O.HENRİ
Killinqvortda yerləşir. Uzunluğu dörd fut, eni üç fut, hündürlüyü iki
fut səkkiz düym olan yeşik bir ton kömür tutur. Arteriyanı kəs-
misinizsə, onu yaranın yuxan hissəsindən möhkəm sıxıb bağla-
yırsınız. İnsan ayağında otuz sümük var. London Taueri min səkkiz
yüz qırx birinci ildə yanıb.
-
Davam edin, mister Pratt, davam edin, - missis Sempson dedi,
- sizin ideyalannız çox orijinaldır, adama rahatlıq gətirir. Məncə,
dünyada statistikadan gözəl heç nə ola bilməz.
Lakin Herkimeri iki həftə sonra tam dəyərləndirəsi oldum.
Bir gecə qışqınq səsinə yuxudan oyandım: “Yanğın!” Yerimdən
sıçrayıb geyindim və maraq üçün hoteldən çıxdım. Missis
Sempsonun evinin yandığını görəndə qulaqbatıncı fəryad qopara-
qopara iki dəqiqədən sonra özümü hadisə yerinə çatdırdım.
Aşağı mərtəbəni bütövlükdə alov bürümüşdü. Rozanın bütün
əhalisi və itləri hadisə yerinə toplaşmışdı: çığıran çığınr, hürən hürür
və yanğınsöndürənlərə mane olurdu. Aydahonu altı yanğınsöndürən
tutub saxlasa da, dartınıb onlann əlindən çıxmağa çalışırdı.
Dediklərinə görə, bütün aşağı mərtəbə yanıb külə dönüb, kim getsə,
salamat dönə bilməyəcək.
-
Missis Sempson haradadır? - soruşdum.
-
Onu heç kəs görməyib, - yanğınsöndürənlərdən biri cavab
verdi. - Yuxanda yatır. Ora keçməyə çalışsaq da, bacarmadıq,
komandamızın nərdivanlannı da hələ gətirib çıxarmayıblar.
Alovun işıqlandırdığı yerə qaçıb döş cibimdən sorğu kitabını
çıxardım. Kitabı əlimdə hiss etdiyim an özümdən asılı olmadan
güldüm - mənə elə gəldi ki, həyəcandan bir az sərsəmləyirəm.
-
Xerki, dostum, - səhifələri çevirərək dedim, - sən mənə heç
vaxt yalan deməmisən, heç vaxt məni pis vəziyyətdə qoymamısan.
Kömək et, dostum, kömək et!
117-ci səhifədə dayandım: “Bədbəxt hadisə zamanı nə etmək
lazımdır”, - barmağımla vərəqin aşağı hissəsinə doğru hərəkət edib
lazım olan nöqtəyə çatdım. Əhsən, Herkimer, o heç nəyi unutmayıb!
117-cl səhifədə yazılmışdı:
96
downloaded from KitabYurdu.org
HİMENEYİN SORĞU KİTABI
“Tüstü və yaxud qazdan boğulma zamanı ən yaxşı çarə kətan
toxumudur. Gözün kənarlanna bir neçə toxum qoymaq lazımdır”.
Kitabı təzədən cibimə qoyub yanımdan qaça-qaça keçən bir oğlanı
saxladım.
-
Al, - ona pul verib dedim, - aptekə yüyür və bir dollarlıq kətan
toxumu alıb tez bura gətir. Cəld, işinə görə bir dollar alacaqsan, - sonra
qışqırdım, - indi biz missis Sempsonun yanında olmalıyıq! - və pencəyimi,
şlyapamı soyunub kənara tulladım.
Dörd yanğınsöndürənlə orada olan bəzi vətəndaşlar məni tutub
saxlamağa çalışdılar.
-
Bu evə getmək elə ölümə getmək deməkdir, - dedilər. - Döşəmə
artıq uçmağa başlayıb.
-
Necə yəni?.. Hər şey cəhənnəm olsun! - qışqınr, həm də gülürdüm.
Baxmayaraq ki güləcək halda deyildim. - Öz gözlərim olmasa, kətan
toxumunu başqasının gözünə necə qoya bilərəm?
Yanğınsöndürənlərin sifətini cırmaqladım, bir vətəndaşı təpiklə
vurdum, birinə isə yandan zərbə endirib yerə sərdim. Sonra evə daxil
oldum. Əgər sizdən əvvəl ölsəm, məktub yazıb cəhənnəm odunun bu
divarların arasındakı yanğından nə dərəcədə ağır olduğunu bildirərəm;
amma nəticə çıxarmağa tələsməyin. Mən restoranda təcili sifariş əsasında
hazırlanan toyuq kimi oradan-buradan yanmışdım. Tüstü və alovun təsirin-
dən iki dəfə döşəməyə yıxılıb, az qala, Herkimeri rüsvay edəcəkdim. Amma
yanğınsöndürənlər üstümə azca su püskürdüb mənə kömək etdilər;
beləliklə, özümü missis Sempsonun otağına yetirə bildim. O, tüstünün
təsirindən huşunu itirmişdi. Qadını adyala büküb çiynimə aldım. Aydın
məsələdir ki, döşəmə söylənilən qədər xəsarət almamışdı, yoxsa tab
gətirərdimi? Bu barədə heç düşünməyə dəyməz!
Mən qadını evdən əlli yard kənara apanb çəmənliyin üstünə uzatdım.
Əlbəttə ki, missis Sempsonun iyirmi iki namizədinin hamısı əlində su
bardağı onu xilas etmək məqsədi ilə başımıza toplaşdı. Elə bu an oğlan
qaçaraq özünü yetirib kətan toxumunu gətirdi.
97
downloaded from KitabYurdu.org
O.HENRİ
Adyalın ucunu missis Sempsonun başından kənarlaşdırdım. O,
gözlərini açıb dedi:
-
Bu sizsiniz, mister Pratt?
-
Ş-ş-ş, - dedim. - Dərman qəbul etməmiş danışmayın.
Bir əlimi onun boynunun arxasına keçirib, sakitcə başını
qaldırdım, o biri əlimlə kətan toxumları olan bağlamanı eşələdim:
sonra ehtiyatla ona san əyilib gözünün kənarlarına bir neçə toxum
qoydum.
Elə bu vaxt kənd həkimi çaparaq özünü yetirdi, finxınb, mis- sis
Sempsonun nəbzini yoxlamaq məqsədi ilə biləyindən yapışdı və
maraqlandı ki, mənim bu səfeh hərəkətimin mənası nədir?
-
Bilirsiniz, imalə borusu, - dedim, - mən həkimlik fəaliyyəti ilə
mütəmadi məşğul olmuram, amma buna baxmayaraq, nüfuzlu
şəxslərə istinad etməyi bacan ram.
Pencəyimi gətirdilər və mən sorğu kitabını çıxardım.
-
Yüz on yeddinci səhifəyə baxın, - dedim. - Tüstü və qazdan
boğulma zamanı kətan toxumunu gözün kənarlarına qoymalı,
düzdürmü? Onun tüstü udduğunu, ya da qastrohlppono- tamik
əsəblərin oyanmasına təsir göstərdiyini söyləyə bilmərəm, amma
Herkimer bunu təklif edir və xəstənin yanına birinci çatan da odur.
Əgər konsilium təşkil etmək istəyirsinizsə, etiraz etmirəm.
Qoca həkim kitabı götürdü, eynəyinin və yanğınsöndürən
fənərinin köməyi ilə onu nəzərdən keçirdi.
-
Qulaq asın, mister Pratt, - dedi, - görünür, diaqnoz qoyarkən
lazım olan sətrə istinad etməmisiniz. Boğulmaya qarşı resept belədir:
“Xəstəni mümkün qədər tez havaya çıxarın və onu arxası üstə
uzadaraq başını qaldınn”. Kətan toxumu isə yuxarı sətirdə
göstərildiyi kimi “gözə toz və kül düşdüyü” zaman istifadə olunan
vasitədir. Amma...
-
Qulaq asın, - missis Sempson onun sözünü kəsdi, - məncə,
konsiliumda mən də öz sözümü deyə bilərəm. Bilirsiniz, bu kətan
toxumunun mənə həyatımdakı bütün dərmanlardan daha çox xeyri
oldu.
Sonra o, başını qaldırdı və çiynimə söykəyib dedi: “Sandi,
əzizim, ondan bir az da o biri gözümə qoy”.
98
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |