DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
lazımdır ki, maneələr, məhrumiyyətlər qarşısında davam gətirə və
sənətini qoruya biləsən. “Qulaıı dərisi”ııdən sonra Balzak gələcəkdə
qələmə alacağı romanlarında Mişel, Kretyən, David Sezar, Horas
Byanşon kimi obrazlar haqqında danışacaqdır. Hələ- liksə Rafael qabağa
düşüb...
Ancaq bunlar burjua cəmiyyətinin “qəhrəmanları” deyillər, çünki
onlar, hər şeydən əvvəl, şöhrətpərəstliyi təbliğ edənlər, hansı yolla olursa
olsun var-dövlətə can atanlardır. Onlardan bəziləri müvəffəqiyyətsizliyə
uğrayır, həyata keçirə bilmədikləri arzularının ağrılarını dərk edirlər.
Başqalarının payına isə mənəviyyatının eybəcərləşməsi, daxili aləminin
boşluğu, çirkinlik- murdarlıq müqabilində müvəffəqiyyət düşür.
Buıjua cəmiyyətində cavan oğlanın taleyindəki təzadlı faciə bir
antikvar satan qocanın diliylə ifadə olunmuşdur; bu qoca qüdrətli, hər
şeyə qadir olan, sehrli qulan dərisinə sahibdir. O deyir: “İki fel ölümün
səbəbinin bütün formalarını yox edə bilir: bunlar “
istəmək
” və
“
bacarmaq
” felləridir. İnsan fəaliyyətinin bu iki termini arasındakı
düsturunu müdriklər əldə edə bilirlər. Mən uzunömürlülüyüm və
bədbəxtliyim üçün həmin o düstura borcluyam.
İstəmək
bizi yandırır,
bacarmaq
isə dağıdır, ancaq
bilmək
zəif varlığımıza əbədi olaraq sakit
vəziyyətdə qalmaq imkanı bəxş edir...”
“Qulan dərisi”nm qəhrəmanı Rafaelin taleyində müxtəlif həyat
yolları çarpazlaşır. Romanın ilk səhifələrində Rafael xeyirxah, istedadlı,
təmiz, coşqun ehtiraslı və məqsədli bir insandır. O, insanlığa xidmət edə
biləcək bir əsər yazmaq istəyir və öz ömrünü “İradə nəzəriyyəsi” adlı bir
fəlsəfi əsərə həsr edir. Öz fikirlərini həyata keçirmək üçün Rafael bütün
məhrumiyyətlərə hazırdır. Ancaq çox çəkmir ki, cəmiyyətin ona qarşı
dəhşətli və qəddarcasına biganə olduğu qənaətinə gəlir. Onun əsərindən
faydalanmaq imkanının mümkünlüyünü heç kim görmür və buna görə də
heç kəs onunla maraqlanmır. Rafaelin taleyi - ümidlərin və xülyaların, öz
istedadını göstərə bilmək üçün hər şeydən məhrum olan insanın faciəli
məhvi yollarından, variantlarından biridir; Rafaeldə dözüm, iradə və
mətanət çatmır ki, elmin yollarındakı çətinliklərə sinə gərsin, öz gənclik
idealına axıra kimi sadiq qala bilsin.
Rafaelin taleyi haqqında danışarkən Balzak insanın özünün xudbin
arzularını həyata keçirməyə cəhd göstərməsinin hansı
ıo
downloaded from KitabYurdu.org
formada olursa olsun, axır nəticədə onun özü üçün təhlükəli olduğunu
göstərir; bu cəhd onu ya məhvə, ya da ruhen ölümcül vəziyyətə
sürükləyir. Həqiqətən də, Rafaelin həyat eneıjisi boş- boş arzuların yerinə
yetirilməsinə sərf olunur, bu isə rəmzi olaraq bir parça qulan dərisinin
getdikcə həcmcə kiçilməsində özünü göstərir.
Şamil Zaman
ıı
downloaded from KitabYurdu.org
Oııore de Balzak
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
downloaded from KitabYurdu.org
QORİO ATA
downloaded from KitabYurdu.org
Oııore de Balzak
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
downloaded from KitabYurdu.org
Qorio ata
(roman)
Əsərlərinə və dühasına heyran qaldığım
üçün böyük və məşhur Joffrua de Sent-İlerə'
ithaf edirəm.
De Balzak
Qız vaxtı de Konflan familiyasını daşıyan qocalmış dul arvad
Voke qırx ildən bəridir Parisdə Latın məhəlləsi* ilə Sen-Marso qəsə-
bəsi* arasındakı Nev-Sent-Jenevyev küçəsində bir ailə pansionu
saxlayır. Pansion “Vokenin evi” adlanır və onun qapısı hamı üçün -
gənclər və qocalar, qadınlar və kişilər üçün açıqdır; buna
baxmayaraq, bu mötəbər pansiondakı adətlər heç bir dedi-qoduya
səbəb olmurdu. Ancaq düzünü desək, son otuz ildə buraya bir nəfər
belə gənc qadının ayağı dəyməmişdi. Yalnız ata-anasından çox az
kömək alan bir gənc burada məskən sala bilərdi. Lakin 1819-cu ildə,
yəni bu faciə başlandığı zaman pansionda yoxsul gənc bir qız
yerləşmişdi. Zəmanəmizin kədərli ədəbiyyatında bu “faciə” sözü
yanlış, yersiz və həddən artıq işləndiyindən öz dəyərini itirsə də,
burada bu söz, doğrudan da, münasibdir: bunun münasib olmasına
səbəb hekayətimizin həqiqi mənada faciəli olması deyil, başqa bir
şeydir: bəlkə də, oxucularımızdan biri mütaliəni qurtardıqdan sonra
bu faciənin üzərinə
intra
və
extra miros
* 1
bir damcı göz yaşı tökdü.
Bu faciəni Parisin xaricində də başa düşəcəklərmi? Bu, şübhəli
məsələdir. Yerli müşahidələr və yerli boyalarla dolu olan bu faciənin
təfsilatı ancaq Monmartr təpələri ilə Monruj* yüksəklikləri arasında
yerləşmiş, malası tökülən, hər an
* Üzərində ulduz (*) işarəsi olan sözlərin izahı kitabın «şərhlər» bölümündə
verilmişdir.
1
Şəhər divarlarının hər iki tərəfində
15
downloaded from KitabYurdu.org