Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə8/66
tarix07.11.2018
ölçüsü1,59 Mb.
#78987
1   ...   4   5   6   7   8   9   10   11   ...   66

 
20 
Başqa  bir  dövlət  isə  özünü  siyasi  səhnədən  uzaqlaşdırıb, 
fəaliyyətsizliyi ilə özünü başqa dövlətlərdən asılı vəziyyətə sala bilər. 
(1-2-5) SİYASӘT VӘ PSİXOLOGİYA 
Psixologiya insanın zehni bacarığı, onun fərdi və ya kütləvi rəftar 
və  davranışları  haqqında  söhbət  açır.  Habelə,  həmin  rəftar  və 
davranışların  səbəblərini  açıqlayıb  ayrı-ayrılıqda  izah  edir.  İctimai 
psixologiya isə insanın ictimai münasibətləri haqqında söhbət açır. 
Psixologiya 
insanın 
siyasi 
faliyyətləri 
ilə 
əlaqəli 
olan 
münasibətlərini  siyasi  elmlərin  ixtiyarına  qoya  bilər.  Götürək, 
insanların  (istər  namizəd  olsun,  istərsə  də  adi  səs  verən)  seçkilər 
zamanı  təbliğat  və  rəy  sorğusunda  biruzə  verdikləri  rəftar  və 
davranışlarını.  Әslində  bütün  bunlar  barədə  psixoloji  təhqiqatlar 
aparılmalıdır.  Bu  sahədə  təhqiqat  aparmış  psixoloqlar  siyasətçilərin 
ixtiyarına dəyərli məlumatlar qoymuşlar. Onlar məhz bu təhqiqatlar 
əsasında  ümumi  rəyi  özlərinə  cəlb  edib,  camaatın  rəğbətini  qazana 
bilərlər.  Bunun  üçün  də  məhz  belə  bir  üsuldan  istifadə  edərək,  hər 
hansı  bir  millətin  rəftar  və  davranışlarını  əvvəlcədən  təyin  etmək 
olar.  Millətin  rəftar  və  davranışları  din,  ictimai  və  iqtisadi 
məsələlərlə,  fərdi  ruhiyyə  və  nümayəndə  olaraq  seçilmiş  şəxslərin 
cismi  və  fiziki  xüsusiyyətləri  ilə  formalaşa  bilər.  Nümayəndələrdə 
camaatın  ehtiyac  və  tərzi-təfəkkürü  ilə  tanış  olmaqla,  apardıqları 
təbliğatlarda  onların  rəy  və  rəğbətini  qazana  bilərlər.  Siyasətçilərin 
ən  başlıca  məqsədi,  tutduqları  mövqeiyyəti  qoruyub-saxlamaq 
olduğu  üçün  bu  mövqeiyyəti,  qüdrət  və  hakimiyyətə  meyilli  olan 
şəxslərin ixtiyarına qoymaq məqsədilə, demokratiyanın geniş şəkildə 
yayıldığını və camaatın fəal iştirakını nəzərə alaraq, onların razılığını 
mümkün  qədər  çox  qazanmağa  çalışmalıdırlar.  Onlar  ictimai 
psixologiya  və  cəmiyyətin  siyasi  tərzi-təfəkkürü  ilə  yaxından  tanış 
olduqları  üçün  qüdrət  əldə  edib,  bir  müddət  ona  arxalana  bilərlər. 
Әlbətdə  diqqət  yetirmək  lazımdır  ki,  bu  kimi  hallarda  heç  də  hər 
zaman  camaatın  siyasi  tərzi-təfəkkürü  hər  şeyi  həll  etmir.  Belə  ki, 
iqtisadi  qüdrət  bu  kimi  şeylərdə  öz  təsirini  göstərib,  həlledici 
rollardan  birini  oynayır.  Çünki  siyasi  tərzi-təfəkkürün  təbliğ  və  öz 
yerini  tapması  iqtisadi  mənbələrin  təmin  olunmasına  böyük  ehtiyac 
duyur.  


 
21 
 Sonda  bunu  da  qeyd  etmək  lazımdır  ki,  siyasət  humanitar 
elmlərinin hüquq,  əxlaq,  idarəetmə  və  sair  sahələri  ilə  sıx  əlaqəli  və 
onlardan  ayrılmazdır.  Lakin  biz  burada  bununla  kifayətlənib,  bu 
əlaqələrin  hər  biri  haqqında  ayrı-ayrılıqda  söhbət  açmırıq. 
Maraqlananlar  əlavə  məlumatlar  əldə  etmək  üçün  siyasət  elminin 
əsasları barədə təlif olunmuş digər kitablara müraciət edə bilərlər. 
 
 
 
 
(1-3) DÖVLӘT VӘ ONUN QURULUŞU 
Dövlət kəlməsi iki məna daşıyır: 
Onlardan  biri  müəyyən  quruluşa  malik  olan  ümumi  məna  ifadə 
edir. Bu məna siyasi coğrafiyada müstəqil ölkə müqabilində işlənilir. 
Lakin  siyasi  elmlər  və  hüquq  kimi  sahələrdə  müstəqil  ölkə  və  ya 
dövlətin  quruluş  ünsürü,  siyasi  coğrafiyada  nəzərdə  tutulan 
ünsürdən  qat-qat  aşağıdır.  Yəni  siyasi  coğrafiyada  bu  ünsürlər 
siyasət  və  hüquq  sahələrində  nəzərdə  tutulan  ünsürlərlə  iştirak 
etməklə yanaşı,  bir çox başqa ünsürlərə də  malikdir və onlar yalnız 
siyasi  coğrafiyada  diqqət  mərkəzində  olur  və  biz  növbəti  fəsillərdə 
onlar  barədə  ayrı-ayrılıqda  söhbət  açacağıq.  Dövlət  kəlməsinin 
daşıdığı ikinci məna, yəni hökumət və ölkənin siyasi təşkilatı birinci 
mənadan  məhdud  olmaqla  yanaşı,  daim  siyasət  və  hüquq 
sahələrinin əsas mövzularından birini təşkil etmişdir. Belə bir ünvan 
hökumətin  tərkibində  olan  icraedici  orqana  da  verilmişdir.  İngilis 
dilli  ölkələrin  bəzilərində  dövlət  yerinə,  hökumət  kələməsindən 
istifadə  olunur.  Burada  isə  dövləti  təşkil  edən  ünsürlər  barədə  ayrı-
ayrılıqda izahatlar vermək istəyirik
1

 
 
                                                 
1
 Iranda hökumət və dövlət kəlmələri bir-birlərinin yerində istifadə olunur. Bəlkə 
də bu söz ilkin adlandırılmalardan irəli gəlmişdir (Belə ki, dövlət sözü state
hökumət sözü isə GOVERNMENT kimi tərcümə olunmuşdur. Lakin dövlət 
sözünün GOVERNMENT, hökumətin isə state kimi tərcümə olunmaları daha 
məqsdə uyğundur). 


 
22 
(1-3-1) DÖVLӘTİ TӘŞKİL EDӘN ÜNSÜRLӘR 
Bir qədər əvvəl qeyd etdik ki, dövlət özünün ümumi mənasında 
quruluş  ünsürləri  -  siyasi  coğrafiya,  hüquq  və  siyasət  baxımından 
fərqli olan müstəqil ölkə mənasında işlənilir. Burada yalnız hüquq və 
siyasətin  diqqət  mərkəzində  olan  beş  ünsür  barədə  söhbət  açacaq, 
digər ünsürlərə isə siyasi coğrafiya bölümündə işarə edəcəyik. 
1-Әrazi 
Әrazi, dövlət və hökumətin səlahiyyətini özündə əks etdirən hər 
hansı bir siyasi-coğrafi əraziyə deyilir. Belə ki, o burada lazımi qanun 
və  nizamnamələr  tətbiq  edib,  əməli  olaraq  icra  və  ondan  boyun 
qaçıran  şəxsləri  cəzalandıra  bilsin.  Bunun  üçün  ərazisiz  dövlət  heç 
bir məna və məfhum kəsb etməyir. 
Hal-hazırda yer kürəsi 200 siyasi-coğrafi məntəqəyə bölünmüş və 
onların  hər  biri  onları  digər  məntəqələrdən  ayıran  müəyyən  siyasi 
sərhədlərə  malikdir.  Bu  sərhədlər  quru,  dəniz  və  havada  təyin  və 
bütün  ölkələrin  razılığı  ilə  dəqiqliklə  müəyyənləşdirilir.  Hər  bir 
dövlət  (ya  hökumət)  öz  əhatə  dairəsində  müxtəlif  səlahiyyətlərə 
malik  olur.  O,  öz  təbii  sərvətlərindən  bəhrələnir,  iqtisadiyyat  və 
ictimai rifahı yaxşılaşdırmaq məqsədilə, müxtəlif tədbirlərə əl atır və 
digər dövlətlərin müdaxiləsi olmadan istədiyi qərarları qəbul edir. 
 
* * * * 
2-Cəmiyyət 
Dövlətin  əsasını  təşkil  edən  ikinci  ünsür  cəmiyyətdir.  Müştərək 
xüsusiyyətləri  səbəbindən  bir-birləri  ilə  əlaqəlidirlər.  Dövlət  və 
hökumət,  cəmiyyət  və  millət  olmadıqda  heç  bir  məna  və  məfhum 
kəsb  etməyir.  Belə  ki,  sakin  və  əhalisi  olmadığı  üçün  Antarktida 
qitəsində  nə  bir  dövlət  var,  nə  də  hökumət.  Bunun  üçün  də  digər 
dövlətlər  onu  öz  aralarında  bölmüş  və  hal-hazırda  şərikli  olaraq 
oradan istifadə edirlər.  
Mühüm  məsələlərdən  biri  də  cəmiyyətin,  yerli  əhalinin  həmin 
əraziyə  hakim  olan  dövlətə  tabe  olmasından  ibarətdir.  Onlar  yalnız 
belə bir şəraitdə ictimai, siyasi, iqtisadi hüquqa malik ola bilərlər. 
3-Hökumət 
Dövlətin  əsasını  təşkil  edən  üçüncü  mühüm  ünsür,  Hökumət  və 
siyasi idarəetmədir. Hökumət sərhədləri müəyyən olunmuş ərazi də 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə