Səh. 126:
Restavrasiya -
Burbonlar sülaləsindən olan kral XVIII Lüdo- vik
(1814-1824) və kral X Karl (1824—1830) hakimiyyətinin bərpa edildiyi dövrə
deyirlər.
Səh. 126:
Hersoq Eksar Jan Fransua -
XVIII Lüdovikin saray əhlindəndir;
qannqululuqdan ölmüşdür.
Səh. 127:
Tantal
- yunan əsatirinə görə, Olimp allahı Zevs ilə Pluto- nanın
oğludur. Allahların sirrini verdiyinə görə aclığa və susuzluğa məhkum
edilmişdir. Tantal iztirabları ən dəhşətli iztirablar deməkdir.
Səh. 128:
Şatobriarı
(1768-1848) - fransız ədibi
Səh. 132:
Gerubino -
dvoryan ailəsinə mənsub və kübar yanında xidmət edən
gənc pajdır. Bomarşenin “Fiqaronun toyu” komediyasında daim qadınlara aşiq
olan xidmətçi.
Səh. 134:
Alsest
- Molyerin “Mizantrop” komediyasmın qəhrəmanı; fikrini
açıq söyləyən namuslu adam.
Səh. 134:
Cenni Dins -
ingilis yazıçısı Valter Skottun “Edinburq zindanı”
adlı əsərinin fədakar qəhrəmanı
Səh. 140:
Lüksemburq bağı
- Lüksemburq sarayının yanındakı bağ. Latın
məhəlləsinin yaxınlığındadır; Parislilərin çox sevdiyi istirahət və gəzinti yeri.
Səh. 141:
Qordi düyünü -
qədim yunan rəvayətinə görə, Frikiya padşahı
Qordinin arabasına xamut elə düyünlə bağlanıbmış ki, bunu heç kəs aça
bilməzmiş. Kahinlərin verdiyi xəbərə görə, bu düyünü açan bütün Asiyanın
hakimi olmalı idi. Böyük Fateh Makedoniyalı İsgəndər Qordinin bu düyününü
qılıncı ilə doğrayır.
Səh. 142:
Küvye
(1769-1832) - fransız alimi, müqayisəli anatomiya və
paleontologiyanın banilərindəndir. Müqayisəli anatomiya və paleontologiya -
qedim geoloji keçmişlərdə yaşayan heyvanları və bitkiləri tədqiq edən elmlərə
deyilir.
Səh. 142:
Fodor və Pelleqrini
- Jozefina Menviyel Fodor - Parisdə qastrolda
olan italyan müğənnisi. Feliks Pelleqrini - italyan müğənnisidir. Paris
konservatoriyasının professoru olmuşdur.
Səh. 143:
Stats-dama
- qadınlara məxsus yüksək saray rütbəsi
Səh. 143:
Sanqvinik -
temperamentli adam; canlı, diribaş, hər şeydən tez
mütəəssir olan adam
Səh. 144:
Böyük Moğol -
1526-cı ildən 1707-ci ile kimi Hindistanda mövcud
olmuş Babur hökmdarlarına verilən titul
Səh. 158:
Mirabo
(1749-1791) - Fransa buıjua inqilabı dövrünün siyasi
xadimlerindendir. Markiz Mirabo inqilab günlərində buıjuaziya tərəfinə
keçmişdi.
Səh. 159:
Labrüyer, Jand de
(1645-1696) - fransız yazıçısı. “Xarakterlər” adlı
eserində zəmanəsinin adətlərini satirik şəkildə tesvir etmişdi.
657
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Səh. 163:
Veniamin
-
Türen, Anri de (1611-1675) - görkəmli fransız
marşalıdır; “Xatirələr” adlı əsəri var.
Səh. 165:
“Xilas edilən Venesiya
” -
ingilis dramaturqu Tomas Otveyin
(1651-1685) dram əsəridir.. 1746-cı ildə fransız dilinə tərcümə edilmiş və böyük
müvəffəqiyyət qazanmışdır. Faciədəki personajlardan Pyerlə Jafyer dostdurlar.
Səh. 166:
B ey tül-müqəddəs küçəsi -
burada Parisin cinayət polis idarəsi
yerləşirdi.
Səh. 167:
Dalay-lama
-
lama, yaxud Böyük lama - Tibet hökmdarı deməkdir.
Balzakda bu söz məcazi mənada işlədilmişdir.
Səh. 167: “
Bağdad xəlifəsi
” - o zamanlar məşhur olan kəmik bir operanın
adıdır.
Səh. 167:
Deus ex machina
(latıncadan hərfən “mexaniki allah” deməkdir) -
antik teatr istilahlarındandır. Hadisələrin gedişini dəyişən və qəfil gələn bir
allaha deyərdilər. Bu allahın rolunu oynayan aktyor xüsusi mexanizmin köməyi
ilə səhnəyə çıxardı.
Səh. 170:
Kuanyar
-
özünü qraf de Sent-Elen deyə qələmə verən qaçqın bir
katorqalıdır. Restavrasiya dövründə Paris jandarm idarəsində polkovnik
rütbəsində çalışmışdı; eyni zamanda oğru dəstəsinin başçısı idi.
Səh. 173:
Arqus
-
antik əsatirdə çoxgözlü qarovula deyirlər. Geniş mənada
sayıq adam deməkdir.
Səh. 174:
Klinyankur redutu
-
Parisdə qədim qala
Səh. 178:
“Riçard, mənim kralım” -
fransız bəstəkarı Qretrinin “Şirürəkli
Riçard” adlı kəmik operasının ariyasındandır.
Səh. 179:
Herkules
-
qədim yunan əsatiri qəhrəmanlarındandır, xariqüladə
bir qüvvəsi vardı. Nemeya şirini boğmuş, Lemey əjdahasını öldürmüşdü. Burada
kinayə ilə işlədilmişdir.
Səh. 179:
Venera
-
qədim yunan əsatirində məhəbbət və gözəllik ilahəsi
Səh. 180:
Lafit, Jak -
XIX əsrin əvvəllərində Fransa bankının müdiri idi. Burada
şərab adı kimi işlədilmişdir.
Səh. 182: “
Atala
” - Şatobrianın əsəridir, 1802-ci ildə nəşr edilmişdir. Madam
Voke dəbdə olan fransız yazıçıları ilə onun əsərlərini qarışdırır.
Səh. 185:
“Pavel və Virginiya ”
-
fransız yazıçısı Bemarden de Sen- Pyerin
(1737-1814) sentimental romanı
Səh. 188:
Sorbonna
-
Paris şəhərində yerləşən universitet
Səh. 188:
Qrev meydanı
-
Parisdə bu adla məşhur olan meydanda, adətən,
məhbusları edam edərdilər.
Səh. 198: “
Sənin nəzakətli olduğun zamanlar ötüb-keçdi!
” -
Votren bu
sözlərlə onu həbs etməyə gələn polis rəisinin vaxtilə cani, qaçqın və katorqalı
olduğuna işarə edir. Sonralar Votren polis idarəsində onun vəzifəsini tutmuşdu.
658
downloaded from KitabYurdu.org