Ii. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparılması qaydaları



Yüklə 20,4 Kb.
tarix21.06.2018
ölçüsü20,4 Kb.
#49967
növüQaydalar

II. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparılması qaydaları

 

10. Azərbaycan Respublikasında dövlət əmlakının Registri kartoteka (sənəd) və maqnit daşıyıcıları vasitəsilə aparılır.

Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparılması qeydiyyat obyektləri, onların yaradılması barədə məlumatın (yazıların), qeydiyyat obyektlərinin üzərində mülkiyyət hüququnun (əşya hüquqlarının) keçməsi, onların öhdəliklərlə yüklənməsi, onlara xitam verilməsi, o cümlədən dövlət mülkiyyət hüququna xitam verilməsi barəsində məlumatların Registrə daxil olunmasında, bu məlumatlara dair Registrdə olan məlumatın təzələnməsindən və ya silinməsindən ibarətdir.

11. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində məlumat (yazılar) daşınmaz dövlət əmlakına münasibətdə əşya hüquqlarına, onun öhdəliklərlə yüklənməsinə və dövlət mülkiyyət hüququna xitam verildikdə silinir.

Bu bəndin birinci abzasında nəzərdə tutulan hallarda Azərbaycan Respublikasında dövlət əmlakının Registrində silinən məlumat (yazılar) həmin Registrin arxivinə keçirilir.

12. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində hər bir qeydiyyat obyekti barəsində aşağıdakılar əks olunmalıdır:

qeydiyyat obyektinin qeydə alınması üçün əsas;

qeydiyyat obyektinin adı, tərkibi, xüsusiyyətləri, yerləşdiyi ünvan və istismara verildiyi tarix;

qeydiyyat obyektinin ilkin dəyəri və qeydiyyata alınma dövrünə olan dəyəri;

qeydiyyat obyekti sərəncamında olan subyekt haqqında məlumat;

qeydiyyat obyektinin təyinatı (yönümü, profili);

qeydiyyat obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə, əvəzsiz istifadəyə verilməsi, girov qoyulması və digər öhdəliklərlə yüklənməsi.

13. Bu Əsasnamənin 12-ci bəndində göstərilən sənədləri təqdim edən vəzifəli şəxslər həmin sənədlərin tam və dəqiq olması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

14. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı qeydiyyat obyektlərinin xüsusiyyətlərini bildirən və digər obyektlərdən birmənalı ayrılmasına imkan yaradan təsnifat əsasında aparılır.

15. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması üçün həmin əmlak sərəncamında olan subyektlər aşağıdakı sənədləri təqdim etməlidir:

əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu;

bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər);

qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə).

16. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydiyyata alınmaq üçün daşınmaz dövlət əmlakı haqqında sənədlər Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və onun yerli qurumları tərəfindən qəbul olunduqdan sonra 15 gün müddətində registrdə qeydiyyata alınmalıdır.

Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydiyyata alınmaq üçün daşınmaz dövlət əmlakı haqqında təqdim olunmuş sənədlər bu Əsasnamənin tələblərinə uyğun şəkildə təqdim edilmədikdə, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və ya onun yerli qurumları həmin sənədləri 3 gün müddətində müvafiq subyektlərə yenidən tərtib edib təqdim etmək üçün qaytarır. Həmin subyektlər sənədləri yenidən tərtib edib Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və ya onun yerli qurumlarına təqdim etməlidirlər.

Zərurət yarandıqda, daşınmaz dövlət əmlakı barədə məlumatın təqdim olunmuş sənədlərə uyğun gəlməsini yoxlamaq məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi öz təşəbbüsü ilə və yaxud onun yerli qurumlarının təklifi ilə təqdim olunan məlumatların və sənədlərin dəqiqliyini yoxlaya bilər.

17. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınan bütün qeydiyyat obyektlərinə registr nömrəsi verilir və sərəncamında həmin obyektlər olan subyektlərə bu barədə müvafiq «Registrdən çıxarış» təqdim edilir.

18. Sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər.

19. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmış daşınmaz dövlət əmlakına münasibətdə hər bir dəyişikliyin qeydə alınması üçün müvafiq əmlak sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər müəyyən edilmiş qaydada zəruri tədbirlər görməli və müvafiq registrləri aparan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə və onun yerli qurumlarına 5 gün müddətində həmin dəyişikliyin qeydə alınması məqsədi ilə sənədlər təqdim etməlidirlər.

Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil edilmiş daşınmaz dövlət əmlakı sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər hər ilin dekabr ayının 31-nə qədər müvafiq registrlərə daşınmaz əmlakın hərəkətinə dair balanslarının surətlərini təqdim etməlidirlər.

20. Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin tərtib olunması və aparılması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi:

daşınmaz dövlət əmlakının Registrdə qeydiyyatı ilə əlaqədar işləri təşkil edir, qeydiyyatı aparan müvafiq orqanların fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu əlaqələndirir;

mərkəzi və yerli registrdə daşınmaz dövlət əmlakı barəsində məlumatların daxil edilməsini və həmin registrin bu Əsasnaməyə uyğun olaraq aparılmasını təmin edir;

daşınmaz dövlət əmlakının qeydiyyatını həyata keçirən vəzifəli şəxsləri təyin edir və vəzifədən azad edir;

daşınmaz dövlət əmlakının qeydiyyatı sistemində işləyən işçilərin təlimini və ixtisasının artırılmasını təşkil edir;

mərkəzi registrin məlumat bankının aparılmasını təmin edir;

yerli registrlərin aparılmasına nəzarət edir;

Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil olan məlumatları qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrinə verir;

Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin məlumatlarının və onun arxiv məlumatlarının bütövlüyünü təmin edir;

bu Əsasnamə və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş başqa səlahiyyətləri həyata keçirir.

21. Yerli registrlərin aparıcısı olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin müvafiq yerli qurumları:

müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq daşınmaz dövlət əmlakı barədə məlumatların və onlarda aparılmış dəyişikliklərin mərkəzi Registri aparan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə verilməsini təmin edir;

yerli Registrin məlumatlarının və onun arxiv məlumatlarının bütövlüyünü təmin edir;



bu Əsasnamə və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş başqa səlahiyyətləri həyata keçirir.

Yüklə 20,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə