Iknci bölüm



Yüklə 481,45 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix26.08.2018
ölçüsü481,45 Kb.
#64719
1   2   3   4   5   6   7   8   9   10

Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

Şüarlar meydanın hər səmtində gözə çarpmaqda idi. Mitinqdə Azərbaycanın qəhrəman anaları olan 

qadınlar da şirkət etmişdilər. 

 

Saat 11-də ağayi mir Rəhim Vilai şəhər komitəsi məsulu və Milli Məclis katibi tərəfindən mitinqin açılışı 



e`lam edidi və sonra maarif vəziri ağayi Biriya coşğun və hərarətli bir səslə aşağıda göstərdiyimiz nitqi 

irad etdilər: 

 

Azərbaycan odlar, alovlar ölkəsi illər boyu əsarət zənciri altında yaşayıb, onun anaları və bacılarının 



namusu ayaqlar altında tapdalanamdan sonra 21-Azərdə yaratdığı qiyam nəticəsində  əsarət 

zəncirlərini qırdı. 

 

21-Azərdə Azərbaycan qızları və qadınları da canu- dil ilə şirkət edib Milli Hökuməti yaratdılar. Necəki 



hər yerdə Milli Hökumət qurulub o hakimiyyəti gərək xəlq hifz etsin və öz Milli Hökumətini, məmləkətini 

də xainlərdən və düşmənlərdən müdafiə eləsin. 

 

Əziz qardşlar Azərbaycan xəlqi də öz hakimiyyətini hifz etmək üçün Azərbaycan Xəlq Qoşunları 



vəzirliyinin fərmanına görə davtələbanə Xəlq Qoşununa varid olacaqdır. 

 

Qoy biz düşmənlərimizə sabit edək ki, biz Azərbaycan xəlqi öz poladdan möhkəm sinələrimiz ilə Milli 



ölkəmizin sərhədlərini hifz edəcəyik.  

 

Qoy bütün domokrasi millətlər bizim bu Milli və böyük fədakarlığımızdan xəbərdar olsun. 



 

Qoy bizim azadlıq həsrəti ilə  çırpınan sinəmizdən çıxan alovlar düşmənlrimizi və Tehran mürtəce 

hökumətini zəlzələyə gətirsin. 

 

Əziz qardaşlar, bacılar, maarif işçiləri, müəllim və mühəssillər! Mən necəki Azərbaycanın namuslu və 



fədakar bir oğlu kimi öz Milli Bayrağımızın önündə and içirəm ki, vətənimə xidmət edəm. Mən sözümü 

qurtarırkən deyirəm: 

 

Yaşasın Milli Hökumətimizdən püştibanlıq eləyən Azərbaycan Demokrat Firqəsi və onun rəhbərləri! 



Yaşasın Azərbaycan xəlqinin qurduğu hakimiyyət! 

Yaşasın xəlqimizin iradəsini təmsil edən Məclis Millimiz! 

Yaşasın öz vətənini düşmənlərdən hifz eləyən və tarix boyu öz şücaət və şərəfini dünyaya göstərən 

qəhrəman Azərbaycan xəlqi!  

 

Ağayi Birianın söylədiyi atəşin nitq mütəvali alqışlar və hurra səsləri ilə qət' edilirdi. 



 

Nitqi gurultulu alqış  və hürra səsləri tə'qib edəndən sonra ağayi Vilai, Azərbaycan Demokrat Firqəsi 

sədr müavini, ağayi Badəkanın nitq edəcəyini e`lam etdi və ağayi Badəkan xəlqin həlhələsi arasında 

belə bir nitq söylədilər: 

 

Azərbaycanın əziz kargər, əkinçi, müəllim və başqa cəvanları: 



 

Hamımızın yadımızdadır ki, həmişə nizam xidməti eləməyə çağırırdılar. Bu gün Milli Hökumətin verdiyi 

çağırışı sayəsində bura yığışanlar nişan verirlər ki, millətimizin nə qədər öz istiqlal və müxtariyyətindən 

difa' etməyə  əlaqəsi vardır. Odur ki, mən Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi adına 

sizlərin göstərdiyiniz bu ali ehsasatdan ötrü təbərik edirəm. 

 

Əziz və möhtərəm cəvanlarımız bütün demokrat millətlər azad, şərafət və iftixar ilə yaşamaq üçün 



fədakarlıq edib və qurbanlıqlar vermişlər. Biz əminik ki, bizim cəvanlarımız vətən xidmətinə əlaqə ilə 

hazır olurlar, onlar da gələcəkdə başqa diri millətlər kimi başi uca və iftixar ilə yaşayacaqlar. 

 

Bu səmimi ehsasat ilə ki, Milli Hökumətimizi, Milli Məclisimizi və Milli Firqəmizi istiqbal edirsiz, Milli 



Hökumətimiz, Milli Məclisimiz və Milli Firqəmiz sizə qövl verir ki, sizi gələcək mütəməddin və müasir 

millətlər səviyyəsinə yüksəltmək yolunda baş və can ilə fədakarlıq etsin. 

 

Yaşasın azad vətininmiz və Milli Hökumətimiz! 



Yaşasın Azərbaycan cəvanları! 

 

 



13


Şəhrivərin  Onikisi -

ikinci bölüm

,

 yeni nəşri



: 2005  açıq söz  زﺆﺳ ﻖﻴﭼﺁ 

 

 

Ağayi Badəkandan sonra ağayi Dibaiyan Milli Məclisin Heyət Rəisə tərəfindən Milli Məclisin rəisi ağayi 

Şəbistəri naminə mitinqdə  iştirak və ibraz ehsasat edənlərdən təşəkkür etdilər. Ondan sonra Milli 

Qoşunlar  Vəziri ağayi Kaviyan iştirak edənlərin həlhələ və alqışları arasainda Milli Hökumət və Milli 

Qoşunlar Vizarəti naminə hökumətin təsmimindən bu cür səmimiyyətlə istiqbal edən xəlqimizdən 

təşəkkür edib və onları sabah nizam vəzifə idarəsində Milli Qoşun sıralarına girmək üçün ad 

yazdırmağa də’vət etdilər. 

 

Mitinq saat 12 təmamda sona yetişdi.                                                                    Müxbir 



 

*** 

 

Həmin milli vəzifə çağrışı munasbtılə də’vət olunan ziyafətdə aparılan cərəyanı da o gün xəlqimizin və 



Firqə rəhbərlərimizin ehsasatından bir nümunə olmaq üçün şayan- təvəcceh olduğundan buraya dərc 

edilir: 


 

 

 



 

 

Ağayi Pişəvərinin Milli Nizam İdarəsində  Milli Nizam Xidməti 



Həqqində Söylədiyi Nitqin Xulasəsi 

« Fəqət Topların Ağzından Çıxan Söz Həqiqətdir!» 

 

Dünən Milli Qoşunlar Vəzirliyi tərəfindən Milli Vəzifə idarəsində, Azərbaycanda milli vəzifə çağrışı 



münasibəti ilə bir cəşn məclisi tərtib edilmişdi. Bu məclisdə, Məclisin Rəisi, Milli Hökumətinmizin baş 

Vəziri, vəzirlər və  şəhərin müxtəlif təbəqələrinin nümayəndələri  şirkət etmişdilər. Bundan başqa 

Yuquslav  mətbuat nümayəndəsi də məclisdə şirkət etmişdi. Sehər saat 9-yarımda Milli Məclisin rəisi 

ağayi  Şəbistəri məclisi açaraq Milli Hökumətimizin Baş  Vəziri ağayi Pişəvəriyə söz verdilər. Ağayi 

Pişəvəri aşağıda xülasəsini nəşr etdiyimiz nitqi söylədilər: 

 

Mən elə fikir elirəm ki, bu böyük qədəm ki, bizim Milli Hökumətimiz götürüb bizim azadlığımızi və 



gələcək səadətimizi təmin eləmək üçün böyük bir təzmin dir. Biz öz milli azadlığımızi mühafizə etmək 

üçün böyük mütaliələr və mübahisələrdən sonra bu nəticəyə gəlib çıxmışıq ki, azadlığı xəlq gərək öz 

qüvvəsilə saxlasın. Xəlqin  əyər öz qüvvəsi  olmazsa azadlıq muft və  zəhmətsiz də verilsə onu 

saxlamaq olmaz. 

 

İndi bizim nehzətimizin iranda böyük təsiri olmuşdur, lakin mümkündür ki, bu anı bir təsir olsun. Biz bu 



kimi təsirlərə özümüzü dilxüş edəbilmərik. Hər halda xəlqə bir böyük ittika layzimdir. Bu da, Milli 

Qoşundan ibarətdir. Xəlqimiz öz azadlığini hər  şəkildə olur olsun fəqət öz qüvvəsi olan Milli Qoşun 

gücü ilə hifz etməlidir. Qoy bütün dünya bilsin ki, Azərbaycan Milləti yaşamaq üçün ölməyə 

hazırlanmışdır. Xəlqimizi idbar, fəlakət və  bədbinlikdə saxlamaq istəyən Tehran mürtəce’ hökuməti 

bunu hiss etmişdir ki, azərbaycanda bir milli qüvvə var, o bu qüvvəni ortadan aparmaq üçün müxtəlif 

vəsilələrə əl vurmuşdur. İndiyə qədər o müntəzir idi ki, bu nehzəti nizami qüvvə ilə aradan aparsın. O 

yoldan məyus olandan sonra diplomasi çarələrə  təşəbbüs edib xəlqin başı üstündən öz fikrini icra 

etməyə çalışır. Bizim cəvabımız sadə dir, biz o Milli Qoşunumuza dayanıb məsələni öz gücümüz ilə 

həll edəcəyik. 

 

Biz Milli Qoşunumuzu yaratəmalıyıq. Bu qoşun ilə azadlığımızi və daxili əmniyyətimizi hifz etəməliyik. 



İndiyə qədər bu işi Fədai qüvvələri görüblər və fədakarlıq ilə də görüblər. Amma əyər Tehran mürtəce’ 

hökuməti istəyə ki, Azərbaycan azadlığini boğa, onda Azərbaycan Xəlqi o hökuməti əzib və Tehranda 

Azərbaycanı tanımağa yarar bir hökumət yaratmağa çalışacaqdır. (şiddətli alqışlar) 

 

Bizim qabağımızda iki yol durur, ya gərək müvafiqət olunsun ki, biz azadlıqla iqtisadi, ma'arifi və milli 



vəzifələrimizi icra edək,  əyər bu işi icra etməyə qoymazsalar o vəqt biz özümüz məcburuq Tehrana 

gedək, oranı alaq, azad və demokrat bir hökumət quraq və öz xəlqimizin milli azadlığini bu yol ilə 

təəmin edək. Bu bizim  böyük vəzifəmizdir. (gurultulu alqışlar) Burada indiyə  qədər iki dəfə nizam 

vəzifə sabiqəsi olubdur. Biri Rizaxan dövrəsində olmuşdur ki, xəlq onu böyük nifrət ilə qarşılamış və bu 

iş üləmamızdan bir neçəsinin də tövqif və təbidinə bais olmuşdur. 

 

14




Yüklə 481,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə