Səh. 299:
SalvatorRoza
(1615-1673) - italiyalı rəssam; onun tabloları, əsasən,
əzəmətli və kədərli döyüş səhnələrindən ibarətdir.
Səh. 299:
Şerokez
- Şimali Amerikada məskunlaşmış hindu tayfalarından biri
Səh. 300:
Jan Qujon
(1515-1566, yaxud 1567) - fransız heykəltəraşı və
memarı
Səh. 300:
Nikola Pussen
(1594—1665) - fransız rəssamı Səh. 300:
Mikelancelo
(1475-1564) - italiyalı heykəltəraş, rəssam, memar və şair
Səh. 300:
Klod Loren
(1600-1682) - fransız rəssamı, mənzərəçi
Səh. 300:
Jerar Doun
(1613-1675)- hollandiyalı rəssam
Səh. 300:
Rembrandt
(1606-1689) - niderlandlı rəssam və oyma ustası
Səh. 300:
Velaskes
(1599-1660) - ispaniyalı rəssam
Səh. 300:
Antonio Korej
(1494—1534) - italiyalı rəssam
Səh. 300:
Korin -
qədim yunan şairəsi (e.ə. V əsr)
Səh. 301:
Küvye Jorj
(1769-1832) - paleontologiya, müqayisəli anatomiya və
heyvanların təsnifatı sahəsində eserləri ile dünyada məşhur olan fransız
təbiətşünası; müqayisəli anatomiyanın üsullarından istifadə edərək qazıntı
nəticəsində əldə edilən heyvan sümükləri vasitəsilə onların bədən quruluşunu
müəyyən etmişdir.
Səh. 301:
Kadmus
- qədim yunan əsatirinə görə, Fiv şəhərinin əsasım
qoymuş, öldürdüyü əjdahanın dişlərini torpağa səpmişdir; həmin dişlərdən
silahlı insanlar - fivlilərin əcdadları yaranmışlar.
Səh. 302:
Broken —
Cənubi Almaniyada dağ; əfsanəyə görə, Brokenin
zirvəsində ifritələrin eyş-işrət məclisi keçirilir. Getenin “Faust” faciəsində
Mefistofel Faustu Brokenə, həmin məclisə aparır.
Səh. 307:
Stilet
- üçtərəfli tiyəsi olan kiçik xəncər Səh. 307:
Santim, taren,
heller, abolun, piastr, bilon -
Avropa ölkələrində pul vahidləri
Səh. 313:
Svedenborq
(1688—1778) - İsveç yazıçısı və filosofu Səh. 315:
Sen-
Kanten mehmanxanası -
Balzakın vaxtında hələ də mövcud olan bu
mehmanxanada 1745-ci ildə, həqiqətən, J.J.Russo yaşamışdır.
Səh. 315:
Yelisey çölləri
- Parisdə uzunluğu Konkord meydanından Şarl de
Qoll meydanına qədər olan (1880 m) xiyabandır.
Səh. 315:
Buduar -
keçmişdə Fransada varlı qadınlara məxsus otaq,
qarderob və ya yataq otağı
Səh. 315:
Sent-Pelajı və la Fors
- XIX əsrin birinci yarısında Parisdəki
həbsxanalar nəzərdə tutulur; borclarını ödəyə bilməyənləri bu həbsxanalara
salırdılar.
Səh. 315:
İyul inqilabı —
1830-cu il İyul inqilabı nəzərdə tutulur.
Səh. 316:
İn petto -
xəyalən (istədiyin kimi)
(ital.)
661
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Səh. 316:
Panürj
-
Fransua Rablenin “Qarqantua və Pantaqruel” əsərində
obraz; bu ad qayğısız, şən masqaraçı, zarafatcıl kimi qəbul edilmişdir.
Səh. 317:
More orientali
-şərqlisayaq
(lat.)
Səh. 317:
Mirabo, Taleyran, Pitt, Metternik
-
siyasi xadimlər
Səh. 317:
Kirşvasser
-
Svartsvald gilasından hazırlanan içki növü
Səh. 317:
Amfitrion
(e.ə. 251-184) - Qədim Roma dramaturqu Plavtın
“Amfitrion” əsərindən iqtibas; Molyerin eyniadlı komediyasının iştirakçısı;
“Amfitrion” sözü həm də məcazi mənada “qonaqpərvər ev sahibi” deməkdir.
Səh. 317:
Lukull
(e.ə. I əsr) - Qədim Roma siyasətçisi və sərkərdəsi, zəngin və
təmtəraqlı ziyafətləri ilə məşhur olmuşdur (“Lukull ziyafəti” ifadəsi onun adı ilə
bağlıdır).
Səh. 318:
“Qırmızı korsar”
-
Amerika yazıçısı Fenimor Kuperin (1789-1851)
romantik macəralarla dolu romanı
Səh. 318:
Şartrölər
-
Müqəddəs Bruno ordeninin rahibləri; ordenin
qanununa görə, rahiblər bir-birindən ayn hücrələrdə yaşamalı idilər.
Səh. 318:
Botanika körfəzi
-
Avstraliya körfəzinə işarədir. 1787-ci ildə
ingilislər burada sürgündə olanlar üçün yaşayış məskəninin binasını qoymuşlar.
Səh. 319:
De Viris illustribus
-
görkəmli insanların həyatından bəhs edən
Roma ədəbi mətnləri
Səh. 319:
J.J. küçəsi
-
Jan Jak Russo küçəsi nəzərdə tutulur.
Səh. 319:
Metr Alkofribas
-
Fransua Rablenin (1494-1553) ləqəbi; 1534-cü
ildə Alkofribas Nasier (“François Rablais” sözlərindən düzəldilmiş anaqramdır)
adı ilə “Qarqantua və Pantaqruel” romanının ikinci cildi çapdan çıxmışdır.
Səh. 320:
Si bemol ladında
-
yəni səsinin tonunu alçaldaraq
Səh. 320:
Kavatin
-
lirik ariya
Səh. 321:
“Birləşmə və unutma”
-
XVIII Lüdovik hakimiyyətinin (1814-
1824) ilk illərində “Konstitusiya hüququ”nda bütün fransızların birləşməsini,
keçmiş ziddiyyətlərin, ixtilafların aradan qaldırılmasını vəd etmişdi. Lakin kral
verdiyi vədi yerinə yetirmədi və əleyhdarlarını amansızcasına təqib etdi.
Səh. 322:
Məhəmməd
-
Məhəmməd peyğəmbər nəzərdə tutulur.
Səh. 322:
Kambaseres
- Briya-Savaren Kambasares - Birinci İmperiya və
1830-cu il inqilabı zamanı siyasi xadim; vətəndaş məcəlləsinin müəlliflərindən
biri; ləziz yeməkləri həddən artıq sevməsi ilə məşhur olub.
Səh. 323:
Kreşşendo
-
italyanca musiqi terminidir, səsin get-gedə artması,
güclənməsi deməkdir.
Səh. 324:
Non cecidit animus
-
ruh zəifləmişdir
(lat.)
Səh. 324:
Valens Flaviy
(328-378) - IV əsrdə yaşamış Roma imperatoru
662
downloaded from KitabYurdu.org