İkt-baza bilikləri


 Xarici Qadın Cinsiyyət Organları



Yüklə 279,91 Kb.
Pdf görüntüsü
səhifə3/9
tarix29.11.2023
ölçüsü279,91 Kb.
#138944
1   2   3   4   5   6   7   8   9
Anatomiya (Qadın cinsiyyət sistemi)11

2. Xarici Qadın Cinsiyyət Organları:

Vulva: Vulva, qadın cinsiyyət organlarının xarici hissələrini birləşdirir və içərisində
klitoris, labialar və digər strukturları əhatə edir.

Klitoris: Klitoris, cinsi stimulyasiya zamanı cinsi
zövq almaq üçün əhəmiyyətli olan çox hissəli bir
strukturdir.

Labialar: Labialar, vulvanın bir hissəsidir və
vulvanın qorunması və gözlənməsi üçün örtükləşir.
Uşaqlıq armudvari formada olub geniş hissəsi yuxarı tərəfə yönəlməklə anatomik
olaraq - önündə sidik kisəsi, arxasında isə düz bağırsaq olmaqla kiçik çanaq
boşluğunun mərkəzində yerləşir. Uşaqlığın ölçüsü toyuq yumurtası boyda, çəkisi isə
cavan qadınlarda 50 qrama yaxındır. Yuxarı geniş hissəsi uşaqlıq cismi, aşağı
hissəsi isə uşaqlıq boynu adlanır. Xarici tərəfdən uşaqlıq qalın qatla, daxili tətəfdən
isə zərif selikli qişa (endometrium) ilə örtülmüşdür. Endometrium qişasında
mütəmadi (periodik) olaraq menstruasiya dövrünün (tsiklinin) müxtəlif mərhələlərinə
(fazalarına) uyğun dəyişikliklər baş verir. Uşaqlıq boynu vəziləri tərəfindən ifraz
olunan xüsusi maddə uşaqlıq boynu kanalında selikli tıxac şəklində yığılaraq,
uşaqlıq boşluğuna xaricdən xəstəliktörədici mikrobların daxil olmasının qarşısını alır.
Yumurtalıqlar - iki sayda olmaqla uşaqlığın sağ və sol tərəflərində yerləşirlər.
Uzunluğu 2,5-4 sm, eni 1,5-2 sm ölçüsündə uzunsov formada olan yumurtalıqlarda
yumurta hüceyrələrinin yetişməsi və “saxlanması” baş verir. Yumurtalıqlar yumurta
hüceyrələrini qız uşağının bətndaxili inkişaf dövründən başlayaraq toplamağa
başlayırlar. Belə ki, yeni doğulmuş qız uşaqlarının iki yumurtalığında yüz minlərlə
yumurta hüceyrəsi olur. Bütün bu hüceyrələr cinsi yetkinlik dövrünə qədər (təxminən
12 yaşadək) fəaliyyətsiz olaraq qalırlar. Cinsi yetkinlik dövrünün başlamasından
klimaks (aybaşının kəsilməsi) dövrünə qədər olan müddət ərzində qadınlarda 300-
400 sayda menstrual tsikl olur. Bunun da nəticəsində o qədər sayda da mayalanma
qabiliyyəti olan yumurta hüceyrələri (qadın cinsi hüceyrələri) yetişdirilmiş olur.
Bundan başqa, yumurtalıqlar, həmçinin vacib daxili sekresiya üzvlərinə də aid edilir.
Belə ki, onlar əsas qadın cinsi hormonlarını - esterogenləri də hazırlayırlar. Bu
hormonların təsiri altında qadın cinsiyyət üzvləri inkişaf edir, qadınlara məxsus
xarakterik xarici əlamətlər formalaşır (qadının müvafiq bədən forması, bəzi sahələrin
tüklənməsi və s.), həmçinin qadınlara məxsus cinsi həssaslıq (temperament) inkişaf
etmiş olur.Uşaqlıq cisminin yuxarı hissəsinin sol və sağ tərəflərindən ayrılan uşaqlıq
(Fallopi) boruları yerləşir. Uşaqlıq boşluğundan başlayan bu boruların saçaq şəkilli
çıxıntılarla qurtaran qıf formalı digər ucu isə yumurtalıqlara yaxın olmaqla qarın
boşluğuna açılır. Borunun uzunluğu 10-12 sm, boşluğunun diametri isə bir neçə mm


olur. Boruların daxili selikli qişası xovlarla zəngindir. Uşaqlıq borularının quruluşu
kifayət qədər mürəkkəb olur. Bu borular bir neçə funksiya daşıyırlar.

Yüklə 279,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə