İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə2/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   2   3   4   5   6   7   8   9   ...   135

Uilyam  Porterin  “O.Henri”  təxəllüsü  götürməsi  araşdırıcıların  uzun  müddət 

müzakirə  mövzusu  olub.  Yazıçı  özü  1909-cu  ildə  “Nyu-York  Tayms”  qəzetinə 

verdiyi  müsahibəsində  bu  barədə  deyirdi  ki,  dostumdan  təxəllüs  götürməyimə 

yardımçı  olmağını  istədim.  O  təklif  etdi  ki,  qəzet  alaq  və  siyahıdan  ilk  imzam 

götürək. Aldığımız qəzetdə diqqətimi çəkən Henri imzası oldu. “Bəs adı nə edək? 

Mən kiçik, üç hərfdən çox olmayan ad istəyirəm” - dedim. Dostum məsləhət gördü 

ki, bəlkə, bir hərf olsun? Razılaşdım və onun təklifi ilə “O” baş hərfini ad olaraq 

qəbul etdim. 

O.Henri  öz adı ilə  bağlı  qəzetlərdən  birinə  verdiyi  müsahibəsinə də aydınlıq 

gətirib: “Bir dəfə soruşdular ki, “O” admın açımı nədir? Mən də dedim ki, Olivye, 

fransızca  Oliver.  Mənim  bir neçə hekayəm  də  buna  görə Olivye  Henri imzası  ilə 

çap olundu”. 

“Həyat yolu və başqa hekayələr” kitabının ön sözünün müəllifi Uilyam Trover 

isə  yazırdı  ki,  həbsxanada  olarkən  nəzarətçilərdən  Orrin  Henrinin  adını  Porter 

özünə imza kimi götürüb. 

Tanınmış  yazıçı  və  alim  Hay  Devenport  bir  başqa  versiya  irəli  sürür.  Onun 

sözlərinə  görə,  “O”  Porterin  həbsxana  həyatı  yaşadığı  Ohayo  ştatının  birinci 

hərfinin, ikinci və sonuncu iki hərf isə peni- tensiar xidmətin adının əksidir. 

Bütün bu ehtimalların yaranmasının başlıca səbəbkarı isə əlbəttə ki, O.Henri 

özü idi. O, həmişə müsahibələrdən və geniş açıqlamalardan qaçır, keçmişi haqqında 

isə, ümumiyyətlə, danışmaq istəmirdi. 

Yazıçı  hələ  sağ  ikən  “Gi  de  Mopassana  amerikan  cavabı”  adım  almışdı. 

Gözlənilməz sonluq, adi həyat səhnələrinin ifadəsi, kiçik hekayədə xarakter vermək 

qabiliyyəti onu oxucuların sevimlisinə çevirmişdi. O.Henrinin hekayələrinin “ağıllı 

hekayələr” adlanması da təsadüfi deyildi. Onun yaratdığı obrazlar arasında varlılar, 

kov-  boylar,  bankirlər,  siyasətçilər,  həkimlər,  aktyorlar  və  s.  var  idi.  O,  dünya 

ədəbiyyatında müxtəlif sosial təbəqələri təmsil edən şəxslərin xarakterini verməkdə 

mahir qələm sahiblərindən sayılır. 

O.Henri  heyatı  boyu  yalnız  bir  irihəcmli  eser  yazıb:  “Kral  və  kələm”.  Bu 

roman  1904-cü  ildə  çap  olunub.  Ancaq  əlbəttə  ki,  ona  dünya  şöhrəti  qazandıran 

kiçik həcmli hekayələridir. 

Ailə  həyatma  və  yaşam  tərzinə  rəğmən,  onun  istedadı  və  uğuru  müzakirə 

obyekti deyil. Bütün araşdırıcılar O.Henrinin təkcə 

downloaded from KitabYurdu.org




ədəbi uğurunu deyil, həm də hər yazıçının təkbaşma öhdəsindən gələ bilməyəcəyi 

bir işi gördüyünü - “ədəbi tip” yaratdığını qəbul edirlər. 

Həftədə sistemli olaraq, ən azı, bir hekayə yazan yazıçı isə yaradıcılığına “adi 

iş  kimi”  baxdığını  deyirdi:  “Hekayələrim  ev  kirəsini  verməyim,  yeməyim  və 

geyinməyim üçün pul qazanmaq vasitəmdir. Mənim yazmağım üçün başqa heç bir 

səbəb yoxdur”. 

Ölümündən sonra onun yaradıcılığı daha yüksək qiymətləndirilməyə başlandı 

və 1918-ci ildə “O.Henri mükafatı” təsis olundu. Hər il yaradıcı adamlara təqdim 

edilən bu mükafat mötəbərliyinə görə xüsusi seçilir. 

1920-ci  ildən  sonra  isə  onun  yaradıcılığı  iş  adamlarının  diqqətini  çəkdi, 

əsərlərinin  sistemli  olaraq  dərci  və  satışı  təşkil  edildi,  kollec  və  universitetlərdə 

O.Henri irsinin tədrisinə qərar verildi. 

O.Henrinin  ölümünün  100  illiyində  doğulduğu  Şimali  Karolina  ştatının 

Qrinsburq şəhərində, gəncliyini yaşadığı Texasda ev muzeyləri açılıb, ömrünü başa 

vurduğu Nyu-Yorkdakı mənzilində hər il bu yazıçının əsərlərinin toplusu hazırlanır. 

Elnarə Tofiqqızı 

downloaded from KitabYurdu.org




HEKAYƏLƏR 

downloaded from KitabYurdu.org




O.HENRİ 

VOLXVLARIN HƏDİYYƏSİ 

Bir  dollar  səksən  yeddi  sent...  Olanı  bu  idi.  Altmış  senti  xırda 

pullardan ibarət idi. Bu birsentliklərlə baqqal, göyərtisatan, qəssabla 

alver etdikdə, qənaətcili İyinin səssiz narazılığa səbəb olduğunu hiss 

edərək  qulaqlanna  qədər  qızanrdı.  Della  pulları  üç  dəfə  saydı:  bir 

dollar səksən yeddi sent. Sabah isə milad bayramı idi. 

Köhnə taxta uzanıb hönkürtü ilə ağlamaqdan başqa çarə yox idi. 

Della da belə etdi. Görəsən, bu fəlsəfi fikir haradan meydana çıxıb ki, 

guya,  həyat  göz  yaşlarından,  ahlardan  və  təbəssümlərdən  ibarətdir, 

özü də, guya, ahlar daha çoxdur?.. 

Gəlin  ev  sahibinin  başının  qanşmasından  istifadə  edib  evi 

nəzərdən  keçirək:  mebellə  təchiz  edilmiş,  həftəsi  səkkiz  dollara 

balaca  bir  mənzil...  Məsələ  təkcə  buradakı  mənzərənin  kasıblıqdan 

xəbər  verməsində  deyil.  Daha  çox  sükut  içində  bədbəxtliyin  hökm 

sürməsi  diqqəti  çəkirdi.  Aşağıda,  giriş  qapısının  üstündəki  məktub 

qutusuna  bu  vaxta  kimi  bir  dənə  də  olsun  məktub  salınmamış, 

elektrik  zənginin  düyməsinə  bir  insan  övladı  belə  toxunmamışdı. 

Oraya  üstündə  belə  bir  yazı  olan  kağız  vurulmuşdu:  ‘VW-r 



Ceyms 

DiIIinqhem  Yunq”.  “Dillinqhem” 

sahib  həftədə  otuz  dollar  aldığı  firavan 

dövrlərdə  onun  adı  bir-  birindən  aralı  hərflərlə  yazılır,  xeyli  yer 

tuturdu.  İndi  gəliri  iyirmi  dollara  düşdüyü  üçün  “Dillinqhem” 

sözündəki hərflər sönük təsir bağışlayırdı. Sanki, dddi  şəkildə qərara 

alınmışdı  ki,  “D”-  nin  qısaldılıb  iddiasız  şəklə  salınması  daha 

münasibdir. Mister Ceyms Dillinqhem Yunq evə gəldiyi zaman onu, 

həmişə  olduğu  kimi,  “Qml”  sədası  və  artıq  sizə  Della  kimi  təqdim 

olunan  missis  Ceyms  Dillinqhem  Yunqun  mehriban  qucağı 

qarşılayırdı. Belə bir qarşılanma, doğrudan da, çox gözəldir. 

Della ağlamağı kəsdi və yanaqlannı pudraladı. İndi o, pəncərənin 

qarşısında dayanıb, boz həyəti əhatə edən boz divann üstündə gəzişən 

boz pişiyi məyus-məyus seyr edirdi. Sabah 

10 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə