İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə25/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   21   22   23   24   25   26   27   28   ...   87

Son  zamanlar müalicə vasitələri  aerozol  halında geniş  şəkil­
də  istifadə  edilir.  Bu  üsulun  üstünlüyü  onun  istifadə  cəhətdən 
daha effektli  olmasıdır.  Müalicə vasitələri  aerozol  halında  orqa­
nizmə  tez  və  asanlıqla  daxil  olur.  Müəyyən  edilmişdir  ki,  müa­
licə vasitələri aerozol halında ağciyərə daxil olduqda çox tez qa­
na  keçir  və  qısa  müddətdə  qan  vasitəsilə  əksər  orqan  və  toxu­
malara  yayılır.  Aerozol  üsulun  digər  mühüm  üstünlüyü  ondan 
ibarətdir  ki,  müalicə  vasitələri  bu  üsulda  ağçiyərdən  kiçik  qan 
dövranına daxil  olur.  Demək müalicə vasitələri  qaraciyərə daxil 
olub parçalanmazdan əvvəl  bütün orqanizmə yayılır.  Antibiotik­
lərin  aerozol  halında  tətbiqi  daha  yaxşı  nəticə  verir.  Ayrı-ayrı 
müəlliflər göstərirlər ki, aerozol üsulla ağciyərdə antibiotiklərin 
istənilən  konsentrasiyasını  yaratmaq  mükündür.
Quşların  bir  çox  iti  gedişli  septiki  və  respirator  xəstəlikləri 
zamanı  antibiotiklərin və digər müalicə vasitələrinin aerozol ha­
lında  işlədilməsi  yüksək  müalicə effektinə  malikdir.
Hazırda  quşların  pasterellyozu,  Nyukasl  xəstəliyi,  infeksion 
larinqotraxeiti,  respirator  mikroplazmozu  və  kolibakteriozu  za­
manı  müalicə  vasitələri  aerozol  halında  tətbiq  edilir.  Quşçuluq 
təsərrüfatları  və  fabriklərində  müxtəlif xəstəlik  törədicilərinin 
aerogen  yolla  orqanizmə  daxil  olmasının  qarşısını  almaq  üçün 
havanın  aerozol  yolla  zərərsizləşdirilməsi  böyük  əhəm iyyətə 
malikdir.  Bu zaman həm havanın mikroflorasının bəzi  nümayən­
dələri  məhv  olur,  həm  də  quşların  tənəffüs  yolları  mikroorqa- 
nizmlərlə  yoluxmadan  qismən  azad  olur.
DEZİNFEKSİYA
Dezinfeksiya  -   xarici  mühit  obyektlərində  patogen  və  şərti 
patogen  mikroorqanizmlərin  müxtəlif üsul  və  vasitələrlə  məhv 
edilməsinə  deyilir.  Quşçuluq  təsərrüfatlarının  müxtəlif obyekt­
lərinin  vaxtında və keyfiyyətli  dezinfeksiyası  təsərrüfatda  stabil
98
və  davamlı  epizootik  statusun  saxlanmasında  ən  mühüm  tədbir­
lərdən  biridir.  Xarici  mühit  obyektlərində  patogen  mikrobları 
məhv  etməklə  epizootik  prosesin  baş  verməsinin  qarşısı  alınır. 
Ona  görə  də  epizootiya  əleyhinə  tədbirlərdə,  ən  əsas  işlərdən 
biri  dezinfeksiyanın  aparılmasıdır.
Dezinfeksiya  anlayışını  sterilizasiya və  zərərsizləşdirmə  an­
layışlarından  fərqləndirmək  lazımdır.  Belə  ki,  dezinfeksiya  in- 
feksiya  törədicilərinə  qarşı  aparılan  qırıcı  tədbir  olduğu  halda, 
sterilizasiya  həm  patogen,  həm  də  şərti  patogen,  həm  də  sapro- 
fıt  mikroorqanizmləri  məhv  edir.  Zərərsizləşdirmə  zamanı  isə 
patogen  mikroblarla  yanaşı  onları  toksinləri  də  inaktivləşdirilir. 
Ancaq  praktiki  olaraq  dezinfeksiya,  sterilizasiya  və  zərərsizləş­
dirmə  anlayışları  arasında  kəskin  sərhəd  qoymaq  düzgün  deyil. 
Çünki  dezinfeksiya zamanı  obyektlər üzərində olan  saprofıt  mi- 
kroblar da  məhv olur,  yaxud  sterilizasiya aparıldıqda  mikroblar­
la  yanaşı  onların  həyat  fəaliyyəti  məhsulları,  yəni  toksinləri  də 
zərərsizləşdirilir.
Dezinfeksiyada bir-birini tamamlayan 2  mühüm iş yerinə ye­
tirilir,  yəni  əvvəlcə  mexaniki  təmizlik  aparılır,  sonra  dezinfek­
siya vasitələri  tətbiq edilir.  Mexaniki  təmizlik nəticəsində dezin­
feksiya  vasitələrinin  xəstəlik  törədicilərinə  təsiri  üçün  əlverişli 
şərait  yaranır  və  onların  üzvi  maddələr tərəfindən  adsorbsiyası 
baş  vermir.
Müəyyən  olunmuşdur  ki,  quşçuluq  binaları  və  onların  ətraf­
larında  mexaniki  təmizlik  pis  aparıldıqda  kimyəvi  dezinfeksiya 
vasitələri obyektlərin  səthini  örtən  həmin  üzvi  maddələrlə qarşı­
lıqlı  əlaqəyə girir və onlar tərəfindən  adsorbsiya olunur.  Nəticə­
də  bu  vasitələrin  bakterisid  təsiri  azalır,  yaxud  tam  şəkildə  itir.
Dezinfeksiya zamanı, xüsusilə yem və su qablarının, divarla­
rın  aşağı  hissələrinin,  arakəsmələrin  təmizliyinə  diqqət  yetiril­
məlidir.  Mexaniki  təmizliyin asan və yaxşı getməsi  üçün  hər m2 
sahəyə  0,5  litr  1%-li  kalsiumlu  soda  məhlulu  ilə  çiləmə  aparıl­
99


malı,  sonra isə  su  ilə peyin tam təmizlənə qədər təzyiqlə yuyul­
malıdır.  Mexaniki  təmizlikdən  sonra  ventilyasiya  qurğusu  işə 
salınır və obyektlər quruyana qədər gözlənir.
Aerozol  və qaz halında dezinfeksiya vasitələrindən  istifadə et­
dikdə  obyektlərin  qurudulmasının  daha  böyük  əhəmiyyəti  vardır. 
Ancaq  obyektlərin  səthini  dezinfeksiyadan  əvvəl  zəif  dərəcədə 
nəmləndirdikdə  dezinfeksiyanın  effektliliyi  güclənir.  Hazırda  tə­
sərrüfatın tipi  və quşların  saxlanma texnologiyasından  asılı  olaraq 
dezinfeksiya vasitələri məhlul, aerozol və qaz halında tətbiq edilir.
Məhlul  halında  dezinfeksiya  üsulundan  daha  çox  istifadə 
olunur.  Bu  üsulda mühitin  temperaturu çox  mühüm  əhəm iyyətə 
malikdir.  Aşağı  temperatur şəraitində  bir çox  dezinfeksiya  vasi­
tələrinin  məhlullarının  dissosiasiyası  zəifləyir,  bu  isə  kimyəvi 
maddələrin  mikrob  hüceyrəsinə  diffuziyasının  çətinləşdirir. 
Temperaturun  yüksəlməsi  kimyəvi  reaksiyaları  bir  neçə  dəfə 
sürətləndirir.  Dezinfeksiya  məhlulları  nə  çox  aşağı,  nə  də  çox 
yüksək qatdıqda istifadə edilməlidir. Çünki aşağı qatdıqda dezin­
feksiya məhlulu  mikroba bakteriosid təsir göstərmir, yüksək qa­
tdıqdan  istifadə  isə artıq  xərcə  səbəb  olur.
Sərf olunan  dezinfeksiya  məhlulu  mikrobun  olduğu  mühitin 
xüsusiyyətindən  və  onun  həmin  maddəyə  həsaslıq  dərəcəsində 
asılıdır.  Dezinfeksiya  məhlulları  obyektlər  üzərinə  güclü  axın 
halında,  yaxud  xırda  damlalar  şəklində  aparılır.  Güclü  axın  za­
manı məhlul  daha çox sərf olunur,  digər üsulda isə məhlul  xırda 
damlalar şəklində obyektin  səthini  hərtərəfli  isladır.
Quşçuluq  təsərrüfatlarında  aerozol  üsulla  dezinfeksiya  daha 
çox  tətbiq  olunur.  Aerozollar bərk  və  ya maye  hissəciklər olub, 
havada  asılı  halda  qalır və  belə  vəziyyətdə  hər cür obyektlə  tə­
masda olur, obyektdən əlavə həm  də quş binalarının  havasını  da 
zərərsizləşdirir.  Dezinfeksiya vasitələrinin məhlul  halında tətbi­
qinə nisbətən aerozol  üsulla məhlul  bir neçə dəfə az zərf olunur. 
Bundan  əlavə  aerozol  üsulla  dezinfeksiya  vasitələri  çox  xırda
100
hissəciklər  halına  salındığına  görə  onların  səthləri  çoxalır,  bu 
isə  dezinfeksiyanın  səmərəliliyini  yüksəldir.
Aerozol  üsulla dezinfeksiya binada quş olan şəraitdə aparılır. 
Bu zaman bina daxilində hermatiklik yaradılmalı, bina daxilində 
temperatur  17-22°S  həddində,  nisbi  nəmlik  isə  60-95%  olmalı­
dır.  Əgər obyektlərin  səthi  çox nəmlidirsə aerozol dezinfeksiya­
nın  keyfiyyəti  pisləşir,  çünki  həmin  səthlər üzərinə çökən  aero­
zol  hissəciklər əlavə olaraq buradakı  nəmli  mühitdə həll olur və 
preparatın  konservasiyası  zəifləyir.
Qazla  dezinfeksiya  hermetik  qapalı  binalarda  poliamid  plyon- 
kalar  altında  aparılır.  Qazlar  yalnız  nəmli  şəraitdə  mikroblara 
öldürücü  təsir  göstərir.  Belə  ki,  onlar  nəmli  mühitdə  həll  olaraq 
mikroorqanizmlər  üçün  toksiki  olan  birləşmələr  əmələ  gətirir. 
Ona görə də  qazla dezinfeksiya aparmazdan  əvvəl  binalar kifayət 
qədər  su  ilə  isladılır.  Dezinfeksiyaedici  qazlar  tətbiq  edildikdən 
sonra binanın bütün sahələrinə bərabər nisbətdə yayılır və obyekt­
lərin  uduculuq  qabiliyyətindən  asılı  olaraq  onlar  tərəfindən  ad- 
sorbsiya olunur.  Dezinfeksiyadan sonra binaların qapı və pəncərə­
ləri  açılmalı,  ventilyasiya qurğuları  işə salınmalıdır ki, qaz halında 
olan  zəhərli  birləşmələr buradan təmizlənsin.  Xüsusiyyətlərindən 
asılı  olaraq  bəzi  obyektlər qazlı  birləşmələri  az,  digərləri  isə  çox 
saxlayır.  Qazla  dezinfeksiya  məqsədilə  baytarlıqda  OKEBM  pre­
paratı, bromlu  metil,  formaldellid və xlordan  istifadə edilir.
Dezinfeksiya  vasitələrinin  mikrob  hücey rələrinə  təsir 
mexanizmi. 
Kimyəvi dezinfeksiya vasitələri  məhlul halında mik­
rob  hüceyrəsi  ilə  kontaktda olduqda ya onun  üzərinə adsorbsiya 
olunur,  yaxud  daxilində  keçərək  hüceyrəni  təşkil  edən  maddə­
lərlə  birləşmələr törədir.  Kimyəvi  dezinfeksiya  maddələri  mik­
rob  hüceyrəsi  ilə  kontaktda  olduqda  burada  yaranan  proseslər 
m üxtəlif tərzdə nəzərə çarpır.  Bu  müxtəliflik dezinfeksiya  vasi­
tələrinin  xüsusiyyətləri  və  mikrob  hüceyrəsinin  özünün  ultrast- 
nıktur quruluşu  ilə  əlaqədardır.
101


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə