Iknci bölüm



Yüklə 481,45 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix26.08.2018
ölçüsü481,45 Kb.
#64719
1   2   3   4   5   6   7   8   9   10

Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

Bu cəvabın visulu ilə artıq sərtib Dirəxşani ağır nizami məsuliyyətdən xilas olundu. Bundan sonra əyər 

qan tökülmüş olsaydı günahı onun öz boynuna olacaq idi, bu təleqrafın visulundan biyxəbər olmayan 

Firqə və Hökumət rəisi işın tez bir surətdə əncam tapmasını ciddi və qət'i bir ləhn ilə tələb edirdi. 

 

Doğrudanda əyər iş təxirə düşsəydi nagəvar hadisələr üz verə bilərdi. Azadlıq düşmənləri məxsusən 



«Ərfə'»-in barmaqğı ilə oynayıb, azərbaycanı qan dəryasına döndərmək istəyən sərhəng «Vərəhram» 

kimi xain ünsürlər böyük vətəndaş müharibəsi yaratmağa imkan tapa bilərdi. 

 

Ona görə  ağayi Pişəvəri ağayi  Şəbistərinin iştirakı ilə  məsələni bir an əvvəl qurtarmağa çalışırdılar, 



bununla belə danışıq 15-saat dəvam etdi. Qət'i təsmim tutmağa cəsarət edəbilməyən sərtib Dirxşani 

biləxərə öz təhti fərmanında olan əfsərlərdən bir neçəsini istəyib məsələni Onlar ilə ortalığa qoydu. 

 

Sonra ağayi Pişəvəri əfsərlərin əksəriyyətini də’vət edib onlara qəziyyənin həqiqətini anlatdi. 



 

Nəhayət saat səkkizyarım gün-ortadan sonra mə'ruf «Alaqapu » binasında tərəfeynin rizayəti ilə 

aşağıdakı qərardad tənzim və imza edidi. 

 

 



 

 

Azərbaycanın Daxili Dövlət Rəisi İlə Təbriz Padigani 



Fərmandehi Arasındakı Qərardadın Mətni 

 

Çün Azərbaycan daxili dövləti Azərbaycan Milli Məclisi tərəfindən azərbaycanda əmniyyəti hifz etməyə 



məmur olmuşdur, aramişi hifz etmək nüqtyi-nəzərindən heçgünə suitəfahüm tövlid etməmək və qardaş 

qani tökməmək üçün üçüncü ləşgər fərmandehi ilə  dəfəat ilə müzakirat və müşavirələr olmuşdu. 

 

Bir neçə gün təbadül-əfkardan sonra biləxərə tarix 22-azər-mah səneyi 1324-də pənşənbə günü saat 



səkkiz-yarım gün ortadan sonra timsar sərtib Dirəxşani  əsləhəni yerə qoymaq üçün müvafiqət və 

Təbriz padigani ilə  həmkarlıq etməyə dayir və Azərbaycan Dövlət Heyəti ilə hövmə  də e`lam edib 

aşağıdakı qərarın əqdinə müvafiq olduğunu izhar etdilər: 

 

1-Təbriz padigani tərəfindən ağayi timsar sərtib Dirəxşani və Heyət Dövlət Daxili canibindən ağayi 



Seyid Cə’fər Pişəvəri tə’yin olub və şürut məşəruhəni imza etdilər. 

 

2-Təbriz padigani əfradından heçəks dəsturi-sanəvi sadır olmayınca sərbazxana mühəvvətəsindən 



xaric olmayıb və Daxili Dövlət onların vəsail-zindəganisini və onların maaşını fərahəm gətirsin. 

 

3-Silahların külliyəsi anbarlarda cəm’avərlik olunub Azərbaycan Daxili Dövlət tərəfindən tə’yin olunmuş 



əşxasın mühafizəsində olmalıdır. 

 

4-Ağayian  əfsərandan hər hankısı öz məsqətülrə’slərinə  və ya digər nüqtələrə getmək meylləri olsa 



müsafirət edəbilərlər və Dövlət-Milli hazırdır ki, imkan və vəsil hüdudunda onların müsafirətini fərahəm 

gətirsin. 

 

5-Həmkarlığa mayil olan və azərbaycanın Arteş-Millisində xidmət etmək istəyən  əfsərlər, təhlif və 



mərasim-sövgənd əncamından sonra dövlət Onları xidmətə qəbul edib və onların zindganlıq vəsiləlrini 

təəmin edəcəkdir. 

 

6-Üstvarlar və güruhbanlar və sayir əfrad-padigan mərasim-təhlif və sövgənd-vəfadarlıq əncamından 



sonra, əsləhələr onlara qaytarılacaq və öz sərbazlıq xidmətlərini idaməyə məşğul olacaqlar. 

 

7-Bu qərardad iki nüsxədə  təhiyyə olunub ağayi timsar sərtib Dirəxşani Fərmandeh-Ləşkər 3-



Azərbaycan və digər tərəfdən ağayi Seyid Cə’fər Pişəvəri Rəis Dövlət Daxili Azərbaycan tərəfindən 

imza edilib, mübadilə olunmuşdur. 

 

 

Üçüncü Azərbaycan ləşgərinin fərmandehi -Sərtib Dirəxşani (imza) 



Azərbaycan Daxili Dövlət Heyətinin rəisi -Seyid Cə’fər Pişəvəri (imza) 

 

 



5


Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

 

 



*** 

          

Həman saat aşağıdakı e’lanı ağayi sərtib Dirəxşani Təbriz padiganına xitabən imza edib onun intişarini 

Milli Hökumətdən xahiş etdi. E’lan sübh saat 10-da intişar tapdi. 

 

 

 



 

 

Təbriz Padigani Öz Əsləhəsini Yerə Qoydu 

 

Təbriz padigani əfsər  ərşədlərindən mütəşəkkil komisionda əxz olunmuş  təsmimlər nəzərən qan 



tökmək və qardaş  qırqını olmamaq üçün, itlafi nüfus-dövlət, tüccar və sayir şəxslərin  əmvali 

dağılmamaq məqsədinə müvafiq dəstur verirəm ki, külliyi Təbriz padigani öz əsləhəsini yerə qoysun və 

sadır olmuş e`lamiyyəyə müvafiq rəftar etsinlər. 

 

Üçüncü Azərbaycan ləşgərinin fərmandehi -Sərtib  Dirəxşani (imza) 

 

 

*** 



 

Buna baxmayaraq başda sərhəng Vərəhram olmaq üzrə əfsərlərdən bir neçəsi şəhərdə intizamsızlıq 

törətmək məqsədilə böyük bir xəyanətə mürtkib olub qərardadi icra etmək  əvəzində Milli Hökumət 

nümayəndələrinin başlarını qatıb nizmiyyənin qapılarını açaraq sərbazlara evlərinə getmək fərmanı 

verdilər. Bu vasitə ilə gecə saat 12-də min iki yüz nəfər sərbaz və iki yüzdən ziyadə  əfsər 

sərbazxananı qarət edib şəhərə dağıldılar.  Əyər Fədai başçıları  və Firqə üzvləri də  qəflət etmiş 

olsaydılar  şəhərdə böyük hərci-mərc  əmələ  gələbiləcək idi, xoşbəxtanə Firqə  və Hökumət vəziyətə 

kamilən hakim olduqlarına görə bu hərci-mərcin qabağı alındi. Lakin sərbazxanada olan bütün 

məlzumat bu vasitə ilə ortadan getdi. Bu cinayətkarlar hətta sərbazxananın qarətinə kifayət etməyib 

böyük  əsləhə  və nizami ləvazimatı  məsələn müsəlsəl və radio və sayir şeyləri sındırıb xərab 

etəmişlərdi. Bu hadisəni nişan verən xəbəri nümunə üçün buraya dərc edirik. 

 

 



 

 

 



3-Cü Ləşgər Sərbazlarının Qaçmağı və Mütəvari Olmağı 

 

Azərbaycan Milli Dövlət rəisi və 3-cü ləşgər fərmandhi mabeynində olan qərardadın ikinci maddəsində 



səriyhən qeyd ediləmişdi ki: 

 

«Təbriz padigani əfradından heçəks dəstur sanəvi sadir olmayınca sərbazxana mühəvvətəsindən xaric 



olmayıb....» 

 

Qərardad imza olandan sonra bilafasilə  ağayani  əfsəran  sərbazxananı  tərk edib, öz mənzillərinə 



getdilər və sərbazlar da sərpərstsiz qalıb, bilatəklif sərbazxanadan qaçmağa şüru etdilər. Bədiyhi dir ki, 

bu xilaf əməl sərbazlıq məqamına tövhin olmaqdan əlavə mümkündür ki, şəhərin  əmniyyətinə  də 

əsaslı lətmə vırsın. Binaən-əleyh Heyət-Dövlət-Milli Azərbaycan bu əmrin aqibtindən cilovgirlik etmək 

üçün  əmr verilmişdir ki, fövri surətdə müəssir iqdamat olunsun və  şəhərin  əmniyyəti təəmin və hifz 

olunsun. 

 

Elə təsəvvür vardır ki, bu pişaməd Mərkəzi Hökumətin dəsturundakı axirinci cümlənin nəticəsidir. 



 

 

 

6




Yüklə 481,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə