İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə22/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   18   19   20   21   22   23   24   25   ...   87

tərilir.  Sxemdən  göründüyü  kimi  xəstəliklər  yoluxucu  və  yolu­
xucu olamyan  qruplara bölünür.  Yoluxucu  xəstəlik  infeksion  və 
invazin  olmaqla 2  dəfə ayrdır.
İnfeksion  xəstəliklər  antroponozlara,  yəni  yalnız  insanlara 
məxsus  xəstəliklərə,  zooantropnozlar və ya antroponozlara,  yə­
ni  insan  və  heyvanlar üçün  ümumi  olan  xəstəliklərə və  zoonoz- 
lara  yəni  yalnız  heyvanların  və  quşların  xəsəliklərinə  bölünür. 
Heyvanların  və  quşların  xəstəlikləri  isə  ktenonozlara,  terionoz- 
lara və  ktenoteriozlara bölünür.  İnfeksiya törədicisinin  mənbəyi 
yalnız  kənd  təsərrüfatı  heyvanları  və  quşları  olan  xəstəliklərə 
ktenonozlar,  infeksiya  törədicisinin  mənbəyi  yalnız  vəhşi  hey­
van  və  quşlar olan  xəstəliklərə  terionozlar və  infeksya  törədici­
sinin  mənbəyi  həm  kənd  təsərrüfatı  heyvanları  və  quşları,  həm 
də vəhşi  heyvan və quşlar olan xəstəliklər isə  ktenoteriozlar ad­
lanır.
İnfeksion  xəstəliklərin  belə  bölgüsü  epizootoloji  əhəm iyyə­
tə malikdir.  Çünki  belə bölgü epizootiya əleyhinə tədbirlərin  ra­
sional  təşkilinə,  habelə  infeksiya törədicilərinin  mənbəyinin  aş- 
karedilməsi  və  ləğvinə  imkan yaradır.
Hal-hazırda  quşların  infeksion  xəstəliklərinin  adlandırılma- 
sında xəstəlik  törədicisinin  cinsinin  və ya növünün  adından,  xa­
rakterik  kliniki  əlamət  və  patoloji-anatomik  dəyişdiklərindən, 
yaxud  da  tarixi  adı,  alimin  adı  və  ya  ilk  dəfə  qeyd  edilən  yer 
adından  istifadə  edilir.
Qədim  dövrlərdən  infeksion  xəstəliklərə  dair  elmi  biliklər 
toplandıqca  epizootologiya  infeksion  xəstəliklərin  müəyyən 
qruplaşdırılmaları  aparılırdı.
Təsnifat prinsipinin 2 yolu, yəni  deduktiv- ümumidən  fərdə 
doğru  və  induktiv-yəni  ferddən  ümumiyə  doğru  yolu  mövcud­
dur.
İnfeksion  xəstəliklərin  epizotoloji  təsnifatı  ilə  dəfə  1961-ci 
ildə  M.S.Qunnuşkin  tərəfindən  verilmiş  və  heyvan  və  quşların
86
S xem   4.  X əstəliklərin  ü m u m i təsnifatı
xəstəlikləri  5  qrupa  bölünmüşdür:  1)  Alimentar  infeksiyalar;  2) 
Aerogen  infeksiyalar;  3)  Transmissiv  infeksiyalar;  4)  keçirici 
amilin  iştirakı  olamadan  dəri  səthindən  yoluxma  ilə  baş  verən 
infeksiyalar;  5)  Yoluxma yolu  məlum olmayan  inveksiyalar.
İnfeksiya  törədicilərin  quş  orqanizminə  daxili  olma  yluna 
görə  bütün  infeksion  xəstəliklər 4  qrupa bölünür:  Həzm  üzvləri 
ilə  /alimentar/,  tənəffüs  üzvləri  ilə  /resperator/,  canlı  keçiriclər 
vasitəsilə  /transmissiv/  və  dəri  örtüyü  ilə  verilən  infeksiyalar. 
Deməli,  infeksiya  törədiilərinin  orqanizmə  daxil  olmasında  4 
anatomik  -   fizioloji  orqanlar sistemi  iştirak  edir:  həzm  üzvləri, 
tənəffüs  üzvləri,  qan  dövranı  və xarici  örtük.
87


Alamentar  infeksiyalar  amilin  xarici  mühit  obyektlərindən 
lokalizasiya  xüsusiyyətlərinə  görə,  torpaq  infeksiyaları  və  yem 
və  su  vasitəsilə  orqanizmə  daxil  olan  infeksiyalar  qrupuna 
bölünür.  Alimentar  infeksiyaların  yayılması  quşların  yem ləm ə 
və  saxlama  şəraitindən,  xüsusilə  təsərüffatda  baytarlıq-sanita- 
riya  xidmətinin  vəziyyətindən  asılıdır.  Ona  görə  də  alimentar 
infeksiyaların  profilaktikası  və  onlara  qarşı  mübarizədə  əsas 
tədbirlər kompleks xarakter daşımalı təsərüffatda baytarlıq-sani- 
tariya xidməti  yaxşılaşdırılmalı, yemlərin və suyun  infeksiya tö­
rədicilərilə  çirklənməsinin qarşısı  alınmalıdır.
Respirator  innfeksiyalarda tənəffüs  yolları  selikli  qişanın  və 
ağ  ciyərin  iltihabı  üstünlük  təşkil  edir.  Quşların  binalarda  sıx 
yerləşdirilməsi  vintilyasiyanın düzgün  işləməmsi,  soyuq  tempe­
ratur və  nəmliyin  çox olması  və  s.  amillər respirator infeksiları- 
nın  geniş  yayılmasına səbəb  olur.
Respirator  infeksiyalarla  mübarizədə  əsas  şərt  həmin  xəstə­
liklərə  tez  və  dəqiq  diaqnoz  qoyulması,  xəstə  və  amil  gəzdirən 
quşların  aşkar  edilərək  təcrid  olunması,  quş  binalarında  uyğun 
zoogigiyenik  şəraitin  yaradılması,  kütləvi  müalicə-profilaktik 
tədbirlərin  yerinə  yetirilməsidir.
Transmassif  infeksilar  o  infeksiyalara  deyilir  ki,  xəstəliyin 
törəcicisi  həmişə  bəzən  isə  xəstəliyin  müəyyən  dövrlərində 
qanda olur.  Patogen amilin quş orqanizminə daxil  olması  qanso- 
ran  həşaratlar  vasitəsilə  baş  verir.  Belə  xəstəlik  üçün  enzootik- 
lik  və  mövsümlük  xarakterikdir.  Transmissiv  infeksiyalar  iki 
qrupa  bölünür.
Birinci  qrupa  obliqat  transmassiv  xəstəliklər daxildir ki,  be­
lə  infeksiyalarda  xəstəliyin  törədicisi  yalnız  həşaratlar vasitəsi­
lə orqanizmə daxil  olur.  Bu qrupa mənsub olan  xəstəliklərin tö­
rədiciləri  xarici  mühitdə  uzun  müddət  sərbəst  yaşaya  bilmir. 
Ona  görə  də  epizootik  prosesin  baş  verməsində  canlı  yayıcılar 
əsas  hesab  edilir.  Obliqat-transmasiv  xəstəliklərin  profilaktika­
88
sında  əsas  şərt  quşları  qansoran  həşaratlardan  qorumaq,  canlı 
yayıcıları  məhv  etmək  və  profilaktik  vaksinasiya aparmaqdır.
İkinci  qrupa  fakültativ  transmasiv  xəstəliklər daxildir.  Bun­
larda xəstəliklərin törədiciləri orqanizmi həşaratlardan əlavə di­
gər  yollarla  da  daxil  ola  bilir.  Ona  görə  də  epiootiya  əleyhinə 
tədbirlər aparıldıqda hökmən  bunlar nəzərə  alınmalıdır.
Keçirici  amillərin  iştirakı  olmadan  infeksiya  törədicilərinin 
xarici örtük səthində orqanizmə daxil olması nəticəsində baş ve­
rən xəstəliklər böyük bir qrup təşkil  edir.  Bu qrupa mənsub olan 
xəstəliklərin  profilaktikası  üçün  travmatizm  əleyhinə  mübarizə 
və dizenfeksiya aparılmalı, infeksiya törədicilərinin mənbəyi aş­
kar  edilib,  ləğv  edilməlidir və  profilaktik  vaksinasiyalar  aparıl­
malıdır.
Quşların  infeksion  xəstəliklərinin  təsnifatın  xəstəlik  törədi­
cilərinin qruplarına görə  aparılır.  Məlumdur ki,  infeksion  xəstə­
liklər  etiologiyasına  görə,  bakteriozlara,  virozlara,  mikroplaz- 
mozlara,  rikketsiozlara,  xlamediozlara,  mikozlara və  mikotoksi- 
kozlara  bölünür.  Tədqiqatçılar  göstərirlər  ki,  belə  təsnifat  sər­
bəst  etioloji  faktora  əsaslanıb,  bu  isə  hər bir  infeksion  xəstəli­
yin  sərbəstliyini  təyin  etməyə  inmkan  verir.
Bakterial  etiologiyalı  xəstəliklərin  törədiciləri  orqanizmə 
əsasən  alimentar  yolla,  nisbətən  az  halda  isə  aerogen  və  trans­
massiv  yolla,  virus  etiologiyalı  xəstəliklərin  törədiciləri  isə  ən 
çox aerogen yolla, nisbətən az halda isə alimentar-tamsmissiv və 
dəri  örtüyü  vasitəsilə,  mikoplazmozların  törədiciləri  aerogen 
yolla, rikketsiozların törədiciləri ən çox tranmassiv yolla,  mikoz- 
ların  törədiciləi  daha çox  dəri  örtüyü  vasitəsilə,  mikotoksikozla- 
rın  törədiciləri  isə daha çox alimentar yolla orqanizmə daxil olur.
Şübhəsiz ki, qeyd edilən  təsnifatlarda müəyyən çatışmamaz- 
lıqlar mövcuddur və gələcəkdə infeksion xəstəliklərin epizooto- 
loji  təsnifatı  daha  çox  təkmilləşəcəkdir.
89


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə