İkt – Nİn təHSİLƏ TƏTBİQİ TƏranə İsmayilova informatika müəllimi, metodbirləşmə rəhbəri



Yüklə 48,95 Kb.
tarix11.10.2017
ölçüsü48,95 Kb.
#4185
növüDərs



İKT – NİN TƏHSİLƏ TƏTBİQİ

TƏRANƏ İSMAYILOVA

İnformatika müəllimi, metodbirləşmə rəhbəri.

Müasir dövrdə informasiya və telekomunikasiya texnologiyalarının (İKT) inkişafı hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən birinə çevrilib. Elmi-texniki tərəqqinin həyatımızın bütün sahələrini əhatə etdiyi bir dövrdə məktəblərdə tədris olunan dərslərin keyfiyyət göstəricilərini artırmaq məqsədi ilə İKT-ni dərs prosesinə tətbiq etmək artıq zəruri bir məsələyə çevrilmişdir. Təhsil sistemində İKT infrastrukturunun formalaşdırılması, İKT tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması Azərbaycanda da prioritet istiqamətlərdəndir. Bu baxımdan təhsilin informasiyalaşdırılması üçün avadanlıqların təşkili, elektron resursların yaradılması və məktəblərin istifadəsinə verilməsi, bir sözlə məktəblərin elektron təhsil sistemində işləyə bilməsi üçün bütün şərait yaradıldı. Amma bütün bunlar sistemin işləməsi üçün kifayət etmir. Bu məqamda Prezidentimiz cənab İlham Əliyevin bir sitatını qeyd etmək istərdim: “ Azərbaycan çox zəngin ölkədir. Bizim böyük təbii resurslarımız vardır. Ancaq bizim ən böyük resursumuz insanlarımızın biliyidir, savadıdır ”. Təhsil sisteminin əsas aparıcı qüvvəsi tədris edənlərdir – müəllimlərdir. Onların bu sahədə bacarıq və qabiliyyətləri olmadan bu sistemin işləməsi çox çətin olar.

Təhsil Nazirliyinin həyata keçirdiyi islahatların əsas məqsədi tədris prosesinin yenidən qurulması, müəllim-şagird münasibətlərinin dəyişdirilməsi, təlimdə İKT-nin istifadəsi və onun pedaqoji texnologiyalarla birlikdə uzlaşdırılmasıdır.

Kompüterlər dinamik təlim vasitələridir. Müasir dövrdə kompüter texnologiyalarına tələbat daim artır. Artıq elə bir zaman gəlib ki, dərs prosesini kompüter və internetsiz təsəvvür etmək mümkün deyil. Təhsil sistemində aparılan islahatlar yeni pedaqoji texnologiyaları öyrənib onlardan səmərəli istifadə etməyi, təhsilin keyfiyyətini yüktəltməyi qarşıya başlıca vəzifə kimi qoyur. İndi informasiya insan həyatının bütün aspektlərinə toxunur və onu dəyişdirə biləcək qədər təsir gücünə malikdir. Bir sözlə İKT-nin tətbiqi ilə XXI əsrin tələblərinə cavab verən yeni dərs modelinin yaradılması və tədris prosesində tətbiqi dövrün tələbidir. Bu baxımdan müəllimlər müasir dərsə verilən tələblərə əməl etmək üçün yeni texnologiyaları öyrənməli, daima inkişaf etdirməli və sinif otaqlarında təlimin daha kefiyyətli təşkilində bu imkanlarından səmərəli istifadə etməlidir.

Təlimin keyfiyyətli olması bilavasitə müəllimin bilik, bacarıq və fəaliyyətindən asılıdır. Dövlət proqramı çərçivəsində pedaqoji kadrların İKT üzrə hazırlığı prioritet istiqamətlərdən biridir. Təhsil sisteminin pedaqoji heyəti tədris prosesində informasiya və kommunikasiya texnologiyalarından (İKT) effektiv istifadə edilməsi üçün treninqlərdən keçir. İKT üzrə təlimlərdə iştirak edən müəllimlər İKT-nin imkanlarından istifadə edərək səmərəli dərsin təşkil edilməsi sahəsində ilkin təcrübəyə, psixoloji hazırlığa, bir sözlə innovativ biliklərə yiyələnir və onları sinifdə gedən tədris prosesində necə tətbiq etməyi öyrənirlər. İKT-nin istifadəsi təlim prosesini həm əyaniliyi ilə zənginləşdirir, öyrənənlərin tədqiqat aparma, çoxsaylı informasiya bazasından bəhrələnmə, gərəkli olanı seçmə və məqsədinəuyğun olandan istifadə etmə imkanları verir, həm də bilikləri praktik şəkildə tətbiq etməyə sövq edir.

XXI əsrin bilik və bacarıqlarını əldə edən innovativ müəllim İKT-nin müxtəlif imkanlarından istifadə etməklə yeni dərs modeli qura və peşəkar istiqamətdə inkişaf edərək dünya təhsilinə inteqrasiya etmək imkanına sahib ola bilər.

Müəllimin vəzifəsi-öyrənməyi öyrətməkdir. Başqa sözlə desək, müəllim təlim fəaliyyətinin əsas tərkib hissələrini mənimsəməkdə şagirdə kömək edir, eyni zamanda özü biliklərin əldə edilməsinə və tətbiqinə dair üsul və vasitələrə praktik cəhətdən yiyələnir.

MÜƏLLİM


Biliklərin qazanılması yolunda bələdçi

ŞAGİRD


Tədqiqatçı, bilikləri kəşf edən



İnnovasiyalı fəaliyyət rejiminə keçmək məqsədi ilə

Müəllimlər İKT sahəsində ixtisasartırma kurslarına cəlb olunmalıdır

Fənlər üzrə elektron dərsliklər,elektron testlər, təqdimatlar, fotoşəkillər, sxemlər, audio, video, multimediya hazırlanmalıdır

Müəllim bloqları, fənn bloqları yaradılmalıdır

Tədris prosesində

İKT-nin tətbiqi

Hazır proqram məhsulları

Müəllif işləri

Fənn müəlliminin hazırladığı

Şagird ilə birgə hazırlanmış

Şagird tərəfindən hazırlanmış

Kompüterdən istifadə

İnternetdən istifadə

Təqdimatlardan istifadə

Dərslərdə

Dərsdənkənar tədbirlərdə

Çıxışlar və məruzələrdə



Fənn müəllimlərinin İKT sahəsində bilik və bacarıqlarının

artırılması ilə bağlı nümunəvi

TƏDRİS - TEMATİK PLAN




M Ö V Z U L A R


1

Müəllimlərin pedaqoji fəaliyyətində İKT üzrə hazırlıq

2

Kompüterdən istifadə etməklə müəllimin iş yerinin təşkili

3

Tədris prosesində İnternetdən istifadə

4

İnternet şəbəkəsinin tədris imkanları

5

İnternetin tədris resursları

6

Pedaqoji fəaliyyətdə rəqəmsal resurslardan istifadə

7

İKT pedaqoji prosesdə

8

Pedaqoji fəaliyyətdə istifadə üçün elektron resursların seçilməsi

9

İKT vasitələri ilə dərsin planlaşdırılması

10

Praktikum: dərsdə İKT-dən istifadənin metodik aspektləri

Müəllimin gündəlik fəaliyyətində İKT-dən istifadə bacarıqları:

  • Təqdimat hazırlamaq üçün proqramlardan istifadə ;

  • Multimedia texnologiyalarından (videofilmlər, animasiyalar və s.) istifadə ;

  • Dərs prosesində müxtəlif izahatlar üçün İKT-dən effektiv istifadə ;

  • Şagirdlərin bilik və bacarıq səviyyəsinin İKT-dən istifadə etməklə monitorinqi ;

  • Əlavə material və tapşırıqların çap olunması ;

  • İnternetdə informasiya axtarışı ;

  • Elektron testlərdən istifadə ;

  • Öyrədici proqramlardan istifadə ;

  • Rəqəmli ensiklopediya və sözlüklər ;

  • Öyrədici oyunlar ;

  • İnteraktiv lövhələrdən istifadə ;

  • Milli təhsil portalından istifadə .

İnformasiya texnologiyalarının təhsildə sistemli tətbiqi zamanı əldə edilən nəticələr göstərir ki, informasiya texnologiyaları təhsildə mühiti tam dəyişdirir, dərs prosesinin yeni mərhələyə qalxmasına imkan yaradır. İnformasiya – kommunikasiya texnologiyalarının geniş və hərtərəfli tətbiqi nəticəsində insan fəaliyyəti, bütövlükdə cəmiyyət dəyişikliklərə məruz qalır, tamamilə yeni reallıqlar, dəyərlər, sosial-psixoloji mühit formalaşır. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “ Ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı ” bu istiqamətdə atılmış ən əhəmiyyətli addım olmuşdur.

Müasir dərsin bütün mərhələləri şagirdin maraq dairəsinə, yaş səviyyəsinə uyğun qurulmalıdır. Müasir dərsi İKT-siz təsəvvür etmək çətindir. Müasir dərs dedikdə, ilk növbədə, göz önündə İKT bacarıqları olan müəllim və kompüter, proyektorla təchiz olunmuş, müasir tələblərə cavab verən sinif otağı canlanır. İnformasiya-kommunikasiya vasitələrinin köməyi ilə şagirdlərdə həm intellektual və yaradıcılıq bacarıqları, həm də müxtəlif informasiya növləri ilə işləmək bacarıqları inkişaf edir. Müasir şəraitdə müəllimdən şagirdlərin şəxsi keyfiyyətlərinə arxalanan üsullardan istifadə edilməsi tələb olunur. Müasir müəllim tədris zamanı müasir tələblərə cavab verən dərs hazırlamaq üçün İKT-ni effektli tətbiq etməlidir. Həmçinin dərsin gedişi zamanı internet resurslarından istifadəyə üstünlük verərək şagirdləri internetdən düzgün istifadə etməklə kreativ biliklərə yiyələnməyə sövq etməlidir. Elektron əyani metodik vəsaitlər fənn müəlliminin resursudur, ona dərsə hazırlıq zamanı metodik kömək göstərir. Elektron dərsin üstünlüklərindən biri də odur ki, dərsin bütün mərhələləri slaydlarda öz əksini tapir. Bu da dərsin operativliyini ve marağini artırır. Dərs zamanı İKT-nin son yeniliklərindən biri olan «ağıllı lövhə»dən istifadə edilməsi isə şagirdlərin dərs prosesinə diqqət və marağını artırır, onları axtarışa sövq edir. Maraq yarananda zəif və ya güclü olmasından asılı olmayaraq, bütün şagirdlər dərsdə fəal iştirak edirlər. Hətta zəif oxuyan, öz fikrini söyləməkdən çəkinən şagirdlər belə, fəal təlim metodlarının tətbiq olunduğu dərslərdə həvəslə iştirak edir, müzakirələrə qoşulur.

Qeyd etmək lazımdır ki, rəqəmsal tədris resursları yazılı vəziyyətdə təqdim oluna bilməz. Əks halda onun didaktik keyfiyyəti itirilmiş olar.

Ənənəvi metodikada müəllim müəyyən bilikləri verməyə və onları tələb etməyə vərdiş idi, lakin interaktiv tədrisin istifadəsində fərqli olaraq şagird özü əsas rol oynayır və biliklərin mənimsənilməsinə özü yol açır. Bu da onların tədris motivasiyasına təsir edir. Müəllim bu situasiyada aktiv köməkçi kimi çıxış edir və onun başlıca funksiyası tədris prosesinin təşkili və stimullaşdırılmasıdır.



Dərs zamanı İKT-dan istifadə nələrə imkan yaradır ?

  • dərsin effektivliyini və biliklərin keyfiyyətini yaxşılaşdırmaq ;



  • müasir tədris məqsədlərinə yönlənmək ;



  • şagirdlərdə motivasiyanı artırmaq ;



  • dərsləri emosional və yaddaqalan etmək ;



  • tədrisdə individual yanaşmanı həyata keçirmək.

Bu gün demək olar ki, məktəblərin hər biri kompüterlə təmin olunmuşdur. Lakin, təəssüf ki, hələ hər yerdə internetdəki tədris resurslarına daimi giriş təmin edilməmişdir. İnternet resurları bugünki günə ən güclü informasiya qəbulunu təmsil edərək tədris məsələlərinin həllini və işgüzar elektron ünsiyyəti özündə cəmləşdirir. Rəqəmsal tədris resurslarının müəllim tərəfindən istifadəsi, məktəb ucqar kənddə olsa belə şagirdlərin keyfiyyətli və müasir tələblərə uyğun tədris almasını reallaşdırır. Məktəbdəki praktik iş göstərir ki, vizual üsulla informasiya qəbulu şagirdlər tərəfindən daha yaxşı yadda saxlanılır. Əbəs yerə deyilmir ki, 100 dəfə eşitməkdənsə, 1 dəfə görmək daha yaxşıdır.

Bu gün şagirdlər XXI əsrin tələblərinə cavab verən müasir iş yerlərinə tam hazırlıqlı şəkildə yetişdirilməlidirlər. Bu baxımdan biz müəllimlər şagirdlərimizdə böyük maraq oyadaraq onları İKT resurslarından düzgün istifadə yollarına yiyələndirməli və bu sahədə şagirdlərimizi düzgün istiqamətləndirməliyik. Həmçinin texnologiyanın vasitəsilə şagirdləri fikirləşməyə, təhlil etməyə, fikir mübadiləsinə və yaradıcılığa həvəsləndirməliyik. İndiki dövr məhz cəlb etməklə öyrətməyi tələb edir. Çin aforizmində deyildiyi kimi: «Mənə de-mən yaddan çıxarım. Mənə göstər-mən yadda saxlayım. Məni cəlb et-mən öyrənim ».

Məqsəd təkcə nəyisə nümayiş etdirmək deyil, həm də şagirdlərin yaradıcı fəaliyyətini təmin etməkdir. İKT-nin tədris prosesini elə təşkil etmək lazımdır ki, şagird dərsdə fəal iştirak etsin, öz əməyinin bəhrəsini görsün və onu qiymətləndirə bilsin.

Dərs zamanı İKT-dən necə istifadə etmək və dərs materialını necə yadda qalan və maraqlı etmək lazımdır ki, şagirdlər qısa vaxt ərzində olduqca çox informasiya əldə etsin?


  • İstifadə olunan dərs materialı şagirdin yaş xüsusiyyətlərinə uyğun olmalıdır ;

  • İKT dərsin lazım olan anında və lazım olan qədər istifadə olunmalıdır ;

  • İnformasiyanın axtarışına mütləq şagirdlərin özlərini cəlb etmək lazımdır ;

  • İKT-nin istifadəsi ardıcıl olaraq 20 dəqiqədən çox davam etməməlidir, dərs boyunca 2-3 dəfə texnologiyalardan istifadə etmək məqsədəuyğundur.

Praktik müəllim olaraq qeyd etmək istərdim ki, siniflərdə İKT-nin imkanlarından istifadə edilməsi təlimin yeni yanaşmalar baxımından uğurlu təşkilinə və şagirdlərdə mühüm bacarıqların inkişafına optimal şərait yaradır. Pedaqoji kadr hazırlığında informasiya texnologiyalarının tətbiqinin artıq zərurət olduğunu nəzərə alaraq yaxın illər üçün İKT-nin təhsilə daha sistemli inteqrasiyasını müşahidə edəcəyik.

Sonda qeyd etmək istərdim ki, müasir müəllim digər həmkarları ilə əməkdaşlıq etməli, öz bilik və bacarıqlarını, pedaqoji ustalığını daima təkmilləşdirməlidir. Çünki biz müəllimlər bu gün bir pedaqoq kimi şagirdlərin qarşısında, onların gələcəkdə bir şəxsiyyət kimi yetişməsi üçün, böyük məsuliyyət daşıyırıq. Müasir müəllimin əsas vəzifəsi də ali məktəbə yüksək balla daxil olan tələbə deyil, gələcək üçün xalqına, vətəninə layiqli əsl vətəndaş-şəxsiyyət yetişdirməkdir. Belə şəxsiyyətin yetişməsi üçün müəllim hər zaman axtarışda olmalı, yenilikləri şagirdlərə aşılamalıdır.



NƏTİCƏ:

Tədris zamanı İKT-dən istifadə edilməsi, dərsin kompüter elementlərinin təzəliyi, dərslərin görüntülu, aydın və digər metodik üsulları ilə birgə, dərsi qeyri-adi, maraqlı, yaddaqalan edir, müəllimin nüfuzunu şagirdlərin gözündə qaldırır.

Əlbəttə ki, İKT-dən istifadə etməklə istənilən dərsə hazırlıq çox çətin və müxtəlif materialların diqqətlə nəzərdən keçirilməsini tələb edəndir. Amma getdikcə bu ədəbi prosesə çevrilir, hansı ki, biliklərin informasiya formatına daxil olmasını mümkün edir.

Ə D Ə B İ Y Y A T

1. Veysova Z. Fəal/interaktiv təlim: müəllimlər üçün vəsait. Bakı, 2007.

2. Soltanova G. İnformasiya cəmiyyəti və müasir təhsilin yenidən qurulmasında şagidlərə alternativ yanaşma. «Təhsil problemləri» qəzeti, 24-31 oktyabr 2010-cu il.

3. Ботвенко М.А. Электронные образовательные ресурсы: Современные возможности. 2004, №1



4. Селевко Г.К. Педагогические технологии на основе информационно-коммуникационных средств.-М: НИИ школьных технологий, 2005 - 208 с. (Серия "Энциклопедия образовательных технологий".)
Yüklə 48,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə