İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə24/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   20   21   22   23   24   25   26   27   ...   87

Sulfanilamidlər  sulfanil  turşusunun  törəmələrindən  ibarət 
olub  əksər növ  mikroorqanizmlər,  aktinomisetlər və  digər mik- 
roorqanizmlər  üçün  aktivdir.  Onlar  eyni  zamanda  quş  orqaniz­
mində  iltihab  reaksiyasını  söndürür,  faqositozu  stimullaşdırır, 
intoksikasiyanı  aşağı  salır.
Sulfanilamidlərin  təsir mexanizmi  ondan  ibarətdir ki,  bunlar 
mühitdən  mikrobun  həyatı  üçün  zəruri  olan  vasitələri,  xüsusilə 
paraaminobenzoy turşusunu sıxışdırıb çıxarır və özü onun yerini 
tutur,  nəticədə  mikrobun  inkişaf!  dayanır.
Sulfanilomid  preparatlarından  düzgün  istifadə  etmədikdə 
mikroorqanizmlərdə onlara qarşı  uyğunlaşma baş verir və nəticə­
də  sulfanilamidlərə  davamlı  mikrob  irqləri  yaranır.
Sulfanilamlərin  təsir  gücü  müalicə  kursunun  düzgün  aparıl­
masından  asılıdır.  Preparatlardan  istifadə  etdikdə  mikroorqa- 
nizmlərin  onlara  həssaslıq  dərəcəsi,  müalicə  aparılmasının 
müddəti, makroorqanizmin fizioloji  vəziyyəti nəzərə alınmalıdır.
Orqanizmdə sorulma, təsir etmə və  ixrac olunma tezliyindən 
asılı  olaraq  sulfanilamidlər 5  qrupa  bölünür:
1) 
Həzm  orqanlarından  pis  sorulan  sulfanilamidlər.  Belə  re- 
paratlar  bağırsaq  infeksiyalarında  işlədilir.  Bu  qrupa  misal  ola­
raq  ftalazol,  ftazin,  sulgin  və  s.  göstərmək olar.
2) 
Ümumi  təsirə  malik  olan  sulfanilamidlər.  Bunlar  həzm 
traktından  asan  sorulur  və  orqanizmdən  gec  ixrac  olunur.  Bu 
qrupun  nümuyəndələrəri  norsulfazol  və  sulfadimezindir.
3) 
Asan  sorulan,  sidikçıxarıcı  yollarla  yığılan  və  burada 
böyük  konsentrasiyada  toplanan  sulfanilamidlər.  Bu  qrupa  uro- 
sulfan  aid  olmaqla  böyrək  və  sidik  çıxarıcı  yolların  xəstəlikləri 
zamanı  tətbiq  olunur.
4) 
Prolonqasiya  təsirli  sulfanilamidlər.  Bunlar  orqanizmdə 
zülalla  möhkəm  birləşmə  əm ələ  gətirir  və  uzun  müddət  orqa­
nizmdə  qalır.  Əsasən  respirator  orqanların  zədələnmələrini  tö­
rədən  xəstəliklərdə  işlədilir.  Bu  qrupa  sulfapiridazin,  sulfalen,
94
sulfadimetoksin  və  başqaları  aiddir.
5)Yerli  olaraq  işlədilən  sulfanilamidlər.  Bunlar əsasən  yara­
ların  müalicəsində  işlədilir və nümayəndəsi  isə  streptosiddir.
Sulfanilamidləri  antibiotik  və  vitaminlərlə  birlikdə  işlətdik­
də  daha yaxşı  nəticə  verir.
Nitrofuran  birləşmələri  geniş  təsir  dairəsinə  malik  olmaqla 
əksər növ  mikroblara,  habelə  bəzi  viruslara  təsir göstərir.  Bun­
ların  təsir  mexanizmi  ona  əsaslanmışdır  ki,  mikrob  hüceyrələ­
rində  oksidləşdirici  prosesləri  dayandırır,  eritopoyezi  sürətlən­
dirir və  nəticədə  qanda  şəkərin,  ümumi  zülalın,  qalıq  azotun  və 
fosforun  miqdarı  artır.  Nitrofuran  birləşmələrində  furazolidon, 
furazilin,  furagin  və s.  infeksion xəstəliklərin  müalicəsi  üçün  iş­
lədilir.  Bunlar daha  çox  pullorozla,  salmolnellyozla  və  kolibak- 
teriozlarla  xəstə  quşları  müalicəsində  tətbiq  olunur.
Antibiotiklər  bioloji  aktiv  maddələr  olub,  müxtəlif  orqa- 
nizmləin həyat  fəaliyyəti  zamanı  meydana çıxır.  Bunlar bakterio- 
sid,  funqisid,  bakteriostatik  və  funqiostatik  təsirə  malikdir.  An­
tibiotiklərin  həmçinin  mikoplazmalar,  ıikketsiyalar,  bəzi  ibtidai­
lər və  helmentlərə də  təsir göstərir.
Təsir dərəcəsinə  görə antbiotiklər 2  qrupa  bölünür:
ljM əhdud  təsir dairəsinə  malik  olan  antibiotiklər.  Bu  qrupa 
yalnız qram-miisbət  təsir göstərən  penisillin  və  onun  törəm ələ­
ri  eritromisin,  oleandomisin  və  s.  və  qram  mənfi  mikroorqa- 
nizmlərə təsir göstərən  polimiksinlər daxildir.
2)Geniş təsir dairəsinə malik olan antibiotiklər.  Bu qrupa  tct- 
rasiklin və onun  törəmələri, xlortetrasiklin, oksitetrasiklin,  levo- 
misetin,  streptomisin,  monosimin  və  s.  daxildir.
Qrizeofulyin,  nistatin,  levorin antibiotikləri  isə yalnız mikro- 
skopik  göbələklərə təsir edir.
Antibiotiklərin  yüksək  effektliliyi  onun  düzgün  işlədilmə- 
sindən  asılıdır.  Xüsusilə  xəstəlik  törədicilərinin  hər hansı  anti­
biotikə  həssaslığı,  müalicə  zamanı  antibiotiklərin  düzgün  qrup-
95


laşdırılması  və  növbələşdirilməsi,  orqanizmə  yeridilmə  üsulu, 
düzgün  terapevtik  doza,  infeksiyalar  arasındakı  fasilə  və  müa­
licə  müddətinin  düzgün  təyin  edilməsi  antibiotiklərin  müalicə 
efeektliyini  yüksəldir.
İnfeksion  xəstəliklər  zamanı  antibiotikləri  tətbiq  etməklə 
xəstəliyin  tez aradan götürülməsinə  və  infeksion  prosesin  yayıl­
masının  qarşısının  alınmasına  səbəb  olur.
Adətən  penisillin  və  onun  törəmələrinin  tədbiqindən  1  gün, 
tetrasiklin  qrupu  və  polimiksinin  tətbiqindən  3  gün,  streptomi- 
sin,  monomisin  və kanamisinin tətbiqindən  7 gün,  bitsilin qrupu 
antibiotiklərinin  tətbiqində  6giin,  ditetrasiklinin  tətbiqindən  25 
gün və dibiomisinin tətbiqindən 30 gün sonra quşlar vaksinasiya 
edilə  bilər.  Antibiotiklərin  fasiləsiz  işlədilmə  müddəti  müalicə 
məqsədilə  7  gündən  artıq  olmamalıdır.
Peroral  yolla  antibiotikləri  tətbiq  etdikdə  bunları  yem  və  su 
ilə  həyata  keçirirlər.  Mədə-bağırsaq  şöbəsində  parçalana  bilə­
cək  antibiotikləri  (penisillin  və  onun  törəmələri)  peroral  yolla 
işlətmək  olmaz.  Bundan  əlavə  həzm  şöbəsindən  orqanizmə  so­
rulmayan  antibiotiklərin,  xüsusilə  streptomisin,  kanamisin,  mo­
nomisin, nistatin, polimiksin və s.  peroral yolla tətbiqi əhəm iyy­
ətsizdir.
Son  zamanlar  quşların  mədə-bağırsaq  şöbəsinin  pozuntusu 
ilə  özünü  göstərən  xəstəliklərin  müalicəsi  üçün  kompleks  neo- 
misin  və  polimiksin  preparatlarından  istifadə  edilir.
Kompleks  neomisin  preparatının  tərkibi  neomisin,  xlortetra- 
siklin,  furazolidon  və  askorbin  turşusu  qarışığından  ibarətdir. 
Kompleks  polimiksin  preparatının  tərkibinə  isə  polimiksin-M, 
xlortetrasiklin,  furazolidon  və askorbin  turşusu  daxildir.
Bu  qeyd  edilən  kompleks  preparatların  tərkibi  kimyəvi  və 
farmakoloji  xüsusiyyətlərinə  görə  uyğundur,  biri  digərini  ta­
mamlayır və  yüksək  müalicəvi  xassə  ilə özünü  göstərir.
Quşların  ət  üçün  kəsilməsindən  müəyyən  müddət əvvəl  on­
96
larda antibiotiklərdə müalicə aparılmamalıdır.  Belə ki, penisillin 
və  onun  törəmələri,  həmçinin oleondomisinlə  müalicə  aparılıb- 
sa 

gün,  tetrasiklin  qrupu  və  polimiksinlə  3  gün,  streptomisin, 
kanamisin  və  monomisinlə  7  gün,  dibiomisinlə  30  gün  və  ditet- 
rasikliknlə  müalicə  aparılıbsa  25  gün  keçmiş  həmin  quşların  ət 
üçün  kəsilməsinə  icazə  verilir.
Qeyri-spesifik  müalicə. 
Quşçuluq təsərrüfatlarında orqaniz­
min ümumi rezistentliyini yüksəldilməsinə yönəldilən vasitələr­
lə  aparılan  müalicəyə  qeyri-spesifik  müalicə  deyilir.  Bu  məq­
sədlə qeyri-spesifik stimuledici preparatlar və fizioterapiya üsul­
larından  istifadə  edilir.
Stimuledici  təsirə  malik  olan  preparatlar  təsir  xüsusiyyətlə­
rinə görə şərti olaraq 2 yerə bölünür: qeyri-spesifik və nisbi-spe- 
sifık  preparatlar.  Qeyri-spesifik  preparatlar  bütün  orqanizmə, 
nisbi-spesifik  preparatlar isə müəyyən orqana daha çox  təsir gö­
stərir.
Stimuledici  preparatların  təsiri  bir çox  faktorlardan,  xüsusilə 
orqanizmin  ümumi  vəziyyətindən,  fərdi  xüsusiyyətlərindən,  iş­
lədilən  preparatın  fəallığından,  dozasından  və  s.  asılıdır.
Qeyri-spesifik  vasitələri  əsasən  kənd  təsərrüfatı  heyvanla­
rında daha çox  tətbiq  olunur ki,  bunlara misal  olaraq  süd,  prote­
in,  qan,  histolizatlar,  toxuma  preparatları,  antiretikulyar  sitotok- 
sik  serum  və  interferonla  müalicəni  göstərmək  olar.
Simptonıatik  müalicə. 
Kənd  təsərrüfatı  heyvanları  və  quş­
ların  infeksion  xəstəlikləri  zamanı  orqanizmin  müxtəlif funksiya­
larının  normallaşmasına  yönəldilən  müalicəyə  simptomatik 
müalicə  deyilir.  Xəstəlik  nəticəsində  yaranmış  simptomların 
aradan  götürülməsi  üçün  ürək-damar sisteminin  fəaliyyətini  ni­
zamlayan, temperaturam aşağı salan, büzüşdürücü və s.  vasitələr 
işlədilir.  Ümumiyyətlə  infeksion  xəstəliklərə  tutulmuş  quşların 
müalicəsin  üçün  kompleks  mübarizə  aparılmalı,  eyni  zamanda 
onların  yemləməsi  və  saxlanma şəraiti  yaxşılaşdırılmalıdır.
97


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə