İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə12/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   8   9   10   11   12   13   14   15   ...   87

Canlı təbiətdə təkamül-dəyişiklik, irsiyyət və təbii seçmə ilə 
təyin olunur. Təkamül prosesi nəticəsində quşların infeksion xəs­
təliklərinin bioqeosenozunda dəyişiklər baş verir ki, buda həmin 
xəstəliklərin epizootoloji xüsusiyyətlərinin dəyişilməsinə səbəb 
olur.  A.A.Konopatkin  və  İ.A.Bakulov  göstərirlər  ki,  infeksion 
xəstəliklərin  tarixi  öyrənilən  zaman  məlum  olur  ki,  quşların 
yemləmə-bəsləmə  şəraitinin  dəyişməsi  ilə  əlaqədar  olaraq  on­
larda  bəzi  xəstəliklərin tədricən  ləğvi  və bir qrup  yeni  xəstəlik­
lərin  yaranaması  prosesi  gedir.
Müasir  təsəvvürə  görə  hər  hansı  bir  infeksion  xəstəlik 
üzünmüddətli  və bir-birinin davamı kimi özünü göstərən, bir-bi­
rinin  əksi  olan  2  prosesdən -   infeksiya  törədicilərinin  təkamülü 
və heyvanların  immunoloji  reaktivliyinin təkamülündən meyda­
na gəlmişdir.  Mikroorqanizmlərin təbiətdə bir növ kimi qorunub 
saxlanması  üçün  o,  makroorqanizmlə  daimi  mübaizədə  olmalı 
və  bir fərddən digərinə keçməlidir.  Bundan əlavə  mikrob  xarici 
mühitin  m üxtəlif  təsirlərinə  uyğunlaşmalı  və  makroorqa- 
nizmdən  kənarda da özünün yaşayışını  qoruyub  saxlamalıdr.
Ümumi  qəbul  edilmiş  konsepsiyaya  görə  simbiozun  digər 
formaları  kimi  parazitizm  də  mikroblarda  təkamül  nəticəsində 
meydana çıxmışdır.  Bu  prosesin  təkamülü  sxematik  olaraq  belə 
göstərmək  olar  ki,  mikroblar  əvvəlcə  prototrof  qidalanmadan 
metatrof qidalanmaya,  buradan  isə  heterotrof qidalanmaya, yəni 
sahib orqanizminin  hesabına qidalanmaya  keçmişdir.
Öz  parazitlik  dərəcəsinə  görə  infeksion  xəstləik  törədiciləri 
3  qrupa bölünür:
1 .Metabolik p arazitlər- bunlar qeyri  hüceyrəvi  substratlarda 
qidalanma  və  çoxalma  qabiliyyəti  qazanmışlar.  Bu  qrupun 
nümayəndələrinə misal olaraq bakteriyaları, mikroplazmaları  və 
s.  göstərmək  olar.
2.Energetik parazitlər -  qida  faktorlarına  uyğun  olaraq  ener­
ji  mübadiləsinin  hüceyrə  fermentlərindən  istifadə  edir.  Yalnız
46
hüceyrə  daxilində  çoxalma  qabiliyyətinə  malik  olmaqla,  tipik 
nümayəndələri  rikketsiya  və xlamidiyalardır.
3.Genetik parazitlər.  Bunlar oblikat hüceyrədaxili parazitlər- 
dir.  Bu qrupun nümayəndələri viruslardır.  Nəticədə bir çox təd­
qiqatçılar  göstərirlər  ki,  mikroblarda  parazitizm  xasəsi  təsadüfi 
mutasiyalar  nəticəsində  yaranır.  İnfeksion  xəstəlik  törədiciləri­
nin  təkamülü  bu  gün  də  davam  edir.
İnfeksion  xəstəlik  törədicilərinin  təkamülü  öyrənilən  zaman 
quş  orqanizminin  immunoreaktivliyinin  təkamülüdə  mühüm  əhə­
miyyətə malikdir. Quşçuluqda çox illik seleksiya işləri və bu zaman 
yalnız  zootexniki  cəhətlərin  əsas  götürülməsi  nəticəsində  yüksək 
ətlik və yumurtalıq cinsləri əldə edilmişdir. Ancaq belə cinslərin tə­
bii  davamlılığı  zəyiflədiyinə  görə,  bir  sıra  saprofıt  mikroblara  və 
onların  asosiyasiyalanna  həssaslıq  o  dərəcədə  artmışdır ki,  həmin 
mikroblar qeyd  edilən  quş  cinslərinə  patogen  olmuşdur.  Ona  görə 
də  epizotoologiyada  quşların  immunoreaktivliyinin  təkamülü  ilə 
əlaqədar  problem  meydana  çıxmışdır.  Müasir  dövrdə  quşçuluqda 
ən  mühüm  problem  seleksiya  yolu  ilə  nəinki  məhsuldar,  həm  də 
yüksək  rezistenliyə malik  olan quş cinslərinin yaranmasıdır.
Qeyd etmək lazımdır ki,  infeksion xəstəliklərin təkamülü tə­
bii  coğrafi  və  sosial-iqtisadi  dəyişilməsi  ilə  üzvü  surətdə  bağlı­
dır.  Belə ki, bir tərəfdən elə kompleks tədbirlər aparılır ki, onlar 
heyvan  və quş populyasiyasının  strukturunu dəyişdirir, digər tə­
rəfdən  isə heyvandarlıqda və quşçuluqda sosial-iqtisadi  dəyişik­
liklər  nəticəsində  onunla  yaşadığı  müht  arasında  bioseneoloji 
qanunauyğunluq  pozulur.  Nəticədə  mikrobları  xəstələrdən  sağ­
lamlara  keçirən  amillərin  aktivliyi  dəyişir.  Patogen  mikrobların 
yeni  yayılma  yolları  meydana  çıxır  ki,  bu  da  epizodik  prosesin 
xüsusiyyətlərinə  təsir edir.
Mikroorqanizmlərin quşlar arasında intensiv dövr etməsi  nəticə­
sində  onların  patogenliyi  güclənir,  nəticədə  onların  bir çox  normal 
mikroflorasının nümayəndələri  yüksək virusentlik xasəsi əldə edir.
47


Beləliklə,  infeksion xəstəliklərin  ləğv edilməsi problemində 
təkamül-ekoloji  aspektlərin  rolu  böyükdür.  Müntəzəm  olaraq, 
təbii  və  süni  təkamül  dəyişikliklərinin  baş  verməsinəticəsində 
makro  və  mikroorqanizmin  arasında  əldə  edilmiş  balans  pozu­
lur.  Nəticədə  yeni  xəstəliklərin  baş  verməsi  və  yaxud  əvvələr 
məlum  olan  xəstəliklərin  yayılması  müşahidə edilir.
İnfeksion  xəstəlik lərin   profilaktikası
İnfeksion  xəstəliklərin  profilaktikasının  mühüm  tərkib  his­
səsi  epizootiya  əleyhinə  tədbirlərin  işlənib  hazırlanması  və  on­
ların yetinə yetirilməsidir.
Epizootiya əleyhinə tədbirlər dedikdə quşların  infeksion xəs­
təliklərinin  profilaktika  məqsədilə  elmi  cəhətdən  əsaslandırıl­
mış  tədbirlər sistemi  başa düşülür.  Bunun  tərkib  hissəsi  infeksi­
on  xəstəliklərin  ümumi  və  xüsusi  prafilaktikasından,  həmçinin 
epizootik  ocağın  ləğvindən  ibarətdir.
Respublikamızda  epizootiya  əleyhinə  təbdirlərinin  əsasını 
infeksion  xəstəliklərin  profilaktikasını  təşkil  edir.  Bu  baytar 
mütəxəssislərinin qarşısıqda duran  ən əsas  işdir, çünki  infeksion 
xəstəliklərin profilaktikası  onların  müalicəsinə nisbətən  asandır 
və  iqtisadi  cəhətdən səmərəlidir.  Hazırda aparılan  planla təbdir­
lər  nəticəsində  bir  çox  qorxulu  xəstəliklər  ləğv  edilmiş  və  ya 
azalmışdır.  Buna  baxmayaraq  bəzi  infeksion  xəstəliklərin  indiki 
dövrdə  də  quşçuluq  təsərrüfatlarına  böyük  iqtisadi  ziyan  vurur.
Respublikamızda  epizootiya  əleyhinə  tədbirlər  sistemi  bir- 
birilə  əlaqəli  olan  3  istiqamətdə  aparılır:
1 .Xəstəliyə görə  sağlam  təsərrüfatlarda, yaşayış  m əntəqələ­
rində,  rayonlarda,  infeksiya törədicilərinin  kənardan  həmin  əra­
zilərə daxil  olmaması  və yayılmaması  üçün  profilaktik tədbirlə­
rin  aparılması.
2.Xəstəliklərə  görə  qeyri-sağlam  təsərrüfatlarda,  yaşayış
48
məntəqələrində  və  rayonlarda  konkret  olaraq  infeksion  xəstə­
liklərin  ləğvi  üçün  sağlamlaşdırma tədbirlərinin aparılması.
3.İnsan,  heyvan  və  quşlar  üçün  ümumi  olan  xəstəliklərdən 
insanların  qorunması  tədbirlərinin  aparılması.
Epizootiya  əleyhinə  tədbirlərin  aparılması üçün hazırda bio­
loji  kombinatlar  və  müvafiq  müəssisələr  kifayət  qədər  bioloji 
preparatlar,  müalicə  dezinfksiya  vasitələri,  xüsusi  texnika  və 
avadanlıqlar  istehsal  edir.
Respublikamızda epizootiya əleyhinə tədbirlər kompleks xa­
rakter  daşımaqla  epizootik  zəncirin  hər  üç  elementinə  yönəldi­
lir.  Epizootiya  əleyhinə  planı  hazırlayan  zaman  konkret  olaraq 
hər hansı  bir zonanın  epizootik  vəziyyəti  öyrənilməlidir.  Aparı­
lan  tədbirlərin  xüsusiyyəti  və  istiqamətindən  asılı  olmayaraq 
epizootiya  əleyhinə  işlər  müəyyən  prinsiplər  üzərində  qurulur 
və  bu zaman  aşağıdakı  cəhətlərə  fikir verilir:  infeksion  xəsəlik- 
lərin  uçotunun  məcburiliyi  və dövlət əhəmiyyətliliyi,  planlılığı, 
kompleksliliyi,  infeksion  xəstəliklərin  profilaktikası  və  ləğv 
edilməsində  epizootik  zəncirin  mühüm  əhəmiyyətə  malik  olan 
hissəsinin  müəyyən  edilməsi.
Quşçuluq  təsərrüfatlarında  bəzi  təhlükənin  baş  verməsi  za­
manı  1  günə  Respublika  Baytarlıq  İdarəsinə  məlumat  veilməli- 
dir.  Epizootiya  əleyhinə  plan  qarşısında duran  vəzifələrdən  ası­
lı  olaraq  ya  bir,  ya  da  beş  il  üçün  tutulur.  Plan  direkiv  xarakterə 
malik  olduğu  üçün  bu  sahənin  mütəxəssisləri  epizootiya əleyhi­
nə  tədbirləri  planlaşdırdıqda,  quşçuluq  inkişaf planını  istehsala­
tın  texnologiyasına  və  epizootik  vəziyyəti  yaxşı  bilməlidir.
İnfeksion  xəstəliklərin  profilaktikası  kompleks  tədbir  olub 
sağlam  təsərrüfatlarda  və  ümumiyyətlə  ölkədə  infeksion  xəstə­
liklərin  baş  verməsi  və  yayılmasının  qarşısını  almaq  məqsədini 
güdür.
Profilaktik  tədbirlərin  ümumi  və  xüsusi  olmaqla  2  yerə 
bölünür.
49


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə