İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə27/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   23   24   25   26   27   28   29   30   ...   231

Madam de Bosean hərarətli bir nəzərlə tələbəyə baxdı. Onun bu 

nəzərində alicənab insanlara məxsus bir minnətdarlıq, etiraf və vüqar 

duymaq  olardı.  Bu  nəzər  bir  az  əvvəl  alverçi  gözü  ilə  Ejenə  qiymət 

qoyan  hersoginyanın  Rastinyakın  qəlbinə  vurduğu  yaranın  üzərinə 

məlhəm kimi yayıldı. 

Ejen dedi: 

-

 

Bilirsinizmi,  mən  qraf  de  Restonun  hüsn-rəğbətini  qazanmış-



dım.  -  Ejen  miskin,  lakin  eyni  zamanda  hiyləgər  bir  əda  ilə  davam 

etdi:  -  Sizə  bu  məlum  olsun  ki,  mən  hələlik  ancaq  yazıq  bir  tələbə-

yəm, tamamilə yalqız, olduqca yoxsul bir tələbə... 

-

 



Belə şeylər danışmayın, müsyö de Rastinyak. Biz qadınlar heç 

kəsə lazım olmayan şeylər arxasınca qaçmırıq. 

-

 

Çarə  nədir?  -  Ejen  cavab  verdi.  -  Mənim  vur-tut  iyirmi  iki 



yaşım var. Bu yaşın müsibətlərinə dözməyə məcburam. Bir də mənim 

etirafımı  dinləyin,  ürəyimin  sirrini  etiraf  etmək  üçün  dizimi 

çökdürməyə  başqa  bir  gözəl  məbəd  harada  tapa  bilərəm?  Doğrudur, 

insanlar  belə  məbədlərdə  günaha  yol  verər,  başqa  məbədlərdə  isə 

tövbə edər. 

Hersoginya  bu  mürtəd  boşboğazlığa  qulaq  asarkən  Ejenə  soyuq 

nəzərlə baxdı və onun zövqünü bəyənməyərək, vikontessaya dedi: 

-

 



Kuzeniniz nabələd adamdır. 

Madam  de  Bosean  hersoginyanın  bu  sözlərinə  və  kuzeninə 

ürəkdən gülərək: 

-

 



Bəli, mənim əzizim, - dedi, - o, doğrudan da, nabələd adamdır 

və yaxşı zövqlərdən dərs almaq üçün özünə bir mürəbbiyə axtarır. 

Ejen yenə hersoginyaya müraciətlə dedi: 

-

 



Hersoginya,  mənə  elə  gəlir  ki,  bizi  cəzb  edən  şeylərin  sirrini 

öyrənmək  arzusu  tamamilə  təbiidir,  elə  deyilmi?  (Öz-özünə  isə  belə 

dedi:  “Onlarla  söhbət  etmək  üçün  mən  bərbərlərə  layiq  sözlər  icad 

edirəm”.) 

Hersoginya: 

-

 



Lakin,  -  dedi,  -  məncə,  qrafinya  de  Restonun  özü  müsyö  de 

Trayın şagirdidir. 

Tələbə: 

-

 



Bu,  mənə  qətiyyən  məlum  deyildi,  -  deyə  cavab  verdi,  -  ona 

görə  də  mən  düşüncəsizliyimdən  ikisinin  arasına  girdim.  Bununla 

belə, mən əri ilə çox yaxşı yola gedirdim, arvadı isə müvəqqəti də 

83 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

olsa,  mənim  varlığıma  dözməyə  məcbur  görünürdü.  Lakin  birdən- 



birə  mənim  ağlıma  bir  fikir  gəldi:  mən  dəhlizdə  qrafinyanı  öpən  və 

gözümün  qabağında  arxa  qapıdan  həyətə  keçən  bir  kişi  ilə  tanış 

olduğumu onlara söylədim. 

Xanımlar: 

-

 

O kişi kimdir? - deyə soruşdular. 



-

 

Bir qocadır. O, Sen-Marso məhəlləsinin uzaq bir yerində, ayda 



iki  luidora  başını dolandırır.  Mən  yoxsul  tələbə  də  orada  yaşayıram. 

Bu,  doğrudan  da,  bədbəxt  bir  adamdır,  hamı  ona  gülür,  məsxərəyə 

qoyur, onun adını “Qorio ata” qoymuşuq. 

Vikontessa: 

-

 

Siz,  həqiqətən,  lap  uşaqsınız!  -  dedi.  -  Qrafinya  de  Restonun 



qız familiyasının Qorio olduğunu bilmirsiniz? 

Hersoginya əlavə etdi: 

-

 

O,  vermişel  fabrikantının  qızıdır,  meşşan  ailəsindəndir,  onu 



saray şəkərçisinin qızı ilə bir gündə saraya təqdim etmişdilər. Klara, 

yadınızdadırmı?  Hələ  kral  gülmüş  və  latınca  un  barəsində  bir  məsəl 

demişdi: bu adamlar., necə idi?.. Bu adamlar... 

Ejen kömək edərək: 

-

 

Ejusdem farinae\ -



 dedi.

 

Qrafinya təsdiq edərək: 

-

 

Doğru buyurursunuz, - dedi. 



Tələbənin üzündə dəhşət göründü. Dedi: 

-

 



O, qrafinyanın atası imiş! 

-

 



Əlbəttə.  Bu  əcaib  adamın  iki  qızı  var.  Hər  ikisini  dəli  kimi 

sevir, ancaq hər ikisi ondan tamamilə əl çəkmiş kimi görünür. 

Vikontessa hersoginya de Lanjeyə müraciətlə: 

-

 



İkinci  qızı,  -  dedi,  -  alman  familiyası  daşıyan  bir  bankirin, 

gərək ki, baron Nusingenin arvadı deyilmi? Səhv etmirəmsə, onun adı 

Delfinadır.  O,  sarışın  xanımdır,  Operada  yan  tərəfdəki  lojanı  icarə 

edir.  O,  Bufonlarda  da  tez-tez  görünür.  Hamının  nəzər-  diqqətini 

özünə cəlb etmək üçün həmişə ucadan gülür, o deyilmi? 

Hersoginya gülümsəyərək: 

-

 

Mən sizin, əzizim, bu cür adamlarla maraqlanmağınıza heyrət 



edirəm, - dedi. - Yalnız de Resto kimi məhəbbətdən ağlını itirən adam 

madmazel Anastazinin ununda ağnaya bilər. Ah! Bu işdə o, 

1

 

1



 Bir xəmirdəndir. 

Hərfi mənası

: eyni undandır, 

(lat.)

 

84 


downloaded from KitabYurdu.org


hər  halda,  ziyan  çəkəcəkdir.  Anastazi  qraf  de  Trayın  tələsinə  düş-

müşdür, qraf onu məhv edəcəkdir. 

Ejen: 

-

 



Demək, onlar öz atalarını rədd etmişlər? - dedi 

Hersoginya cavab verdi: 

-

 

Bəli, bəli, öz atalarını, lap doğma atalarını, ümumiyyətlə, ata-



larını, həm də deyildiyinə görə, çox yaxşı bir atanı rədd etmişlər. O, 

hər  birinə  beş-altı  yüz  min  nişan  pulu  vermiş,  özünə  isə  ildə  səkkiz 

min, on min livr mədaxil saxlamışdır. O, elə zənn edirmiş ki, qızları, 

doğrudan da, qızlıq borcunu unutmayacaqlar: o, qızlarının evində özü 

üçün iki həyat, iki ev yaradacaq, hər zaman məhəbbətlə və nəvazişlə 

qarşılanacaqdır.  Bunun  əvəzində  isə  kürəkənləri  iki  ildən  sonra  onu 

ən alçaq bir adam kimi cəmiyyətdən qovdular. 

Ejenin gözlərində yaş işıldadı: o, hələ həyatının saf və müqəddəs 

havası ilə nəfəs alırdı, hələ gənclik həsrətlərinin təsiri ilə yaşayırdı. O 

yalnız burada ilk dəfə Paris mədəniyyəti ilə döyüş meydanında qarşı-

qarşıya  gəlmişdi.  Səmimi  hisslərin  təsiri  o  qədər  qüvvətli  oldu  ki, 

onlar sükut içində bir müddət bir-birinin üzünə baxa-baxa qaldılar. 

Hersoginya sükutu pozaraq: 

-

 



Aman, yarəb! - dedi. - Əlbəttə, bu, dəhşətli şeydir, halbuki biz 

hər  gün  belə  hadisələrə  rast  gəlirik.  Məgər  bunun  bir  səbəbi  yox- 

durmu?  Bir  dəfə belə,  əzizim,  siz  kürəkən  nə  olduğunu  fikirləşmisi- 

nizmi? Kürəkən elə bir kişiyə deyirlər ki, biz on yeddi il müddətində 

ailənin  ümidini,  Lamartinin  sözü  ilə  desək,  ailənin  ləkəsiz  qəlbini, 

gələcəkdə  isə  vəba  xəstəliyinə  çevrilən  və  min  bir  bağla  bizə  bağlı 

olan  əziz  bir xilqəti  onun üçün  bəsləyirik.  Kişi  isə  bu xilqəti  bizdən 

ayırdığı  zaman,  o,  hər  şeydən  əvvəl,  onun  məhəbbətindən  bir  balta 

kimi istifadə edir, bu mələyin  qəlbində, canlı ürəyində ailəsi ilə onu 

bağlayan  bütün  hissləri  kəsib-doğrayır.  Qızımız  hələ  dünən  bizim 

üçün  hər  şey  idi,  biz  də  onun  üçün  hər  şey  idik.  Səhər  isə  o,  bizə 

düşmən  kəsilir.  Məgər  hər  gün  biz  bu  cür  faciələri  öz  gözlərimizlə 

görmürükmü? Gah gəlin qayınataya həqarətlə baxır, halbuki qayınata 

hər  şeyini  oğluna  qurban  vermişdir;  bəzən  də,  görürsən,  kürəkən  öz 

qayınatasını  evdən  qovmuşdur.  Mən  belə  suallara  rast  gəlmişəm: 

müasir cəmiyyətimizdə ən faciəli şey nədir? Kürəkən faciə deməkdir, 

həm də dəhşətli bir faciə. İzdivaclarımıza gəlincə, 

85 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə