 
Komunikasiya  vasitələri,  (kompyüter,  radio-televiziya)  onların 
qoyduğu təsir və tutduqları əhatə dairələri. 
 
Hərbi amillər: 
1.
 
Canlı qüvvənin sayı;  
2.
 
Canlı qüvvənin tərkib və keyfiyyəti
3.
 
Silah və döyüş avadanlıqları; 
4.
 
Təşkilatçılığın keyfiyyəti; 
5.
 
Hərbi briqadanın ixtiyarında olan texnologiya; 
6.
 
Hərbi komandanlığın vəziyyəti (strategiya, döyüş bacarığı, döyüş 
üsulları). 
 
Hərbi amillər (ölkə xarici): 
1.
 
Beynəlmiləl birliyin rəqib və şərikləri; 
2.
 
Siyasi ehtiyacların kifayət qədər təmin olunması; 
3.
 
Qonşu ölkələrin vəziyyəti (güclü, zəif, bərabər, dost, düşmən); 
4.
 
Mədəni əlaqələr və dini mədəniyyətin nüfuzu; 
5.
 
Xaricdə olan ölkə vətəndaşları; 
6.
 
Beynəlmiləl təşkilatlarda iştirak və fəaliyyət; 
7.
 
Ölkə xaricində yerləşən hərbi hissələr; 
8.
 
Әtraf  məntəqənin  təhlükəsizliyi  (qonşu  və  məntəqədə  yerləşən 
digər ölkələr). 
(3-2-5) MİLLİ MӘNAFE VӘ HӘDӘFLӘR 


 
204 
Milli  mənafe  və  hədəf,  hər  bir  ölkə  vətəndaşının  ətrafında 
toplandığı və qorunub-saxlanılması üçün maddi və mənəvi sərmayə 
qoyduğu məsələyə deyilir. Milli mənafe bir çox hallarda başqalarının 
mənafei ilə ziddiyyətlik təşkil edərək, yaradılan əlaqələrdə məna və 
məfhum  kəsb  edir.  Ziddiyyətli  olduğu  üçün  də  bəzən  ixtilaf, 
keşməkeş  və  müharibələrə  səbəb  olur.  Milli  mənafe  daxili 
məsələlərdə də məna və məfhum kəsb edir. Məsələn; dövlət nizam-
intizam  və  inkişafa  ciddi  yanaşmaq  istədikdə,  ona  milli  hədəf,  milli 
əzm və iradə kimi nəzər salır. Milli mənafe və hədəfi adətən dövlət 
rəhbərləri  müəyyən  edir.  Onların  ən  başlıcası  isə  aşağıdakılardan 
ibarətdir: 
1.
 
Milli təhlükəsizlik; 
Ölkə üçün təhlükə yaradan bütün ünsürlərin aradan götürülməsi, 
ən ömdə milli hədəflərdən biri hesab olunur. 
2.
 
Milli qüdrətin gücləndirilməsi; 
Milli  mənafeə  nail  olub  onun  qorunması  üçün  ən  gözəl  vasitə 
hesab olunur. 
3.
 
Әhalinin  yaşayış  səviyyəsinin  yaxşılaşdırılması  məqsədilə  milli 
mənafenin genişləndirilməsi
4.
 
Ölkə və cəmiyyətin işlərini nizama salmaq üçün milli məsələlərin 
idarə olunması; 
5.
 
Başqalarının  qarşısında  milli  şəxsiyyətin  qorunması  üçün  milli 
dəyərə yetirilən diqqət; 
6.
 
Milli mənafenin müqəddəratını həll edəcək qərarlar qəbul etmək 
məqsədilə milli müstəqilliyə nail olmaq; 
7.
 
Milli  mənafe  və  təhlükəsizlik  üçün  beynəlmiləl  sülh  və  sabitliyə 
nail olmaq; 
8.
 
Milli iqtidarı qorumaq üçün ərazi bütövlüyünə yiyələnmək; 
9.
 
Milli qüdrəti genişləndirmək;  
Təhlükələrin qarşısını almaq və siyasi maraqları həyata keçirmək 
məqsədilə, başqalarının nüfuz və təsirini gücləndirmək; 
10.
 
Mədəni,  iqtisadi,  ictimai  sahələrdə  milli  ehtiyac  və  milli 
təhlükəsizliyin təmin olunması; 
11.
 
Milli  mənafe  və  milli  təhlükəsizliyi  irəli  aparmaq  üçün 
beynəlmiləl  səhnədə  milli  iradənin  həyata  keçirilməsinə  verilən 
azadlıqlar; 


 
205 
12.
 
Hegemon  ölkələrin  ikinci  dərəcəli  hədəfi  olan  qüdrət  və 
hökmüranlığı əldə etmək istəyi; 
13.
 
Әbərqüdrət  və  genişlənməyə  can  atan  dövlətlərin  ikinci  dərəcəli 
olan hakimiyyət dairəsini genişləndirmək istəyi; 
14.
 
Milli  müstəqillik  və  təhlükəsizliyi  gücləndirmək  məqsədilə, 
ölkənin daxili işlərində digər dövlətlərin nüfuzunun azaldılması 
15.
 
Dəyəcək  bütün  zərər  və  xəsarətlərin  qarşısının  alınması  üçün 
ölkənin öz ərazi bütövlüyünü qoruyub saxlaması; 
16.
 
Başqa millətlər arasında milli qürurun qorunması; 
17.
 
Mənəvi  dəyərlərin,  milli  hisslərin  qorunub-saxlanılması  və  onun 
digər millətlər arasında genişləndirilməsinə can atmaq; 
18.
 
Ölkədən xaricdə olan vətəndaşların hüquqlarının qorunması. 
(3-2-6) MİLLİ STRATEGİYA 
"Strategiya"  kəlməsi  qədim  yunan  sözü  olan  "stratequs"-dan 
götürülmüş  və  stratequs  qədim  Yunanda  ölkə  və  ordu  başçısına 
deyilmişdir.  Fars  dilində  bu  kəlmənin  yerinə  aparıcı,  aparıcı  yol, 
təfəkkür  tərzi,  ümumi  yol,  mövqeyyət  seçmək,  döyüşə  yüksək 
səviyyədə  rəhbərlik,  ümumi  və  münəzzəm  plan,  döyüşə  sövq, 
rəqabət elmi, fənn və bacarıq və s. kəlmələrdən istifadə olunmuşdur. 
Lidel Hart 1929-cu ildə strategiyanı belə tərif etmişdir: "Strategiya 
elə  bir  qüdrət  və  bacarıqdan  ibarətdir  ki,  ordudan  istifadə  etməklə, 
dövlət və ya millətin təyin etdiyi siyasətə yol tapmaq olar". 
Bu  sahədə  fəaliyyət  göstərmiş  Bufer  adlı  başqa  bir  alim  yazır: 
"Strategiya,  güc  və  zorakılıqdan  istifadə  etmək  bacarığına  deyilir. 
Belə  ki,  siyasi  hədəfə  çatmaq  üçün  ondan  daha  çox  istifadə  etmək 
mümkün olsun".  
1885-ci  ildə  rus  hərbi  alayına  rəhbərlik  etmiş  Kluzitus  deyir: 
"Strategiya, döyüşə rəhbərlik və döyüşün nəzərdə tutulan məqsədlə 
həmahəng olunmasına deyilir". 
Pentaqonun  ali  hərbi  mütaliələr  təşkilatı  strategiya  barədə  belə 
bir  tərif  irəli  sürmüşdür:  "Strategiya  -  sülh  və  müharibə  şəraitində 
milli  siyasətə  arxa  olmaq,  qələbə  ehtimalını  çoxaltmaq  məqsədi  ilə 
iqtisadi,  ictimai,  mədəni  və  siyasi  qüdrətlərin  istifadə  və 
genişləndirmə, elm və ya fənninə deyilir".  


 
206 
Fransanın  müharibə  universitetinin  strategiya  barədə  verdiyi 
tərifdə  deyilir:  "Milli  və  ya  ümumi  strategiya  hər  hansı  bir  millətin 
istifadə  etdiyi  qüdrət  və  həmahəngliyin  genişləndirmə  fənninə 
deyilir." 
Strategiya  barədə  digər  təriflər  də  irəli  sürülmüşdür.  Diqqət 
yetirməli  olunan  məsələlərdən  biri  də  budur  ki,  son  vaxtlar 
strategiya  hərbi  ədəbiyyatdan  çıxmış  və  iqtisadiyyat,  ictimaiyyət, 
siyasət və mədəniyyət kimi sahələrə nüfuz etməyə başlamış və bəzən 
də bu sahələrdə oxşar təriflər irəli sürülmüşdür.  
Strategiyanın  məna  və  məfhumu  barədə  deyə  bilərik  ki, 
strategiya, iki cəryan və mövzu arasında təcəlli edir. Onlardan biri və 
onun  vasitələri,  digəri  isə  hədəf  və  amalından  ibarətdir.  Strategiya 
onlar  arasında  bir  növ  əlaqə  vasitəsidir.  Başqa  sözlə  desək, 
strategiya,  hədəfə  nail  olmaq  üçün  istifadə  olunan  qüdrətin  əsasını 
təşkil edir.  
İqtidara yiyələnən və bu sahədə fəaliyyət göstərən yüksək rütbəli 
ordu başçıları, siyasi rəhbərlər və dövlət adamları ixtiyarlarında olan 
qüdrətdən qarşılarına qoyduqları hədəf və məqsədlərə çatmaq üçün 
istifadə  edirlər.  Bunun  üçün  də  həmin  məqsədlərə  nail  olmaq  üçün 
elmi məlumatlarla yanaşı, şəxs güclü bacarıq və qabiliyyətə də malik 
olmalıdır.  
Şirkət  və  təşkilat  müdirləri  də  strategiyaya  böyük  ehtiyac 
duyurlar.  Çünki  onlar  rəhbərlik  etdikləri  şirkət  və  ya  təşkilatların 
imkan  və  bacarıqlarını,  qarşılarına  qoyduqları  hədəf  və  məqsədə 
çatmağa  doğru  istiqamətləndirirlər.  Bütün  bunları  nəzərə  alaraq, 
milli  strategiyanı  belə  tərif  edə  bilərik:  "Milli  strategiya,  ölkənin 
siyasi  rəhbərlərinin  ixtiyarlarında  olan  qüdrətdən  istifadə  edərək, 
milli  təhlükəsizliyi  təmin  etmək  məqsədilə  həyata  keçirdikləri  plan 
və tədbirlərə deyilir". 
Milli strategiya ümumi xarakter daşıyaraq, hərbi, ictimai, iqtisadi, 
mədəni,  beynəlmiləl  və  bir  çox  digər  sahələri  əhatə  edir.  Eyni 
zamanda  strategiyaya,  qüdrət  və  bacarıqların  genişləndirilməsində 
xüsusi  diqqət  yetirilir.  Çünki  bütün  bunlar  strategiyanın 
formalaşmasının ilk mərhələsini təşkil edir. Ölkə və ya dövlət, zəif və 
ya  heç  bir  qüdrətə  malik  olmadıqda,  strategiyada  heç  bir  uğur 
qazana bilmir. 


 
207 
İSTİFADӘ OLUNAN MӘNBӘLӘR 
1-Smit  Antoni,  “Məlumatlar  geopolitologiyası”,  tərcümə  edən 
Firudin Şirani, Süruş nəşriyyəsi, Tehran - 1364 (1986); 
2-Ruşəndel,  Cəlil  “Beynəlmiləl  quruluş  və  milli  təhlükəsizlik”, 
Semət nəşriyyəsi, Tehran - 1374 (1996); 
3-Corc,  Piyer  “Azlıqlar  geopolitologiyası”,  tərcümə  edən  Siruş 
Səhami, Vaqifi nəşriyyəsi, Məşhəd - 1374 (1996); 
4-İzzəti, İzzətullah “Geopolitologiya”, Semət nəşriyyəsi, Tehran - 
1372 (1994); 
5-Fober, Qraham, “İranın geopolitik qibləsi”, tərcümə edən Abbas 
Muxbir, Mərkəz nəşriyyəsi, Tehran, 1373 (1995); 
6-Kazimi,  Әli  Әsğər  “Qüdrətin  cəmiyyət  və  beynəlmiləl 
əlaqələrdə ifa etdiyi rol”, Qomes nəşriyyəsi, Tehran 1369 (1990); 
7-Bennett,  Robert  and  Estall.  R  “Global  Change  and  Challenge 
Routledge”, London – 1991; 
8-Demko, G.J. and Wood. W. B. Reordering the World, Westview 
Press, Oxford, U.K. 1994; 
9-Diykihk,  Gertyan,  “National  İdentity  and  Geopolitical  Visions, 
Routledge”, London – 1996; 
10-Fullet. G.E. and lesser. İ. O. “The Geopolitics of İslam and the 
West”, Rangward books, lahore – 1995; 
11-Grrot.P.  and  Kofman.E  “İnternational  Geopolitical  Analysis”, 
Groom Helm, London – 1987;  
12-Haroon, Ahmed, “Contemporary Conflicts”, P.P. S, Pakistan - 
1991; 
13-Jonston. R. J. A “World in Crisis, Basic Black well”, U.K - 1990;  
14-Mayor, Federico, Science and Power, UNESCO, Paris - 1996; 
15-Painter, Joe, “Politics Geography”, Arnold, London – 1995; 
16-Pierson, Christopher, Modern State, Routledge, London - 1996;  
17-Sergelatovche,  “Westerniation  of  the  World”,  Politey  Press  - 
1996; 
18-Sullivan. P. O. Geopolitics, Grom Helm, London - 1986;  
19-Taylor, Peter, Political Geography, Longman, London - 1989. 
20-Thuatail. O. G. Critical Geopolitics, Routledge, London - 1996. 
 

Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə