İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə135/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   127   128   129   130   131   132   133   134   135

O.HENRİ 

istədiyi  qədər.  Bilirik  ki,  sizinki  gətirməyib,  adamı  başdan  çıxaran 

əyləncələrin  içində  olmusunuz.  Buna  görə  də  qərara  gəldik  ki, 

yenidən  sizi  oynamağa  dəvət  edək.  Gedərsiniz,  oğlum?  Ailə 

münaqişələrini unudub mənimlə getmək istəyirsiniz? 

-  Münaqişə?  -  Qori  gözlərini  geniş  açıb  soruşdu.  -  Bildiyimə 

görə,  aramızda  heç  bir  münaqişə  olmayıb.  Biz  həmişə  yaxın  dost 

olmuşuq. Lakin, ay Allah, polkovnik, mən bu halımla sizin evdə necə 

görünə  bilərəm?  Zavallı  içki  düşkünü,  bədbəxt,  rüsvay  olmuş 

qumarbaz... 

O,  masanın  üstündən  enib  kresloda  oturdu,  peşmanlıq  və 

xəcalətdən doğan göz yaşlan tökərək sərxoş halda ağlamağa başladı. 

Koltren onunla israrla və dddi danışırdı: o, Qorinin bir vaxtlar sevdiyi 

dağ həyatının adi həzzlərini yada salır və dəvətinin səmimi olduğunu 

söyləyirdi. 

Nəhayət, o, kəsilən ağacları dağların hündür yamaclanndan atıb, 

çayla  daşınmasına  rəhbərlik  etmək  üçün  onun  köməyinə  ehtiyacı 

olduğunu  söylədi  və  Qorini  razı  sala  bildi.  O,  Qorinin  nə  vaxtsa 

bunun üçün çarx və novçal ardan ibarət xüsusi sistem icad etdiyini və 

haqlı  olaraq  onunla  qürrələndiyini  xatırlatdı.  Bir  anın  içində  zavallı 

Qori  kiməsə  lazım  ola  biləcəyi  fikrinin  yaratdığı  heyranlıq  içində 

masanın  üstünə  bir  kağız  qoydu  və  cəld,  amma  ümidsiz  halda  əyri 

xətlə yazmağa başladı. 

Fərsiz  oğulda  donuzlar  arasındakı  həyatına  qarşı  nifrət  oyandı; 

ürəyindən  yenidən  dağlara  dönmək  istəyi  keçdi.  Başı  hələ  pis 

işləyirdi,  düşüncə  və  xatirələr  qasırğalı  dəniz  üzərindən  uçan  poçt 

göyərçinləritək  bir-bir  geri  -  beyninə  qayıdırdı.  Amma  Koltren  əldə 

etdiyi uğura sevinirdi. 

Betel  hələ  heç  vaxt  bugünkü  kimi  yenilməmişdi  -  bütün  şəhər 

Koltren  və  Qorinin  küçə  boyunca  mehribanlıqla  yanaşı 

addımladığının  şahidi  oldu.  Onlar at belində idilər:  tozlu küçələr  və 

gözləri  bərəlmiş  şəhərlilər  geridə  qalırdı;  atlılar  çayın  üstündəki 

körpüdən  keçib  dağlara  qalxmağa  başladılar.  Fərsiz  oğul  üst-başını 

təmizləmiş,  yuyunmuş  və  saçını  daramışdı;  görkəmi  əvvəlkindən 

yaxşı olsa da, yəhərin üstündə hələ də möhkəm otura bilmirdi, sanki, 

beynində hansısa dolaşıq məsələnin həlli ilə məşğul idi. Koltren buna 

əhəmiyyət vermirdi, vəziyyətin 

416 

downloaded from KitabYurdu.org




SÖZLƏŞMƏ 

dəyişməsi ilə onun ruhi tarazlığının da bərpa olunacağına ümid edirdi. 

Qorinin  canından  üşütmə  keçdi,  az  qala,  huşunu  itirəcəkdi.  O,  atdan 

enib yol kənarında dincəlməli oldu. Belə bir şeyin ola biləcəyini əvvəlcədən 

nəzərə alan polkovnik ehtiyat üçün yola balaca suqabında viski götürmüşdü. 

Lakin Qoriyə viski təklif edəndə o, bir az kobudluqla imtina etdi, bir də heç 

vaxt spirtli içkilərə yaxın durmayacağını dedi. O, tədricən  özünə  gəlirdi və 

bir-iki mil sakitcə getdikdən sonra birdən-birə atını saxladı: 

-

 

Dünən  axşam  poker  oyununda  iki  yüz  dollar  uduzmuşam.  Bəs  bu 



pulları mən haradan almışdım? 

-

 



Bu  barədə  narahat  olmayın,  Yansi.  Dağ  havasında  hər  şey 

unudulacaq.  Əvvəlcə  Pinaki-Follsa  balıq  ovuna  gedəcəyik.  Orada  forellər 

qurbağalar  kimi  atılıb-düşürlər.  Stella  ilə  Lüsini  də  özümüzlə  götürərik, 

Qartal  Qayasında  məclis  quranq.  Yansi,  ocaq  qırağında  vetçinadan 

hazırlanmış sendviçin ac balıqçıya necə ləzzət elədiyini xatırlayırsınız? 

Görünür,  polkovnik  yoxa  çıxan  pullar  barədə  əhvalata  inanmadı.  Qori 

isə yenidən tam sükuta qərq oldu. 

Onlar günün axırına kimi Beteli Loreldən ayıran on iki  mil  məsafənin 

on  milini  qət  etdilər.  Qorinin  köhnə  malikanəsi,  təxminən,  Lorelə  doğru 

yanm mil məsafədə yerləşirdi; Koltren isə kənddən iki mil aralıda yaşayırdı. 

İndi yolçulan çətin sıldırımlı yol gözləyirdi, buna baxmayaraq, bu yol onlan 

bir  çox  şeylə  mükafatlandırdı.  Yamac  boyunca  uzanan  meşə  bol  quşlan  və 

çiçəkləri  ilə  göz  oxşayırdı;  şəfalı  havası  insana  hər  cür  dava-dərmandan 

daha yaxşı təsir göstərirdi. Qıjı və dəftıə ağaclannın arası ilə ürəksiz-ürəksiz 

sürünən  balaca  çaylar  kölgəyə  bürünmüş  mamırlı  cığırlara  titrək  panltı 

verirdi.  Sol  tərəfdə  -  yol  qırağındakı  ağaclann  yaratdığı  çərçivədən  düşən 

işıq  zolağı  zəif  dumana  bürünmüş  uzaq,  yaşıl  düzənliklərin  məftunedici 

mənzərəsini işıqlandınrdı. 

Koltren  yol  yoldaşının  dağların  və  meşələrin  cazibəsinə  düşdüyünü 

gördükcə  sevinirdi.  İndi  onlar  Rəssamlar  Qayasını  dolanmalı,  Elderbrançı 

kəsib  keçməli  və  təpəyə  qalxmalıydılar;  Qori  əlindən  çıxmış  ata-baba 

mirasını  buradan  görə  biləcəkdi.  Yaxınlığından  keçdiyi  hər  sıidınm  qaya, 

hər ağac, hər yol ona 

417 


downloaded from KitabYurdu.org


O.HENRİ 

tanış  idi.  O  meşələri  unutsa  da,  indi  gördüyü  mənzərə  onu  qədim 

laylalar kimi həyəcanlandınrdı. 

Onlar qayanın ətrafına dolanıb Elderbrança endilər və iti çayda 

atlara su içirib çimdirmək üçün dayandılar. Sağ tərəfdə daldalanacaq 

əmələ  gətirən,  sonrasa  çay  və  yol  boyunca  uzanan  dəmir  hasar  var 

idi.  O,  Qori  malikanəsinin  qədim  meyvə  bağını  qoruyurdu;  sıldınm 

təpənin kəlləsi evin qarşısını örtmüşdü. Çəpərin o tərəfində hündür və 

sıx  gəndalaş  kollan,  sumaq  və  dəfhə  ağadan  bitmişdi.  Budaqlann 

arasından  xışıltı  eşidən  Qori  və  Koltren  başlarını  qaldırıb 

barmaqlıqların  üstündən  parlaq  və  hərəkətsiz  gözlərlə  onlara  baxan 

uzun,  canavar  sifətinə  bənzər  san  sifət  gördülər.  Baş  tez  də  gözdən 

itdi; kollann budağı yırğalandı və yöndəmsiz bədən ağacların arası ilə 

bağı keçib yuxan, evə san qaçmağa başladı. 

-

 

Bu Harvidir, - Koltren dedi, - malikanəni satdığınız adam. O, 



şübhəsiz,  dəlidir.  Bir  neçə  il  əvvəl  onu  qeyri-qanuni  spirtli  içki 

alverinə görə damlamışdım, halbuki onu ağlı başında olmayan adam 

hesab edirdim... Sizə nə oldu, Yansi? 

Qori alnını sildi və sifəti meyit rənginə düşdü. 

-

 

Mən  də  sizə  qəribə  təsir  bağışlayıram?  -  o  gülümsəməyə 



çalışaraq  soruşdu.  -  İndicə  bir  şeyi  xatırladım.  -  Artıq  içkinin  təsiri 

tamamilə  başından  çəkilmişdi.  -  O  iki  yüz  dollan  haradan  aldığım 

yadıma düşdü. 

-

 



Bu  barədə  fikirləşməyin,  -  polkovnik  sevincək  onun  sözünü 

kəsdi. - Sizin kapitalınızı sonra birlikdə hesablayarıq. 

Onlar  çaydan  uzaqlaşdılar,  amma təpənin dibinə  çatdıqlan  vaxt 

Qori yenidən ayaq saxladı. 

-

 

Polkovnik,  nə  vaxtsa  ağlınıza  gəlib  ki,  əslində,  mən  çox 



şöhrətpərəst  adamam?  -  soruşdu.  -  Zahiri  görünüşümə  aid  olan  hər 

şeydə sarsaqcasına şöhrətpərəstlik edən bir adam. 

Polkovnik Qorinin artıq sallanmış çirkli kətan kostyumundan və 

sürtülmüş şlyapasından gözünü qəsdən yayındırdı. 

-

 

Mənə  elə  gəlir  ki,  -  o,  bir  qədər  coşqun,  amma  nəzakətlə 



danışmağa çalışdı, - həqiqətən də, bütün mahalda ən dəbli kostyumu 

geyinən,  saçını  hamıdan  gözəl  darayan  və  ən  qəşəng  minik  atının 

belində gəzən iyirmiyaşlı cavanı xatırlayıram. 

418 

downloaded from KitabYurdu.org




SÖZLƏŞMƏ 

-

 



Tamamilə doğrudur, - Qori söylənilənlərin mənasını göydə tutdu, - 

nəzərə çarpmasa da, bunu indiyə qədər qoruyub saxlaya bilmişəm. Eh! Mən 

hindxoruzu  sayaq  lovğa,  Lüsifer  kimi  məğruram.  Bu  zəif  cəhətimə  qarşı 

mərhəmətli olmağınızı xahiş edirəm... Adi bir məsələ ilə bağlı istəyimi rədd 

etməyin. 

-

 



Çəkinmədən deyin, Yansi. İstəyirsiniz sizi Lorelin hersoqu və Göy 

sıra  dağlannın  baronu  elan  edək;  şlyapanızı  bəzəmək  üçün  Stellanın 

tovuzquşusunun quyruğundan lələk də qopara bilərik. 

-

 



Mən ciddi söyləyirəm. Bir neçə dəqiqədən sonra doğulduğum, ata-

babalarımın, demək olar, yüz il yaşadığı evin yanından ötüb-keçəcəyik. İndi 

orada yad adamlar yaşayır və... bir mənə baxın. Onlar məni cındır paltarda, 

səfalətin  pərişan  etdiyi  avara  və  kasıb  adam  kimi  görəcəklər.  Bu,  məni 

utandırır,  polkovnik  Koltren.  Xahiş  edirəm,  icazə  verin,  malikanənin 

yanından  keçib-gedənə  kimi  sizin  sürtük  və  şlyapanızı  geyinim.  Bilirəm, 

bunu  axmaqlıq  və  lovğalıq  hesab  edəcəksiniz,  lakin  mən  doğma  yurdun 

yanından ötərkən səliqəli görünmək istəyirəm. 

“Bu  nə  ola  bilər?”  -  Koltren  qeyri-adi  xahişlə  ona  müraciət  edən  yol 

yoldaşının  qarşısında  soyuqqanlılığını  qorumağa  çalışaraq  öz-özünə  dedi. 

Amma  sürtukun  düymələrini  artıq  açmışdı  və  bütün  bunların  ona  qəribə 

təsir bağışladığını hiss etdirmək istəmirdi. 

Sürtük və şlyapa Qorinin lap əyninə idi. O, özündənrazı və məğrur bir 

görkəmdə  sürtukun  düymələrini  bağladı.  Koltrenlə,  demək  olar,  eyni  boy-

buxunda  idilər  -  hündür  və  düzqamətli.  Aralannda  iyirmi  il  yaş  fərqi 

olmasına  baxmayaraq,  onlan  qardaş  hesab  etmək  olardı.  Qori  yaşından 

böyük  görünürdü;  şişmiş  sifətində  erkən  qırışlar  nəzərə  çarpırdi; 

polkovnikin  üzü  isə  hamar,  təravətli  idi  və  bütün  əlamətləri  ilə  sadə 

həyatdan  xəbər  verirdi.  O,  Qorinin  yaramaz  pencəyini  və  sürtülmüş  enli 

şlyapasını geyinməli oldu. 

-

 

Hə,  -  Qori  Cilovdan  yapışdı.  -  İndi  hər  şey  qaydasındadır.  Xahiş 



edirəm,  polkovnik,  evin  yanından  keçəndə  on  addım  aralı  gəlin  ki,  məni 

yaxşı nəzərdən keçirə bilsinlər. Qoy görsünlər ki, 

419 

downloaded from KitabYurdu.org




O.HENRİ 

hələ  də  sıradan  çıxmamışam.  Bu  dəfə  onlara  yaxşı  təsir  bağış-

layacağıma inanıram. Yaxşı, getdik. 

O, asta yerişlə dağı qalxmağa başladı; polkovnik onun xahişinə 

əməl etdiyi üçün arxada gedirdi. 

Qori  yəhərin  üstündə  şax  oturmuş,  başını  dik  tutmuşdu,  amma 

gözlərinin ucu ilə sağa baxıb qədim malikanənin həyətində olan hər 

kolu,  hər  gizli  guşəni  nəzərdən  keçirirdi;  hətta  bir  dəfə  öz-özünə 

donquldandı da: “Doğrudan, bu dəli çalışır ki... Yoxsa bütün bunlann 

yansını yuxuda görmüşəm?” 

Yalnız kiçik edlə qəbiristanının yanına çatdıqda axtardığını görə 

bildi: bu, sıx sidr meşəliyindən qalxan bəyaz tüstünün bağın küncünə 

doğru xəfif axını idi. O, sol tərəfə elə asta yıxıldı ki, Kolt- ren özünü 

yetirib bir əli ilə tuta bildi. 

Dələ  ovçusu  əbəs  yerə  sərrast  atıcı  olduğunu  demirmiş.  O, 

Qorini görən kimi gülləni istədiyi yerə - polkovnik Ebner Kolt- renin 

uzun  qara  sürtukunun  köksünə  çaxa  bildi.  Atlar  yanaşı  gedir, 

polkovnikin əli Qorini möhkəm tutub saxlayırdı. Yanm mil kənarda, 

ağaclann  arasında  Lorelin  ağ  evləri  işıqlanmağa  başlamışdı.  Qori 

çətinliklə  əlini  irəli  uzatdı  və  atının  yüyənindən  yapışan  Koltrenin 

barmaqları arasında qərar tutana qədər havada gəzdirdi. 

- Əziz dost, - dedi və bu, onun son sözləri oldu. Beləliklə, Yansi 

Qori  köhnə  evinin  yanından  keçərkən  özünü  indiki  vəziyyətdə 

qüvvəsinin imkan verdiyi qədər yaxşı təqdim edə bilmişdi. 



420 

downloaded from KitabYurdu.org




MÜNDƏRİCAT 

Pula görə yazan O.Henri  .................................................... 5 

HEKAYƏLƏR 

Volxvlann hədiyyəsi ............................................................ 10 

İncəsənətə sevgidən ............................................................. 16 

Firon və xoral ...................................................................... 23 

Qızıl və məhəbbət ................................................................ 30 

Yarımçıq hekayə.................................................................. 37 

Biıja dəllalının romanı ......................................................... 44 

Yalançı parıltı ...................................................................... 49 

Yanan çıraq ......................................................................... 56 

Al-qırmızı don ..................................................................... 68 

Ürək və xaç ......................................................................... 74 

Himeneyin sorğu kitabı ........................................................ 87 

Pimiyent kökələri .............................................................. 100 

İlk tələb  ............................................................................ 111 

Şahzadə və Puma ............................................................... 118 

Rançoda sanatoriya ............................................................ 125 

Şaftalılar............................................................................ 142 

Avtomobil gözləyərkən ..................  ................................... 148 

Dairənin kvadratı ............................................................... 154 

Zirzəmi və qızılgül............................................................. 159 

Medoranın oğurlanması ..................................................... 165 



“Alicənab dələduz” silsiləsindən 

1.

 



Cef Piters fərdi maqnit kimi ..................................... 172 

2.

 



Dağılmış trest ......................................................... 180 

3.

 



Müasir kənd əyləncələri .........................................  187 

4.

 



Bütün dünyanı dağıdan əl ........................................ 195 

5.

 



İzdivac dəqiq elmdir ............................................... 202 

downloaded from KitabYurdu.org




6.

 

İncəsənətdə ədalət .................................................... 209 



7.

 

Kim daha bacarıqlıdır? ............................................. 216 



8.

 

Donuz etikası ........................................................... 230 



Son yarpaq ......................................................................... 241 

Mənfur yalançı  .................................................................. 248 

Fərqli məktəblər ................................................................. 261 

Dəfinə ............................................................................... 274 

Hinduların başçısı .............................................................. 286 

Doğma ruhlar ..................................................................... 298 

Cimmi Heyz və Müriel ....................................................... 303 

Markiz ve miss Saili ........................................................... 310 

Köməyə gel, dost!  ............................................................. 322 

Rus xəzi ............................................................................. 334 

Conson susuz dərənin yazm 

əvvəllərində isti günləri ...................................................... 342 

Seçdiyimiz yollar ............................................................... 352 

Həyatın dövr etməsi ........................................................... 357 

Cimmi Valentaynın müraciəti ............................................. 365 

San-Rozariolu dostlar ......................................................... 374 

Üçüncü inqrediyent ............................................................ 391 

Sözləşmə ........................................................................... 405 

downloaded from KitabYurdu.org



O.HENRİ 

SEÇİLMİŞ ƏSƏRLƏRİ 

downloaded from KitabYurdu.org



 

 

O.HENRI 



SEÇİLMİŞ ƏSƏRLƏRİ 

1986-cı ildən since 1986 

I3Q§ 


BAKI

 

2013

 

"Şərq-Qərb" Nəşriyyat Evinin məhsuludur. 

www.eastwest.az

 

www.fb.com/eastwest.az



 

Buraxılışa məsul 



RAFİQ KAZIMOV 

Dizaynerlər 



NƏRGİZ ƏLİYEVA ELŞƏN QURBANOV 

Texniki 


redaktor 

GÜLTƏKİN YUSİFOVA 

Texniki direktor 



ALLAHVERDİ KƏRİMOV 

Nəşriyyat direktoru 



RASİM MÜZƏFFƏRLİ 

Çapa imzalanmışdır: 20.05.2013. Format 60x88 1/16. Ofset 

çapı. 

Fiziki çap vərəqi 26,5. Sifariş 13132. Tiraj 7000 

"Şərq-Qərb" Nəşriyyat Evinin mətbəəsində çap olunmuşdur. 



AZI 123, Bakı, Aşıq Ələsgər küçəsi, 17 

Tel.: (+99412) 374 83 43, Faks: (+99412) 370 18 49 

□□

□ 



□□□ 

Nəşriyyat Evinin bütün kitablarının toplusu: 

http://www.eastwest.az/az/books/ünvanda



 

downloaded from KitabYurdu.org



Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə