İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə7/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   2   3   4   5   6   7   8   9   10   ...   135

FİRON VƏ XORAL

1

 

Medison bağında Sopi öz skamyasında oturub qurdalanırdı. 

Əgər  vəhşi  qazlar  gecələr  səmanın  yüksəkliklərinə  qalxırlarsa, 

pişik  xəzindən  mantusu  olmayan  qadınlar  ərlərinə  qarşı  daha 

nəvazişli  olurlarsa,  Sopi  isə  parkda  öz  skamyasında  qurda-

lanmağa  başlayırsa,  bu  o  deməkdir  ki,  artıq  qış  burnumuzun 

ucundadır. 

Sopinin dizinin üstünə san yarpaq düşdü. Bu, Şaxta babanın 

vizit  kartı idi; bu qoca Medison bağının daimi sakinlərinə qarşı 

xeyirxah idi və onları yaxın vaxtlarda öz gələcəyindən vicdanla 

xəbərdar  edirdi.  Dördyol  ayrıcında  o,  kartını  şimal  küləyinə, 

“Açıq səma altında” mehmanxanasının qapıçısına təqdim edirdi 

ki, kirayənişinlər hazırlaşa bilsinlər. 

Sopi başa düşürdü ki, yaxınlaşan soyuqdan qorunmaq üçün 

vəsait  və  yollar  axtarmaq  məqsədi  ilə  şəxsi  komitə  yaratmağın 

vaxtı çatıb. Elə ona görə də skamyasında oturub qurdalanırdı. 

Sopinin  qış  planlan  məxsusi  şöhrətpərəstlikdən  xəbər  ver-

mirdi. O, nə cənub səması, nə də Neapolitan körfəzində dayan-

maqla  Aralıq dənizi boyunca yaxta səyahəti arzulayırdı. Adada 

üç  aylıq  həbs  -  onun  qəlbi  bu  həsrətlə  alışıb-yanırdı.  Üç  ay 

etibarlı sığınacaq və yemək təminatı, Borey və fironlann təcavü-

zündən  uzaq  gözəl  kompaniya,  həqiqətən,  Sopinin  ən  böyük 

arzusu idi. 

Artıq bir neçə il idi ki, Adadakı qonaqpərvər həbsxana onun 

üçün  qış  mənzilini  əvəz  edirdi.  Necə  ki  şəhərin  xoşbəxt  vətən-

daşları  Floridaya  və  yaxud  Riverə  bilet  alırdılar,  Sopi  də  eləcə 

Adanı ziyarət etmək üçün bir dəfə o qədər çətin olmayan hazır-

lıq işləri görürdü. Artıq həmin vaxt yetişmişdi. 

Keçən  gecə  bazar  günü  çıxan  üç  qəzetin  birini  pencəyinin 

altında sərdi, biri ilə ayaqlarını bürüdü, üçüncüsünü dizlərinə 

1

 



Xoral - katoliklərdə və protestantlarda xor şəklində oxunan dua 

23 


downloaded from KitabYurdu.org


O.HENRİ 

bağladı  -  ancaq  soyuqdan  qoruna  bilmədi:  o,  fəvvarənin  yanındakı 

skamyasının üstündə çox narahat bir gecə keçirdi. Ona görə də Ada 

onun  gözünə  arzulanan  və  vaxtı  çatmış  sığınacaq  kimi  görünürdü. 

Sopi  şəhərdə  hökm  sürən  səfalətlə  bağlı  mərhəmət  adına  göstərilən 

qayğılara nifrət edirdi. Onun fikrincə, qanun filantropiyadan bir qədər 

mərhəmətlidir.  Şəhərdə  saysız-hesabsız  ictimai  və  xüsusi 

xeyriyyəçilik  müəssisələri  var  idi  ki,  kiçidk  bir  xahişlə  onlardan 

daldalanacaq  və  ərzaq  ala  bilərdi.  Amma  Sopinin  qürurlu  ruhuna 

xeyriyyəçilikdən  əldə  olunan  bəxşişlər  ağır  gəlirdi.  Filantroplann 

əlindən  qəbul  etdiyin  hər  cür  yaxşılığa  görə  pul  ödəməsən  də, 

alçalmaqla mütləq əvəzini qaytarmalısan. Sezann Brutu olduğu kimi, 

burada da hər  mərhəmət  çarpayısı  məcburi  vanna  ilə, hər  bir  loğma 

çörək  isə  ruhuna  icazəsiz  soxulanlar  ilə  müşayiət  olunurdu.  Belə 

olduğu  halda  həbsxananın  kirayənişini  olmaq  daha  yaxşı  deyilmi? 

Orada,  əlbəttə,  hər  şey  qəbul  olunmuş  ciddi  qaydalara  əsaslanır, 

amma heç kim centlmenin şəxsi işlərinə bumunu soxmur. 

Beləliklə,  qış  mövsümünü  Adada  keçirmək  qəranna  gələn  Sopi 

planını  təcili  olaraq  həyata  keçirmək  məqsədi  ilə  işə  başladı. 

Həbsxanaya getməyin çoxlu asan yolları var idi. Ən münasib yol  isə 

restorandan  keçirdi.  Yaxşı  restoranlann  birində  gözəl  nahar  sifariş 

verirsən,  doyunca  yeyirsən,  sonra  isə  borcunu  ödəyə  bilmədiyini 

bəyan  edirsən.  Heç  bir  dava-dalaşa  yol  vermədən  səni  polisə  təhvil 

verirlər. Üzüyola hakim xeyirxah işi sona çatdınr. 

Sopi  qalxdı,  parkdan  çıxaraq  Brodveylə  Beşinci  küçəni 

qovuşduran  asfaltlanmış  dənizlə  addımlamağa  başladı.  Gur  işıqlan 

olan  kafenin  yanında  dayandı.  Üzüm  meyvəsinin,  ipəkqurdunun  və 

protoplazmanın  verə  biləcəyi  yaxşı  nə  varsa,  axşamlar  burada 

cəmləşir. 

Sopi  jiletinin  aşağı  düyməsindən  tutmuş  yuxarıya  qədər  özünə 

arxayın idi. Üzünü təmiz qırxmış, münasib pencək geyinmişdi, qara 

rəngli gözəl qalstuku isə ona Şükranlıq günündə

1

 

1



 Şükranlıq günü - rəsmi amerikan bayramı; Yeni Dünyada ilk məhsul yığımı şərəfinə (noyabrın 

axırıncı cümə axşamı) Yeni İngiltərənin kolonistləri tərəfindən təsis edilmişdir. 

24 

downloaded from KitabYurdu.org




FİRON VƏ XORAL 

bir  missioner  qadın  bağışlamışdı.  Əgər  diqqət  çəkmədən  özünü  masaya 

yetirə  bilsə,  deməli,  müvəffəqiyyət  təmin  olunmuşdur.  Bədəninin  masadan 

yuxarı  görünən  hissəsi  ofisiantda  heç  bir  şübhə  doğurmayacaq.  Sopi 

düşündü  ki,  əvvəlcə  qızardılmış  ördək  əti  və  bir  şüşə  şabli  sifariş  versin. 

Sonra  isə  pendir,  bir  fincan  qara  qəhvə  və  siqar.  Birdollarlıq  siqar  yerinə 

düşər.  Hesab  yüksək  olmaz  və  kafe  rəhbərliyi  qisas  məqsədi  ilə  sərt 

tədbirlərə əl atmaz. O isə bu cür nahardan sonra ləzzətlə öz qış sığınacağına 

səyahətə başlaya bilər. 

Lakin  Sopi  restoranın  kandarına  ayaq  basan  kimi  baş  ofisiantın  iti 

gözləri  dərhal  onun  sürtülmüş  şalvarını  və  əyilmiş  çəkmələrini  gördü. 

Qüvvətli, çevik əllər cəld onu çevirdi və sakitcə küçəyə ötürdü. Bununla da 

ördəyin canını onun üçün hazırlanmış kədərli taledən qurtardı. 

Sopi  Brodveydən  geri  qayıtdı.  Belə  görünürdü  ki,  onun  Adaya  gedən 

yolu  qızılgüllərlə  bəzədilməyəcək.  Nə  etməli?  Cənnətə  daxil  olmaq  üçün 

başqa üsullar axtarmaq lazımdır. 

Altına küçənin axırında mallarla gözəl bəzənmiş vitrinlərin gur işıqlan 

yoldan  ötənlərin  nəzərini  cəlb  edirdi.  Sopi  yerdən  bir  daş  götürüb  şüşəyə 

tulladı.  Tindən  çıxan  adamlar  ora-bura  qaçışdılar.  İrəlidə  isə  polis 

yüyürürdü. 

Sopi əllərini cibinə salıb dayandı və panltılı mis düymələrin qarşısında 

gülümsəməyə başladı. 

-

 

Bunu kim edib? - polis tələsik xəbər aldı. 



-

 

Sizə  elə  gəlmir  ki,  bu  işdə  mənim  barmağım  var?  -  Sopi  xəfif 



istehzayla,  lakin  öz  böyük  uğuruna  sevinən  adam  təki  mehribancasına 

soruşdu. 

Polis  Sopini  heç  fərziyyə  kimi  də  qəbul  etmək  istəmədi.  Mağazaların 

vitrinlərini  daşla  qıran  adamlar  qanun  keşikçiləri  ilə  danışığa  girmirlər. 

Onlar  o  dəqiqə  dabanlanna  tüpürüb  qaçırlar.  Polis  məhəllənin  axırında 

tramvaya  çatmaq  üçün  qaçan  adamı  gördü  və  dəyənəyini  qaldırıb  onun 

arxasınca  yüyürdü.  Sopi  qəlbində  ikrah  hissi  ilə  yoluna  davam  etdi.  İkinci 

uğursuzluq... 

Küçənin qarşı tərəfində xüsusi tələbləri olmayan bir restoran yerləşirdi. 

O, böyük iştahası və az pulu olanlar üçün nəzərdə tutulmuşdu. Qab-qacağı 

və havası ağır, süfrəsi və şorbalan dadsız 

25 


downloaded from KitabYurdu.org


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə