İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov


İnfeksion  x əstəlik lərin   üm um i  profilaktikası



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə13/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   9   10   11   12   13   14   15   16   ...   87

İnfeksion  x əstəlik lərin   üm um i  profilaktikası
Ümumi  profılaktik-baytarlıq-sanitariya  və  təşkilat  təsərrüfat 
xarakterli tədbirlərdən ibarətdir.  Burada aşağıdakı m əsələlər ye­
rinə  yetirilir:
1. 
Quş  və  quş  məhsullarının  daşınmasında  qoruyucu-məh- 
dudlaşdırıcı  tədbirlərin  həyatı  keçirilməsi  və  quşların  təsərrüfat 
daxilində  qruplaşdırılması və yerinin dəyişdirilməsinə nəzarət.
2. 
Respublika və təsərüfata gətirilmiş quş və qun məhsullarının 
profilaktik karantinində saxlanılması  və müayinəsinin aparılması.
3. 
Quşların  infeksion  xəstəliklərə  qarşı  davamlılığının  təmin 
edilməsi  üçün  irsi  davamlı  quş  cinslərinin  seleksiya  yolu  ilə  ə l­
də edilməsi.
4. 
Quşların  tam  keyfiyyətlə  və  rasional  yemlənməsini  və 
uyğun  zoogigiyenik  şəraitdə  saxlanmasını  təşkil  etmək.
5. 
İnfeksiyalar zamanı  xəstə  quşların  vaxtında ayrılması,  izo- 
lə  edilməsi  və  müalicəsini  təşkil  etmək.
6. 
Quş  binaları,  onun  ətraf sahələrinin  və  qulluq  əşyalarının 
sistematik şəkildə  dizenfeksiyanın  aparılması.
7. 
Peyin,  yem  qalıqları,  quş  cəsədləri,  istehsalat  və  bioloji 
müəsisələrinin  tullantılarının  toplanıb zərərsiləşdirilməsi.
8.Sistem  şəklində  quşçuluq  təsərüfatiarında  dezinfeksiya, 
dezinseksiya və deratizasiyanın  aparılması.
9. 
Quşçuluq fabrikləri və təsərrüfatlarında çalışan  işçilərin şəx­
si  gigiyenasının qorunması  üçün xüsusi  geyimlə təmin olunması.
10. 
Quşçular  obyektlərinin  tikintisində  texnoloji-layihə  nor­
malarına  və  baytarlıq-  sanitariya  təlabatlarına  riayət  edilməsi.
Respublikamızın  sərhədlərinin  infeksion  xəstəliklərdən  qo­
runmasının çox böyük əhəmiyyəti  vardır.  Bu vəzifəni yerinə ye­
tirmək üçün  sərhəd  boyunca sərhəd  nəzarət  baytarlıq  m əntəqə­
ləri  yaradılmışdır.  Xaricdən  ölkəmizə  daxil  olmuş  quşlar 

ay  profilaktiki  karantində  saxlanılmalı,  şübhə  doğüran  hallarda
50
müvafiq müayinə  üsulları  ilə yoxlanılmalıdır.  Sərhəd zonaların- 
dakı təssərüfatlarda və yaşayış məntəqələrində quşlar ciddi bay­
tarlıq  nəzarətində  olmalıdır.
Quş  və  quş  məhsullarının  ölkə  daxilində  daşınması  zamanı 
onların  sağlamlığını  baytarlıq  şəhadətnaməsi  təsdiq  etməlidir. 
Yalnız  sağlam  quşşların  və  onların  yüksək  keyfiyyətini  və  eko­
loji  cəhətdən  təm iz məhsullarının  daşınmasına  icazə verilir.
Quş və quş məhsullarının daşınmasında istifadə olunan müx­
təlif nəqliyyat  vasitələri  əvvəlcədən  yuyulduqdan  sonra  dizen- 
feksiya edilməlidir.  Hava, su,  dəmir və avtomobil yolları  ilə quş 
və  quş  məhsullarının  daşınması  zamanı  ciddi  baytarlıq  nəzarəti 
olmalı,  yüklənən  və  boşaldılan  məhsullar  baytarlıq-sanitariya 
müayinələrindən  keçirilməlidir,  müyəyyən  infeksion  xəstəlik­
lərə  şübhə yarandıqda  xəstəliyin  xarakterindən  asıla olaraq,  on­
ların  yaranması  üçün  müvafiq  tədbirlər  görülməli,  hətta  lazım 
gəlsə,  quşların  hamısı  kəsilməlidir.
Yüksək  məhsuldar cinslərin  və  yumurtaların  xarici  ölkələr­
dən gətirilməsi zamanı  həmin ölkənin epizootoloji vəziyyəti bi­
linməlidir.  Xaricdən  gətirilən hər partiya quş və yumurtalar eks­
pert  edən  ölkənin  dövlət  baytarlıq  xidməti  quşların  sağlamlığı 
haqqında  baytarlıq  şəhadətnaməsi  verilməlidir.  Şəhadətnamə­
də quş və yumurta  götürülən  təsərüffatda aşağıda göstərilən  xəs­
təliklərin  olmaması  haqqında qed olunmalıdır.
Respirator mikroplazmoz-18  ay ərzində  10  km radiusda:
Marek  xəstəliyi  -   18  ay  ərzində 20  km  radiusda:
İnfeksion  ensefalomielit -   18  ay ərzində  10 km;  leykoz -   1  ay, 
vərəm  -   12  ay,  pulloroz -   12  ay,  omitoz,  infeksion  larinqotraxeit, 
infeksion  bronxit,  infeksion  bursal  xəstəliyi,  viruslu  hepatit -  6  ay 
və  10 km: aspergillyoz -  3  ay,  10 km; çiçək -   1  ay  10 km radiusda.
Xaricdən  alınmış  quşlar  karantində  saxlanır,  yumurtalar  isə 
ayrıca  inkubatorda  inkubasiya  etdikdən  sonra  alınmış  cücələr 
yenə karantində saxlanır.  Karantin şöbəsi  quş yerləşdirilməzdən
51


3  ay  qabaq  boş  saxlanmalı  və  bu  dövrdə  dəfələrlə  dezinfeksiya 
edilməlidir.
Karantin dövründə quşlar mütləq pulloroz, vərəm, respirator 
mikoplazmoz,  infeksion  bronxit  və  digər  infeksion  xəstəliklərə 
görə  müayinə  edilməlidir.
Quşçuluq  təsərrüfatlarında  epizootiyalar  baş  verdikdə  mik- 
rob əleyhinə rejim yaradılmalıdır.  Bu məqsədlə binalarda quşlar 
qapalı  sistemdə  yaş  qrupları  üzrə  saxlanmalı,  xəstə  quşlar təcili 
olaraq əsas qrupdan ayırmalı, cari dezinfeksiyadan vaxtaşırı  isti­
fadə  edilməli,  gəmirici  və  həşaratlarla  mübarizə  aparılmalı, 
vəhşi  quşların  təsərrüfat  ərazisində  toplanmasına  qarşı  müvafiq 
tədbirlər görülməli,  baytarlıq  qanunu  əsasında  müalicəsinə  ica­
zə  verilən  xəstəliklər  və  xəstələnmiş  quşlarda  müalicə  aparıl­
malı,  immunoprofilaktika  tədbirləri  aparılmalı,  müxtəlif  stres­
slər  ləğv  edilməli,  mikroiqlim  yaxşılaşdırılmalı,  yüksək  səviy­
yədə zoogigiyenik şərait və optimal yemləmə təşkil  edilməlidir.
İnfeksion  xəstəliklərə  görə  quşçuluq  təsərrüfatlarının  sağ­
lamlığının təmin edilməsi üçün  kompleks təsərrüfat-təşkilat, zoogi­
giyenik  və baytarlıq-sanitariya tədbirləri  yerinə yetirilməlidir.
Xaricdən xəstəlik törədicilərinin daxil olmasının qarşısını al­
maq  üçün  quşçuluq  təsərrüfatı  hər  hansı  bir  vasitə  ilə  hasara 
alınmalı  və  perimetri  boyunca  yaşıl  zolaq  yaradılmalıdır.  Bun­
dan  əlavə  ana  qrupu  ilə  cavanlar  bir-birindən  xüsusi  arakəsmə 
ilə ayrılmalıdır.  Xidmət işçiləri  fermaya baytar həkiminin nəza­
rəti  altında  daxil  olmalı  və  xüsusi  geyimlə  təmin  edilməlidir.
Quşçuluq  fabriki  və  fermaları  qapalı  tip  təsərrüfat  olduğu 
üçün kənar şəxslərin  bura daxil  edilməsinə  icazə  verilmir.
Təsərrüfat  daxilindəki  quş  binaları,  inkibator  şöbəsi,  kəsim 
və yem sexi  və digər binaların giriş yolunda  1,5  m  uzunu,  15  sm 
dəriliyi  olan  dezbaryerlərə  təmin  edilməli  və  müntəzəm  şəkil­
də dezinfeksiya məhlulları  ilə nəmləndirilməlidir.  Nəqliyyat vasi­
tələrinin  təkərlərini  dezinfeksiya etmək  üçün yenə dezbaryerlər
52
təşkil  edilməli  və  bura  3%-li  formaldehid  məhlulu  və  ya  tərki­
bində  1%  fəal  xlor olan  xlorlu əhəng  məhlulu,  5%-li  kreolin  və 
ya  ksilonaft  məhlulu  əlavə  edilməlidir.
Sexlərdən  gündəlik  yığılmış  quş  cəsədləri  xüsusi  sobalarda 
yandırılmalıdır.  Sobaların  stasionar  və  mobil  növləri  mövcud­
dur.  Xəstəlik törədicilərinin yayılmasında peyin böyük rol oyna­
dığına  görə  onun  yığılıb  zərərsizləşdirilməsi  çox  vacibdir.  Bu 
məqsədlə  daha  çox  biotermiki  üsulla  zərərsizləşmədən  istifadə 
edilir.
Quşçuluq  təsərrüfatlarında  istifadə  olunan  suyun  və  yemin 
keyfiyyətinə  nəzarət edilməsi  böyük  əhəmiyyətə  malikdir.
Suyun  keyfiyyəti  quşların  inkişafı  zamanı  onun  zootexniki 
göstəricilərinə təsir etməklə yanaşı, həırı də bəzən patogen mikro- 
orqanizmlərin daşıyıcısına çevrilərək xəstəlik  törədicisinin  yayıl­
masında  böyük  rol  oynayır.  Suların  üzvi  maddələrlə  çirklənmə­
si  də  təhlükəli  nəticələrə  səbəb  olur.  Pis  keyfiyyətli  su  quşçu- 
luqda  bəzi  vasitələrin  korroziysına,  aşılanmasına,  kiflənməsinə 
də  səbəb  olur.  Suyun  codluğu  onda  olan  kalsimun  miqdarı  ilə 
əlaqədardır.  1  litr suda 4  mq-dan  çox  kalsimun  olması  onun  cod 
olmasını  göstərir.
Quşları  yaxşı  keyfiyyətli  su  ilə təmin  etmək  üçün  bunun  tər­
kibinə  quşlara  ziyan  verməyən  oksidləşdirici  vasitələr  daxil 
edilməlidir.  Bu məqsədlə daha çox  limon turşusu, ammonyak və 
xlordan  istifadə  edilir.  Belə  halda  suda  mikroorqanizmlərin 
ümumi  miqdarı  azalır,  üzvi  maddələrlə  çirklənmə  aşağı  düşür, 
bəzi  metalların  yığımı  azalır.
Quşçuluqda  istifadə  edilən  yemlər  keyfiyyətsiz  olduqda  bir 
çox  xəstəlik  törədicilərinin,  o cümlədən  salmonellyozun,  miko- 
toksikozların,  kolibakteriozun və s.  xəstəlik törədicilərinin yayıl­
masına  səbə  olur.  Heyvan  mənşəli  yemlər  bu  cəhətdən  daha 
təhlükəlidir.yem  salmonelların,  anaerob  infeksiya  törədiciləri­
nin  və  bəzi  vaısların  ehtiyat  mənbəyi  kimi  özünü  göstərir.  Bun­
53


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə