İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə9/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   5   6   7   8   9   10   11   12   ...   135

FİRON VƏ XORAL 

nin  birinin  bənövşəyi  şüşəsindən  xəfif  işıq  nəzərə  çarpırdı.  Görünür, 

orqançalan bazar günü xoralını ifa etmək üçün öz alətinin yanında qalmışdı. 

Çünki  Sopinin  qulaqlanna  musiqinin  həzin  sədalan  dəyirdi  və  o,  çuqun 

barmaqlıqlara sıxılaraq duruxub qaldı. 

Ay sakitcə doğub gecəni işıqlandırdı; faytonlara və yoldan ötənlərə az-

az  rast  gəlmək  olurdu;  kamizlərin  altında  sərçələr  yuxulu-yuxulu 

dkkildəyirdilər  -  düşünmək  olardı  ki,  adam  kənd  qəbiristanlığındadır.  Və 

orqançalanın ifa etdiyi xoral Sopini çuqun barmaqlığa bənd etdi, çünki o, bu 

musiqini  əvvəllər  çox  eşitmişdi  -  o  vaxtlar  onun  həyatında  anası  var  idi,  o 

vaxtlar  onun  həyatında  qızılgüllər,  cəsarətli  məqsədlər,  dostlar,  təmiz 

fikirlər və təmiz yaxalıqlar var idi. 

Qədim  kilsənin  pəncərələrindən  süzülən  musiqinin  təsiri  altında 

Sopinin  qəlbində  qəfil  və  qəribə  dəyişikliklər  baş  verdi.  O,  yuvarlandığı 

bədbəxtliyi,  məhv  olmuş  ümidləri,  mövcud  həyatını  doğuran  dəyişməz 

səbəbləri dəhşətlə xatırladı. 

Ürəyi  yeni  əhvalına  uyğun  ahənglə  döyünməyə  başladı.  O,  qəfil 

özündə  qara  taleyi  ilə  mübarizə  aparmaq  qüvvəsi  hiss  etdi.  O,  çirkabdan 

qurtulacaq,  o,  yenidən  adam  olacaq,  onu  öz  əsirinə  çevirən  yamanlıqlara 

qalib  gələcək.  Hələ  vaxt  var,  o  cavandır.  O,  əvvəlki  saf  arzularını  bərpa 

edib,  onları  həyata  keçirmək  naminə  bütün  qüvvəsini  səfərbər  edəcək. 

Orqanın təntənəli, buna rəğmən şirin musiqisi onda dönüş yaratmışdı. Sabah 

səhər o, şəhərin işgüzar hissəsinə gedəcək, özünə iş tapacaq. Bir xəz ustası 

ona  yükdaşıyan  yeri  təklif  etmişdi.  Elə  günü  sabah  onu  axtanb  tapacaq  və 

bu işə götürülməsini ondan xahiş edəcək. O, adam olmaq istəyir. O... 

Sopi  kiminsə  əlini  çiynində  hiss  etdi.  Tələsik  nəzər  saldığı  zaman 

qarşısında polisin enli sifətini gördü. 

-

 



Burada nə edirsiniz? - polis soruşdu. 

-

 



Heç nə, - Sopi cavab verdi. 

-

 



Onda gedək, - polis dedi. 

-

 



Üç aylığa Adaya, - ertəsi gün səhər hakim belə bir qərar çıxardı. 

29 


downloaded from KitabYurdu.org


O.HENRİ 

QIZIL VƏ MƏHƏBBƏT 

Keçmiş fabrik sahibi və “Evrika” sabununun patentçisi olan qoca 

Entoni  Rokvoll  Beşind  küçədə  yerləşən  evinin  kitabxanasının 

pəncərəsindən  boylanıb  gülümsədi.  Sağ  tərəfdə  yaşayan  qonşusu  - 

aristokrat  və  klubmen  C.  van  Şuylayt  Saffolk-Cons  fasadı  italyan 

İntibahı  üslubunda  heykəltəraşlıq  əsərləri  ilə  bəzədilmiş  sabun 

sarayına nifrətlə baxıb onu gözləyən maşına əyləşdi. 

-

 



Müflis  olmuş  qoca  müqəvvanın  lovğalığına  bax!  -  keçmiş 

sabun  kralı  düşündü,  -  sağlamlığının  qeydinə  qal  da,  dondurulmuş 

Nesselrode,  yoxsa  tezliklə  yerin  Edem  muzeyi  olacaq.  Gələn  yay 

bütün  fasadı  qırmızı,  ağ  və  göy  zolaqlarla  bəzəyəcəyəm  -  onda 

görərik holland bumunu necə sallayacaq. 

Elə bu vaxt bütün ömrü boyu qapı zənglərindən xoşu gəlməyən 

Entoni  Rokvoll  kitabxananın  qapısına  yaxınlaşıb  elə  bir  səslə 

“Mayk!”  deyə  bağırdı  ki,  bir  vaxtlar  o  səs  Kanzas  çöllərində 

eşidiləndə  az  qalırdı  göy  üzü  yerindən  oynayıb  Kanzas  düzünün 

üstünə düşsün. 

-

 

Oğluma deyin ki, evdən çıxmamışdan əvvəl yanıma gəlsin,  - 



gələn xidmətçiyə əmr etdi. 

Gənc Rokvoll kitabxanaya gəldiyi vaxt qoca qəzeti kənara qoyub 

tamamilə  qınşsız  çəhrayı  sifətinə  səmimi  bir  ciddiyyət  verərək  ona 

baxdı; bu vaxt o, bir əli ilə çallaşmış saçlarını qarışdırır, bir əllyləsə 

cibindəki araqlan cingildədirdi. 

-

 



Riçard,  yuyunduğun  sabuna  görə  nə  qədər  pul  ödəyirsən?  - 

Entoni Rokvoll soruşdu. 

Cəmi  altı  ay  əvvəl  kollecdən  evə  qayıtmış  Riçard  azca 

təəccübləndi.  O,  ilk dəfə  bala  gedən qızlar  kimi hər  an  gözlənilməz 

ifadələr işlədən atasına hələ tam alışa bilməmişdi. 

-

 



Deyəsən, hər düjününə altı dollar, ata. 

-

 



Bəs kostyuma? 

-

 



Adətən, altmış dollar. 

30 

downloaded from KitabYurdu.org




QIZIL VƏ MƏHƏBBƏT 

-

 



Sən centlmensən, - Entoni qətiyyətlə söylədi. - Mənə deyirdilər ki, 

guya, gənc aristokratlar sabuna görə iyirmi dörd, kostyuma isə yüz artıq pul 

xərcləyirlər. Sənin pulun onlannkın- dan az deyil, amma sən özünü iddiasız 

və  təvazökar  aparırsan.  Mən  özüm  köhnə  “Evrika”dan  istifadə  edirəm  - 

təkcə  vərdiş  etdiyimə  görə  yox,  həm  də  ona  görə  ki,  o,  digərlərindən  daha 

yaxşıdır.  Əgər  bir  parça  sabuna  on  sentdən  artıq  ödəyirsənsə,  deməli,  pis 

ətirə və bükülməsinə görə səndən əlavə pul qoparırlar. Amma sənin yaşında, 

sənin  mövqeyində  və  vəziyyətində  olan  cavanlar  üçün  əlli  sent  tamamilə 

münasib məbləğdir. Təkrar edirəm: sən centlmensən. Eşitdiyimə görə, guya, 

centlmenlərin  yetişməsi  üçün  üç  nəsil  dəyişməlidir.  Əvvəllər  belə  idi. 

Amma  indi  pulun  hesabına  bu  daha  asan  və  tez  başa  gəlir.  Pul  səni 

centlmenə çevirib. Elə  mən özüm  də, demək olar, centlmenəm, Allaha and 

olsun! Heç nəyim qonşulardan əskik deyil - aralarında torpaq aldığıma görə 

gecələr də gözünə yuxu getməyən sağdakı və soldakı lovğa hollandlar kimi 

nəzakətli, xoşagələn və mehribanam. 

-

 



Elə  şeylər  var  ki,  pulla  almaq  mümkün  deyil,  -  gənc  Rok-  voll 

qaşqabağını sallayıb dedi. 

-

 

Yox,  heç  də  belə  danışma,  -  incimiş  Entoni  etiraz  etdi.  -  Mən 



həmişə  pulun  tərəfdanyam.  Bütün  ensiklopediyanı  başdan-ayağa 

oxumuşam: pul ilə alınması  mümkün  olmayan şeyi çox axtardım; görünür, 

gələn  həftə  əlavə  cildlərə  də  baxmaq  lazım  gələcək.  Mən  bütün  başqa 

şeylərin əksinə olaraq pulun tərəfindəyəm. Yaxşı, özün de görüm, nəyi pulla 

almaq olmaz? 

-

 



Hər şeydən öncə, o, adamı yüksək cəmiyyətə çıxara bilməz, - qəlbi 

qınlmış Riçard dedi. 

-

 

Oho!  Doğrudan,  çıxara  bilməz?  -  şər  tərəfdan  gurultulu  səslə 



soruşdu. - Yaxşısı budur, de görüm, əgər Astorlann birincisi üçüncüdərəcəli 

vaqonda getmək üçün yolpulu tapa bilməsəydi, sənin o yüksək cəmiyyətinin 

vəziyyəti necə olardı? 

Riçard ah çəkdi. 

-

 

Bunlan söyləməkdə məqsədim var, - qoca artıq bir qədər mülayim 



səslə davam etdi. - Elə buna görə də səni yanıma çağırmışam. Nəsə əhvalın 

xoşuma gəlmir, oğlum. Artıq iki 

31 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə