İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə17/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   13   14   15   16   17   18   19   20   ...   87

serioloji reaksiyalardan biridir. Bu reaksiyanı  ilk dəfə  1901-ci  il­
də  Borde  və  Janqu təklif etmişlər.
Reaksiya  mürəkkəb  serioloji  reaksiyalara mənsub  olmaqla  2 
sistemdən:  1)  bakteriolitik və 2)  hemolitik sistemdən  ibarətdir.
Bakteriolitik  sistemdə  antigen,  yoxlanan  quşun  qan  serumu 
/antitel/  və  komplement,  hemolitik  sistemdə  isə  hemolizin  və 
qoç  eritrositləri  iştirak  edir.
Reaksiyanın  mahiyyəi  ondan  ibarətdir ki,  bakteriolitik  sistem­
də əgər antigenlə antitelin uyğunluğu varsa, yəni quş xəstədirsə bu 
zaman komplementi antien-antitel kompleks üzərinə əlavə etdikdə 
komlement bu  kompleks  tərəfindən  adsorbsiya  olunur  və  sərbəst 
halda qalmır.  Sonra hemolitik sistemi bakterioolitik sistemin üzəri­
nə əlavə etdikdə komplement səbəst halda olmadığı üçün o hemo- 
lizinlə  birləşib  onu  fəallaşdıra  bilmir  və  fəallaşmamış  hemolizin 
isə qoçun eritrositlərini  lizisə uğratmır. Nəticədə mixbər şüşəsinin 
dib hissəsində eritrositlərdən ibarət çöküntü əmələ gəlir.
Əgər  antigenlə  antitelin  uyğunluğu  yoxdursa  yəni  quş  sağ- 
lamdırsa  bu  zaman  komplement  antigen-antitel  kompleksi  tərə­
findən  adsorbsiya  olunmur  və  sərbəst  şəkildə  məhlulda  qalır. 
Hemolitik  sistemi  bakteriolitik  sistemin  üzərinə  əlavə  etdikdə 
məhlulda sərbəst halda olan komplement hemolizinlə birləşərək 
onu  fəallaşdırır  və  fəallaşmış  hemolizin  qoçun  eritrositlərini  li­
zisə  uğradır.  Nəticədə  mixbər şüşəsində qırmızı  rəngdə  məhlul 
nəzərə  çarpır.
Reaksiyanı  qoyduqda  əvvəlcə  hemolizin  işçi  titri,  sonra 
komplementin  işçi  titri  təyin edilməsi  və sonra  isə əsas reaksiya 
qoyulmalıdır.
Komplementin  birləşməsi  reaksiyası  4  müsbətlə  qiymətlən­
dirilir:
Müsbət  reaksiya:  ++++ / #) -75-100  %  eritositlərin  hemlizə 
uğramaması:
+++ 
Ф)
 -40-75  %  eritrositlərin  hemolizə  uğramaması;
66
++ / ) -şübhəli  reaksiya -20-40 % eritrositlərin hemolizə uğ- 
ramaması:
+ -10-20  %  eritrositlərin  hemolizə  uğramaması;  mənfi  reak­
siya:  0-eritrositlərin  tam  hemolizə  baş  verir.
K om p lem en tin   uzun  m üddəti  b irləşm əsi  reak siy asın ın  
/K U M B R /  əvvəlki  reaksiyalardafərqi  ondan  ibarətdir ki,  KBR- 
da  reaksiya  su  hamamında  37-38°S  temperaturda  getdiyi  halda, 
uzunmüddətli  birləşmə  reaksiyasında  nisbətən  aşağı  temperatu- 
rada  istifadə  edilir.  Nəticədə  reaksiyanın  gedişi  ləngiyir,  ancaq 
spesifikliyi  yüksəlir.
N ey trallaşm a  reaksiyası  /M R/  yüksək  spesifik  və  həssas 
reaksiya  olub  mahiyyəti  ondan  ibarətdir  ki,  virusların  və  bakte- 
riyaların  infeksion  təsirini  spesifik  immun  serumlar  neytrallaş- 
maq qabiliyyətinə malikdir.  Reaksiya ilk dəfə P.Erlix tərəfindən 
təklif edilmişdir.  Bu reaksiyadan virusların və bakteriyaların tip­
lərinin  müəyyən  edilməsi  üçün  istifadə  edilir.  Bundan  əlavə 
mikrobların  hasil  etdiyi toksinlərin tiplərinin təyinində də bu  re­
aksiya  yüksək  dərəcədə  spesifikliyi  ilə  səciyyələnir.
Neytrallaşma  reaksiyası  müxtəlif modellərdə:  TEF  kulturasın- 
da,  toyuq  embrionunun  xoriollantois  qişasında,  yaxud  cücələrdə 
qoyulur.  Reaksiya qoyulmazdan əvvəl  cücələr və ya embrionlarda 
titrləşdirilir və bu məqsədlə Rid və Menç üsulundan  istifadə edilir.
TEF  kulturasında  NR  qovulm ası.  Reaksiya  üçün  konta- 
minantlardan  azad  olan  ilkin  tribsinləşdirilmiş  TEF  kulturası 
götürülür.  24-28  saat  keçmiş  alınmış  yaxşı  təhqiqatlı  matrislər 
seçilir  və  1  ml.qida  mühitində  200-300  min  hüceyrə  konsentra- 
siyasında  subkultura  əldə  edilir.  Bu  subkulturaları  1,3  ml.  miq­
darında  pensilin  flakonları  və  ya mexbər şüşələrinə  tökülür.
Təfriq olunan  material  kimi  xəstəliyiin əvvəlində və bundan 
iki  həftə  keçmiş  quşlardan  götürülmüş qan  serumlarından  istifa­
də  edilir.  Bundan  əlavə  ölmüş  quşların  daxili  orqanlarının  sus- 
pensiyasında  istifadə  edilə  bilər.
67


Yoxlanılan materialın və hiperimmun spesifik  serumların  iq- 
la  mühitində  0,5ml.  həcmdə  olmaq  şərti  ilə  l:2-dən  l:128-dək 
müsbətində durultmalar hazırlanır.  Serumun  hər bir durultması- 
na  yoxlanılan  virus  suspenziyası  antibiotikli  iqla  mühitinə  də 
əlavə  edilir.  Qarışdırılır,  otaq  temperaturasında  saxlanılır  və  2 
saatdan  sonra  içərisinə  TEF  subkulturası  olan  pensilin  flakonla- 
rı  və  ya  mixbər  şüşələrinə  0,2  ml  dozada  tökülür.  Reaksiyanın 
nəticəsi  onun  qoyulmasından  5-6  gün  keçmiş  mikroskopiki  yol­
la  aparılır.  50 
%
  yoluxdurulmuş  hüceyrə  kulturasında  virusun 
10-100  LD50  dozasının  infeksion  təsirini  neytrallaşdıran  serum 
durultması  onun  titri  hesab  edir.  Bundan  əlavə  hüceyrə  kultura- 
sında neytrallaşma reaksiyasını onun virusa sitopatik təsiri  ilə də 
müəyyən  edilir.
Tovuq  em brionunda  NR  qovulm ası.  Mixbər  şüşəsinə 
tədqiq  olunan  qan  serrumu  0,13  ml,  199  mühiti  və  ya  fizioloji 
məhlul,  0,3  ml,  virus  antigeni  4  durultma  dərəcəsində  0,6  ml. 
töküb  otaq  temperaturasında  2  saat  saxlanılır.  Sonra  bu  qarışığı 
0,3  ml  dozada embrionları  xorioallantoriz qişasına  eneksiya edi­
lir.  Embrionları  370S  temperaturda  8  gün  inkubasiya  etdikdən 
sonra  nəticəsi  yoxlanılır.
N eytrallaşm a  reaksiyasını  cü cə lə rd ə   qovulm ası.  Reak­
siya  2  m ərhələdə qoyulur.  Birinci  mərhələdə  mixbər şüşəsi  da­
xilində  viruslar  qan  serumunun  2  saat  ərzində  kontaktı  həyata 
keçirilir,  2 -c i  mərhələdə  isə alınmış qarışıqla cücələr yoluxdu­
rulur.  Reaksiyanın  nəticəsi  əvvəlcə  8-ci  gündə,  sonra  isə 2  həf­
tə  ərzində  hər  3  gündən  bir  yoxlanılır.  Virus  cücələrdə  bioloji 
aktivlik  törətmirsə,  reaksiya  müsbət  hesab edilir.
Bakterial  etiologiyalalı  xəstəliklərdə neytrallaşma reaksiyası 
vasitəsilə ya məlum  antigen  əsasında antitelləri  müəyyənləşdir­
mək, ya da məlum antitel əsasında antigeni aşkar etmək üçün  is­
tifadə edilir.  Xəstəlik  törədicilərinin toksinlərinin və onların  tir­
lərinin  təyinində də  bu  reaksiya  mühüm  əhəmiyyətə  malikdir.
68
Reaksiyanı qoymaq üçün 2 ədəd sınaq şüşəsinin hər birinə təd­
qiq  olunan  materialdan  /  orqanların  fizioloji  məhluldan  ekstraktı, 
kültura və s.  / 0,5  və ya 0,3  ml  tökülür.  Sonra bu materiala  mikro- 
bun  tipinə məxsus olan diaqnostik serumdan  0,5  və ya 0,3  ml  əla­
və  olunur.  İkinci  nəzarət  mixbərindəki  tədqiq  olunan  materialın 
üzərinə serum  əvəzinə  fizioloji  məhlul  tökülür.  Qarışığı  möhkəm 
çalxaladıqdan  sonra  termostatda  370  S  temperaturda  45  dəqiqə 
saxlayıb bununla laboratoriya təcrübə heyvanlarının yoluxdurması 
aparılır. Tədqiq olunan  materialın xüsusiyyətindən  asılı  olaraq qa­
rışıq dəri  altı,  vena daxili  və qarın boşluğuna vurula bilər.
Nəzarət  qrupundakı  siçanların  100 % tə lə f olub,  digər qrup- 
dakıların  sağ  qalması  onu  göstərir  ki,  tədqiq  olunan  materialda 
seruma  müvafiq  antigen  və ya toksin vardır.
İmmunoflüoressensiva  reaksiyası  /İFR/  fluoroxrom  boyaları 
ilə  boyanmış  obyektlərin  lyuminissent  mikroskopiyasından  iba­
rətdir.
Reaksiya  2  üsulla  qoyulur.
Vasitəsiz və ya bir mərhələli üsul  və vasitəli  yaxud iki  mərhə­
ləli  üsul.  Vasitəsiz  üsul  baytarlıqda  daha  çox  istifadə  edilir.  Bu 
üsulda  əvvəlcədən  yağsızlaşdırılmış  əşya  şüşəsi  üzərinə  tədqiq 
olunan materialdan bir damcı qoyub, qurudurlar.  Sonra etil stpirtin- 
də  10-15  dəqiqə və ya  metil  spirtində 3-5 dəqiqə ərzində təsbi  et­
dikdən sonra bunun üzərinə  1  damla flüoroxrom boyası  ilə boyan­
mış serum əlavə edilir, 370 S temperaturda  15-30 dəqiqə saxladıq­
dan sonra bunu 0,01  molyar fosfar buferində 0,15  molyar natriym- 
xlorid  məhlulu  ilə  10-15  dəqiqə ərzində yuyub,  havada qurutduq­
dan  sonra  liiminissent mikroskop altında mikroskopiya edilir.
Mikrosikopiyanın nəticəsi visual qaydada işuq saçmasının in­
tensivliyinə görə  müəyyən  ediir və 4  müsbətlə qiymətləndirilir:
#  - güclü  parlaq  yaşıl  işıq  saçma;
* -  güclü  yaşılımtıl  işıq  saçma;
i   -
  hüceyrə  periferiyasında  sarımtıl-yaşıl  işıq  saçma;
69


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə