İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə6/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   2   3   4   5   6   7   8   9   ...   135

O.HENRİ 

ona bir neçə dəfə təkrar etmək lazım gəlir. Onun ağ geyimi də artıq 

adamı  qüssələndirir.  Amma  general  Pinkni  çox  qəribə  qocadır! 

Təəssüf  ki,  sən  onunla  tanış  deyilsən,  Co.  O,  dərs  vaxtı  hərdənbir 

yanımıza gəlir  - axı o, tənha və dul kişidir  - dayanıb keçi saqqalına 

oxşar  çallanmış  saqqalını  dartışdınr.  “Hə,  onal-  tıncılann  və 

otuzikincilərin vəziyyəti necədir? - həmişə də belə soruşur, - dil tapa 

bilirsiniz?” 

Ah,  Co,  sən  onlann  qonaq  otağındakı  panelləri

1

  görəsən!  Yun 



parçadan  necə  də  yumşaq  portyerlər

2

  varmış!  Klementina  yüngülcə 



öskürür. Ümid edirəm ki, o, göründüyündən daha sağlamdır. Bilirsən, 

mən,  həqiqətən,  ona  çox  bağlanmışam  -  o  qədər  mehriban,  o  qədər 

mülayim  qızdır  ki...  özü  də  yaxşı  tərbiyə  alıb.  General  Pinkninin 

qardaşı bir vaxtlar Boliviyada diplomatik nümayəndə olub. 

Elə  bu  zaman  Co  qraf  Monte  Kristo  kimi  əvvəlcə  cibindən  on 

dollar,  sonra  beş,  sonra  iki,  sonra  da  bir  dollar  çıxanb  -  dörd  əsl 

banknot - arvadının əməkhaqqısı ilə yanaşı qoydu. 

-

 



Obeliskli

3

  akvareli  Peoriyadan  olan  birinə  satdım  -  o,  son 



dərəcə heyrətləndirld bir xəbər gətirmişdi. 

-

 



Zarafat edirsən, - Diliya dedi. - Peoriyadan ola bilməz! 

-

 



Hə  də,  təsəvvür  elə!  Təəssüf  ki,  sən  onu  görmədin,  Diliya. 

Kök,  yun  şərf  bağlayıb  və  əlində  də  çöpü.  Tinklinin  vitrinindəki 

etüdüm  diqqətini  cəlb  edib  və  əvvəlcə  elə  bilib  ki,  bu,  yeldəyir-

manının  təsviridir.  Amma  o,  yaxşı  adamdır,  dəyirmanın  yerinə 

obeliski aldı və hətta yağlı boya ilə bir rəsm də sifariş verdi: Lekuon 

yük  stansiyasının  mənzərəsi.  Onu  özü  ilə  aparacaq.  Oh,  bircə  bu 

musiqi dərsləri çatmırdı! Yaxşı, yaxşı, əlbəttə, onlar da İncəsənətdən 

ayn deyil. 

-

 

Mən  çox  şadam  ki,  sən  öz  işinlə  məşğul  olursan,  -  Diliya 



həyəcanla söylədi.  - Səni uğur gözləyir, əzizim. Otuz üç dollar! Biz 

heç vaxt belə zəngin yaşamamışıq. Bu gün şam yeməyinə istirdiyyə

4

 

olacaq. 



1

 Panel - divarın aşağı hissesindoki haşiyə 

2

  Portyer - qapı ve pəncərə pərdəsi 

3

  Obelisk-satan şəklində daş abidə 

4

  İstirdiye - deniz ilbizi 



20 

downloaded from KitabYurdu.org




İNC6S6N6T6 SEVGİDƏN 

-

 



Bir  də  şampinyonla  can  əti,  -  Co  əlavə  etdi.  -  Bilmirsən  zeytun 

üçün çəngəl haradadır? 

Növbəti  şənbə  evə  birinci  Co  qayıtdı.  O,  qonaq  otağındakı  masanın 

üstünə on səkkiz dolları qoyduqdan sonra əlindəki qara boyaya oxşar ləkəni 

tələsik yudu. 

Yanm  saatdan  sonra  Diliya  da  gəldi.  Bintlə  möhkəm  sarınmış  sağ  əli 

formasız bağlamaya oxşayırdı. 

-

 



Nə olub, Diliya? - Co arvadını öpərək soruşdu. Diliya gülsə də, bir 

o qədər də şən görünmürdü. 

-

 

Klementina  dərsdən  sonra  məni  valli  üsulu  ilə  qızardılmış  çörəyə 



qonaq  etmək  istəyirdi,  -  o  dedi.  -  Ümumiyyətlə,  bu  qızda  qəribəliklər 

çoxdur. Axşam saat beşdə valli üsulu ilə qızardılmış çörək! 

General  evdə  idi;  gərək  sən  görəydin  o,  tavanın  dalınca  necə  cumdu, 

elə bil, qulluqçulan yoxdur. Klementinanın səhhətində nəsə bir problem var 

-  o,  çox  əsəbidir.  Əridilmiş  pendirin  üstünə  qızardılmış  çörək  tökəndə  yağı 

əlimə sıçratdı. Elə ağrıtdı ki, dəhşət! Zavallı özünü itirib göz yaşı tökməyə 

başladı...  general  Pinkni  isə...  bilirsən,  qocanın  az  qaldı  ki,  ağlı  başından 

çıxsın.  Özü  aşağıya,  zirzəmiyə  yüyürdü  və  kimisə  -  deyəsən,  ocaqçını  - 

aptekə maz və bint dalınca göndərdi. İndi elə də ağnmır. 

-

 



Bəs  bu  nədir?  -  Co  nəvazişlə  onun  bint  sannmış  əlini  qal-  dınb, 

bintin altından görünən əsgi parçasını ehtiyatla dartışdırdı. 

-

 

Bu, yumşaq bir şeydir, üstündən maz çəkirlər, - Diliya dedi. - İlahi, 



Co,  doğrudanmı,  bir  dənə  də  etüd  satmısan?  -  O  yalnız  indi  masanın 

üstündəki pulları gördü. 

-

 

Doğrudanmı,  etüd  satmışam?!  Bu  barədə  peoriyalı  dostumuzdan 



soruş.  O,  bu  gün  öz  yük  stansiyasını  götürdü,  deyəsən,  parkdakı  bir 

mənzərəni  və  Hudzonun  görünüşünü  sifariş  vermək  istəyir.  Bu  müsibət 

başına saat neçədə gəldi, Dili? 

-

 



Deyəsən, saat beşdə, - Diliya kədərli səslə dilləndi.  - Ütünü... yox 

e,  pendiri,  təxminən,  həmin  vaxtda  pilətənin  üstündən  götürdülər.  Sən  bir 

general Pinknini görəydin, Co, o... 

-

 



Yaxına  gəl,  Dili,  -  Co  dedi.  O,  taxtın  üstünə  oturdu  və  arvadını 

özünə sarı çəkərək qucaqladı. 

21 

downloaded from KitabYurdu.org




O.HENRİ 

-

 



Bu iki həftəni sən nə işlə məşğul olmusan? - o soruşdu. 

Diliya sevgi və inadkarlıq ifadə edən baxışlarla cəsarətlə 

ərinin  gözlərinin  içinə  baxdı  və  general  Pinkni  barədə  nəsə 

mızıldadı... sonra başını aşağı saldı və sel kimi axan göz yaşla- nndan 

əsl həqiqət süzülməyə başladı. 

-

 



Mən  dərs  tapa  bilmədim,  -  Diliya  etiraf  etdi.  -  Sənin  də 

rəssamlıqdan  uzaqlaşmağına  razı  ola  bilməzdim.  Ona  görə  də 

camaşırxanaya  -  iyirmi  dördüncü  küçədə  yerləşdiyini  bilirsən  - 

köynək  ütüləmək  üçün  işə  düzəldim.  Doğrudan  da,  bütün  bun-  ları 

əla fikirləşmişdim  - Pinkni və Klementina barəsində  - necə bilirsən, 

Co?  Bu  gün  camaşııxanada  bir  qız  ütü  ilə  əlimi  yandırandan  sonra 

evə  gələrkən  yol  boyu  qızardılmış  çörək  barədə  bu  hadisəni 

uydurdum.  İncimirsən  ki,  Co?  Axı  mən  işə  düzəlməsəydim,  bəlkə, 

sən də öz etüdlərini peoriyaiı cənaba sata bilməzdin. 

-

 



O,  əslində,  Peoriyadan  deyil,  -  o,  bu  sözləri  qısa  fasilələrlə 

söylədi. 

-

 

Onun haradan olması vadb deyil. Amma əhsən sənə, Co! De 



görüm,  zəhmət  olmasa...  yox,  əvvəlcə  məni  öp...  lütfon,  de  görüm, 

sən nədən başa düşdün ki, mən dərs demirəm? 

-

 

Mən  bilmirdim...  son  dəqiqələrə  qədər,  -  Co  dedi.  -  Elə  indi 



də  bilməyəcəkdim,  amma  bu  gün  qazanxanadan  yuxan  - 

camaşırxanaya əlini ütü ilə yandınmış hansısa qız üçün liqnin və maz 

göndərəsi  oldum.  Artıq  mən  iki  həftə  olar  ki,  o  camaşırxa-  nanın 

qazanxanasında işləyirəm. 

-

 

Deməli, sən... 



-

 

Mənim Peoriyaiı alıcım eynən sənin Pinknin kimidir - sadəcə, 



sənət əsəridir, yeri gəlmişkən, nə rəssamlıqla, nə də musiqi ilə heç bir 

əlaqəsi yoxdur. 

Hər ikisi güldü və Co danışmağa başladı: 

-

 



Əgər İncəsənəti sevirsənsə, heç bir... 

Amma  Dili  əli  ilə  ərinin  ağzını  tutdu,  sözünü  tamamlamağa 

imkan vermədi. 

-

 



Yox, - o dedi, - sadəcə, əgər sevirsənsə... 

22 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə