İlham əLİyevin dünya ədəbiyyatının görkəmli



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə31/135
tarix28.06.2018
ölçüsü2,87 Mb.
#52256
1   ...   27   28   29   30   31   32   33   34   ...   135

O.HENRİ 

Killinqvortda yerləşir. Uzunluğu dörd fut, eni üç fut, hündürlüyü iki 

fut  səkkiz  düym  olan  yeşik  bir  ton  kömür  tutur.  Arteriyanı  kəs- 

misinizsə,  onu  yaranın  yuxan  hissəsindən  möhkəm  sıxıb  bağla-

yırsınız. İnsan ayağında otuz sümük var. London Taueri min səkkiz 

yüz qırx birinci ildə yanıb. 

-

 

Davam edin, mister Pratt, davam edin, - missis Sempson dedi



-  sizin  ideyalannız  çox  orijinaldır,  adama  rahatlıq  gətirir.  Məncə, 

dünyada statistikadan gözəl heç nə ola bilməz. 

Lakin Herkimeri iki həftə sonra tam dəyərləndirəsi oldum. 

Bir gecə qışqınq səsinə yuxudan oyandım: “Yanğın!” Yerimdən 

sıçrayıb  geyindim  və  maraq  üçün  hoteldən  çıxdım.  Missis 

Sempsonun  evinin  yandığını  görəndə  qulaqbatıncı  fəryad  qopara-

qopara iki dəqiqədən sonra özümü hadisə yerinə çatdırdım. 

Aşağı  mərtəbəni  bütövlükdə  alov  bürümüşdü.  Rozanın  bütün 

əhalisi və itləri hadisə yerinə toplaşmışdı: çığıran çığınr, hürən hürür 

və  yanğınsöndürənlərə  mane  olurdu.  Aydahonu  altı  yanğınsöndürən 

tutub  saxlasa  da,  dartınıb  onlann  əlindən  çıxmağa  çalışırdı. 

Dediklərinə görə, bütün aşağı mərtəbə yanıb külə dönüb, kim getsə, 

salamat dönə bilməyəcək. 

-

 



Missis Sempson haradadır? - soruşdum. 

-

 



Onu  heç  kəs  görməyib,  -  yanğınsöndürənlərdən  biri  cavab 

verdi.  -  Yuxanda  yatır.  Ora  keçməyə  çalışsaq  da,  bacarmadıq, 

komandamızın nərdivanlannı da hələ gətirib çıxarmayıblar. 

Alovun  işıqlandırdığı  yerə  qaçıb  döş  cibimdən  sorğu  kitabını 

çıxardım.  Kitabı  əlimdə  hiss  etdiyim  an  özümdən  asılı  olmadan 

güldüm - mənə elə gəldi ki, həyəcandan bir az sərsəmləyirəm. 

-

 

Xerki,  dostum,  -  səhifələri  çevirərək  dedim,  -  sən  mənə  heç 



vaxt  yalan  deməmisən,  heç  vaxt  məni  pis  vəziyyətdə  qoymamısan. 

Kömək et, dostum, kömək et! 

117-ci  səhifədə  dayandım:  “Bədbəxt  hadisə  zamanı  nə  etmək 

lazımdır”,  -  barmağımla  vərəqin  aşağı  hissəsinə  doğru  hərəkət  edib 

lazım olan nöqtəyə çatdım. Əhsən, Herkimer, o heç nəyi unutmayıb! 

117-cl səhifədə yazılmışdı: 



96 

downloaded from KitabYurdu.org




HİMENEYİN SORĞU KİTABI 

“Tüstü  və  yaxud  qazdan  boğulma  zamanı  ən  yaxşı  çarə  kətan 

toxumudur. Gözün kənarlanna bir neçə toxum qoymaq lazımdır”. 

Kitabı  təzədən  cibimə  qoyub  yanımdan  qaça-qaça  keçən  bir  oğlanı 

saxladım. 

-

 



Al,  -  ona  pul  verib  dedim,  -  aptekə  yüyür  və  bir  dollarlıq  kətan 

toxumu  alıb  tez  bura  gətir.  Cəld,  işinə  görə  bir  dollar  alacaqsan,  -  sonra 

qışqırdım, - indi biz missis Sempsonun yanında olmalıyıq!  - və pencəyimi, 

şlyapamı soyunub kənara tulladım. 

Dörd  yanğınsöndürənlə  orada  olan  bəzi  vətəndaşlar  məni  tutub 

saxlamağa çalışdılar. 

-

 

Bu  evə  getmək  elə  ölümə  getmək  deməkdir,  -  dedilər.  -  Döşəmə 



artıq uçmağa başlayıb. 

-

 



Necə yəni?.. Hər şey cəhənnəm olsun! - qışqınr, həm də gülürdüm. 

Baxmayaraq  ki  güləcək  halda  deyildim.  -  Öz  gözlərim  olmasa,  kətan 

toxumunu başqasının gözünə necə qoya bilərəm? 

Yanğınsöndürənlərin  sifətini  cırmaqladım,  bir  vətəndaşı  təpiklə 

vurdum,  birinə  isə  yandan  zərbə  endirib  yerə  sərdim.  Sonra  evə  daxil 

oldum.  Əgər  sizdən  əvvəl  ölsəm,  məktub  yazıb  cəhənnəm  odunun  bu 

divarların  arasındakı  yanğından  nə  dərəcədə  ağır  olduğunu  bildirərəm; 

amma  nəticə  çıxarmağa  tələsməyin.  Mən  restoranda  təcili  sifariş  əsasında 

hazırlanan toyuq kimi oradan-buradan yanmışdım. Tüstü və alovun təsirin-

dən iki dəfə döşəməyə yıxılıb, az qala, Herkimeri rüsvay edəcəkdim. Amma 

yanğınsöndürənlər  üstümə  azca  su  püskürdüb  mənə  kömək  etdilər; 

beləliklə,  özümü  missis  Sempsonun  otağına  yetirə  bildim.  O,  tüstünün 

təsirindən  huşunu  itirmişdi.  Qadını  adyala  büküb  çiynimə  aldım.  Aydın 

məsələdir  ki,  döşəmə  söylənilən  qədər  xəsarət  almamışdı,  yoxsa  tab 

gətirərdimi? Bu barədə heç düşünməyə dəyməz! 

Mən  qadını  evdən  əlli  yard  kənara  apanb  çəmənliyin  üstünə  uzatdım. 

Əlbəttə  ki,  missis  Sempsonun  iyirmi  iki  namizədinin  hamısı  əlində  su 

bardağı  onu  xilas  etmək  məqsədi  ilə  başımıza  toplaşdı.  Elə  bu  an  oğlan 

qaçaraq özünü yetirib kətan toxumunu gətirdi. 

97 


downloaded from KitabYurdu.org


O.HENRİ 

Adyalın  ucunu  missis  Sempsonun  başından  kənarlaşdırdım.  O, 

gözlərini açıb dedi: 

-

 



Bu sizsiniz, mister Pratt? 

-

 



Ş-ş-ş, - dedim. - Dərman qəbul etməmiş danışmayın. 

Bir əlimi onun boynunun arxasına keçirib, sakitcə başını 

qaldırdım,  o  biri  əlimlə  kətan  toxumları  olan  bağlamanı  eşələdim: 

sonra  ehtiyatla  ona  san  əyilib  gözünün  kənarlarına  bir  neçə  toxum 

qoydum. 

Elə bu vaxt kənd həkimi çaparaq özünü yetirdi, finxınb, mis- sis 

Sempsonun  nəbzini  yoxlamaq  məqsədi  ilə  biləyindən  yapışdı  və 

maraqlandı ki, mənim bu səfeh hərəkətimin mənası nədir? 

-

 

Bilirsiniz, imalə borusu, - dedim, - mən həkimlik fəaliyyəti ilə 



mütəmadi  məşğul  olmuram,  amma  buna  baxmayaraq,  nüfuzlu 

şəxslərə istinad etməyi bacan ram. 

Pencəyimi gətirdilər və mən sorğu kitabını çıxardım. 

-

 



Yüz on yeddinci səhifəyə baxın,  - dedim.  - Tüstü və qazdan 

boğulma  zamanı  kətan  toxumunu  gözün  kənarlarına  qoymalı, 

düzdürmü?  Onun  tüstü  udduğunu,  ya  da  qastrohlppono-  tamik 

əsəblərin  oyanmasına  təsir  göstərdiyini  söyləyə  bilmərəm,  amma 

Herkimer  bunu  təklif  edir  və  xəstənin  yanına  birinci  çatan  da  odur. 

Əgər konsilium təşkil etmək istəyirsinizsə, etiraz etmirəm. 

Qoca  həkim  kitabı  götürdü,  eynəyinin  və  yanğınsöndürən 

fənərinin köməyi ilə onu nəzərdən keçirdi. 

-

 

Qulaq asın, mister Pratt, - dedi, - görünür, diaqnoz qoyarkən 



lazım olan sətrə istinad etməmisiniz. Boğulmaya qarşı resept belədir: 

“Xəstəni  mümkün  qədər  tez  havaya  çıxarın  və  onu  arxası  üstə 

uzadaraq  başını  qaldınn”.  Kətan  toxumu  isə  yuxarı  sətirdə 

göstərildiyi  kimi  “gözə  toz  və  kül  düşdüyü”  zaman  istifadə  olunan 

vasitədir. Amma... 

-

 



Qulaq  asın,  -  missis  Sempson  onun  sözünü  kəsdi,  -  məncə, 

konsiliumda  mən  də  öz  sözümü  deyə  bilərəm.  Bilirsiniz,  bu  kətan 

toxumunun  mənə  həyatımdakı  bütün  dərmanlardan  daha  çox  xeyri 

oldu. 


Sonra  o,  başını  qaldırdı  və  çiynimə  söykəyib  dedi:  “Sandi, 

əzizim, ondan bir az da o biri gözümə qoy”. 



98 

downloaded from KitabYurdu.org




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə