İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə3/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   2   3   4   5   6   7   8   9   ...   87

50% letal /LD50/ və yoluxduran /YD50/ dozadan da istifadə edi­
lir ki,  bu  da  təcrübə  üçün  götürülmüş  heyvan  və  quşların  50%  - 
ni  öldürən  doza hesab  edilir.
Müxtəlif amillərin təsirindən mikrobların virulenliyi  dəyişilir.
Mikrobların  2  mühüm  patogenlik  əlaməti:  invazivlik/ aqres- 
sivlik/ və  toksigenlik  əlaməti  qeyd edilməlidir.
İnvazivlik-təbii  şəraitdə  mikrobun  dəri  örtüyündən  və  selikli 
qişalardan toxuma və orqanların daxilinə keçmək orada çoxalmaq 
və  makroorqanizmin  qoruyucu  qüvvələrini  dəf etmək  qabiliyyə­
tinə deyilir.  Bu xüsusiyyət mikrobun kapsula  əm ələ gətirmək qa­
biliyyəti, müxtəlif maddələri /polisaxaridlər,  M-protein/ enzimlə- 
ri,  aqressinləri  istehsal etmək qabiliyyəti  ilə həyata keçirir.
Patogen  mikroblar  toksigenlik  xüsusiyyətinə,  yəni  zəhərli 
maddələri -toksinləri  istehsal  etmək qabiliyyətinə malikdir.  Ek- 
zo  və  endotoksinlər vardır.
Ekzotoksinlər  mikrob  metobolizmi  məhsulları  olub  yüksək 
molekulyar  kütləyə  malik  zülallardır.  Bunları  mikrob  kulturala- 
rını  süzməklə,  sonra  çökdürmə,  elektrodializ  və  ultrasüzmə  ilə 
əldə etmək  mümkündür.  Mikrobun virolentliyi  kimi  onun  toksi- 
ninin  zərərli  xüsusiyyəti  də  minimal  ölüm  dozası  ilə  /DLM/ 
müəyyən olunur.
Ekzotoksinlər yüksək toksiklik  xüsusiyyətinə  malikdir.  M ə­
sələn:  I  mq  kristal  dovşancıq  toksini  75  mln  ağ  siçanı  öldürür. 
Bunların  təsiri  yüksək  dərəcədə  spesifikliyi  ilə  səciyyələnir. 
Məslən:  dovşancıq  toksini  onurğa  beyininin  hərəkəti  neyronla- 
rına,  botulizm  toksini  hərəkəti  sinirlərin  sonluqlarına  təsir edir. 
Elə toksinlər də vardır ki, onların təsiri  çoxtərəflidir /C1  perfrin- 
qens-toksini/.
Ekzotoksimlər  termiki  təsirlərə  davamsızdır.  Bundan  əlavə 
işığın,  sərbəst oksigenin, turşu  və gələvilərin təsirindən tez par­
çalanır.  Botulizm  və  stafılokokk  ekzotoksinlərdən  başqa  dikər- 
ləri  həzm  fermentlərinin  təsirindən  parçalanır.  Ekzotoksinlərin
10
ən vacib xüsusiyyəti antigenlik xüsusiyyətini saxlamaqla onların 
formalinin  təsirindən  toksiki  xüsusiyyətini  itirməsidir.  Toksin- 
lərin  belə  zərrəsizləşdirilmiş preparatları  anatoksinlər adlanır.
Endotoksinlər  hüceyrə  strukturunun  bir  hissəsi  olub  yalnız 
mikrob  hüceyrəsinin  ölümündən  sonra  ondan  ayrılır.  Endotok- 
sinlərin əldə edilməsi  üçün dondurma, əritmə, turşularla təsir et­
mə  və  s.  üsullardan  istifadə edilər.
Ekzotoksinlərə  nisbətən onların toksiki  xüsusiyyəti  zəyifdir. 
Bunların  orqanizmə  təsiri  spesifik  deyil  və  mikrobun  növündən 
asılı  olmadan  eyni  tip  baktereoloji  proses  törədirlər.  Endotoksi- 
nin  öldürücü  dozasını  heyvanlara  inyeksiya  etdikdə  tənginəfəs- 
lik,  diareya,  hipertermiya  nəzərə  çarpır  və  bir  neçə  saata  ölüm 
qeyd  olunur.
Endotoksinlər mürrəkəb qlusid-lipid-polipeptid  komplekslə­
rindən  ibarət  olub  termostabildilər  və  onların  çox  növünü  ana- 
toksinə çevirmək  mümkün  deyil.
Endotoksin  və  ekzotoksinlərin  arasında  keçid  toksiki  məh­
sullar da aşkar edilmişdir.  Bunlar mikrobun  toksini  yox  xəstəlik 
törədicilərinin  fermentlərinin  təsirindən  makroorqanizmlərin 
bəzi  substratlarının  parçalanması  nəticəsində  yaranan  toksiki 
maddələrdir.
V irusların  patogen  təsirinin  xü susiyyətləri.
Viruslar  yüksək  genetik  səviyyəli  obliqat  hüceyrədaxili  pa- 
razit  olub,  həyatın  qeyri-hüceyrəvi  formasından  ibarətdir. 
Müəyyən  olunmuşdur  ki,  virusların  parazitizm  xüsusiyyətləri 
hüceyrə-virus  kompleksi  sistemində  müşahidə  edilir.  Virusla 
hüceyrələrin  qarşılıqlı  əlaqəsində  xarici  mühit  şəraiti  mühüm 
rol  oynayır.  Belə  ki,  əgər  mühit  infeksiyanın  baş  verməsinə  şə­
rait yaradırsa, bu zaman hüceyrə daxilində çoxlu miqdarda yetiş­
miş  virus  hüceyrələri  yaranır və  hüceyrə  məhv  olur.  Bəzən  isə


əksinə  hüceyrə  daxilində  virusların  biosintezi  axıra  qədər  da­
vam  etmir,  virus  məhv  olir,  hüceyrənin  özü  isə  normal  şəkildə 
fəaliyyətini  davam  etdirir.  Onu  da  göstərmək  lazımdır  ki,  orta 
variantlar yeni  virusla  hüceyrənin  bir-birinə  uyğunlaşması  -   vi- 
rogeniya hadisəsi  də  baş verir.  Bundan  başqa virusun  təsirindən 
sahib hüceyrənin transformasiyası, yəni nəhayətsiz böyüməsi və 
bölünməsi  prosesi  də  meydana  çıxır  ki,  onkogen  viruslar  məhz 
bu  xüsusiyyətə  malikdirlər.
Virusla  hüeyrənin  qarşılıqlı  əlaqəsi  zamanı  əvvəlcə  virusun 
hüceyrə  səthinə  adsorbsiyası  baş  verir.  Bu  fıziki-kimyəvi  pro­
ses,  müxtəlif elektrik  yükləri  ilə  yüklənmiş  reseptorların  qarşı­
lıqlı  əlaqəsindən  ibarət olub,  infenksion  prosesin  ilkin  m ərhələ­
sini  təşkil  edir.  Viruslar  hüeyrənin  üzərinə  adsopsiya  olunduq­
dan sonra onun daxilinə keçir.  Virusların əksəriyyəti  viropeksis, 
az hissəsi  isə yapışma, bəziləri  isə hər iki  yolla hüceyrəyə  daxil 
olur.  Virus  hüceyrəyə  daxil  olduqdan  sonra orada  hidrolitik  fer- 
mentlərin  təsirindən  onun nuklein turşusu  zülal  təbəqədən  ayrı­
lır.  Bu  prosesə  virusun  deproteinizasiyası  deyilir.  Nəticədə, 
deproteinizasiya  olunmuş  nuklein  turşusu  hüceyrələrin  maddə­
lər mübadiləsini dəyişdirir, özünə lazım olan kompanentləri  sin­
tez edir,  beləliklə  də  yeni  virus  hissəciyinin yaranması  başlanır. 
Viruslar hüceyədaxili  parazi olduqları üçün öz kompanentlərinin 
sintezində  hüceyrənin  həm  fermentlərindən,  həm  də  üzvi  və 
qeyri-üzvi  birləşmələrindən  istifadə edir.
Virusların  növündən  asılı  olaraq  onun  formalaşması  ya 
hüceyrənin  sitoplazmasında,  ya da nüvəsində gedir,  formalaşma 
başa  çatdıqdan  sonra  onun  hüceyrədən  azad  olunması  prosesi 
başlayır ki, bu da «partlayışlı» yaxud  litik və tədricən, yaxud  ləng 
yolla  baş  verir.  Virusun  hüceyrə  ilə  qarşılıqlı  əlaqəsi  zamanı 
hüceyrələrdə  funksional,  biokimyəvi  və  struktur  dəyişiklikləri 
müşahidə  edilir.
12
Patogen  m ikroorqanizm lərin  quş  orqanizm ində  yayılm ası 
yolları  v ə   infeksiyanın  növləri.
Hər hansı  bir  infeksion  xəstəliyin  patogenezi  həmin  xəstəlik 
törədicisinin  spesifik  təsiri  və  orqanizmin  cavab  reaksiyası  ilə 
təyin  olunur ki,  bu  da xarici  mühit şəraitindən  asılıdır.
Patogen  mikroorqanizmin orqanizmə daxil  olduğu yer infek- 
siyanın  giriş  yolu  adlanır.  Dəri,  konyunktiva,  həzm  və  tənəffüs 
orqanları və sidik-cinsiyyət orqanları, embrional dövrdə isə embrion 
gişaları  infeksiya törədicilərinin giriş  yolları  hesab  olunur.
Qeyd  etmək  lazımdır  ki,  təkamül  dövründə  hər  bir  xəstəlik 
törədicisi özünün çoxalması və yayılması üçün əlverişli giriş yo­
luna  malik olmuşdur.
Xəstəlik  törədicilərinin  orqanizmə  daxil  olma  yollarına  gö- 
rə-alimentar,  respirator və  ya aerogen,  yara,  transmissiv,  transo- 
varial  və  kontakt  inveksiya  növləri  mövcuddur.  Əgər  mikroor- 
qanizmin  orqanizmə daxil  olma yolu müəyyən  edilməyibsə,  be­
lə  infeksiya  kriptogen  infeksiya adlanır.
İnfeksiya  törədicisinin  yem  və  su  vasitəsi  ilə  həzm  orqanla­
rına düşməsi  nəticəsində  baş  verən  infeksiyaya alimentar  infek­
siya  deyilir.  Əgər  infeksiyanın  baş  verməsi  havanın  tənəffüs 
üzvlərinə  düməsi  ilə  əlaqədardırsa,  belə  infeksiya  aerogen,  ya­
xud  respirator  infeksiya  adlanır.  Xəstə  heyvan  və  ya  quşların 
sağlam  heyvan  və  quşlarla  kontaktı  yolu  ilə  baş  verən  infeksi- 
yalara  kontakt  infeksiyalar deyilir.
Giriş yolundan  xəstəlik  törədiciləri  hemotogen,  limfogen  və 
bəziləri  isə  neyrogen  yolla  orqanizmə  yayılır.
İlkin  ocaqdan  mikrobun  onun  qan  dövranına  düşüb orqan  və 
toxumasına  yayılmasına  Bakterimiya,  müvafiq  şəkildə  virusun 
qanla  yayılmasına -   virusemiya,  rikketsiyaların  yayılması  -   rik- 
ketsemiya  və  s.  adlanır.
Bir  çox  infeksion  xəstəliklərdə  qanın  bakterisit  xüsusiyyəti
13


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə