İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə35/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   31   32   33   34   35   36   37   38   ...   87

Vaksin  faktoru  onun  dəyərliliyi,  ştamların  seçilinəsi,  vaksi- 
nasiya  proqramı  və  onun  saxlanması  şəraiti  ilə  müəyyən  edilir.
İnsan  faktoruna vaksinasiyanın təşkili  və aparılması  və onun 
nəticələrinin  monitorinqi  aiddir.
Quş faktoru onların  həssaslığı və onların saxlanma şəraiti  ilə 
müyyən  edilir.
Vaksin faktorunda ştamın seçilməsi mühüm əhəm iyyətə ma­
likdir.  Ümumiyyətlə  seçilmiş  vaksin  təsərrüfatın  istiqamətinə, 
təsərrüfatda  epizootik  vəziyyətinə  müvafiq  olmalıdır.  Seçilmiş 
vaksinin  tətbiq olunma  üsulu  həm  də quşun yaşma uyğun olma­
lıdır.
Hər  bir vaksinasiya üçün  dəqiq  şəkildə  onun  aparılma  tarixi 
müəyyənləşdirilməli  və  epizootik  vəziyyətə  nəzarət  etmək 
üçün ən  azı  ildə  1  dəfə seroloji  analiz aparılmalıdır.  Vaksinasiya 
proqramı  təsərrüfatın  sanitar  proqramına  daxil  edilməli  və  bu 
zaman  müalicə tədbirləri  nəzərə alınmalıdır ki, bu  tədbirlər bir- 
birinə  mane olmasın.
Diri  və  inaktivləşdirilmiş  vaksinlər müxtəlif mənfi  təsirlərə 
davamsız  olduğu  üçün  optimal  şəraitdə  saxlanmalıdır.  Adətən 
bu  məqsədlə  2-80  temperaturdan  istifadə  edilməlidir.  Əksər 
vaksin  növlərini  və  xüsusilə  inaktivləşdirilmiş  vaksinləri  don­
durmağa  icazə verilmir.
Vaksinasiyalarda  insan  faktoru  müzümdür.  Vaksinasiyaların 
aparılma  texnologiyası  sadə  olmasına  baxmayaraq  cüzi  səhvlər 
onun  səmərəliliyinin  aşağı  düşməsinə  səbəb  olur.  Vaksinasiya- 
da  istifadə  olunan  avadanlıqlar  1  gün  əvvəl  hazırlanmalı  və  iş­
lənməsi  yoxlanmalıdır.
Vaksinasiyanın  özü  də  stress  kimi  quşlara təsir  etdiyinə  gö­
rə  həmin  gündə  onlara  optimal  şərait  yaradılmalıdır.  Quşların 
baş  sayına  görə  vaksinin  miqdarı  düzgün  götürülməli  və  vaksi- 
nasiyaya  uğradılacaq  quşların  sağlam  olması  müəyyənləşdiril­
məlidir.
138
Vaksinasiyadan  1  gün  əvvəl  bütün  hazırlıq  işləri  görülməli­
dir.  Tədbir  yerinə  yetirilən  zaman  işçilər  arasında  iş  bölgüsü 
aparılmalı  və onlar görəcək işləri  haqqında təlimatlanmalıdırlar.
Vaksinasiyanın  moritorinqi  də  ona  hazırlıq  qədər  əhəmiy­
yətlidir.  Xüsusilə  enteral  üsulla  vaksinasiyalar  zamanı  quşların 
hamısının  vaksin  qəbul  etməsinə  nəzarət  edilməli,  bu  prosesdə 
stressin  səviyyəsi  və  postvaksinal  reaksiyalar  qeyd  edilməlidir. 
Vaksinasiyalara  immun  cavabın  qiymətləndirilməsi  məqsədilə 
seroloji  monitorinq  aparılmalıdır.
Bütün  bu  işlər əsasında əldə edilmiş məlumatlar vaksinasiya 
proqramının  və  vaksin  növünün  seçiminin  və  dərəcədə  düzgün 
olmasını  göstərir.
Quşun  özü  də  vaksinasiyanın  gedişi  və  nəticəsinə  əsaslı  şə­
kildə təsir göstərir.  Quşların həssaslıq dərəcəsi  onların  immuno- 
loji  vəziyyətindən və xarici mühit amillərindən asılıdır. Vaksina­
siyadan  1-2 gün əvvəl  quşların sağlamlığı yoxlanmalı, xroniki  və 
subkliniki  xəstələr müəyyənləşdirilməlidir.  Belə hallara  fikir ve­
rilmirsə vaksinasiyanın  keyfiyyət aşağı  düşür.  Nəticədə vaksina- 
siyanın  özü  sekundar  infeksiyanın  və  postvaksinal  reaksiyaların 
meydana çıxmasına səbəb olur. Əgər quşların sağlamlığına şübhə 
yaranırsa,  onda  vaksinasiya  tədbirləri  təxirə  salınmalı,  diaqnoz 
dəqiqləşdirilməli  və səmərəli  müalicə aparılmalıdır.
Laboratoriya  m ü ayin ələri  və  onlardan  istifadə  ed ilm əsi
Quşların  xarici  mühit amillərinə sanitar nəzarət, onlardan  pa­
toloji  matkrialın  götürülməsi  və  müayinəsi  və  seroloji  reaksiya­
ların  aparılması  laboratoriya müayinələrinin  əsasını  təşkil  edir.
Xarici  mühit amillərindən su, yem  və quş  binalarının  mikro- 
bioloji  müayinələri  mühüm  əhəmiyyətə  malikdir.  Quşların  iç­
məli  suyu  mikrobioloji  və  kimyəvi  normativlərə  uyğun  olmalı­
dır.
139


Su nümunəsinin pH-ı, ümumi codluğu, nitratlar, nitritlər, üzvi 
birləşmələri  normada  olmalıdır.  Suyun  mikrobioloji  müayinəsi­
nin  aparılması daha  mühüm əhəmiyyətə  malikdir.  Xüsusilə suda 
mikroorqanizmlərin ümumi miqdarı, onun bağırsaq çöplərinə, fe- 
kal  streptokokklara və klostridiozlara görə yoxlanması  aparılma­
lıdır.  Suyun  1  ml-də  300-dən  çox  mikrob  hüceyrələrinin  olması 
onun  hər  100 ml-də  50-dən  çox  bağırsaq  çöpü,  fekal  streptokok- 
klar və klostridilərin  olması  suyun təhlükəli  olmasını  göstərir.
Su  ildə  ən  azı  1  dəfə  baktrioloji  müayinə  edilməlidir.  Bun­
dan  əlavə  təsərrüfatlarda  naməlum  etiologiyalaı  xəstəliklər 
qeyd olunduqda suyun keyfiyyətini  aşağı  salan  faktorlar, xüsusi­
lə güclü yağışlar, kimyəvi çirklənmələr və s. hallarda su yoxlan­
malıdır.
Quşçuluqda  istifadə  edilən  yemlər  qidalılığına  və  tərkibin­
dəki  toksiki  birləşmələr və  xəstəlik  törədicilərinə görə  yoxlan­
malıdır.
Hər  2-5  ton  yemdən  100  və  ya  200  qram  nümunə  onun 
müxtəlif yerlərindən götürülür.  Belə nümunələr ən azı  10-15 ol­
malıdır.  Sonra bunları  ümumi  bir qaba töküb qarışdırdıqdan  son­
ra az miqdarda götürüb müayinə edilir.  Əgər yemdə su  13%-dən 
çoxdursa  bu 450S  temperaturada  quaıdulmalıdır.
Mikotoksinlərin  müəyyən  edilməsi  üçün  qazlı  və  ya  maye 
xromatoqrafiyadan,  spektrometriyadan  və  son  illər  isə  ELİSA 
metodundan  istifadə  edilir.
Yemi  qidalılığına  görə  yoxladıqda  onun  tərkibindəki  xam 
protein,  xam  sellüloza,  amin  turşuları,  minerallar  və  vitaminlər 
və  mikroelementlər nəzərə alınır.
Yemlərin  bakterioloji  və  mikoloji  müayinəsi  ümumi  qəbul 
edilmiş  metodika əsasında aparılır.
Xəstə quşlardan nümunə götürən zaman  2 əsas qayda gözlə­
nilməlidir:  1) operator və ya prozektorun yoluxmadan  qorunma­
sı;  2) xarici  mühitin  yoluxmasının  minimuma endirilməsi.
140
Patoloji-anatomik yarma quşçuluqda əsas diaqnostik üsullar­
dan  biri  hesab  olunur.
Yarma yüksək septik əməliyyatdır və ona görə də  bu  zaman 
xarici  mühitin  yoluxması  riski  mövcuddur.  Yarma aparılan  otaq 
prozektoriya  adlanır  və  burada  döşəmə,  divarlar  və  tavan  elə 
materialla  örtülməlidir  ki,  asanlıqla  dezinfeksiya  aparılması 
mümkün  olsun.
Prozektoriyada  yarmanı  aparmaq  üçün  lazımi  avadanlıqlar 
olmalıdır.
Yanna  xəstə  quşlarda  aparılmalıdır,  çünki  cəsədlərin  yox­
lanmasına nisbətən xəstə quşlarda müayinələr daha yaxşı və də­
qiq  nəticə  verir.  Ölmüş  quşlarda  müxtəlif  mikroorqanizmlərin 
intensiv  şəkildə  çoxalması  baş  verir,  nəticədə  əsas  xəstəlik  tö­
rədicisinə görə  interferensiya yarada bilər.
Patoloji-anatomik  yarma  ümumi  qəbul  edilmiş  qayda  üzrə 
yerinə yetirilməli,qaraciyər, dalaq, mədəaltı vəzi, böyrəklər, yu­
murtalıqlar,  ürək,  ağciyər,  mədə-bağırsaq  sistemi,  beyin, 
sümüklər və  sümük  iliyi  diqqətlə  müayinə  adilməlidir.
cəsəddən  nümunə  götürməkdə  məqsəd  patologiyanın  əsas 
səbəbini  aşkar  etmək  və  xəstəlik  törədicisini  ayırmaqdır.  Sero- 
loji, hematoloji,  biokimyəvi  və toksikoloji  müayinələri  aparmaq 
üçün  qan  nümunələrindən  istifadə  edilir.
10 günlüyə qədər quşlardan qan əsasən dekapitasiya yolu  ilə 
yaxud  ürəyi  reaksiya  etmə  yolu  ilə  əldə  edilir.  Nisbətən  yaşlı 
cücələr və  toyuqlardan  qan  skarpel  və  ya  infeksiya  yolu  ilə  qa- 
nadaltı  venadan  götürülür.
Ən azı  2-3  mil qan alınmalıdır ki, bundan 0,5-0,75  ml qan se- 
rumu  almaq  mümkün  olsun.  Alınmış  qan  serumu  4-80S  tempe­
raturada 48  saat  saxlanmalıdır.
Qandan qan yaxmaları  hematoloji  müayinələr məqsədilə ha­
zırlayırlar.  Yaxmalar  təcili  müayinə  edilmirsə  bunları  havada 
qurudub  metil  spirti  ilə  təsbit etmək  lazımdır.
141


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə