İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.

səhifə15/87
tarix30.12.2017
ölçüsü336 Kb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   87

Sxem  2.  Baytarlıqda tətbiq olunan  vaksinlərin  növləri
dirlmiş  bakteriya  və  ya  virus  ştamlarından  hazırlanır.  Bakteriya 
və  virusların  vaksin  ştamları  patogenliyini  itirmiş  və  immunoloji 
fəallığını  saxlamış  yeni  keyfiyyətə  malik  olan  ştamlardır.  Viru- 
lentliyi zəiflədilmiş diri  vaksinlər insanların, heyvanların və quş­
ların bir sıra  infeksion  xəstəliklərinin  profilaktikası  üçün  istifadə 
edilir.  Belə  vaksinlər aşağıdakı  tələblərə  cavab verməlidir: 
l)antigenlik  xüsusiyyətinə  malik  olmalı  və  orqanizmə  fəal
58
immun  reaksiyalar  əm ələ  gətirməlidir  -   yəni  immunogenlik 
xassəsinə  malik  olmalıdır.
2)  Orqanizmdə  «vaksin prosesini»  əmələ  gətirməlidir.
3) 
Orqanizmdə  uzun  müddət  qalıb  çoxalmamalı  və  xəstəlik 
törətməməlidir.
4)  Qazamlmış  irsi  xassəsini  heç  bir şəraitdə dəyişməməlidir.
Diri  vaksinləri  hazırlamaq  üçün  vaksin  ştamlarını  əldə  etmək
lazımdır.  Bunun üçün  antigenlərə müxtəlif fiziki, kimyəvi,  biolo­
ji  və  mutagen  amillərlə,  qyeri-həssas  heyvanların orqanizmindən 
passaj etməklə, uzun müddət qeyri-münasib qidalı mühitlərdə ye­
tişdirilməklə,  seleksiya aparmaqla və başqa üsullarla təsir edilir.
İnaktivləşdirilmiş  vaksinlər  də  4  qrupa  bölünür:  1)  kimyəvi 
vaksinlər;  2)  korpuskulyar  vaksinlər;  3)  anatoksin  vaksinlər  və 
4)  autovaksinlər.
Baytarlıqda  inaktivləşdirilmiş  vaksinlərdən  daha  çox  korpu­
skulyar vaksinlərdən  istifadə  edilir.
İmmunologiyanın  inkişafı  nəticəsində  sübüt  edilmişdir  ki, 
bir  sıra  infeksion  xəstəliklərə  qarşı  inaktivləşdirilmiş  vaksinlər 
vasitəsilə  immunitet  yaratmaq  mümkündür.  Korpuskulyar  vak­
sinlər hazırlamaq  üçün  kimyəvi  və  fiziki  amillərin  təsirindən  is­
tifadə  edilir.  Bu  m əqsədlə  yüksək  temperaturadan,  ultrabənöv­
şəyi  şüalardan,  spirtdən,  formalindən,  fenoldan, efirdən,  aseton- 
dan  və digər bakteriosid  maddələrdən  istifadə  edilir.
Törədicilərin  virulentlik  dərəcəsindən  və  onun  inaktivləşdi- 
rilməsi üsullarından asılı  olaraq korpuskulyar vaksinlərin  immu­
nogenlik xüsusiyyəti  müxtəlif olur.  Bu vaksinlər nisbətən  böyük 
dozada  tətbiq  edilir  və  gərginlikli  immunitet  yaratmaq  üçün 
müəyyən  fasilə  ilə  2  dəfə  vaksinasiya aparılmalıdır.
İmmunitetin  gərginliyni  çoxaltmaq  üçün  vaksinnə qeyri-spe- 
sifik  stimulyatorlar  əlavə  edirlər.  Bulara  adyuvantlər  və  adsor- 
bentlər deyilir.  Saponin,  biostimulyatorları,  aqar-aqarı,  alümini- 
um-hidroksidi,  m üxtəlif yağları  və  s.  maddələri  bunlara  misal
59


göstərmək  olar.  Adyuvant  və  adsorbentləri  bir  yerdə  tətbiq  et­
dikdə  orqanizmdə  «depo»  yaranır.  Buradan  antigen tədricən  or­
qanizmə  sorularaq  limfoid  orqanların  və  mərkəzi  sinir  sistemi­
nin  uzun  müddətli  spesifik  qıcıqlanmasına  və  bunun  əsasında 
immun  cisimlərin  sintezinə  səbəb  olur.
Vaksinlər işlədilmə üsuluna görə parentiral, enteral, və aero- 
zol,  yaxud  respirator qruplara bölünür.
Parenteral  vaksinasiyada vaksin  dəri  altına,  əzələ  içinə və  s. 
nahiyyələrə  inyeksiya  edilir.  Enteral  üsulla  vaksin  orqanizmə 
həzm  yolu  vasitəsilə  tətbiq  olunur.  Fərdi  vaksinasiyada  o  pero­
ral,  qrup  halında,  vaksinasiya  zamanı  isə  yem  və  su  ilə  verilir. 
Enteral  vaksinasiya  üsulu  sadə  və  asan  olmasına  baxmayaraq, 
bioloji  preparatlar  çox  işlədilir.  Respirator  və  ya  aerozol  vaksi­
nasiya  üsulunda  bioloji  vasitələr  püskürdülmə  yolu  ilə  aerozol 
halında istifadə edilir.  Bu üsulla qısa müddət ərzində çoxlu miq­
darda  quşlar  vaksinasiya  edilir.  Əksər  tədqiqatçılar  göstərirlər 
ki,  aerozol  vaksinasiya zamanı  heç  bir mürəkkəbləşmə  müşahi­
də  edilmir.
Q uşların  infeksion  xəstəlik ləin in   diaqnostika  üsulları
İnfeksion  xəstəliklərə diaqnoz qoymaq  üçün  kompleks diaq­
nostika üsulundan  istifadə edilir. Çünki  bu üsulla infeksion  xəstə­
liklərə dəqiq  diaqnoz  qoyulması  təmin  edilir.
Kompleks  diaqnostika  üsulundan  epizootoloji,  kliniki,  pato- 
loji-anatomik,  bakterioloji,  virusoloji,  mikoloji,  immunoloji  və 
kliniki-laboratoriya  diaqnostika  üsullarlından  istifadə  edilir  ki, 
buda  3  saylı  sxemdə  göstərilir.
İnfeksion  xəstəliklərə  daqnoz  qoyduqda  ən  əvvəl  epizooto­
loji  müayinələrdən  istifadə edilir ki,  bunun  da  əsasını  epizooto­
loji  anamnez məlumatlarının toplanması  təşkil  edir.  Əvvəlcə xəs­
təliyə  dair epizootoloji  anamnez  məlumatları  toplanır,  sonra  isə
60
təsərrüfatın tam epizootoloji  müayinəsi aparılır. Xəstəlik baş ve­
rən  təsərrüfatın  epizootoloji  müayinəsi  aparılan  zaman  əvvəlcə 
təsərrtifatdakı  müvafiq  sənədlərlə,  sonra  isə  sırf  baytarlıq  sə­
nədləri  ilə tanış olunur.  Müvafiq sənədlərlə tanış olduqdan son­
ra  quşçuluq  sahəsinin  epizootoloji  müayinəs  aparılır  və  bunun 
əsasında akt  tərtib olunur.
Klinik  diaqnostika  üsulunun  mahiyyəti,  hər hansı  bir  xəstə­
liyə diaqnoz onun  kliniki  əlamətlərinə görə qoyulmasından  iba­
rətdir.  Bu  üsulla  infeksion  xəstəliklərə  dəqiq  diaqnoz  qoymaq 
mümkün  deyil,  çünki  infeksion  xəstəliklər  zamanı  kliniki  əla­
mətlər ümumi  xaarkterli  olur.  Belə  ki,  temperaturun  yüksəlmə­
si,  ümumi  zəiflik,  iştahın  pozulması,  müxtəlif qıcıq  faktorlarına 
həssaslığın  zəifləməsi  əksər  infeksion  xəstəliklərdə  qeyd  olu­
nur.  Ancaq,  bəzi  xəstəliklərdə elə simptomlar meydana çıxır ki, 
bunun  diaqnostikada  mühüm  rolu  vardır.  Buna  baxmayaraq  in­
feksion  xəstəliklərə  kliniki  əlamətlərə  görə  diaqnoz  qoyulması 
zamanı  mütləq  onların  gedişi, xəstəlik törədicisinin orqanizmdə 
yayılma  yolları,  xəstəliyin  mərhələləri,  mürəkkəbləşmələri  və 
s.  göstəricilər nəzərə  alınmalıdır.  Çünki  xəstəliyinin  gedişindən 
asılı  olaraq  kliniki  əlam ətlər bir-birindən  kəskin  şəkildə  fərqlə­
nir.  Əgər xəstəliklərin  ildırımvari gedişində həmin xəstəliyə aid 
olan  klinik  əlam ətlər  çox  vaxt  görünmədiyi  halda,  iti  və  yarım 
iti  gedişdə  aydın  şəyildə  nəzərə  çarpır,  xroniki  gedişdə  isə  kli­
niki  əlam ətlər çox  vaxt  digər gedişlərdən  fərqliliyi  ilə  səciyyə­
lənir.
Patanatomiki diaqnostika üsulu  ilə  infeksion xəstəliklərə diaq­
noz qoymaq  üçün quş cəsədində patoloji-anatomik  yarma aparı­
lır,  ayrı-ayrı  orqan  və  toxumalarda gedən dəyişikliklər yoxlanır. 
Hüceyrə  səviyyəsində  gedən  dəyişiklikləri  müəyyən  etmək 
üçün  histoloji  müəayinədən  istifadə edilir.  Bu  diaqnostika üsulu 
bəzi  xəstəliklərdə  həlledici  əhəmiyyətə  malikdir.  Məsələn, 
Nyukasl  xəstəliyində  kor  bağırsağın  iki  yerə  ayrılan  hissəsinin
61




Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   87


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə