Iknci bölüm



Yüklə 481,45 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix26.08.2018
ölçüsü481,45 Kb.
#64719
1   2   3   4   5   6   7   8   9   10

Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

Dünən Gecəki Atışmalar 

 

Dünən gecə  şəhərin hər yerində kamil əmniyyət bərqərar idi və intizamat məmurları  tərəfindən çox 



ciddi iqdamat olunub şəhərin  əmniyyəti vicuda gəlmişdir. Dünən gecə  bə'zi nüqtələrdə baş verən 

atışmalar fəqət şadəmanlıq nəticəsi idi ki, 3-cü ləşgərin müqaviməti qurtardığına görə edilirdi. 

 

 

 



Milli Hökumətin Müvəffəqiyyətlərinin Təsiri 

 

Azərbaycan ruznaməsinin 23-azər nümrəsində bir qədər tərdid və mülahizə ilə (Unudulmaz Ləhzələr) 



məqaləsini yazanın Növruz ismi ilə hökumətin götürdüyü ciddi qədəmlər nəticəsində vicuda gələn 

əfkar-ümuminin təsirində iki gün sonra aşağıdakı məqaləni yazıb intişar vermişdir ki, rövşənfikirlərin və 

əfkari ammənin təğyir və təhəvvülünü göstərmək üçün şayan diqqətdir. 

 

 



 

Tariyxi Müvəffəqiyyət! 

 

Azadixahlıq cibəhsi dörd gün ävväl Firqəmizin müdəbbir, ciddi, fə`al rəhbərlərinin hüsn siyasəti 



nəticəsində fateh çıxdığı  həqqi həq sahibinə yetirdi. Xəlqimizin nehzətinə, azadixahlıq hərəkətlərinə 

gülän adamlar dörd gün bundan əvvəl Firqəmizin sınmaz qüdrətinə müsadif olmaqala bərabər 

həqiqətə kamilən iman gətirdilər ki, «Zülm ilə abad olan ev ədlilə bərbad olar.» 

 

Əyər iş başında olanlar riyasət, sədarət mizlərini işğal edənlər bir az aqil, durəndiş olsalar, gərək bu 



tarixi hadisədən ibrət alıb bir daha zülm və ehcaf dövrəsinə dolanmasınlar. Firqəmizin  əleyhinə 

aparılan zəhərli təbliğat büsbütün puça çıxdi. Bizləri məchul-əlhöviyə,  şarlatan,  əşərar adlandıran 

alçaqlar isə xəcalətliyindən xəlqin üzunə baxa bilməyirlər.  

 

Fədailər dəstəsi münəzzəm surətdə şəhərə gəlib, aşubtələb adamların aldadıcı sözlərinə aldanmadan 



münəzzəm surətdə öz yerlərinə qayıtdılar. 

 

Ev talamaq, bazar qarət etmək, xəlqin namusuna təcavüz etmək kimi Fədailərə nisbət verilən işlərdən 



abədən  şəhərimizdə bir kiçik asar gorülməmişdir. Bundan ma'idən biz Firqəmizin ciddi, müdəbbir 

rəhbərlərinə  və  Fədailər dəstəsinin iman və  əqidəsinə ümidvar olmaqla bərabər möhtərəm sədrimiz 

ağayi Pişəvərinin bu sözünü heç vəqt unutmamışıq. O demişdir: «Bazar talalayanlar, xəlqin mal və 

namusuna təcavüz edənlər gərək Azərbaycan Demokrat Firqəsinin rəhbərlərinin və ə'zasının nə'şləri 

üstündən geçsinlər», yəəni madam Demokrat Firqəsində qüdrət var, kimsə  xəlqin canina və malına 

təcavüz edəbilməz. 

 

Ağayi Pişəvərinin fəaliyyəti və bu dərin dəsturatı nəticəsində dir ki, dünyanı məbhut edən Azərbaycan 



nehzəti bu qədər məharətlə əncam tapıb, nəticədə bir nəfərin belə burunu qanamadi. 

 

İki gün ərzində ruznamə  dəftərinə vasil olan təqdirnamələrin sayı iki yüzdən artıqdır. Xəlq səmim 



qəlbdən Fədailərin Azərbaycan Demokrat Firqəsinin  ə'zasının qanuni və mehriban əməliyyatından 

izhari təşəkkür edir. 

 

Qışın bu musimində ayağında corabı olmayan bir Fədai 4550 tümən pula əl vurmadan xüddarlıq edib 



onu sağlam surətdə öz mafövquna təslim etəməyi, hələ dünyanın  ən böyük inqilablarında da 

görünməmişdir. Biz öz Firqə üzvlərindən  bu fədakarlığı soraq aldıqdan sonra böyük nehzətimizə 

iqdam etmişik. Biz xəlqimizi nicat verməkdən ötrü var qüvvəmizlə canimizi fəda etməyə hazırlaşmışıq. 

Buna görə bizə aşubtələb adamların təbliğatı biəsər qalmaqla bərabər, müqəddəs məqsədimizi tə'qib 

etməyə daha da təşviq edir.    

«Növruz» 

 

 



 

 

 



7


Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

Milli Dövlətin Qərarları 

 

21-Azərdən sonra Firqə hökumətə  rəhbərlik etməyə başalayır və özünün tədbirlərini bu vasitə ilə 



həyata geçirir. Hamı bilirik ki, jandarmların zülm və cinayəti nəticəsində yüzlərcə  kənd və  şəhər 

zəhmətkeşləri zindanlara dolub orada taqətfərsa bir həyat geçirməkde idilər. Hökuməti alan Firqə 

başçıları isə bu işə bir an xatimə verməli idilər. Hələ hökumt təşkil olmadan əvvəl Milli Heyət zəmanı 

belə çoxlu zindanılar Firqə köməyi ilə azad ediləmişlərdi. Bununla belə yenə  də zindanlar biygünah 

zindanılər ilə dolu idi. 

 

Bu  əsəfavər hala xatimə vermək üçün, Milli Hökumət  əffi-ümumi layıhəsini tənzim edərək Məclis 



Millinin təsvibindən sonra bilafasilə onu həyata geçirdi. Bu vasitə ilə xain jandarm və polis cəlladlarının 

qurbanlıqları xilas olaraq həyata qədəm qoydular. 

 

Milli Hökumətin altı ay müddətində gördüyü işlər  barəsində  ağayi Pişəvərinin Məclis Milliyə verdiyi 



güzarişləri dərc etmədən əvvəl, nümunə olmaq üçün Milli Hökumətin bir gündə e’lan etdiyi uç qərari 

buraya dərc edirik: 

 

 

 



 

Təbrizdə Azərbaycan Dövlət Darülfununi Təşkili 

Həqqində Azərbaycan Milli Hökumətinin Qərari 

 

Millətimizin arzulzrını  və Azərbaycan Milli Konqrəsinin qərarlarını  nəzərə alıb Milli və  mədəni 



tərəqqimizi təəmin etmək üçün Azərbaycan Milli Hökuməti üzümuzə  gələn dərs ilindən vətənimizin 

mərkəzi Təbriz  şəhərində Azərbaycan dövlət darərülfununun təşkilini zəruri saydığı üçün aşağıdakı 

qərari qəbul edir. 

  

1-Azərbaycanın Maarif Vizarəti, darülfununun təşkili üçün lazim olan büdcəni tənzim edib bir aya qədər 



Heyət Dövlətə təqdim etsin. 

 

2-Azərbaycan Dövlət Darülfununi hələlik uç fakültədən ibarət olmalıdır. 1)-Tibb fakültəsi, 2)-Fəlahət 



fakültəsi. 3)-Pədaqoji fakültəsi, ki, buda Tarix və Dil, Ədəbyat, Fəlsəfə, Hüquq, Riyaziat şö’bələrindən 

təşkil tapmalıdır. 

 

3-Maarif Vizarəti on güün müddətində Azərbaycan Darülfununu üçün lazim olan binani seçib Heyət 



Dövlətə iltila' verməlidir. 

 

4-Azərbaycan Maarif Vizarəti indidən darülfununun ustadlar heyətini seçməyə  və darülfunun üçün 



Azərbaycan dilində elmi vəsait hazırlamağa başlamalıdır. 

 

Azərbaycan Milli Hökumətinin Baş Vəziri «Pişəvəri» 



 

 

 



Dil Həqqində Azərbaycan Milli Hökumətinin Qərari 

 

Xəlqimizi dövlət dəstgahına yaxınlaşdırmaq və ümumun ehtiyacatını sadə bir surətdə anlamaq və 



həmçinin Milli Dili və Milli Mədəniyyətimizin tərəqqi və təkamül yollarını təmizləmək üçün Azərbaycan 

Milli Hökuməti özünün 16-dei tarixi cəlsəsində aşağıdakı qərari qəbul etmişdir. 

 

1-Bu gündən e’tibarən Azərbaycanda, Azərbaycan Dili Rəsmi Dövlət Dili hesab olunur. Dövlətin 



qərarları və rəsmi e’lanlar, həmçinin Xəlq Qoşunları hissələrinə verilən fərmanlar və qanun layıyhələri 

mütləqən Azərbaycan Dilində yazıləmalıdır. 

 

2-Bütün idarələr (dövləti, Milli, ticarəti və ictimai) öz işlərini Azərbaycan Dilində yazmağa məcburdurlar. 



Bu dildə yazılmayan dəftər və mədarik rəsmi hesab olunmaiacaqdır. 

 

8




Yüklə 481,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə