Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə7/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   2   3   4   5   6   7   8   9   10   ...   66

 
17 
İqtisadiyyat ilə siyasətin bir-birləri ilə əlaqəli olmasına səbəb olan 
amillərdən  biri  də,  bir  tərəfdən  istehsal  olunmuş  malların  və 
xidmətin  bərabər  şəkildə  bölünüb  göstərilməsi,  digər  tərəfdən  də 
milli  sərvət  pula  çevrilərkən  (mübadilə)  baş  verir.  Pul  vahidinə 
çevrilməsi  də  milli  sərvətin  ya  xammal,  ya  emal  olunmuş  məhsul 
kimi  istehlak  olunmasından  sonra  baş  verir]  və  gəlirin  cəmiyyət 
üzvləri  arasında  ədalətli  bölüşdürülməsidir.  Bölgü  və  xidmətin 
bərabər  şəkildə  aparılması  üçün  dövlət  bütün  bunları  öz  nəzarəti 
altında  saxlamalıdır,  məsələn,  kapitalizm  iqtisadiyyatında  istehsal 
olunmuş mal cəmiyyət  üzvləri arasında  ictimai bərabərsizliyə  səbəb 
olduğu bir  tərzdə bölünür  və bunun  nəticəsində təbii  olaraq  ictimai 
inqilablar  və  siyasi  iğtişaşlar  meydana  gəlir.  Sosializm  və 
komunizmin  siyasi  və  iqtisadi  fəlsəfəsinin,  habelə  Çin  və  keçmiş 
Sovet İttifaqı, kommunist və sosialist dövlətlərin meydana gəlməsinə 
səbəb olan ən başlıca amillərdən biri də, məhz bu olmuşdur.  
İqtisadiyyat  ilə  siyasətin  bir-biri  ilə  əlaqəli  olmasına  səbəb  olan 
amillərdən  biri  də,  istehsal  olunmuş  malların  və  ya  mənfəətin 
bölüşdürülməsidir.  Burada  bir-birinə  zidd  olan  iki  nəzəriyyə 
mövcuddur: sosiolizm və kapitalizm nəzəriyyəsi.  
Sosializm  nəzəriyyəsinə  görə,  istehsal  olunmuş  mal  və  ya 
mənfəət cəmiyyət üzvləri arasında bərabər bölüşdürülməlidir. Lakin 
kapitalistlər  bu  nəzəriyyəni  rədd  edirlər.  Onlara  görə,  istehsal 
olunmuş malların və ya mənfəətin bölüşdürülməsi, hər bir cəmiyyət 
üzvünün  sərf  etdiyi  əmək  müqabilində,  ədalətli  bölüşdürülməlidir. 
Onlar  ədalətli  bölüşdürməni  “Әməyə  görə  Bölgü  Qanunu”na 
əsaslandırırlar.  
Kapitalizm  iqtisadiyyatında  istehsal  olunmuş  malların  bölgüsü 
ictimai  bərabərsizliyə  səbəb  olduğu  üçün  təbii  olaraq,  ictimai 
inqilablar  və  iğtişaşlar  meydana  gəlir.  Bu  amil  bəzi  kapitalist 
iqtisadiyyatı  olan  ölkələrdə  (məsələn,  Çin,  Sovet  İttifaqı) 
iqtisadiyyatın sosializmə keçməsinə səbəb olmuşdur. Lakin nəzərdən 
qaçırmaq  olmaz  ki,  sosializm  iqtisadiyyatında  yaranan  və  onun 
tənəzzül  olmasına  səbəb  olan  amil,  məhz  bu  sahədə  -  istehsal 
olunmuş  malların  bölüşdürülməsi  və  bu  bölüşdürmənin  cəmiyyət 
üzvləri arasında bərabər aparılması olmuşdur] 


 
18 
Keçmiş  zamanlarda  cəmiyyətdə  belə  bir  tərzi-təfəkkür  hökm 
sürülmüşdür  ki,  ölkənin  iqtisadiyyatı,  hökmən  onun  qanun  və 
nizamnaməliyinin  təsir  və  nəzarəti  altında  olmalıdır.  Eyni  zamanda 
belə bir əqidəyə malik olmuşlar ki, hər bir ölkə və ya dövlətin siyasi 
quruluşu,  onun  yaşayış  və  iqtisadi  vəziyyətini  özündə  əks  etdirir. 
Hətta  sosializmin  banisi  olan  Karl  Marks  belə,  tarixin  iqtisadi  və 
siyasi cəbr məsələsini ortaya atmışdır. O, belə bir əqidədə olmuşdur 
ki,  hər  hansı  bir  cəmiyyətin  iqtisadi  şəraiti,  onun  ictimai-siyasi 
quruluşunu  müəyyən  edir.  Bu  nəzəriyyə  iqtisadiyyatla  siyasət 
arasında  olan  bağlılıq  və  əlaqəni  açıq-aşkar  üzə  çıxarır.  Hal-hazırki 
cəmiyyətlərdə  də  hər  iki  sahə  bir-birlərinə  qarşılıqlı  təsir  göstərir. 
Məsələn, dövlət qiymətlər barədə hər hansı bir qərar qəbul etdikdə, 
istər-istəməz cəmiyyətdə  infilyasiyaya  təsir göstərməli  olur.  Belə  bir 
şəraitdə camaat dərhal əks-əməl göstərdiyi üçün dövlət məcburiyyət 
qarşısında  məsələyə  yenidən  nəzər  salmalı  olur.  Hətta  infilyasiyaya 
səbəb  olmadıqda  belə,  istehsal,  ixracat  və  sair  məsələlərə  görə 
müəyyən dəyişikliklər edə bilər.  
İqtisadiyyatla siyasət arasında olan əlaqələr günbəgün genişlənir 
və digər sahələrə də təsir göstərməyə başlayır. Məsələn; işçi qüvvəsi, 
istehsal  və  satış,  ixracat  və  idxalat,  pul  və  bank  sistemi,  qiymət  və 
gəlir,  sərmayəçi  və  qoyulan  kapital,  infilyasiya  və  büdcə  gəliri, 
qiymətlərə  nəzarət,  ölkənin  sənayeləşdirilməsi,  əkinçilik  və 
heyvandarlığın  mexanizmləşdirilməsi,  ümumi  mülkiyyətdə  əsaslı 
dəyişiklər aparılması, yer mülkiyyəti, istehsal alətləri və bu kimi bir 
çox  sahələr  iqtisadiyyatla  siyasətin  təsiri  altına  düşdüyü  üçün  bir 
başa dövlətin nəzarəti altına düşür. 
(1-2-4) SİYASӘT VӘ COĞRAFİYA 
Siyasətlə  coğrafiya  arasında  da  qarşılıqlı  əlaqələr  vardır  və 
onlardan  hər  biri  digərinə  öz  təsirini  göstərir.  Siyasi  elmlərlə 
coğrafiya  arasında  olan  bağlılıq  coğrafiyanın,  siyasi  coğrafiya  və 
geopolitologiya  kimi  sahələrinin  köməyi  ilə  meydana  gəlir. 
Coğrafiya,  insanın  onu  əhatə  edən  mühitə  olan  münasibətindən  və 
bu münasibətdən əldə olunan nəticə barədə söhbət açır. İnsanın təbii 
mühit və  insani  amillərə  qarşı  göstərdiyi  siyasi  əks-əməl  isə,  siyasət 
elminin əhatə dairəsində müzakirə olunur. Siyasətdə nəzərdə tutulan 


 
19 
məsələlərin  böyük  bir  hissəsi  coğrafi  mahiyyətə  malik  olur. 
Həmçinin  coğrafiyada  da  nəzərdə  tutulan  məsələlərin  böyük  bir 
hissəsi siyasi mahiyyətə malik olur. Göy və göy cisimlərinə aid olan 
dəyişikliklərin  əksəriyyəti,  habelə  insan  və  mühitin  qarşılıqlı  əks-
əməllərinin  böyük  bir  hissəsinin,  ölkə  və  dövlətlərin  rəftar  və 
gəldikləri  qərarlarla  əlaqəlidir.  Milli  qüdrət  və  mövqeiyyət,  milli 
müdafiə və əmin-amanlıq, beynəlxalq əlaqələr, dövlətlərin müharibə 
kimi  göstərdikləri  əks-əməllər,  milli  birlik,  ictimai  rifah,  dövlət 
quruluşu,  ətraf  mühitin  qorunması,  iqtidarı  gücləndirmək,  yer  və 
hava  sərhədlərinin  qorunması,  məhəlli  və  beynəlmiləl  həmrəylik 
kimi  məsələlər  daim  həm  siyasət,  həm  də  coğrafiyanın  diqqət 
mərkəzində  olur  və  əslində  bu  iki  elmin  müştərək  nöqtəsini  təşkil 
edir.  Siyasət  yuxarıda  qeyd  olunan  məsələləri  araşdırmaqda  istər 
sabit  olsun,  istərsədə  dəyişkən,  bütün  coğrafi  ünsürlərə  ehtiyac 
duyur.  Coğrafiya  da  öz  növbəsində  varlıqları  təhlil  etmək,  insanla 
ətraf  mühit  arasında  olan  əlaqələri,  dövlətlərin  quruluş  və  tərkib 
hissəsini  onun  qəbul  etdiyi  qərarları  və  göstərə  bildiyi  təsiri  arayıb-
araşdırmaq  üçün  siyasətə  böyük  ehtiyac  duyur.  Məsələn,  hər  hansı 
bir millət və məntəqə sakinləri dövlət və hökumətin istər sadə olsun, 
istərsə də mürəkkəb, meydana gəlməsinə, hökumətin siyasi rəftar və 
davranışı  da  öz  növbəsində  həmin  millətin  ictimai  quruluşuna  və 
onun  oxşarlığının  az  və  ya  çox  olmasına  öz  təsirini  göstərir.  Bu 
dəyişikliyin  özü  də  yenidən  hökumətin  özünə  örnək  götürdüyü 
sahəyə  də  təsir  bağışlayır.  Dövlət  və  hökumətin  quruluşuna  nəzər 
saldıqda  bir  daha  məlum  olur  ki,  coğrafiya  ilə  siyasət  arasında  sıx 
bağlılıq vardır. 
Coğrafi  amillərdən  biri  kimi  qeyd  olunan  amillərdən  biri  də 
mövqeiyyətdir.  Belə  ki,  hər  hansı  bir  ölkənin  malik  olduğu  coğrafi 
mövqe,  onun  digər  ölkələrlə  sıx  əlaqələr  yaradıb  siyasi  əks-əməl 
nəticəsində  qüdrət  baxımından  zəifləmə  və  güclənməsinə  səbəb  ola 
bilər.  Məsələn,  iki  qüdrət  arasında  yerləşən  hər  hansı  bir  coğrafi 
mövqe müxtəlif əks-əməl göstərə bilər. Çünki, bütün bu əks-əməllər, 
hökumətin  siyasi  quruluşundan  və  idarəetmə  sistemindən  asılıdır. 
Dövlət  bitərəf  və  fəal  əks-əməl  göstərməklə,  öz  mövqeiyyətini 
qüdrətə çevirərək,  beləliklə  öz  milli  təhlükəsizliyini  təmin  edə  bilər. 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə